Baki – 2020 Mövzu Yumurta


Ayaqqabı istehsalında tətbiq edilən gön xammalının fiziki-mexaniki analizi



Yüklə 0,9 Mb.
səhifə124/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

7. Ayaqqabı istehsalında tətbiq edilən gön xammalının fiziki-mexaniki analizi

1. Ayaqqabı istehsalında tətbiq edilən gön xammalının tərkibi , quruluşu və xassələri
Ayaqqabılar müxtəlif növ xassələri özündə birləşdirir ki, bu da ayaqqabı və digər məmulatların hazırlanması üçün onu qiymətli materiala çevirir. Gönün xassələri, onun kimyəvi tərkibindən, quruluşundan çox asılıdır. Bununla yanaşı müxtəlif növ gönlər bir çox oxşar xassələrə malik olur ki, bunun da əsasını nisbətən eyni quruluşlu olan xam dəri təşkil etməsi sayılır. Bu cəhət müxtəlif növ gönlərin keyfiyyətini vahid metodla qiymətləndirməyə imkan verir.

Gönlərin keyfiyyəti fiziki-mexaniki göstəricilər və kimyəvi tərkibi ilə xarakterizə edilir ki, onların da əsasları standartla normalaşdırılır. Kimyəvi tərkib göstəriciləri böyük rol oynayır, onlar gönün keyfiyyətinin fiziki-mexaniki xassə göstəriciləri üzrə xarakterini və gönün emalının düzgünlüyünə nəzarəti bir növ tamamlamış olur.



Ayaqqabı istehsalında işlədilən gönlərin istehlak xassələrinin hazırkı dövrə qədər elmi cəhətdən əsaslandırılmış təsnifatı verilməmişdir. Gönlərin istehlak xassələri 1-ci səviyyədə istismar xassələrinə və estetik xassələrə bölünür.

Istismar xassələri öz növbəsində funksional, erqonomik, təhlükəsizlik, uzunömürlülük, xarici görünüş kimi xassələrə bölünürlər. Standarta əsasən gönlərin əsas istehlak xassələrini qalınlıq, həcm, çəki, xüsusi çəki, məsaməlilik, hava keçirmə, sıxlıq, buxarkeçirmə, sukeçirmə, dartılma zamanı möhkəmlik həddi, üz qatının dartılmaya davamlılığı.

Uzanması, sürtünməyə müqaviməti və s. kimi göstəricilərə ayırmaq olar. Məsələn, hazır gönün qalınlığı xammalın qalınlığından və emal xüsusiyyətlərindən asılıdır. Belə ki, gönlərin arayışlandırılması zamanı mexaniki əməliyyatlar nəticəsində gönün qalınlığı əhəmiyyətli dərəcədə dəyişir.

Standartın tələbinə əsasən ayaqqabılar üçün olan gönlərinin qalınlığı 0,4-2,5 mm, altlıq gönlərin qalınlığı isə 1,5-6 mm-ə qədər olur.

Ayaqqabı gönlərinin qalınlığı onun təyinatına təsir göstərən ən mühüm amildir. Beləki, zərif xrom gönləri uşaq ayaqqabıları üçün, orta qalınlıqda olan gönlər qadın, qız, oğlan, kişi ayaqqabıları üçün, nisbətən qalın xrom gönləri isə uzunboğaz çəkmələrin hissələri üçün tətbiq edilir. Daha qalın cod gönlər ayaqqabıların altına, az qalın gönlər isə içlik üçün işlədilir.

Gönlərin mühüm istehlak xassələrindən biri də onların məsaməliliyi və sıxlığıdır. Gön məsaməli materiallara aid edilir. Gönlər makro,mikro və ultra məsaməli olurlar. Məsaməlilik məsamə həcminin gön nümunəsinin ümumi həcminə olan nisbəti ilə müəyyən olunur. Gönlərin sıxlığı əsasən onun məsaməliyindən asılıdır.

Ayaqqabıların alt detallarına işlənən gönlərin məsaməliliyi texniki normativ sənədlərin tələblərinə uyğun olaraq 25-50%, xrom üzdetallar üçün olan xrom gönlərinin isə 45-60%. Gönlərin hava, buxar, su, nəm, istilik keçirmələri də və eləcə də upruqluğu, plastikliyi xeyli dərəcədə gönlərin məsaməlilik dərəcəsindən asılıdır.

Ayaqqabıların gigiyenik xassələrinə təsir göstərən ən mühüm amillərdən biri də onun hazırlanması üçün işlədilən gön materiallarının keçiricilik xassələrinə malik olmasıdır. Gönün keçiricilik xassələrindən ən vacib və praktik əhəmiyyətə malik olanı hava keçirmədir.

Gönün havakeçirmə xassəsi onun məsaməliliyi ilə əlaqədardır. Deməli, məsaməlilik göstəricisi yuxarı olduqca gönün havakeçirmə qabiliyyəti yuxarı olur. Bu baxımdan ən yaxşı havakeçirmə qabiliyyətinə kazeyin örtüklü xrom və eləcə də zamşa gönləri malikdir.

Gönlərin sukeçirmə və nəmçəkmə xassələr gigiyenik xassələr olmaqla bərabər mühüm istismar xarakteri daşıyır. Gönün nəmçəkmə xassəsi müəyyən müddət nəmçəkmiş nümunədə olan rütubətin miqdarı ilə təyin olunur.

Birləşdirilmiş aşılanma üsulu ilə emal edilmiş ayaqqabıların alt detallarına işlənən gönlərin iki saatlıq nəmçəkmə göstəricisini normallaşdırır. Belə gönlərin nəm çəkməsi 60%-dən yuxarı olmamalıdır. Xrom aşılanması ilə emal oluqmuş gönlərin nəm götürməsi 120%-ə qədər ola bilər.

Gönlərin mühüm istehlak xassələrindən biridə onun dartılma zamanı göstərdiyi möhkəmlik həddidir. Gönlərin bu göstəricisi praktik əhəmiyyətə malikdir. Ona görə ki, ayaqqabı istismar zamanı tez-tez dartılma təsirinə məruz qalır. Dartılma zamanı möhkəmlik həddi cırılma yükü adlanır və gönlərin mexaniki xassələrinin xarakteristikası üçün vacibdir. Bu göstəriciyə əsasən xammalın keyfiyyəti barədə müəyyən fikir söyləmək olar.



Dartılma zamanı möhkəmlik həddinə görə müxtəlif gönləri də müqayisə etmək olar. Müqayisə zamanı gönlərin qalınlığını nəzərə almaq lazımdır.

Gönlərin cırılmaya qarşı kifayət qədər davamsızlığı istehsal zamanı nöqsanların yaranmasına və ayaqqabıların sürtünməyə qarşı davamlılığının azalmasına səbəb olur.

Gönlərin möhkəmlik həddi xammaldan, aşılama növündən, bəzəndirilmə xarakterindən və s. asılıdır. Məsələn, xrom aşılanması ilə emal olunmuş gönlər xrom-bitki aşılıması ilə aşılanmaş gönlərdən daha yüksək möhkəmlik həddinə malik olur. Bu onunla izah edilir ki, xrom gönlərində en kəsiyi vahidinə düşən liflərin miqdarı daha yuxarıdır.

Gönün mühüm istehlak xassələrindən biri onun uzanma qabiliyyətinə malik olmasıdır. Gönün uzanma xassəsi ayaqqabının üzünün formaya salınmasında, daha doğrusu, tikiş əməliyyatlarının yerinə yetirilməsində mühüm rol oynayır.

Bununla bərabər, gön materiallarının uzanma xassəsi hazır ayaqqabılarda istismar xarakteri daşıyır və ayaqqabının formasının dəyişməməsi üçün vacibdir. Tikiş texnologiyası göstərir ki, ayaqqabı istehsalında üzlük təyinatlı gönlərin kifayət qədər dartılmaması nəticəsində ayaqqabının xarici görünüşü pisləşir və məmulat tez deformasiyaya uğrayır. Bunların hamısı nəticə etibarilə hazır ayaqqabının istehlak xassəsinə mənfi təsir göstərir.

Ayaqqabı gönlərinin xarakteristikası üçün uzanmanın tərkib hissəsi onun upruqluq və qalıq uzanmasının da mühüm əhəmiyyəti vardır. Beləki, ayaqqabı gönlərinin upruq uzanması ayaqqabıların istismar zamanı ilkin forma və ölçülərinin saxlanmasını təmin edir.

Onu da qeyd etmək lazımdır ki, gönün uzanma xassəsinə gönün növü, emal və aşılama üsulları, istismar şəraiti və s. təsir göstərir. Beləki, bitki və xrom-bitki aşılaması ilə emal edilmiş gönlər hiss ediləcək dərəcədə yüksək palstikliyə malik olurlar.

Ümumiyyətlə, yuxarı deyilənlərdən belə nəticəyə gəlmək olar ki, ayaqqabı gönlərinin uzanması hazır ayaqqabıların estetik xassəsinə də böyük təsir göstərir. Gönlərin uzanma xassəsinin vacibliyini nəzərə alaraq, onun göstəricisini standart üzrə normallaşdırırlar.

Ayaqqabı gönlərinin mühüm istehlak xassələrindən biri də onun sürtünməyə qarşı göstəridiyi müqavimətdir. Gönlərin sürtünməyə müqavimət göstərmə dərəcəsi hazır ayaqqabıların xidmət müddətinə təsir göstərən ən mühüm amillərdən biridir.

Gönlərin sürtünməyə qarşı müqavimət göstəricisi həm də gönlərin davamlılığı haqqında mühakimə yürütməyə imkan verir. Onu da qeyd etmək lazımdır ki, sürtünməyə qarşı müqavimət ayaqqabıların altlıq gönləri üçün daha vacib sayılır.

Ayaqqabıların altlıq gönlərinin sürtünməyə qarşı göstərdiyi müqavimət dərəcəsi xammalın növündən, aşılama üsulundan, arayışlandırma əməliyyatının xarakterindən və digər amillərdən asılıdır.

Gönlərin xassələrinin təhlilini aparmaq üçün daxil olan gön partiyalarından nümunə götürülür. Götürüləcək nümunənin miqdarı aşağıdakı düstur ilə hesablanır.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin