Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil



Yüklə 28,9 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü28,9 Kb.
#41514
1   2   3
Balans mənfəəti və əmtəəlik məhsul satışından mənfəətin təhlil

-8-

1.Hesabat dövründə buraxılan məhsulun istehsalat maya dəyərinin plan məbləği-----------------------------------------------------------------6751 min man 2.Məhsul satışı planın yerinə yetirilmə faizi-------------------103,1% 3.Faktiki satılmış məhsulun korrektiv(düzəliş) edilmiş plan üzrə istehsal maya dəyəri (6751x103,1 :100)-------------------------------- 6960 min man 4.Məhsul buraxılışının faftiki istehsal maya dəyəri--------- 6966 min man 5.İstehsal maya dəyərinin korrektiv edilmiş plan məbləğindən faktiki maya dəyərinin kənarlaşma məbləği(6966-6960)---------------------- +6

Göründüyü kimi,müəssisə üzrə hesabat dövründə buraxılan məhsulun faktiki istehsal maya dəyəri korrektiv edilmiş plan üzrə istehsal maya dəyərinə nisbətən 6 min manat cox olmuşdur. Deməli bu amil mənfəərin artırılmasına eyni məbləğ qədər mənfi təsir göstərmişdir. 3-cü amil. Qeyri istehsal xərclərinin dəyişməsinin mənfəət planının yerinə yetirilməsinə təsiri. Sənaye müəssisələrində əmtəəlik məhsul satışının planlaşdırılması ilə əlaqədar olaraq qeyri-istehsal xərcləri də planlaşdırılır.Belə xərclərin artıb azalması əmtəəlik məhsul satışı planının yerinə yetirilməsi və onun həcminin dəyişməsi ilə əlaqədardır.Ona görə də müəssisələrdə qeyri istehsal xərclərinin Qeyri istehsal xərclərinin artması o vaxt müsbət hesab edilə bilər ki, buna uyğun olaraq məhsul satışı planı da artıqlaması ilə yerinə yetirilmiş olsun.Əks halda belə xərclərin artması müəssisənin məhsul satışından mənfəərinin azalması deməkdir. Təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssisədə plan üzrə qeyri-istehsal xərcləri 54 min manat, satılmış məhsul üçün korrektiv etmə yolu ilə müəyyənləşdirilmiş qeyri –istehsal xərcləri 55,67 min manat (54x103,1:100)və qeyri-istehsal xərclərinin faktiki məbləği 30 min manat olmuşdur.Bu göstəricilərdən istifadə etməklə qeyri-istehsal xərclərinin dəyişməsinin mənfəətə təsirini öyrənmək üçün planda nəzərdə tutulmuş qeyri-istehsal xərclərini məhsul satışı planının yerinə yetirilmə faizinə vurub ,yüzə bölmək

-9-

lazımdır. Bu qayda ilə hesablamadan əldə edilən nəticəni qeyri-istehsal xərclərinin faktiki məbləği ilə müqayisə etməklə plandan kənarlaşma müəyyən edilir. Beləliklə,hesabat dövründə müəssisədə qeyri-istehsal xərclərinə 25,67 min manat (30-55,67) qənaət edilmişdir ki,bu da həmin məbləğ qədər mənfəətə müsbət təsir göstərmişdir. 4-cü amil.Müəssisənin topdansatış qiymətinin dəyişməsi.Məhsul satışından əldə edilən mənfəətin dəyişməsinə təsir edən amillərdən biri də hesabat ilində müəssisənin istehsal etdiyi məhsuluntopdansatış qiymətinin dəişməsidir.Belə ki, əgər sənaye məhsulunun hesabat dövründə topdansatış qiyməti aşağı düşərsə müəssisənin mənfəəti də həmin məbləğ qədər azalmış olacaqdır. Müəssisənin topdansatış qiymətinin dəyişməsinin mənfəərə təsirini hesablamaq üçün qüvvədə olan topdansatış qiyməti ilə faktiki satılmış məhsulun məbləğini planda qəbul edilmiş müəssisənin topdansatış qiyməti ilə satılacaq məhsulun məbləği ilə müqayisə etmək lazımdır.Müəssisədə hesabat ili daxilində topdansatış qiymıətlərində dəyiıiklik(7928-7928) olmamışdır. Yəni bu amilin mənfəətə heç bir təsiri olmamışdır. 5-ci amil.Məhsulun quruluşu və çeşidinin dəyişilməsinin təsiri.Müəssisə üzrə istehsal olunan cəmi məhsulun tərkibində ayrı-ayrı çeşiddən olan məmulatların rentabellik səviyyəsi müxtəlif olur.Ona görə də məhsul satışının tərkibində yüksək rentabelli məhsullar mənfəətin ümumi məbləğini artırır və əksinə, rentabellik səviyyəsi aşağı olan məhsullar mənfəətin ümumi məbləğini azaldır. Ona görə də məhsulun quruluşu və çeşidinin dəyişilməsinin mənfəətə təsirinin təhlili mühüm əhəmiyyət kəsb edir. Məhsul satışından əldə edilən mənfəət planının yerinə yetirilməsinə təsir edən bu amilin təsir dərəcəsi bir neçə üsulun yardımı ilə müəyyənləşdirilir və qiymətləndirilir. Bunlardan ən sadəsi qalıq üsuludur. Qalıq üsulu ilə göstərilən amilin təsir dərəcəsi məhsul satışından nəzərdə tutulmuş mənfəətin plan məbləğindən faktiki



-10-

mənfəət məbləğinin mütləq ifadədə kənarlaşma məbləği ilə təhlil prosesindəki hesablamalara əsasən qabaqcq əldə etdiyimiz dörd amilin təsiri nəticəsində plandan artıq əldə edilmiş mənfəətlə (zərərlə) müqayisə etməklə tapılan fərqlə müəyyənləşdirilir. Bizim misalımızda bu amilin təsiri nəticəsində hesabat ilində müəssisənin məhsul satışından mənfəəti +38- (27,4-6+25,6) =-9 azalmışdır. Beləliklə,məhsul satışından mənfəətin artmasına aşağıdakı amillər təsir göstərmişdir.



Amillər

Məbləğ,min man.(+,-)

Plan mənfəətinə görə %-lə

1.Məhsul satışı həcminin artması

+27,4

+27,4:885x100=+3,09

2.istehsalat maya dəyərinin artması

-6

-6:885x100=-0,67

3.qeyri-istehsalat xərcləri üzrə qənaət

+25,6

+25,6:885x100=+2,89

4.Topdansatış qiymətinin dəyişməsi

-

-

5.Məhsulun quruluşu və çeşidinin dəyişməsi

-9

-9:885x100=-1,01

Cəmi

+38

38:885x100=+4,3

Yüklə 28,9 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin