Baki – 2020 Mövzu Yumurta


Mövzu 26. İnşaat mallarının keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə243/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   239   240   241   242   243   244   245   246   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Mövzu 26. İnşaat mallarının keyfiyyətinin ekspertizası
Plan:

1. İnşaat mallarının təsnifatı

1.1. Mineral inşaat – yapışdırıcı materiallar və onlardan hazırlanan məmulat

1.2. Yapışdırıcı materiallar əsasında hazırlanan məmulat



1.3. Şüşədən və keramikadan olan inşaat malları

1.4. Metaldan olan inşaat malları

1.5. Sanitar – texniki avadanlıq və armatura

1.6. Ağacdan olan inşaat materialları

1.7. Rulon örtük materialları

1.8. İnşaat mallarının keyfiyyətinin laboratoriya üsulları ilə ekspertizası
1. İnşaat mallarının təsnifatı
İnşaat malları çox cürbəcürdür. İnşaat malları iki əlamət üzrə, yəni təbiətinə və təyinatına görə təsnifləşdirilir. Təbiətinə görə inşaat malları aşağıdakı qruplara bölünür:

a. təbii daş materialları (tikinti daşı, çaylaq daşı, çınqıl, qum, dördtin daş və s.);

b. mineral mənşəli yapışdırıcı materiallar (əhəng, gips, sement və s.) və çiy süni materiallar (əhəngdən, gipsdən və sementdən hazırlanan məmulat);

c. bişirilmiş süni materiallar (keramika materialları – kərpic, kirəmit, lövhəcik və s.) və şüşə materialları;

d.üzvi yapışdırıcı materiallar və bunlardan hazırlanan məmulat (tol, ruberoyd və s.);

e. ağac materialları;

f.metal materialları və s.

Təyinat etibarilə inşaat malları aşağıdakı qaydada bölünür:

a. divar materialları (kərpic, blok, daş, inşaat şalbanları və s.);

b. üzlük materiallar (üzlük kərpic, lövhəcik və s.);

c. isti izolyasiya materialları (keçə, kəpitkə, lövhə, mineral pambıq və s.);

d. dam örtüyü materialları (dam örtüyü poladı, kirəmit, asbestsement lövhələri və təbəqələri, rulon şəklində təbəqə materialları və s.);

e. bəzək materialları ( divar kağızı, linkurs, linoleum və s.);

f. sanitar-texniki avadanlıq ( boru, boru birləşdirən hissələr, əlüzyuyan, vanna, unitaz və s.)



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin