Mal-qara ötürənlərin vəzifələri
Mal-qara ötürənlər:
1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;
2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir
yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq
ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı
ötürməməlidirlər;
3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.
Piyadanın vəzifələri
I. Piyada:
1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə
velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət
etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə
getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil
arabalarında gedən şəxslərin səki və ya yol çiyni ilə hərəkəti başqa piyadalar üçün
maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər);
2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri
ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında
səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;
3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə
nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil
arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda
nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);
4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət
hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar
olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış
minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə
minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra
çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun
hərəkət hissəsini tərk etmək lazımdır);
5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun,
o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;
6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
7) üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs
siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini
keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli
və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);
8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa
maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat
vasitəsinin olmadığını yəqin etməlidir;
9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan
və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin
kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;
10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş
dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız
yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini
qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin
etdikdən sonra çıxa bilər.
III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks
istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar
yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun
(nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.
IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti
istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox
olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol
tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın
qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər:
qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar.
V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti
ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa
icazə verilir.
Пийадаларын йолун щярякят щиссяси бойу щярякяти
Арабалы сцрцжцнцн йол айрыжыны кечмяси схеми.
Йашайыш мянтягяляриндян вя пийада
кечидляриндян
кянарда йолун кечилмяси схеми
Nizamlanan yerüstü piyada keçidi
|