Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 187.3 Kb.
Pdf просмотр
tarix10.04.2017
ölçüsü187.3 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2 

 

 

Sosial-siyasi elml

ər seriyası   

 

2014 

 

 



 

 

PEDAQOG

İKA 

 

 



UOT 376.1-056.37(075.8) 

 

ƏQLİ VƏ FİZİKİ İNKİŞAFDAN GERİ QALAN UŞAQLARIN 

YARDIMÇI M

ƏKTƏBƏ SEÇİLMƏSİ QAYDALARI  

 

А.Ə.МƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 

afa_mammadova@mail.ru 

 

M

əqalədə  idrak proseslərinin  inkişafdan  qalması  əsas faktor kimi müəyyən edilərək 

uşağın  yardımçı  sinif  və  yardımçı  məktəbə  göndərilməsi vacibliyi göstərilmişdir  və  anomal 

uşaqları  onları  əhatə  edən cəmiyyətdən  ayırmadan,  onların  fəallığını  artırmağın,  faydalı 

yaradıcılıq işləri ilə məşğul olmağa alışdırmağın rolu açıqlanır.  

 

Açar sözl

ər: Əqli və fiziki inkişaf, yardımçı məktəb, uşaqlar. 

 

Əqli inkişafdan geri qalan uşaqlarda idrak proseslərinin fəaliyyətinin çatış-



mazlığıdır. Əqli inkişafdan geri qalan uşaqlar kütləvi ümumtəhsil məktəblərində 

t

əlim  almağa  qadir  deyildirlər.  Ağır  dərəcədə  əqli kəm  olan  uşaqlar  isə, ümu-



miyy

ətlə məktəb, bilik və bacarıqlarını mənimsəmək iqtidarında deyildirlər. Əqli 

k

əm dedikdə, idrak proseslərinin inkişafdan qalması əsas faktor kimi müəyyən 



edil

ərək uşağın yardımçı sinif və yardımçı məktəbə göndərilməsi vacibdir. 

Beyinin üzvi z

ədəsinin nəticəsi olan əqli  gerilik  zamanı  hərtərəfli  (total) 

z

ədələnmə deyil, kompensasiya oluna bilən zədələnmələr də müşahidə edilir.  



Ciddi anomal psixi inkişafla müşahidə olunan əqli kəmlik zamanı, beynin 

total üzvünün z

ədəsi əsas əlamətə çevrilir. Əqli geriliyin klinik-psixoloji xüsu-

siyy


əti  haqqında  başlıca  zədələnməsi, idrak fəaliyyətinin ifadə  edilmiş  çatış-

mazlığıdır. O həm ümumiləşdirmə və mücərrədləşdirmə qabiliyyəti ,həm də psi-

xi prosesl

ərinin tempinin, mütəhərrikliyinin  pozulması,  yaddaşın,  diqqətin bir 

sıra  beyin  qabığı  funksiyalarının  qüsurluğu  ilə  şərtləndirilir.  Əqli  gerilik  üçün 

nitqin  inkişafdan  qalması  səciyyəvidir.  Əqli  gerilik  müxtəlif etnologiyaya ma-

likdir. M

ərkəzi sinir sisteminin genetik zədələnməsi, daxili qarın patogen təsirlə 

doğum zamanı travma və asfiksiya ilə uşaq beyninə infeksiyaların, travmaların 

t

əsirini  şərtləşdirə  bilər. Məlumdur ki, əqli  gerilik  zamanı  psixi  funksiyaların 



91 

 


inkişaf tempi qısamüddətli deyil, mütləq uzunmüddətli olur. Çox vaxt pedaqoji 

baxımsızlıq  nəticəsində  əqli cəhətdən  öz  yaşıdlarından  geri  qalmış  uşaqlara 

t

əsadüf edilir ki, onları əqli cəhətdən geri qalanlara aid edirlər. Lakin bu heç də 



düzgün deyildir.  Çünki, onlarda beyinin üzvi z

ədəsi yoxdur, sinir prosesləri 

normaldır. Sistematik və düzgün qurulmuş təlim nəticəsində onlar öz yaşıdlarına 

çata bil


ərlər. Həmçinin, analizator sistemlərində  kəsiri  olan  uşaqlar  da  əqli 

c

əhətdən geri qalmış uşaqlara aid edilməməlidir. Elə hallar olur ki, hər hansı bir 



infeksion x

əstəlik, beyinin zədəsi və s. nəticəsində əqli iş qabıliyyətinin pozul-

ma

sı halı baş verir. Bu hal onlarda müəyyən vaxtdan sonra keçib gedir və ona 



gör

ə də əqli cəhətdən geri qalan uşaqlara aid edilmirlər (yəni idrak proseslərinin 

k

əsiri möhkəm deyil). Uşaqların anomal psixi inkişafında əqli geriliyin diaqnos-



ti

kası çox ciddi proses olduğundan, onların təyin edilməsi üçün mütəxəssislərə 

maksimum vaxt v

ə şərait yaratmaq lazımdır ki, diferensasiya düzgün aparılsın, 

çünki bu v

ə ya digər uşağın harada oxuması düzgün təyin edilərsə, onun gələcək 

h

əyat yolu və bir şəxsiyyət kimi formalaşması problemi də həll olunmuş  olur. 



Deyil

ənlərdən belə  bir nəticə  çıxır  ki,  əqli geriliyə  ağır  pedoqoji  baxımsızlıq 

t

əzahürlərini aid etmək olmaz, belə  ki, bu əqli geriliyin yuxarıda  göstərilən 



meyarlarına cavab vermir. Əqli geriliyin əsas formalarının klinik xarakteristikası 

z

ədələnmənin  patogenezi  halının  təsir müddəti ilə  sıx  əlaqədar olur. Mərkəzi 



sinir sisteminin z

ədələndiyi zaman, ilk növbədə, filo və antogenezdə daha cavan 

beyin qabığı sistemlərinin formalaşması zərər çəkəcək. 

 Z

ədələnmənin morfoloji sahəsində və psixi reflektin klinik təzahürlərin-



d

ə inkişafdan qalma hadisələri üstünlük təşkil edir. Belə olduqda, söhbət oli-

qof

reniyanın  müxtəlif  variantlarından  gedecək.  Aparılan  elmi  tədqiqat  işləri 



əyyən edir ki, bir çox uşaqlar məktəb yaşına çatanda kütləvi məktəbdə oxu-

maq  iqtidarında  olmurlar  [1]. Kütləvi məktəbin  proqramı  onlar  üçün çətinlik 

tör


ədir. Onlar təlim materialının tempinə uyğunlaşa bilmirlər, köməksiz olurlar, 

m

əktəb həyatına və onları əhatə edən həyata uyğunlaşa bilmirlər. Bu uşaqların 



kütl

əvi məktəbdə təhsilləri məsləhət deyil, özlərinin yaşıdları onlara pis müna-

sib

ət bəsləyir, bu da onların psixikasına pis təsir edir, onlar hər dəqiqə özlərinin 



köm

əksiz və müdafiəsiz olduqlarını hiss edirlər.  

 

Bunların arasında əqli cəhətdən geri qalan uşaqlara da rast gəlmək olur. 



De

fektoloqlar nöqsanlı uşaqları bioloji hal kimi qəbul edir və onları cəmiyyət-

d

ən təcrid olunmuş hesab edirlər [8]. Xüsusi məktəb əqli və fiziki cəhətdən geri 



qa

lan uşaqları real həyata hazırlamalıdır ki, onlar özlərinin köməksiz olduqları-

nı hiss etməsinlər.  

 

Yardımçı məktəblərin məqsədi və vəzifəsi məqsədyönlü olmalıdır. Ano-



mal  uşaqları  onları  əhatə  edən cəmiyyətdən  ayırmadan,  onların  fəallığını  ar-

tırmaq,  faydalı  yaradıcılıq  işləri ilə  məşğul  olmağa  alışdırmaq  lazımdır.  Yar-

dımçı məktəb, o internat məktəbidir ki, burada əqli cəhətdən zəif olan uşaqlar 

xüsusi rejiml

ə təhsil alırlar. Bu məktəbdə onlar bilik, bacarıq və vərdişlər əldə 

edir, 


əməyə, mənəvi, fiziki və estetik tərbiyəyə qarşı məhəbbət qazanırlar. Psixi 

92 


 

in

kişafından asılı olaraq, yardımçı məktəb şagirdləri təcrübə işi üçün kənd tə-

s

ərrüfatında çalışmaq üçün hazırlanırlar. Təlim-tərbiyə ilə yanaşı müalicə-sağ-



lam

lıq işləri də aparılır. Yardımçı məktəb ilə kütləvi məktəb arasında məqsəd 

v

ə  vəzifə  eynidir. Normal və  əqli cəhətdən  geri  qalan  uşaqların  inkişafı  eyni 



ümumi qanun-qayda il

ə aparılır. Bu uşaqların inkişafı onların beyin fəaliyyəti-

nin qüsuru il

ə əlaqədardır. Yardımçı məktəbin mahiyyəti, qüsurlu uşağın qüsu-

runu nisb

ətən  azaltmaqdır.  Belə  uşaqlarda  ümumi  inkişaf  qüsurludur  və  yar-

dımçı  məktəb bu problemlə  məşğul  olur.  Əqli və  fiziki cəhətdən geri qalan 

uşaqlarda fonematik eşitməni inkişaf etdirmək -ətraf mühit haqqında təsəvvür 

yaratmaq v

ə zənginləşdirmək deməkdir. Bütün bu işlər nitq texnikası dərslərin-

d

ə, əmək dərslərində, rəsm dərslərində, yapma zamanı ritmikada, müalicə gim-



nas

tikası dərslərində aparılır. Sonra isə bu korreksiya işləri riyaziyyat, coğrafi-

ya, t

əbiətşünaslıq dərslərində aparılır. Şagirdlərə müşahidə etməyi, diqqəti, tər-



biy

ə etməyi öyrətmək lazımdır. Onlarda təfəkkürü, nitqi, yaddaşı inkişaf etdir-

m

ək, hər hansı obyekti müqayisə etmək, oxşar və fərqli cəhətləri fərqləndirmək 



xüsusiyy

ətləri öyrətmək lazımdır. Diqqət etmək lazımdır ki, uşaqlar öz xarak-

terl

ərində çatışmayan cəhətləri ayırd etsinlər. Yardımçı məktəbdə əqli və fiziki 



c

əhətdən  geri  qalan  uşaqların  inkişafında  əmək tərbiyəsi mühüm yer tutur. 

Uşaqları tərbiyə etmək və onları həyata hazırlamaqda əmək çox böyük təsiredi-

ci  (korreksiya)  rol  oynayır  [3].  Onların  psixi  və  fiziki  inkişafdakı  qüsurlarını 

azal

dır, qazanılmış bilikləri möhkəmləndirir. Yardımçı məktəbin vəzifəsi il ər-



zind

ə təlim -tərbiyəyə diqqətlə yanaşmaq və uşaqların qüsurunu islah etməkdən 

ibar

ətdir. Dərs prosesi əqli cəhətdən geri qalan uşaqlara bilik, bacarıq və vərdiş 



verm

əklə yanaşı əqli cəhətdən geri qalan uşaqların tərbiyəsində və inkişafında 

da köm

ək edir. Tərbiyə prosesi oliqofren uşaqların ayrı-ayrılıqda psixi funksi-



ya

sını deyil, anomal uşağın şəxsiyyətini tam və məqsədəuyğun öyrənməlidir.  

D

ərs prosesində keçirilən dərs materialı xüsusi işlənməli və sadə strukturu ilə 



kütl

əvi məktəbdən fərqlənməlidir. Ən çox dərs prosesində əyaniliyə fikir verilir. 

Əyanilik müəllimin və şagirdin sözünə uyğun olmaqla yanaşı məktəbdə didaktik 

prinsip


ə əsaslanır və şagirdlərin qüsurlu düşüncəsini inkişaf etdirir. Fərdi yanaşma 

prinsipi h

ər məktəbdə  əsas yer tutur. Fərdi  yanaşma  olmazsa,  müəllimlə  şagird 

arasında  əlaqə  yaranmaz, fəallıq  və  müstəqilliyi  şüurlu,  düşüncəli təhsilə  qarşı 

yön

əltmək olmaz. Əqli cəhətdən geri qalan uşaqları psixi və fiziki cəhətdən təshih 



ed

əndə yardımçı məktəbin qarşısında mühüm bir məqsəd durur – hissedici tərbiyə. 

Hissedici t

ərbiyə, müstəqil tərbiyə  forması  deyil, estetik fiziki və  əmək tərbiyə-

sinin t

ərkibinə aiddir. Bu tərbiyə qavramadan təfəkkürə  keçid  yaradır.  Hissedici 



t

ərbiyə  bütün məşğələlərdə  və  bütün fənlərin tədrisində  yardımçı  məktəbdə 

öyr

ədilməlidir, eyni zamanda fiziki və  estetik tərbiyədə  əmək dərslərində, 



sinifd

ənxaric dərslərdə, onun yaradıcılığında istifadə edilir.    



Yardımçı məktəb də kütləvi məktəb kimi şagirdlərə ümumi təhsil verir. 

Kütl


əvi məktəb  yardımçı  məktəbdən onunla fərqlənir  ki,  onun  şagirdləri 

texniki-


peşə təhsili alırlar. Sinifdə şagirdlərin sayı 12 nəfərdən çox olmur. Yardım-

93 


 

çı məktəbdə də kütləvi məktəbin təhsil metodundan istifadə edirlər. Ancaq buraya 

əyanilikdən,praktiki məşğələlərdən  yardımçı  məktəbin  qarşısında  duran  əsas 

v

əzifələrdən biri əqli və fiziki cəhətdən geri qalan uşaqların təlim və tərbiyəsi ilə 



m

əşğul olmaqdır. Bu uşaqların fizioloji və əsəb sistemini öyrənməkdən ibarətdir. 

Kütl

əvi məktəbin didaktikası eynidir, lakin spesifik cəhətdən burada olan uşaqlar, 



adi  uşaqlardan  fərqlənir.  Yardımçı  məktəb  şagirdlərə  bilik, bacarıq  və  vərdişlər 

aşılayır. Əqli cəhətdən geri qalan uşaqlar oxuma qabiliyyətinə malikdirlər. 

Valideynl

ərin başlıca qayğılarından biri, uşaqların oxuma vərdişinə, ge-

niş və hərtərəfli biliyə, habelə həyat üçün və gələcəkdə əldə edəcəkləri ixtisas 

üçün lazım olan bacarıq və vərdişlərə yiyələnmələrinə nail olmaqdır. Məktəbli-

nin t

ədris işi müəllimlərin rəhbərliyi altında keçir. Tədris təlimin əsasını verir, 



şagirdlərə istiqamət göstərir, dərs materialını düşünməyə və mənimsəməyə kö-

m

ək edir. Məktəblilər müəllimin verdiyi məlumatları  mənimsəyir,  müşahidə 



apa

rır,  müxtəlif  tapşırıqları  yerinə  yetirməyi öyrənir və  dərs  oxumağa  meyl 

edirl

ər. Əqli və fiziki cəhətdən geri qalan uşaqlarda tədricən təlimə şüurlu və 



f

əal münasibət  yaranır.  Lap  erkən  yaşlarından  uşaqlarda  ətraf mühitə  maraq, 

h

ər şeyi bilmək həvəsi, müşahidə və müqayisə etmək cəhdi əmələ gəlir. Ağıl-



dan k

əm olan uşaqda idrak marağının inkişafına ailə istiqamət verir. Valideyn-

l

ərin uşaqlarla ünsiyyəti, insanların yaratdığı şeylərə, təbiətin sirlərinə, yaxın və 



uzaq

dakı bütün əşyalara dair apardıqları söhbətlər, böyüməkdə olan insanı ardı-

ara

sı kəsilməz kəşflər yolu ilə inkişaf etdirir, uşaqlarda hər şeyi bilmək həvəsi 



oya

dır. Uşağın məktəbə psixoloji hazırlığının çox böyük əhəmiyyəti vardır [2]. 

Böyükl

ər ona belə bir aşılayırlar ki, məktəbə daxil olmaq yeni həyata qədəm 



qoy

maqdır. Burada uşaq yeni vəzifələr və davranışlara dair yeni tələblərlə qar-

şılaşırlar. Valideynlər uşaqların necə oxumalarına nəzarət edərkən onun üçün 

han


sı tədris fənninin çətin olduğunu görürlər. Buna görə də onlar müəllimlərlə 

birlikd


ə vaxtında çıxış yolu tapa bilməlidirlər. Valideynlər öz uşaqlarının təlim-

d

əki bu və ya digər nöqsanlarını görürlər.  



Uşaq tənbəlliyi gizli surətdə əmələ gəlir. Uşaq hələ fikrini cəmləşdirib 

oxu


mağa  adət etməmişdir.  Onu  hələ  çoxlu kənar  şeylər  maraqlandırır.  Buna 

gör


ə də, uşaq təlimdə rastlaşdığı çətinlikləri aradan qaldırmaq üçün özünü sə-

f

ərbər edə bilmir. Ev tapşırıqlarını müntəzəm olaraq axıra qədər yerinə yetiril-



m

əsi şagirdin  əqli geriliyini isbat edən  ən  geniş  yayılmış səbəblərdən biridir. 

Şagirdin təlimdəki fəallığının zəifləməsinə çox ciddi yanaşmaq lazımdır. Uşaq 

hiss etm


əlidir ki, bütün ailə - həm böyüklər, həm də uşaqlar özünəməxsus dəqi-

q

ələrdə özünü saxlayaraq davranışına nəzarət etməyi, çətin həyati məsələlərin 



h

əllində səbrli olmağı bacarmalıdır.  

M

əktəbyaşlı uşaqların içində bir qrup uşaq var ki, onlar kütləvi məktəb-



d

ə təhsil almaq imkanına malik deyil, kar və zəif eşidən, kor və zəif görən, əqli 

v

ə fiziki cəhətdən geri qalan uşaqlardır.  



 T

əhsil sisteminin tərkibində sağlamlığı məhdud olan uşaqların təhsil al-

ma

sı üçün xüsusi növlü müəssisələr yaradılır ki, onları da bu yardımçı və ya 



94 

 


xüsusi növlü mü

əssisələrə göndərirlər. 

 

Yardımçı məktəblər sırasına daxil olan məktəblər içərisində xüsusi tipli 



m

əktəblər vardır ki, burada əqli çatışmazlığa malik uşaqların təhsili və tərbiyəsi 

h

əyata keçirilir. Özünün məzmun və quruluşuna görə kütləvi məktəblərdən fərq-



l

ənən yardımçı məktəblərdə oxuyan uşaqların təlim tərbiyəsi çoxcəhətlidir, fərq-

l

əndirici xüsusiyyətləri ilk növbədə  onda ifadə  olunur  ki,  bu  uşaqlarda  idrak 



f

əaliyyətinin  pozulması  nitq  və  təfəkkürün  inkişafı  ilə  əlaqədardır.  Bir  qayda 

olaraq 

əqli və  fiziki cəhətdən  geri  qalan  uşaqlarda  mücərrədləşdirmə  və  ümu-



mil

əşdirmə  funksiyaları  kəskin surətdə  aşağı  düşür.  Bununla  əlaqədar onlar 

m

əktəbdə mənimsənilən biliklərə aid olan mürəkkəb əlaqələr sisteminə yiyələnə 



bilmirl

ər. Hətta cisim və  hadisələr  arasında  mövcud  olan  ən sadə  əlaqələri 

yardımçı  məktəblərin  şagirdləri  yalnız  müəllimlərin köməyi sayəsində  mənim-

s

əyə  bilirlər.  Əqli  geriliyə  malik  uşaqlarla  məktəb yaşlı  uşaqların  ümumi  gö-



rünüşü  ondan  ibarətdir  ki,  onların  fəaliyyət prosesində  nitqinin idarəedici rolu 

çox z


əif olur. Müəyyən şifahi göstəricilər, maneələr və s. əqli və fiziki cəhətdən 

geri  qalan  uşaqların  fəaliyyətini bu və  ya digər dərəcədə  idarə  etməyə  imkan 

verir. Əqli çatışmazlığı olan uşaqların ümumi əlamətləri sırasına bir də o daxildir 

ki, bel


ə uşaqlarda fiziki inkişafın pozulması kəskin şəkildə ifadə olunur [6]. 

 

Onlarda ümumi sağlamlığın zəifliyi aydın surətdə nəzərə çarpır ki, bu 



da bilavasit

ə mərkəzi sinir sisteminin pozulması ilə əlaqədardır. Əqli cəhətdən 

geri  qalan  uşaqların  təlim-tərbiyəsinin  müşahidəsinin çoxillik təcrübəsi sayə-

sind


ə müəyyən edilmişdir ki, münasib pedaqoji şərait yaradıldıqda belə uşaqlar 

elementar bilik v

ə vərdişlərə yiyələnir, sadə əmək növlərini mənimsəyir və bu 

əsasda onların inkişafında əhəmiyyətli irəliləyiş olur. Deməli, uşaqların ali sinir 

f

əaliyyətinin pozulması ilə əlaqədar əqli inkişafında yaranan nöqsanlar müvafiq 



pedaqoji v

ə sağlamlaşdırıcı fəaliyyətlə qismən aradan qaldırılaraq kompensasi-

ya edil

ə bilər.  



Yardımçı məktəbdə xüsusi təlim 

Yardımçı məktəblərdə didaktikanın ən mühüm hissələrindən biri əqli və 

fiziki c

əhətdən geri qalan uşaqların təlimi ilə xüsusi məşğul olmaq, onun məz-

mununu v

ə  mahiyyətini  araşdırmaqdır.  Əqli  cəhətdən  geri  qalan  şagirdlərin 

ümumi t

əlimi, xüsusi məktəbin təliminə uyğunlaşır. Yardımçı məktəbdə təhsi-



lin xüsusiliyi onun t

əshih etmə istiqamətindən asılıdır [6]. 

 II-

xüsusilik yardımçı məktəblər ondan ibarətdir ki, burada əsas aparıcı 



rol uşağın inkişafını öyrənməkdir.  

 Zehni c


əhətdən geri qalma mürəkkəb qüsur olub, beyinin fəaliyyəti ilə 

əlaqədardır. Əqli cəhətdən geri qalanlar nəinki az inkişaf etmiş olur, hətta onla-

rın inkişafı anomal xarakter daşıyır. Əqli və fiziki cəhətdən geri qalan uşaqlar-

da d


ərketmə, müstəqillik və fəallıq aşağı səviyyədə olur. Bu da əqli cəhətdən 

z

əif olan uşağın bilik,bacarıq və vərdişlərə yiyələnməsinə mane olur. Əgər nor-



mal inkişaf etmiş uşaq hər hansı bir fakta baxırsa, orada özünə lazım olan biliyi 

əldə edirsə, əqli cəhətdən geri qalan uşağın yardımçı məktəbdə təhsil almasını 

95 

 


ç

ətinləşdirir,  onların  bilik,  bacarıq  və  vərdişlərini  inkişaf  etdirmək üçün yeni 

üsul

lar  axtarıb  tapmaq  tələbi  qarşıya  qoyulur.  Normal  uşaqdan  fərqli olaraq, 



anomal, 

əqli cəhətdən geri qalan uşaqlar öz şəxsi təcrübələrindən istifadə edə 

bilmirl

ər.  Yardımçı  məktəbdə  təlimin  əsas istiqamətlərindən biri fəallıq  və 



müst

əqillik üzərində qurulmalıdır. 

 

Yardımçı məktəbdə təlim zamanı təcrübə ilə nəzəriyyə, əlaqəli xarakter 



da

şımalıdır. Yardımçı məktəbdə təlim təcrübi xarakter daşıyır. Təcrübə bir tə-

r

əfdən təlim prosesində tədris materialını başa düşməyə, onu həyata keçirməyə, 



möhk

əmləndirməyə, digər tərəfdən isə əqli cəhətdən zəif olan uşağın burada iş-

ti

rakı dərk etməsi mühüm rol oynayır. 



 T

əlimdə əyanilik, əqli cəhətdən geri qalan uşaqların dərs prosesində mü-

hüm rol oynayır. Nəinki kütləvi məktəbdə, eyni zamanda yardımçı məktəbdə də 

əyanilik, uşağın hər hansı bir əşyanı qavramağa və onun mahiyyətini araşdırmağa 

köm

ək edir. Əyanilik o zaman səmərəli olur ki, uşağın nitq inkişafına kömək edir. 



Yardımçı məktəbdə təlim alan uşaqlarda müstəqillik və fəallıq kütləvi məktəbdə 

t

əhsil alanlardan aşağı səviyyədədir. Əgər kütləvi məktəbdə ilk günlərdə şagird-



l

ərin müəllimin köməyinə ehtiyacı olursa, getdikcə bu azalır. Yardımçı məktəbdə 

is

ə  bütün hissələrdə  aparıcı  rolu  müəllim  oynayır.  Bu  şagirdlərin fəallığı  və 



müst

əqilliyi kütləvi məktəbdə təhsil alan şagirdlərin səviyyəsinə çatmır. 



Yardımçı məktəbdə təlim-tərbiyənin inkişafı 

 

Yardımçı məktəbdə təlim, müəllim və şagirdlərin birgə fəaliyyətindən 



əmələ gəlib uşaqlara bilik, bacarıq və vərdişləri aşılayır. Müəllimin fəaliyyəti-

bi

liyini,  bacarığını  uşaqlara  aşılamaq  və  uşaqların  fəallığını  artırmaqdır.  Əqli 



c

əhətdən geri qalan uşaqlara bilik və bacarıq verildiyi zaman onlarda müşahi-

d

əçilik, yaddaş, qavrama inkişaf edir, biliyə qarşı maraq, işləmək qabiliyyəti, 



s

əliqəlik oyanır.  

 T

əlim prosesi ilə yanaşı tərbiyə prosesi də aparılır. Həyatda mənfi ha-



dis

ələrə qarşı mübarizə aparmaq, faydalı əməkdə iştirak etmək kimi xüsusiy-

y

ətlər aşılanır.  



 T

əlim və tərbiyə vəhdət təşkil edir. Müəllim təkcə uşağa bilik verməklə 

kifay

ətlənməyib, onda təbiətə  qarşı  da  münasibət  yaradır.  Bacarıqlar  qazanır, 



mür

əkkəb riyazi əməliyyatlarda, qrammatik cümlə  təhlilində  istifadə  edirlər. 

Oxu

maq bacarığı özündə bir sıra vərdişləri əks etdirir: oxuyan zaman səsi endi-



rib  qaldırmaq,  vergüldə  dayanmaq, nöqtə  qoymaq,  oxumaq  bacarığında  əsas 

rolu m


ətnin qısa məzmununu təşkil edir. Yardımçı məktəbdə vərdişləri forma-

laşdırmaq, onları bacarıqla və biliklə əlaqələndirmək təlim zamanı müəllimdən 

diqq

ət tələb edir. 



 T

əlim prosesi bir neçə mərhələdən ibarətdir. 



 I  m

ərhələ.  Anlayışdan  verilmiş  materialı  qavramaq,  yardımçı  məktəbdə 

əllimin verdiyi tapşırığı qavramaq və nə dərəcədə qavranıldığını öyrənmək va-



cibdir. Bu keçil

ən proqramdan, imkandan və  əyanilikdən  asılıdır.  Ümumi şəkildə 

əqli və fiziki cəhətdən geri qalan uşaqlar psixi cəhətdən inkişaf etmirlər. Mərkəzi si-

96 


 

nir sisteminin m

əğlubiyyətində isə patoloji hal müşahidə edilir [5]. Beyin qabığında 

analiz v

ə sintezin, periferik hissənin məğlubiyyəti nəticəsində zehni cəhətdən zəif 

olan uşaqlarda qavrama və hissetmə aşağı səviyyədədir. Əqli cəhətdən zəif uşaqlar-

da da qavrama v

ə hissetmə aşağı səviyyədədir. Əqli cəhətdən zəif olan uşaqlarda 

qavrama t

əfəkkürlə sıx əlaqədədir. Əqli cəhətdən zəif uşaqlarda müəllim dərsi elə 

t

əşkil etməlidir ki, uşaqlar verilmiş materialı qavrasınlar. 



 II m

ərhələ. Buraya daha dərin mahiyyəti, fəallığı və qavrama yaradıcı-

lığı olan şagirdlər aiddir. Şagirdlər hər hansı bir hadisəni digəri ilə müqayisə 

edirl

ər, onların oxşar və fərqli cəhətlərini analiz edirlər. Bu zaman müəllimin 



qar

şısında duran əsas vəzifə şagirdin təfəkkürünü fəallaşdırmaq, onlara anlaşıla 

bil

əcək dərəcədə düşünmək və müraciət etməyi öyrətməkdir. Bu mərhələ yar-



dımçı məktəbdə işləyən müəllim üçün çox mürəkkəb prosesdir. Burada əqli cə-

h

ətdən geri qalan uşağın qüsurlu təfəkkürü, onunla bağlı olan çətinliklər daha 



ay

dın  nəzərə  çarpır.  Psixologiyadan  məlumdur ki, əqli cəhətdən geri qalan 

uşaqda təfəkkürün inkişafı zəifdir [4]. 

 

Əqli cəhətdən geri qalan uşağın təfəkkürü öz zəif xarakterinə görə, bir 



obyektd

ən o birinə keçməsi ilə məqsədyönsüz hərəkəti ilə fərqlənir. Onlar dərs-

d

ə ardıcıllılığa riayət etmirlər. Əqli və fiziki cəhətdən geri qalan uşağın təfək-



kürü d

ərs materialı ilə də əlaqədardır. Əqli və fiziki cəhətdən geri qalan uşağın 

t

əlimində əyanilikdən geniş istifadə edilir. Yardımçı məktəbdə əməkdən daha 



ge

niş istifadə olunur. 

 

İnkişaf etməmiş təfəkkür əqli cəhətdən geri qalan uşağın nitqinə təsir edir, 



onların nitqi ləngimə ilə inkişaf edir, nitqləri tez-tez pozulur, intonasiya zəif olur. 

Normal  uşağa  nisbətən  əqli cəhətdən  geri  qalan  uşaqda  lüğət  ehtiyatı  kasıbdır. 

Passiv lüğət, aktiv lüğətə üstün gəlir və onlar çox vaxt sözlərin mənasını bilmirlər. 

 III  m

ərhələ.  Bu mərhələdə  qazanılmış  bilikləri möhkəmləndirmək la-

zımdır. Bu vacib mərhələdir. Müəllimin əsas məqsədi bilik, bacarıq və vərdiş-

l

əri möhkəmləndirmək, onlardan müxtəlif cürə  istifadə  etməkdir.  Yardımçı 



m

əktəbin şagirdləri gec qavrayırlar və tez də unudurlar. Yardımçı məktəbdə iş-

l

əyən müəllim  materialı  möhkəmləndirən zaman, təkrarlamanın  müxtəlif nö-



vünd

ən istifadə edir. Vərdişləri zəif olan uşağın bilik və bacarığının formalaş-

dığı zaman yaradıcılıq mühüm rol oynayır.Əqli cəhətdən geri qalan uşağın diq-

q

əti zəıif olur. Onlar əvvəlki təcrübədən yeni tapşırıqları həll edəndə istifadə et-



m

əkdə çətinlik çəkirlər. Əqli cəhətdən zəif olan uşaqlar, normal uşaqlara nisbə-

t

ən daha çox tapşırıqlar həll etməlidirlər. 



 IV m

ərhələ. Əqli cəhətdən geri qalan uşaqlarda hər hansı bir şeyə qarşı 

maraq yaratmaq ç

ətindir. Onların diqqəti asanlıqla bir obyektdən o birinə keçə 

bi

lir.  Əqli  cəhətdən zəif olanlar öz nitqlərinə  və  eyni  zamanda  onları  əhatə 



ed

ənlərin də nitqinə diqqət etmirlər. 

 Mü

əllim və  şagird.  Təlim özündə  iki prosesi birləşdirir:  1  müəllimin 



ya

radıcılığı (dərs demək), 2 şagirdin yaradıcılığı (təlim) və onların əlaqəsi. Mü-

əllim şagirdlərin biliyinə rəhbərlik edir. Müəllimin işinin keyfiyyəti, dərs za-

97 


 

ma

nı hər bir şagirdin biliyindən asılıdır. Burada müəllimin əsas vəzifəsi onları 

müst

əqilliyə  öyrətməkdir.  Uşaqda  anadangəlmə  vərdişlər olmur. Bu vərdişlər 



h

əyat şəraitindən və tərbiyədən asılıdır. Səliqəli, işgüzar, intizamlı, mütəşəkkil, 

əməksevər, hörmətcil, nəzakətli olmağı, uşaq 1-ci növbədə ailədə və məktəbdə 

öyr


ənir.  Əgər valideynlər,  uşağın  düzgün  hərəkətləri təkrar etməsinə,  faydalı 

v

ərdişlər qazanmasına və bu vərdişləri vaxtında qazanmasına və bu vərdişləri 



vax

tında qazanmasına qayğı göstərməsələr, o zaman xaraktersiz, həyata hazır-

lıqsız adam yetişə bilər. Uşaqda yaxşı vərdışlər nə qədər çox olsa, pis vərdişlər 

bir o q


ədər az olar [7]. 

 Lakin çox zaman pis v

ərdişlər yaxşı vərdişlərlə yanaşı yaranır. Bu pis 

v

ərdişlər ona görə yarana bilər ki, valideynlər özləri nədəsə pis nümunə göstə-



rirl

ər, uşağı pozan pis təsirləri görə bilmirlər, deməli uşağın nöqsanına uyğun 

olaraq h

ərəkət etmirlər. Bu zaman uşağa məlum olmayan hərəkətlər uşağı əsəb-

l

əşdirir. Əsəbli uşaq öz hərəkətlərini cilovlaya bilmir, psixi proseslər pozulur. 



Bel

ə hal uşağa pis təsir edir. 



 Anadang

əlmə anomaliyanın müxtəlif səbəbləri.  

Bunun 


əsas səbəblərindən biri-irsilikdir. Anomaliya habelə, müxtəlif 

z

əhərlənmələrin, zədələnmələrin,  inkişaf  etməkdə  olan  dölün  soyuması  təsiri 



il

ə əmələ gələ bilər. Bətn daxilinə düşən infeksiyalar bəzən embrional inkişafın 

ağır surətdə pozulmasına-mikrosefaliyaya (baş beynin kifayət qədər inkişaf et-

m

əməsinə), hidrosefaliyaya  (baş  beynin  hidropas  xəstəliyinə), anadangəlmə 



kor

luğa səbəb olur. 

 Sonradan 

əmələ  gələn  anomaliyanın  bir-birinə  oxşar  səbəbləri olur. 

H

ər şeydən əvvəl, bu səbəblər uşaq yaşında keçirilmiş yoluxucu xəstəliklərdir 



(epidemik, meningit, polimielit, skarlatina, qrip v

ə s.). Müxtəlif zədələnmələr 

v

ə zəhərlənmələr də təsir göstərir. 



 

Anomal  uşaqların  əsas  qrupları  pis  eşidən  uşaqlardan,  kor-karlardan, 

zehni c

əhətdən geri qalanlardan, nitqi ağır sürətdə pozulmuş uşaqlardan ibarət-



dir. Sağlamlığı məhdud olan uşaqların inkişafındakı anomallığı aradan qaldır-

maq üçün böyük işlər görülür. Xalqın maddi və mədəni səviyyəsinin yüksəlmə-

si, profilaktika vasit

ələrinin inkişafı xüsusi müalicə üsullarının tətbiqi fiziki və 

zeh

ni inkişafın pozulması hallarının xeyli dərəcədə azalmasına səbəb olur. Bu 



ki

mi qüsurları olan uşaqlar xüsusi məktəblərdə tərbiyə olunur və təhsil alırlar. 

Bel

ə xüsusi məktəblərdə ümumtəhsil hazırlığı və əmək tərbiyəsi ilə yanaşı xəs-



t

əliklərin xarakterinə uyğun xüsusi iş də aparılır. Məsələn: anomal uşaqların tə-

lim v

ə tərbiyəsindən ailənin üzərinə xüsusi vəzifə düşür. Bunun üçün fəal ün-



siyy

ət, böyük diqqət və həssaslıq lazımdır. Uşağa heç vaxt onun qüsurunu bila-

vasit

ə və ya dolayısı ilə demək lazım deyildir. Ailədə sakit şərait, düzgün və 



xeyirxah münasib

ət olmalıdır. Bu əsəb sistemi xəstə olan uşaq üçün çox vacib-

dir. Erk

ən uşaqlıq dövrü, bir yaşdan 3 yaşa qədər olan müddəti əhatə edir. Er-

k

ən uşaqlıq dövründə, hər şeydən əvvəl, uşağın fiziki inkişafında əsaslı dəyi-



şikliklər baş verir. Defektoloqların fikrincə, uşağın antogenetik inkişafında psi-

98 


 

xi

kanın ən sürətli inkişafı məhz erkən uşaqlıq yaşı dövrünə təsadüf edir. 1-1,5 

ya

şına  çatmış  uşaq  sosial  baxımdan  artıq  müəyyən funksiyalara yiyələnmiş 



olur. O müst

əqil sürətdə öz fikrini başqalarına çatdırır, ətrafdakılarla ünsiyyətə 

gi

rir, bir sıra elementlər və davranış formalarını icra edir. 



 1824-cü ild

ə fransız psixiatrı F.Belom əqli cəhətdən geri qalan uşaqları 5 

qrupa ayırır: idiotiya, imbesillik, debillik, şizofren, ruhi xəstə uşaqlar. Bunlar nor-

mal fiziki v

ə ya psixi cəhətdən inkişafdan xeyli geri qalan uşaqlardır. Bu normal 

inkişafdan kənara çıxma hallarının əsasını təşkil edən qüsurlar anadan gəlmə olur 

v

ə yaxud, sonradan əmələ gəlir. Defektologiya elmi qədim tarixə malik olmaqla 



b

ərabər, tədricən belə uşaqların əmələ  gəlmə səbəblərini öyrənməyə  başlamışdı. 

Tibb v

ə  pedaqogikanın  inkişafı  nəticəsində  XVII  əsrin  axırlarında, XVIII əsrin 



əvvəllərində  əqli geriliyin əmələ  gəlmə  səbəbləri öyrənilməyə  başlandı  [7]. 

Uşaqlarda əqli zəiflik kliniki yol ilə ilk dəfə psixiatr Eskiral (1772-1840) tərəfin-

d

ən öyrənilməyə başlandı. Bu zaman həkim-pedaqoq Eduard Seçen tərəfindən ilk 



d

əfə olaraq pedaqoji sistemin dərindən öyrənilməsinə başlandı. 

 XIX 

əsrin ikinci yarısında uşaqların icbari təhsilinin həyata keçirilməsi ta-



mamlandı ki, məktəblərdə yardımçı siniflər açılsın. Yardımçı məktəb və siniflərdə 

t

əhsil  alan  uşaqların  nöqsanlarının  əmələ  gəlmə  səbəbləri öyrənilməyə  başlandı. 



Aparılan elmi tədqiqat işi dəqiq müəyyən etdi ki, əqli zəiflik anadangəlmə və son-

radan 


əmələ gəlmədir. Uşaq dünyaya göz açarkən lazımi əqlə malik olmur, inkişafı 

dövründ


ə böyüməsi nöqsanlı olur. Bu nöqsan uşağın normal fəaliyyətinə maneçilik 

tör


ədir. Bəzi hallarda xəstəlik (qızılca, qrip, sarılıq, hidropas vəs.) nəticəsində əmələ 

g

əlir.  Bu  zaman  orqanik  demonsiyanın  etnologiyası  qismən oliqofreniya etnolo-



giyasına  və  onun  adaptasiyasına  malik  olur.  Onun  səbəbləri  başbeyin  infeksiya, 

travmatik intokonasion z

ədələnmələrdir. Orqanik demonsiya 1,5-2  yaşdan  sonra 

beyin z


ədələnmələri zamanı meydana çıxır [4].  

 Beynin orqanik z

ədələnmələrinin  qalıq  təzahürləri ilə  şərtlənmiş  de-

mon


siyanı və baş beyində cari orqanik proseslərlə bağlı olan demonsiyanı fərq-

l

əndirir. Hər şeydən əvvəl, bu intellektual nöqsanın başqa strukturudur. 



 

Orqanik demonsiya üçün inkişafdan qalmanın totallığı kimi oliqofrenik 

ağıldankəmliyin əsas əlamətləri qeyri-tipikdir. 

 I. 

İdiotiya. 

 

İdiotiya oliqofreniyanın daha ağır formasını təşkil edir. Qavrayış funksi-



y

asının inkişafdan qalması qeyd olunur. Beləliklə, bu xəstəliyi keçirən uşaqların 

t

əfəkkür prosesi daha məhduddur. Nitq səslərdən ibarətdir və  ya, biri digəri  ilə 



bağlı olmayan və aydın deyilməyən sözlərdən ibarətdir. Müraciət nitqində məna 

deyil, intonasiya v

ə nitqi müşayiət edən mimika və jestlər qavranılır. Öz nitqinin 

xüsusiyy


ətləri idiotluğun dərinliyindən asılıdır. Nitq ayrı-ayrı anlaşılmaz səslərlə 

m

əhdudlaşmış olur, yaxud da qrammatik uzlaşma olmadan kobud tələffüz pozun-



tuları  ilə  mənanın  başa  düşülməsindən ibarət  olan  ayrı-ayrı  səslər  yığımından 

ibar


ətdir. Əgər onlar kiməsə müraciət edirsə, dedikləri sözün mənasına görə yox, 

ancaq intonasiyaya 

əsasən onları başa düşmək mümkün olur. 

99 


 

 Emosiyalar elementar s

əciyyə daşıyır və bir çox hallarda fiziki əhval-

ruhiyy

ə, fizioloji tələbatla bağlı olur. Məmnunluq və sevincin primitiv təzahür-



l

ərinin mənbəyi somatik, salamatlıq, toxluq, istilik duyğuları, patoloji həvəsin 

t

əmin edilməsidir. Qeyri-məmnunluq hissi soyuq, aclıq, ağrı somatik diskom-



for

tun duyulmasında irəli gəlir. 

 Affektin ifad

ə forması primitivdir: sevinc hərəki oyanmada, ifadəli qış-

qırtıda və mimikada təzahür edir, kin qəzəb halında təcavüzə, özünü zədələmə-

y

ə meyl müşahidə olunur. Lakin idiotiyanın daha yüngül dərəcələrində sosial 



hissl

ərin rüşeymlərini aşkar etmək olar: onları yedizdirən, qulluq edən adamla-

ra bağlılıq elementləri. tərif zamanı sevinc hisslərinin təzahürü, tənqid zamanı 

na

rahatlığın fasilə verməsi nəticəsində baş verir. 



 

İdiotlarda ancaq ona qulluq edən adamlara güclü bağlılıq qeyd olunur. 

Onlara t

əsir edəndə, narahat olurlar, təriflədikdə isə sevinirlər. Hərəki inkişaf-

dan qalma mimikanın kəsad olmasında hərəkətlərin birtərzli və ləngliyində, on-

la

rın koordinasiyasında, pozğunluqlarda təzahür edilir. Demək olar ki, fəaliyyət 



yoxdur. Özün

əxidmət vərdişləri  yoxdur. Davranış instiktiv tələbatların  yerinə 

yetirilm

əsi ilə, yaxud xarici qıcığa qarşı elementlər affektiv və hərəki reaksiya-

lar

la bağlı hərəkətlərlə məhdudlaşmışdır. Öz öhdələrinə buraxılmış belə xəstə-



l

ərin bəziləri ətrafdakılara uzanmış və yaxud, oturmuş, digərləri isə (kəllənin) 

başın deformasiyası, kəsiklər, ifliclər, qıcolma, yan keçmələr tez-tez baş verir. 

İdiotiya xəstəliyi keçirən  uşaqlar  təlim-tərbiyəyə  çox  gec  uyğunlaşırlar.  Bu 

uşaqlar qapalı yerlərdə müalicə olunurlar. Bəziləri müalicədən sonra, təlim-tər-

biy


əyə nisbətən uyğunlaşırlar[1]. 

II. 

İmbesillik. 

Oliqofreniyanın ağırlaşmış formaları olmadıqda,  imbesillikdən əziyyət 

ç

əkən uşaqlar və yeniyetmələr bəzən fiziki əməyin elementar formalarına yiyə-



l

ənməyə qabil olurlar (sadə karton işləri, kəsmək, yapışdırmaq, müxtəlif məişət 

m

əmulatları üçün sadə detalların rənginə və ölçüsünə görə və s.işlər). Ağır for-



ma

lı imbesillik zamanı isə, hətta istehsalat əməyinin sadə növlərini öyrətmək 

bel

ə mümkün deyil. İmbesillik zamanı intellektual defektin ifadə tərzi müxtə-



lif

dir. Ağıl kəmliyinin nisbətən yüngül dərəcələrində debilliklə defferensiyası 

əyyən çətinliklər törədir. Belə hallarda uşaqları yardımçı məktəblərin diaq-



nostik sinifl

ərinə göndərmək məqsədə uyğundur. Bu zaman ağıl kəmliyi özünü 

daha az büruz

ə verir. Onlar artıq qavradıqları xarici mühit haqda müəyyən əla-

m

ətləri  sanki  toplayır  və  müəyyən  informasiya  ehtiyatına  malik  olurlar.  Ele-



mentar cüml

ələrlə nitq mümkündür. Özünə xidmətin elementar vərdişləri var-

dır.  Emosional  sferada  artıq  özünəqiymətvermə, incidikdə  həyəcan keçirmə, 

on

ları ələ saldıqda mənfi emosional halkeçirmə müşahidə olunur. İmbesil uşaq-



lara b

əzən oxu elementlərini öyrətmək mümkündür. 



 

İmbesillikdən əziyyət çəkən uşaqların nevroloji strukturunda müxtəlif 

simptomlar (k

əllə-beyin sinirləri patologiya və digər qabıqaltı pozuntular özü-

nü göst

ərir), patoloji reflekslər tez-tez olur. Ağır formalarında isə paretik po-



100 

 


zun

tular:  qıcolma,  ürəkkeçmə  ola bilər. Fiziki simada debillikdə  olduğundan 

tez-tez b

ədən quruluşunun displaziyası, serebral-endokrin pozuntular müşahidə 

olu

nur. İmbesil uşaqlar öz təhsillərini xüsusi məktəblərdə davam etdirirlər. 



 III. Debillik. 

(yunan sözü-debilis-z

əif)-psixi inkişafın ləngiməsi, oliqofreniyanın nis-

b

ətən yüngül dərəcəsidir,  oliqofreniyanın  daha  yüngül  formasında  elementar 



prosesl

ər zədələnməsə də, təfəkkürün ali formalarının inkişafdan qalmalı əsas 

əlamətidir. Digər funksiyaların da ali formalarında çatışmazlıqlar diqqəti cəlb 

edir. M


əsələn: qavrama zamanı ən çox o səviyyə inkişafdan qalır ki, analiz və 

sintez prosesi il

ə bağlıdır. Məlumdur ki, bu uşaqlar xüsusi proqramla məktəbdə 

oxuyurlar: oxumaq, yazmaq, saymaq kimi v

ərdişləri qavrayırlar, ümumiyyətlə, 

əyyən sənət sahibi olurlar. 



 Bütün bunlar 

əqli  inkişafın  kəmiyyətcə  təyini vasitəsilə  həyata keçir. 

Bu zaman bilik v

ə bacarığın səviyyəsi təyin olunur və buna əsasən, debil uşaq-

la

rın inkişaf dinamikası ifadə olunur. Lakin qüsurun keyfiyyət analizi proqnoz 



ver

ərək bilikalma mümkünlüyünü təyin edir. Debil dərəcəli oliqofren uşaqlar 

yar

dımçı məktəb şagirdlərinin əsas istiqamətini təşkil edir. Diaqnostik nöqteyi-



n

əzərdən bu forma müəyyən çətinliklər törədir, belə ki, intellektual nöqsan bu-

rada qeyri-kobud  t

ərzdə  ifadə  olunur. Ümumiləşdirmək  bacarığı  elementləri 

olur: m

əktəbəqədər yaş dövründə oyunda primitiv niyyət, onun mümkün sadə 



t

əşkili olur: məktəb  yaşı  dövründə  konkret  şəraitin müəyyən qiyməti, sadə 

praktik m

əsələlərin həllində oriyentasiya olur. Fraza-nitqin yaxşı mexaniki ha-

fiz

əsi olur. Bütün bunlar, müəyyən məlumatlar ehtiyatının: oxu, say vərdişləri-



n

ə yiyələnməyə, bilikləri mənimsəməyə xidmət edir [6]. 

 

Yardımçı məktəbin xüsusi şəraitində 9 il ərzində uşaqlar, kütləvi mək-



t

əbin ibtidai sinfinin  proqramı  əsasında  bilikləri mənimsəyir və  ilk istehsalat 

ha

zırlığı almağa qabil olurlar. Bu zaman sensor, motor, emosional, intellektual 



v

ə  nevroloji sferalarda intellektual və  nevroloji  sferalarda  inkişafdan  qalma 

hal

ları müşahidə olunur. Lakin yüngül formalarda uşağın fəaliyyəti, onun intel-



lek

tual imkanlarından asılıdır. Bu uşaqlar çalışqan, həmçinin xeyirxah olurlar. 

Ağırlaşmış formalı oliqofreniya vaxtı isə psixi inkişafdanqalma sinir sisteminin 

z

ədəsi ilə bağlı olur. Ona görə də, xəstəlik simptomlarına daha çox təsadüf olu-



nur. Serebroastenik sindromda iş qabiliyyəti qəfil aşağı düşür. Bu isə, tezyorul-

ma kimi müşahidə olunur. Nevrozabənzər simptomlarda isə tez küsmə, qorxu, 

k

əkələmə kimi hallar müşahidə olunur. Psixopatobənzər qüsur affektiv coşğun-



luq, işgüzarlıq, bələdiləşənin itməsi kimi diqqəti cəlb edir. Epileptiform qıcol-

ma tutması kimi olub, intellektual işgüzarlığı aşağı salır, belə uşaqlara adi küt-

l

əvi məktəbdə oxumaq qadağası qoyulur. Debilliyə intelektin oliqofrenik inki-



şafdan qalması xasdır. Təfəkkür əyani, obrazlı xarakterə malikdir, mütərrədliyə 

v

ə  ümumiləşdirməyə  qabiliyyət çox zəifdir.  Əşyaları  və  onların  təsvirlərini 



düz

gün qavrayan debil uşaqlar əşyaların müqayisəsində, onların arasında olan 

daxili 

əlaqəni müəyyən etməkdə çətinlik çəkirlər. Nitqləri çox az və pis inkişaf 



101 

 


et

miş  olur.  Məktəbəqədər  yaş  dövründə  oynamaq fəaliyyəti ancaq əşyalarla 

olub sad

ə  manipulyasiyalardan və  müəyyən stereotipləri yamsilamaqdan iba-

r

ətdir. Əgər normal uşaqlarda 6-7 yaş dövründə əsas fəaliyyət təlim fəaliyyəti-



dirs

ə, oliqofrenlərdə bu yaş dövrü, ancaq oyun fəaliyyəti ilə bağlıdır. Bu bir da-

ha oliqofrenl

ərdə psixi inkişafdan qalma halının olduğunu sübut edir. 

 

Uşaqlar  ümumtəhsil  hüququna  malikdir.  Sağlamlığı  məhdud olan, 



uşaqların təhsil alma hüququ təhsil qanununda öz əksini geniş tapmışdır. 

IV. 

Şizofreniya xəstəliyi. 

Şizoidli psixopat uşaqlar xarici aləmdən tam təcrid olunurlar. Onlar an-

caq böyükl

ərlə ünsiyyəti sevir, özlərindən yaşca böyük uşaqlarla münasibət ya-

ra

dırlar, oyunda çox erkən  yaşlarından  intellektual  elementləri çox sevirlər. 



Əgər  şizofreniya  xəstəliyi  zamanı,  hətta kəskin  böhran  olmadıqda  belə, psixi 

f

əaliyyətin pozulması inkişafını görürük, şizoid tipli psixopat uşaqlarda proses-



sual olmayan xarakteroloji 

əlamətlər zənginliyi  müşahidə  olunur.  Şizofreniya 

x

əstəlikli uşaqlarda bu yaş dövründə müşahidə olunan ipoxondrik ideyalar baş-



qa formaya malikdir. Onlar t

əsdiq edirlər ki, özlərində gördükləri bu xəstəliklə-

rin nec

ə əmələ gəlməsini, kimlərin onlara təsiri nəticəsində bu xəstəliyə səbəb 



ol

masını  sübut  etməyə  çalışırlar,  ideyalarında  sayıqlamalar  da  olur.  Nəticədə 

b

əzən ölüm qorxusu müşahidə olunur. Ona görə də, yeniyetməni tədqiq edər-



k

ən, hökmən müşahidə olunan yaş simptomlarının uşağın özü tərəfindən düz-

gün hiss edilm

əsi və hansı üzvi xəstəlik fonunda keçməsinə əsaslanaraq nəticə 

çıxarmaq vacibdir. Yəni müşahidə olunan vegetativ simptomlar yaşla əlaqədar 

olaraq müv

əqqəti əmələ gələrək, sonra tədricən yox olur, ya da hər hansı üzvi 

v

ə ya sosial mənşəli zədənin nəticəsində daha da mürəkkəbləşib uzun müddət 



qa

lır və qeyri-adekvat qiymətləndirilir. Bu halda patoloji şəxsiyyətin formalaş-

ma

sı müşahidə olunur [5]. 



 

Normal inkişafa malik olan uşaqlarda yeniyetmə yaş dövründə instiktiv 

h

əvəslər tədricən  artır.  Seksual  mənşəli maraqlar və  həvəslər tələbatlar siste-



mind

ə  xüsusi yer tutur. Onlar öz zahiri görkəmlərinə  bəzi  əşyalara  və  bəzək 

şeylərinə xüsusi həvəs göstərirlər. Güzgüyə çox baxmaq, özünü müəyyən me-

yarlara 


əsasən qiymətləndirmək və  çatışmazlıqlarını  mütləq aradan götürmək 

v

ə ya kompensasiya etmək tələbatı meydana çıxır. 



 

Şizofreniya uşaqlarda, ələlxüsus oğlanlarda, yeniyetməlik yaş dövrün-

d

ə  emosional  sferanın  çatmazlığı,  heboid  sindromu  kimi  özünü  büruzə  verir, 



q

əddarlıq və aqressivlik daha qabarıq olan bu uşaqlarda instinktiv sfera və mü-

nasib

ətlər sistemi pozulur. Süs gedişli şizofreniya zamanı yaxın adamlara ma-



ra

ğın sönməsi, ünsiyyətin pozulması, psixi aktivliyi zəifləməsi xarakterik əla-

m

ət kimi diqqəti cəlb edir. Qarışan hallar, qorxu, şübhə əlamətləri daha tez-tez 



t

əsadüf olunur. 

 

Nevroz uşaqlarda yeniyetməlik dövründə emosional sferada kəskin də-



yişmələr müşahidə olunur. Əhval-ruhiyyənin tez-tez, gah müsbət, gah da mənfi 

t

ərəfə yönəlməsi, emosiyaların oyanıqlığını oğlanlar daha tez hiss edir, qıcıqla-



102 

 


naraq 

əsəbiləşirlər və özlərindən tez çıxırlar. Bu sahədə aparılan elmi-tədqiqat 

işləri göstərilmişdir ki, yeniyetməlik yaş dövründə mərhələlər mövcuddur: 8-11 

yaş arası; 12-16 yaş arası; 16 yaşdan yuxarı. Ən çətin yaş dövrü 13-16 yaşları 

t

əşkil edir. Çünki “mən”  obrazının  sabitliyi  pozulur,  özünüduyma,  özünüqiy-



m

ətləndirmə  dəyişir,  özündən  razılıq  hissi  aşağı  enir.  Buna  görə  də, xüsusilə 

qızlarda depressiv vəziyyət müşahidə olunur. Oğlanlar üçün isə boy və çəkisi, 

d

ərisi hissiyyatlı nahiyələr təşkil edir. Beləliklə, şəxsiyyətin patoloji formalaş-



ma

sı  müxtəlif  dizontogenetik  inkişafın  nəticəsi ola bilər,  şəxsiyyətin patoloji 

for

malaşmasına səbəb olan digər faktor, təlim və tərbiyənin səhv və əlverişsiz 



so

sial şəraitdən keçməsi hesab olunur. Bu reaksiyaların əmələ gəlməsi uşağa: 

a) psixi z

ədə verən situasiyanın (yarımçıq ailə, uşağın əhatəsində olan qruplaş-

malar); b) m

ənfi nümunə rolu oynayan ailə üzvlərinin (alkoqolizm, valideynlə-

rin dalaşmaları, ailə üzvlərinin bir-birinə qarşı aqressivliyi, qəddarlığı və s.) ol-

ma

sı ilə əlaqədardır. Ailə üzvlərinin mənfi davranışı yeniyetmədə patoloji şəx-



siyy

ət əlamətləri: oyanıqlıq, isteriklik, davamsızlıq kimi xoşagəlməz əlamətlər 

“t

ərbiyə” edir. Bunlar öz növbəsində yeniyetmədə patoloji şəxsiyyət əlamətlə-



ri

nin formalaşmasına səbəb olur. Lakin qeyd etmək lazımdır ki, normal və pa-

to

loji reaksiyalar arasında aydın sərhəd yoxdur [8]. 



 

Şizofreniyanın  ağırlaşmış  formasının  kliniki  təsviri həm statistikada, 

h

əm də dinamikada  yuxarıda təsvir edilmiş psixi və somatonevroloji sahənin 



in

kişafdan  qalmasının  müxtəlif dərəcəli  əlamətləri ilə  məhdudlaşmışdır.  Belə 

uşaqlar adətən sakit, təmkinli  intizamlı  və  əməksevərdirlər.  Başa  düşdükləri 

tap


şırığı yerinə yetirən zaman kifayət qədər diqqətli və mütəşəkkildirlər. Ancaq 

qeyd etm


ək lazımdır ki, ağırlaşmış şizofren uşaqların yüngül dərəcəsi zamanı 

emo


sional sferanı və elementar şəraiti nəzərə almaq qabiliyyətinin kifayət qə-

d

ər saxlanması çox hallarda intellektual defekti pərdələyir və əqlizəiflik, kütlə-



vi m

əktəblərə daxil olma vaxtı, yaxud da orada bir və ya iki il uğursuz qaldıq-

dan sonra diaqnozu t

əyin edilir. 

 

Şizofreniya  xəstəliyi keçirən  uşaqlar  təlim-tərbiyəyə  tez adaptasiya 



olur

lar. Ağır forma keçirən uşaqlar təlimə bir qədər çətin uyğunlaşırlar.  Belə 

uşaqların müalicəyə ehtiyacı olur və onlar həkim nəzarəti altında olurlar. 

V. Ruhi x

əstə-Şizofrenik demonsiya. 

 

Şizofreniya proqressivləşən psixi xəstəlikdir, onun etnologiya və pato-



genzi müasir dövrümüz

ə qədər müxtəlif tədqiqatların predmetidir. Genetik də-

lill

ər irsi amilin əhəmiyyətli rolunu nəzərə çarpdırır. 



 

Şizofreniyanın  klinik-psixoloji strukturunda əsas (neqativ) və  əlavə 

(pro

duktiv) simptomları fərqləndirirlər. 



 X

əstəlik prosesinin distruktiv mahiyyətini  əks  etdirən neqotiv simp-

tomlara 

aşağıdakılar aid edilir: 

 1)  autizm-

reallıqla  əlaqənin zəifləməsi, xarici aləmdən təcrid olmaq, 

qa

palılıq, ətrafdakılarla əlaqəyə təlabatın olmaması, fantaziya aləminə üstünlük 



verilm

əsi; 


103 

 


 2) emosional d

əyişmələr-emosional reaksiyaların qeyri-adekvatlığı, ya-

xın  adamlarla  emosional  əlaqələrin zəifləməsi, tədricən emosional yoxsulluq, 

şəxsiyyət vahidliyinin itirilməsi; 

 3) t

əfəkkürün pozulması-əvvəlcə onun paradoksallığı, simvolikliyi, qə-



lizliyi, intellektual qeyri-produkti

vliyi şəklində. 

 Bu 

əsas simptomların ifadə dərəcəsi şizofrenik defektin əsas ağırlığını 



əyyən edir.  

 

Şizofreniya  zamanı  produktiv  pozğunluq  xəstəliyin kəskin  davamının 



t

əzahürüdür.  Onlara  effektiv  hallyusinasiya,  sayıqlama  nevrozabənzər hərəki 

simpt

omlar, şüur pozğunluğu aid edilir. 



 X

əstəliyin klinikası və proqnozu onun gedişi tipi ilə əlaqədardır. Xəstəli-

yin fasil

əsiz, tutmaşəkilli və qarışıq gedişlərini fərqləndirir. Fasiləsiz gediş üçün 

müxt

əlif dərəcəli proqressivləşən  neqotiv  pozulmaların  üstünlük təşkil  etməsi 



xarakterikdir.  Tutmaşəkilli  gediş  halında  isə  bu və  ya digər produktiv simp-

tomlarla z

əngin kəskin tutmalar neqotiv pozulmaların tədricən artması üstünlük 

t

əşkil  edir.  İshal  zamanı  isə  kəskin  tutmalararası  periodla  əvəz  olunur.  Uşaq 



yaşında şizofrenik proses fasiləsiz, yaxud fasiləsiz tutmaşəkilli gedişə malikdir. 

Bel


ə  uşaq  kütləvi məktəbdə  təhsil ala bilər,  yalnız  fərdi təlim yolu ilə,  halı 

ağırlaşan zamanı belə uşaqlar aktiv müalicə üçün xəstəxanaya yerləşdirilir [4]. 

 Autizmin yüks

ək ifadəliliyi bu uşaqların psixi inkişafına kəskin mane 

olur.  Ətraf  aləmdə  əlaqənin  ətrafdakılara,  uşaqlara  marağın  olmaması  xəstə 

uşağı əsas bilik və bacarıq mənbələrindən məhrum edir. Xəstəliyin proqradient 

ge

dişi zamanı daxili aləm də yoxsullaşır, hadisələrin çox hissəsi ətrafdakılardan 



qorxma, ç

əkinmə ilə bağlıdır. 

 

Əlaqəyə tələbatın pozulması nəticəsində ilkin mühafizə edilmiş nitq ün-



siyy

ət üçün az istifadə olunur, yaxud heç olunmur. Səs ucalığının nitq təsirinin 

münt

əzəmliliyi, yaxud əksinə intonasiyanın moponluğunu neologizmlərə meyl-



lik  xarakterikdir.  Ağır  hallarda  autiq  nitq  ətrafdakılara  aydın  olmayan,  lakin 

x

əstə üçün müəyyən emosional məna kəsb edən səs birləşməsindən ibarət olur. 



 Emosional d

əyişikliklər  effektin  kobudlaşmasında,  uşaq  diribaşlığının 

itirilm

əsində təzahür edir. Bəzən yaxın adamlarından hər hansı birinə bağlılıq 



saxlanılır. 

 T

əfəkkürün spesifik pozğunluğu müşahidə olunur: sektiv diqqətin zəif-



liyi, b

əhrəsiz mühakimələrə meyllik, bir sualın zəhlətökən təkrarı, hərəkət və 

hissl

ər arasında daxili əlamətin olmaması. 



 

Psixi  inkişafın  pozğunluğu  üçün  psixi  aktivliyin  aşağı  düşməsi, qida-

lanmaya, istiliy

ə, fiziki rahatlığa marağın olmaması epurez daha mənalıdır. 

 

Uşaqlarda sayıqlama pozulmaları sərsəm fantaziyalar, nağıllar aləminə 



düşmək kimi özünü göstərir. 

 Bel


ə fantaziyaların patoloji xarakteri, reallıqla əlaqənin daim kəsilməsi, 

daim fantastik al

əmdə olmaqda təzahür edir. 

 H

ərdən yaxın adamlarına patoloji meyl, qəzəblilik, qəddarlıq, sadiqlik 



104 

 


əlamətləri: heyvanları incitmək həvəsi, oyuncaqları sındırmaq, kitabları cırmaq 

şahidə olunur. 



 Nevroloji statusda m

ərkəzi sinir sistemi xarakterik deyil, vegetativ dis-

funk

siya (yuxunun, iştahın pozğunluğu) əzələ və dəmir hipotopiyası daha spe-



sifikdir. 

 Fiziki halda is

ə boy və çəkidə bəzən geriqalmaya, bədən quruluşu in-

fantilliyin

ə rast gəlinir. 

 

Demonsiyanın şizofrenik genezinin diaqnostikası yuxarıda təsvir olun-



muş produktiv simptomatika olan zaman çətinlik törətmir. Neqativ pozğunluq-

lar üstünlük t

əşkil edən zaman isə orqanik demonsiya, yaxud oliqofreniya ilə 

differensial diaqnostika z

əruri olur [8]. 

Sağlamlığı məhdud olan uşaqların təlim-tərbiyəsi, eləcə də normal inki-

şafın vaxtında korreksiyası xüsusilə diqqət mərkəzindədir. Belə uşaqlarda nöq-

sa

nın  erkən  yaşlarda təyin  olunması,  onların  seçilməsi, fərqləndirilməsi və 



komplektl

əşdirilməsi əsas məsələ kimi həll olunur. 

 

Nöqsanın erkən kompensasiyası, onların inkişafının müşahidə edilmə-



si, 

əqli cəhətdən  geri  qalan  uşaqların  hərtərəfli  korreksiya  olunmaları  onların 

g

ələcəkdə məktəbə daha yaxşı hazırlanmaları üçün geniş imkanlar yaradır. Ona 



gör

ə  də,  sağlamlığı  məhdud  olan  uşaqların  korreksiya  tərbiyə  işinə  mümkün 

q

ədər tez başlamaq lazimdır. 



 

Uşaqların ətraf aləmi, əşya və hadisələri mənimsəməsi, nitqə yiyələn-

m

əsi-bütün bunlar, uşağın ətraf aləmi dərk etməsi deməkdir. 



 

ƏDƏBİYYAT  

1.

 



Qasımov S.Ə., Talıbov Y. Anomal uşaqların əlahiddə pedaqogikasının əsasları. Bakı: 

Çaşıoğlu, 2000. 

2.

 

Рубинштейн С.Л. Проблемы общей психологии. M., 1976. 



3.

 

Певзнер М.С., Ростягайлова Л.И. Психологическое развитие детей с нарушениями 



умственной «работоспособности». M.:  Педагогика, 1971. 

4.

 



Певзнер М.С. Клиническая характеристика детей с ЗПР. M.  

5.

 



Зейгарник Б.В. Патопсихология. M., МГУ, 1976. 

6.

 



Пекелис Э.Я. Педагогическая характеристика детей с ЗПР и работа с ними. M.: Педа-

гогика, 1971. 

7.

 

Эльконин Д.Б. К проблеме периодизации психического развития в детском возрасте. 



ж-л «Вопросы психологии», 1971. 

8.

 



Ж-л Дефектология № 1, 2, 3, 4, 5. M., 2002.  

 

ВЫБОР ПРАВИЛЬНОГО ПРИЕМА УМСТВЕННО И ФИЗИЧЕСКИ ОТСТАЛЫХ 



ДЕТЕЙ ОТ РАЗВИТИЯ В СПЕЦИАЛЬНЫЕ ШКОЛЫ 

 

А.А.МАМЕДОВА 

 

РЕЗЮМЕ  

 

В статье говорится о выборе правильного приема умственно и физически отста-

лых детей в специальные школы, о подготовке таких детей в реальную жизнь, о том, что 

105 


 

они не должны чувствовать себя беспомощными. 

Роль специальных школ должна быть целенаправленной, дети должны заниматься 

по специальному режиму. 

Цель специальных школ уменьшить в определенном количестве отсталость у та-

ких детей от развития.  

 

Ключевые слова: умственно и физически отсталыe дети, специальные школы. 

 

 



 

SELECTION OF MENTALLY AND PHYSICALLY 

HANDICAPPED CHILDREN IN SPECIAL SCHOOLS 

 

A.A.MAMMADOVA  

 

 SUMMARY 

 

The  article  deals with the rules of admission of mentally  and physically handicapped 

children to special schools. 

The role of the special schools has to be purposeful, children should be engaged on  a 

special mode. 

 

 Key words: mentally and physically handicapped children, special schools. 



106 

 

Каталог: Xeberler%20Jurnali -> Sosial%20%202014%20%202
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Sosial%20%202014%20%202 -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə