2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri
görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün
təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən
nəqliyyat vasitəsi ilə
yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün
nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə,
nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını,
nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli,
sonra hadisə yerinə
qayıtmalıdır.
3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət
hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz
nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə
əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları
qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından
keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;
4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına
xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını
yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
əməkdaşlarının gəlməsini gözləməlidir.
5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi
zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək
nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi
şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin
sxemini tərtib edib
imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Dostları ilə paylaş: