Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil



Yüklə 28,9 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü28,9 Kb.
#41514
  1   2   3
Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil


-5- -2-

Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil

PLAN


1.Mənfəətin iqtisadi məzmunu və istehsaln inkişafında rolu. 2.Mənfəət planının yerinə yetirilməsinin təhlili. 3.Məhsul satışından mənfəətə amillərin təsirinin təhlili.

Bazar iqtisadiyyatı şəraitində mənfəət sənaye müəssisəsinin təsərrüfat fəaliyyətinin son maliyyə nəticələrinin qiymətləndirilməsində əsas göstərici hesab olunur. Mənfəət istehsalın inkişafının sürətləndirilməsində və onun səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Bu ən əvvəl bazar münasibətlərini tənzimləyən iqtisadi qanunların fəaliyyəti ilə əlaqədardır.Bazar iqtisadiyyatına keçid dövründə mənfəət bir iqtisadi kateqoriya kimi başlıca olaraq üç əsas funksiyanı yerinə yetirir. Birinci‚ qiymətləndirmə funksiyası-hər bir müəssisənin təsərrüfat fəaliyyətinin nəticəsini özündə əks etdirməklə işin iqtisadi səmərəliliyini xarakterizə edən əsas göstərici kimi çıxış edir.Məlumdur ki‚ müəssisələrin təsərrüfat fəaliyyətinin nəticəsi məhsul buraxılışına dair plan tapşırıqlarının və müqavilə öhdəliklərinin yerinə yetirilməsi hesab olunur.Mənfəət isə bu göstəricini tamamlayır və səmərəlilik mövqeyindən onu inkişaf etdirir. Bu baxımdan mənfəət başqa iqtisadi göstəricilərlə əlaqəli sürətdə təsərrüfat fəaliyyətinin nəticələrini qiymətləndirməyə imkan verən əsas göstərici kimi qəbul olunur. Mənfəətin ikinci funksiyası onun bölgü funksiyasıdır. Belə ki‚ mənfəət izafi məhsulun və pul formasında xalis gəlirin müvafiq hissəsinin müəssisə ilə dövlət‚ müəssisə ilə onun kollektivi arasında bölüşdürülməsində əsas vasitə kimi çıxış edir. Məlumdur ki‚ müəssisə dövlət büdcəsininvə formalaşmasında iştirak edir. Dövlət büdcəsinin vəsaiti isə iqtisadi və sosial tədbirlərin görülməsinə ‚ ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və dövlətin başqa tələbatlarını

-2-

ödənilməsinə yönəldilir.Müəssisə ilə dövlət büdcəsi arasında maliyyə münasibətləri vergi dərəcələri əsasında qurulur. Müəssisə əldə etdiyi mənfəətin bir hissəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəyir. Müxtəlif mülkiyyət münasibətləri şəraitində mənfəət müəssisənin təsərrüfat fəaliyyətinin son iqtisadi nəticələrini xarakterizə edir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki‚ istehsala əmək ‚ material və maliyyə resurslarının sərf edilməsinin iqtisadi səmərəsi məhsul satışı prosesi başa çatdıqdan sonra müəyyən olunur.Deməli mənfəət istehsal sferası ilə tədavül sferası arasında qarşılıqlı əlaqə yaradır. Mənfəətin üçüncü funksiyası keyfiyyət göstəricisi olmaqla müəssisənin iqtisadi həvəsləndirmə fondlarının əsas mənbəyi kimi çıxış edir. Qeyd etmək lazımdır ki‚ mənfəət elmi-texniki tərəqqinin əsasında geniş təkrar istehsalın və maliyyə ehtiyatlarının mənbəyi kimi də çıxış edir. Beləliklə‚mənfəətin bu yuxarıda göstərilən funksiyalarının heç birini bazar mexanizminin fəaliyyət prinsiplərindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Mənfəətin funksiyaları istehsalın inkişaf etdirilməsi ilə yanaşı bütün mərhələlərdə istehsal prosesinin tənzimləşdiricisi kimi rol oynayır.



Sənaye müəssisələrində‚eləcədə onun ayrı-ayrı bölmə və sahələrində mənfəət planının yerinə yetirilməsinin təhlilinin əsas vəzifəsi onların əldə etdikləri son maliyyə nəticələrinə qiymət vermək ‚mənfəətə təsir edən amilləri və bu amillərin təsir dərəcəini ‚mənfəətin artırılması ehtiyatlarınımüəyyənləşdirmək və bu ehtiyat mənbəəlrindən istifadə etmək üçün tədbirlər proqramını işləyib hazırlamaqdan ibarətdir. Sənaye müəssisə və birliklərinin mənfəət planlarının yerinə yetirilməsi və onun bölüşdürülməsinin iqtisadi təhlili aşağıdakı ardıcıllıqla aparılır. 1.Müəssisə tərəfindən mənfəət planın yerinə yetirilmə səviyyəsini müəyyən etmək.

-3-


2.Mənfəətin artım tempi‚ dinamikası və əmələgəlmə mənbəələrini öyrənmək.

3.Mənfəət planının yerinə yetirilməsinə təsir edən amillərin müsbət və ya mənfi təsirini hesablamaq.

4.Plan daxilində mənfəətin bölüşdürülməsi üçün tərtib edilmiş planın düzgünlüyünü yoxlamaq

5.Plan və plandan artıq mənfəətin bölüşdürülməsi zamanı aparılmış əməliyyatların məzmununu aydınlaşdırmaq və s.

Mənfəətin bütün bu göstəricilər üzrə təhlili ücün əsas obyekt məhsul satışının həcmi ‚əmtəəlik məhsul satışının nəticəsi‚satışdan kənar ₍planlaşdırılmayan₎ gəlir və itgilər‚ ayrı-ayrı satış növlərindən daxil olmalar‚sair satışdan əldə olunan mənfəət hesab olunur. Mənfəət planının yerinə yetirlməsi və bölüşdürülməsi üzrə təhlilin qarşısında duran əsas vəzifələrdən biri də mənfəət planının yerinə yetirilməsinə mənfi təsir edən amilləri aşkara çıxarmaq ‚planlı zərərlə işləyən müəssisələrdə zərərlərin əmələ gəlməsi səbəblərini aydınlaşdırmaq ‚ mənfəətin bölüşdürülməsində yol verilmiş səhvləri aşkar etmək və göstərilən bütün qeyri- normal vəziyyəti aradan qaldırmaqla bərabər müəssisə üzrə bütövlükdə mənfəətin daha da artırılması üçün ehtiyat mənbələrini müəyyən etməkdən ibarətdir. Mənfəət və rentabellik planının yerinə yetirilməsinin təhlil edilməsində aşağıdakı informasiya mənbələrindən istifadə edilir.


  1. 1N-li ″əsas istehsalat fəaliyyəti haqqında balans forması″.

  2. 2N-li ″Maliyyə nəticələri və onlardan istifadə haqqında hesabat″

İllik hesabatın göstərilən bu formalarından başqa təhlil işində statistika hesabatı formalarndan da geniş istifadə olunur. Sənaye müəssisələrinin mənfəət planının yerinə yetirilməsi və onun bölüşdürülməsi üzrə təhlilin

-4-


daha dəqiqləşdirilməsi üçün istifadə olunan mənbələrə aşağıdakı aylıq uçot sənədlərini də aid etmək olar. 601N-li ₍46₎″Satış″ hesabı üzrə mühasibat qeydləri‚ 801N-li₍80₎″Mənfəət və zərərlər″hesabının yekunu‚yüklənmiş malların qrafiki‚ sex hesabatları‚ büdcə ilə hesablaşmalar‚hazır məhsulların istehsaldan anbara göndərilməsi və onların anbardakı qalığı haqqında məlumatlar və s. İcmal sənədlər.

Müəssisənion ümumi mənfəət məbləği balans mənfəəti göstəricisi ilə xarakterizə olunur.Balans mənfəətinin‚ o cümlədən məhsul satışından əldə edilən mənfəət planının təhlilinə planın real olmasının öyrənilməsi ilə başlanılır.Müəssisələrin balans mənfəətinin əsasını yəni 97-98%-ni məhsul satışından əldə edilnə mənfəət təşkil edir.Məhsul satışından mənfəət isə bir qayda olaraq satışdan daxil olan ümumi məbləğdən satılmış məhsulun tam maya dəyəri(əlavə dəyər vergisiz) çıxılmaqla müəyyən edilir. Ona görə müəssisənin mənfətinin təhlili prosesində məhsul satışından mənfəətin təhlilinə , bu mənbədən olan mənfəətə təsir edən amillərin təsir dərəcəsinin öyrənilməsinə xüsusi fikir verilməlidir. Əmtəəlik məhsul satışından mənfəətə aşağıdakı 5 amil təsir göstərir.Bu amillərin təsir dərəcəsi bir çox hallarda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə kecməklə təhşlil edilir və qiymətləndirilir.

1.Əmtəəlik məhsul satışı həcminin dəyişilməsi. 2.İstehsal maya dəyərinin dəyişilməsi. 3.Qeyri-istehsal xərclərinin dəyişilməsi. 4.Topdansatış qiymətinin dəyişilməsi. 5.Məhjsulun quruluşu və çeşidlərinin dəyişilməsi.

Mənfəət planının yerinə yetirilməsinin təhlili prosesində təkrarlamaya yol verməmək üçün planın yerinə yetirilməsinə təsir edən amillər müəyyən ardıcıllıqla hesablanmalıdır.



-5-

Məsələn, mənfəət planının yerinə yetirilməsinə məhsul sartışı həcminin dəyişilməsinin təsirni maya dəyərinin,qiymət amilinin və məhsulun quruluşu və çeşidlərinin dəyişilməsinin təsirindən əvvəl hesablamaq əlverişlidir. Çünki, bizə məhsulun maya dəyərinin təsirini hesablayarkən məhsul satışı həcminin dəyişməsinin mənfəətə nə dərəcədə təsir etdiyini bilmək lazımdır. Sənaye müəssisələrində ümumi qaydaya görə məhsul satışından daxil olan məbləğlər müvafiq hesabatlarda müəssisənin topdansatış qiymətilə əks etdirilir. Ona görədə müəssisə üzrə mənfəət məbləğini müəyyən edərkən məhsul satışından daxil olan məbləğdən məhsulun tam maya dəyərini(istehsal maya dəyəri və qeyri-istehsal xərcləri) çıxmaq lazımdır. Mənfəətin iqtisadi təhlilinə dair bütün xüsusiyyətlər nəzərə alınmaqla təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssisədəbalans mənfəətinin və məhsul satışından mənfəət planının yerinə yetirilməsinin təhlili metodikasını nəzərdən keçirək.




Yüklə 28,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin