Bakı 2014 Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix01.01.2017
ölçüsü2,93 Mb.
#3965
  1   2   3

APTEK BİZNESİ

Kiçik sahibkarlar üçün bələdçi



Bakı - 2014

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi.

“AZSEA” MMC, Bakı, 2014, 60 səh



Müəllif: Rövşən Ağayev

Redaktor: Azər Mehtiyev

“Bu nəşr Amerika xalqının USAID vasitəsilə göstərdiyi sə -

xavətli dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bu nəşrin məzmununa

görə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi məsuliyyət

dayışır. Burada ifadə olunan fikirlər USAID-in və ya Amerika

Birləşmiş Ştatları Hökumətinin mövqeyini əks etdirməyə bilər” 

ISBN 978-995281-317-3

© İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

İçindəkilər

Ön söz ..................................................................................5 

Giriş ....................................................................................6 

Bölmə I. Aptek biznesinin təşkili üçün spesifik

hüquqi şərtlər ......................................................9 

Aptek açmaq istəyən şəxslər üçün peşə-ixtisas və

sağlamlıq tələbləri ....................................................9 

Aptek biznesinin lisenziyalaşdırılması ........................12 

Aptek biznesinin təşkilati-hüquqi formaları ..............14 

Apteklərin təşkilinə dair tələb və standartlar ..............15

(i) Aptekə olan əsas tələblər ..............................................16

(ii) Aptek məntəqəsinə dair əsas tələblər ........................19

(iii) Aptek köşkünə dair əsas tələblər ..............................21



Aptek işçilərinin sertifikasiyası  ..................................24

Aptek biznesilə bağlı xüsusi diqqət yetirilməli

hüquqi müddəalar ..................................................27

Bölmə II.Aptek biznesinin təşkili üçün ümumi

hüquqi tələblər ..................................................30

Biznesin dövlət qeydiyyatı ..........................................30

Əmlak üzərində mülkiyyət və ya icarə

hüququnun rəsmiləşdirilməsi ................................32 

(i) torpağın əldə olunması ..................................................36

(ii) torpaq üzərində mülkiyyət hüquqlarının

dövlət qeydiyyatı ..........................................................37

(iii) binanın tikintisi üçün icazənin alınması ..................38

(iv) mərhələ - tikilmiş bina üzərində hüquqların

dövlət qeydiyyatı ..........................................................40 

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

3


Vergi və sosial sığorta öhdəliklərinin icrası üçün

uçot və hesabatlılıq ..................................................42

İşçi qüvvəsindən istifadənin rəsmiləşdirilməsi ..........45

Bölmə III. Aptek biznesi ilə məşğul olanlar üçün ən

mühüm hüquqi-normativ sənədlər ................46

Bölmə IV. Aptek biznesi ilə bağlı peşə hazırlığı

imkanları..........................................................48

Bölmə V. Kiçik sahibkarlar üçün kredit əldə etmək

imkanı: biznes-planın hazırlanması əsas

şərtdir ..............................................................50 

Bölmə VI. Sahibkarlar üçün faydalı linklər ......................56

Bölmə VII. Dərmanların satışı və marketinqi ilə

məşğul olan əczaçılıq şirkətləri ......................57

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

4


ÖN SÖZ 

Bu bələdçi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf

Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Azərbaycanda Kiçik

Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində hazırlan -

mışdır. Layihənin məqsədi Azərbaycanda kiçik sahibkarlıq mühi-

tinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə layihə

çər çi və sində kiçik sahibkarlığın vəziyyəti və problemləri araş -

dırılır, qanunvericiliyin təkmilləşdirilməsinə, dövlət idarəetmə

institutlarının gücləndirilməsinə dair təkliflər hazırlanır, konkret

kiçik sahibkarlıq sahələrindəki maneə və çətinliklər təhlil edilir,

qadın-ailə biznesinin inkişafına dair tədqiqatlar aparılır və

tövsiyələr hazırlanır və bir sıra digər vacib istiqamətlərdə işlər

görülür. Layihənin icraçıları bunlardır: Sahibkarlığın və Bazar

İqtisadiyyatının İnkişafına Yardım Fondu (aparıcı təşkilat), İqti-

sadi Təşəbbüslərə Yardım Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi,

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Gələcəyə

Körpü Gəncə gənclər ictimai birliyi və Quba Xalça Dünyası

Assosiasiyası. 

Bu kitabça Azərbaycanda kiçik sahibkarlıq sahələrindən biri

olan aptek biznesinin təşkilinə həsr olunub. Burada qeyd edilən

sahədə fəaliyyəti tənzimləyən hüquqi prosedurlar, əmlak üzərində

mülkiyyət və ya icarə hüququnun rəsmiləşdirilməsi məsələləri,

vergi və sosial sığorta öhdəlikləri, işçi qüvvəsindən istifadənin

rəsmiləşdirilməsi qaydaları və bu sahibkarlıq sahəsinə aid bir çox

digər məsələlər üzrə vacib məlumatlar əks etdirilib. Bələdçi həm

bu sahədə fəaliyyət göstərən, həm də fəaliyyət göstərməyə

hazırlaşanlar üçün faydalı mənbədir və müəlliflər ümid edirlər ki

oxucular razı qalacaq.

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

5


GİRİŞ 

Dərman vasitələrinin pərakəndə satışı demək olar ki, dün -

yanın bütün ölkələrində kiçik və orta biznesin fəaliyyət sferasına

aiddir. Öz növbəsində dünyada sahibkarlığın bu sahəsi gəlirli

biznes hesab olunur. Azərbaycanda ən müxtəlif qiymətlən dir -

mələrə görə, aptek biznesinin illik dövriyyəsi 450-500 milyon

manatdan az deyil və ekspert qiymətləndirmələrə görə, hətta

qeyri-rəsmi dövriyyənin daha geniş olması ilə bağlı mümkün ehti-

mallar nəzərə alınmazsa belə, təqdim edilən məbləğ mövcud

apteklərin rentabelli çalışması üçün yetərli sayıla bilər.

Dünyada aptek biznesi üçün xarakterik olan ümumi cəhət -

lərdən biri bu sahənin sərt dövlət nəzarəti altında olmasıdır. Bu

cür nəzarət sistemi isə apteklərin fəaliyyətinin əhalinin sağlamlığı

baxımından milli təhlükəsizliyə sıx bağlı olması ilə izah edilir.

Aptek biznesinə sərt dövlət nəzarətinin olması özünü ilk növbədə

bu sahibkarlıq fəaliyyətinin icazəli olmasında göstərir. Qüvvədə

olan Azərbaycan qanunveciliyinə görə, aptek biznesi ilə məşğul

olmaq istəyən subyektlər Səhiyyə Nazirliyindən xüsusi lisenziya

aldıqdan sonra, fəaliyyətə başlaya bilərlər. Əks halda, İnzibati

Xətalar Məcəlləsinin tələbinə əsasən, lisenziyasız aptek fəaliyyəti

göstərən subyektlər iri məbləğdə cərimələrlə üzləşəcəklər. 

Ayrı-ayrı ölkələrin təcrübəsinin araşdırılması göstərir ki,

inkişaf etmiş ölkələrdə aptek biznesinin lisenziyalaşdırılması ilə

bağlı fərqli modellər mövcuddur. Məsələn, Danimarka, Almaniya

və Finlandiyada yalnız əczaçı ixtisasına malik şəxslər aptek açmaq

üçün icazəyə görə müraciət edə bilər. Lakin Belçikada aptek biz-

nesi üçün lisenziya istənilən məslək sahibinə verilə bilər, lakin

aptekdə işləyən işmilərin əczaçı olması mütləq şərtdir. Por-

tuqaliyada da yalnız əczaçı ixtisasına malik şəxslər aptek açmaq

üçün icazə ala bilər, amma bu ölkədə qanun bir nəfərı yalnız bir

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

6


aptekin sahibi olmağa imkan verir. İtaliya və İspaniyada apteki

açan şəxs həmin aptek fəaliyyətinə başlayandan 3 il, Avstriyada

isə 5 il ötdükdən sonra satıla bilər. Amma məsələn, Hollandiyada

bu qəbildən olan məhdudiyyətlər yoxdur. Bu məhdudiyyətin

məqsədi odur ki, aptek açmaq imkanı məhdudlaşdırılan şəxslər

əczaxana biznesinin başqa subyektlərin yardımı ilə qura bilməsin. 

Dünyanın müxtəlif ölkələrində apteklərin açılmasına icazə

verilərkən səlahiyyətli dövlət qurumları onların coğrafi paylan -

masına xüsusi diqqət verir və lisenziyalaşdırma qərarı verilərkən

apteklərin mövcud dislokasiyasını nəzərə alır. Məsələn, bir çox

Avropa ölkələrində konkret coğrafi ərazilər daxilində əhalinin hər

10 min nəfəri üçün apteklərin sayı limitləşdirilir, yaxud apteklərin

arasında ara məsafəsi müəyyənləşdirilir və s. Avropa Birliyinin

ayrı-ayrı ölkələrində apteklərin dislokasiyasını planlaşdırmaq

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

7


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

8

üçün orta hesabla əhalinin 2500-4000 nəfəri üçün 1 aptekin



fəaliyyət göstərməsi hədəfə alınır. Qonşu Türkiyədə də bu gös tə -

ri ci 4000 ətrafındadı. Azərbayacan hökumətinin məlumatı na gö -

rə, hazırda ölkəmizdə 1500-dən bir qədər çox, o cümlədən

ra yonlarda 850-dən, Bakıda 600-dən çox, Gəncə və Sumqayıt ki -

mi şəhərlərdə isə 100-dək lisenziyalı aptek fəaliyyət göstərir. Bu

o deməkdir ki, Azərbaycan əhalisinin orta hesabla hər 6350 nə -

fə rinə 1 aptek düşür. Öz növbəsində Avropa Birliyinin bir sıra öl -

kələrində apteklərin arasıdakı məsafə 250-300 metrdən az bilməz. 

Beləliklə, aptek biznesi bütün dünyada olduğu kimi Azər -

baycanda da həssas, bütün insanların maraqlarına toxunan və

dövlətin ciddi nəzarəti olan sahədir. Belə məsuliyyətli işin öh də -

sindən gəlmək üçün əsas məsələ bu sektorda çalışanların qanun-

verciliyin onlara verdiyi hüquqlarla bağlı müfəssəl məlumatlı

olmasıdır. Bu baxımdan təqdim olunan bələdçi Azərbaycanda

aptek açmaq istəyən kiçik və orta sahibkarlar üçün əlverişli yar -

dımçı ola bilər. 



Bölmə I

Aptek biznesinin təşkili üçün spesifik

hüquqi şərtlər 

Hər bir sahibkarlıq fəaliyyətində olduğu kimi, aptek biz-

nesinin təşkili üçün spesifik olan hüquqi tələblər mövcuddur. Bu

qəbildən olan tələblərə aptek biznesinə başlamaq üçün xüsusi

lisenziyanın alınması, əzcaçılıq fəaliyyətinin həyata keçirildiyi bi-

nalar üçün əlahiddə sanitar şəraitin yaradılması, bilavasitə aptek

işçiləri üçün spesifik şərtlərin müəyyənləşdirilməsi ilə bağlı

norma və standartları aid etmək mümkündür. Aşağıda həmin

tələblərin hər biri ayrıca nəzərdən keçirilir.

Aptek açmaq istəyən şəxslər üçün peşə-ixtisas və

sağlamlıq tələbləri 

Aptek açmaq istəyən sahibkarlıq subyektinin əczaçılıq üzrə

ali və ya orta ixtisas məktəbini bitirməsi əsas hüquqi tələbdir. Bu

tələb “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası

Qanununun 6-cı maddəsində əks olunub. Həmin müddəada

qeyd olunur ki, istər Azərbaycan Respublikasında, istərsə də xarici

ölkələrdə əczaçılıq sahəsində ali, yaxud orta ixtisas qazanmış fiziki

şəxslər və mülkiyyət for masından asılı ol ma ya raq bütün hüqu qi

şəxs lər  ap tek  fəa  liyyətilə

məşğul ola bilərlər. Öz

növ bə sində,  məhkə mə -

nin qəra rı ilə əczaçılıq

fəa liyyəti ilə məşğul ol -

ması qada ğan edilən və

ya fəaliyyət qabiliyyə ti -

nin olmadığı barədə qə -

rar çıxarılan şəxslərin

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

9


əcza çılıq fəaliyyəti ilə məşğul olması qadağandır. “Əhalinin

sağlamlığının qorunması haqqında” Azərbaycan Res publikası Qa-

nununun 46-cı maddəsinin tələbinə görə, fasiləsiz olaraq ixtisasları

üzrə beş ildən çox işləməməyən əczaçılar müvafiq tədris

müəssisələrində hazırlıq keçdikdən, yaxud yoxlama imtahanları

verdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisas

üzrə beş ildən çox işləməmiş əczaçılıq təhsili olan şəxslər dövlət

səhiyyə sisteminin müvafiq müəssisə lərində ixtisaslarının təsdiq

olunmasından sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul

ola bilərlər. Azərbaycan Respubli 

kasının iştirakçısı olduğu

beynəlxalq mü qavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda,

xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərə müvafiq

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada

uyğun tədris müəs sisəsində imtahan verdikdən sonra tibb və

əczaçılıq fəaliy yəti ilə məşğul olmağa icazə verilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02.10.2006-cı

il tarixli, 153 saylı əmri ilə təsdiqlənmiş “Aptek təşkilatının ya ra -

dılması və fəaliyyətinə dair Tələblər”in 5-ci bölməsində qeyd olu -

nur ki, aptekin və aptek məntəqəsinin maddi-məsul şəxsi ali

əczaçılıq təhsili, aptek köşkünün isə - ali və yа orta əczaçılıq təhsili

olan mütəxəssis olmalıdır. Aptekdə reseptsiz və həkim resepti ilə

buraхılan dərman preparatlarının və digər tibb təyinatlı malların

satışı ali və ya orta əczaçılıq təhsilinə malik ən azı iki mütəхəssis

tərəfindən həyata keçirilməlidir. Aptek məntəqəsində və aptek

köşkündə satıcı vəzifəsini ali və ya orta əczaçılıq təhsili olan şəxs

tuta bilər. 

Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əcza -

çı lar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əc -

zaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Aptek təşkilatlarında

işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisas artırma

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

10


və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə

təhsil almalıdırlar. Aptek təşkilatının əməkdaşlarından öz fəaliy -

yətində əczaçılıq sahəsində normativ sənədləri və daxili əmək

qaydalarını əldə rəhbər tutmaları tələb olunur. 

Aptek təşkilatında işçilərdən düzgün istifadə olunmalı, şəxsi

gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə onların hazırlığı

və yenidən hazırlığı, eləcə də işə daxil olarkən və dövri tibbi

müayinələrin keçirilməsi təmin edilməlidir. Azərbaycan Respub -

likası Səhiyyə Nazirliyi Kollegiyasının “İcbari tibbi müayinələrin

təkmilləşdirilməsi barədə” 13 dekabr 2012-ci il ta rix li 46 saylı

Qərarına uyğun olaraq “İşçilərin icbari tibbi müa yinələrinin

keçirilməsi tələb olunan işlərin siyahısı” təsdiqlənib. Həmin qə -

ra ra görə, aptek işçiləri ildə 1 dəfə məcburi qaydada həkim yox -

lamasından keçməli, zəruri müayinələr verməlidirlər. Müayinə

nəticəsində aşağıdakı tibbi əlamətlərdən biri təsdiqlənən şəxsin

aptek işçisi kimi fəaliyyət göstərməsi və ya buna şərait yaradılması

yolverilməzdir:

ö

qarın yatalığı, paratiflər, salmonellyoz, dizenteriya; 



ö

himenolipidoz, enterobioz;

ö

sifilis yoluxucu dövrdə;



ö

cüzam;


ö

yoluxucu dəri xəstəlikləri: qoturluq, trixofitiya, mikros -

poriya, favus, bədənin açıq sahələrində xoralaşma və sviş

verən aktinomikoz; 

ö

ağ ciyər vərəminin yoluxucu və destruktiv formaları, svişi



olan ağ ciyərdən kənar vərəm, bakteriuriya, üzün və

əllərin vərəm qurdeşənəyi;

ö

qonoreya (bütün formaları); 



ö

dərinin irinli xəstəlikləri.

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

11


Aptek işçilərinin ildə bir dəfə peşəkar həkimlərin iştirakı ilə

tibbi müayinədən keçirilməsinə aptek sahibləri bilavasitə məsuliy -

yət daşıyırlar. 

Aptek biznesinin lisenziyalaşdırılması 

“Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası

Qanununun 14-cü maddəsinə əsasən, aptek biznesinə başlamaq

istəyən fiziki və hüquqi şəxslər lisenziya almalıdırlar. Aptek biz-

nesinin lisenziyalaşdırılması ölkə prezidentinin “Bəzi fəaliyyət

növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının tək mil -

ləş dirilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli fərma nına

uyğun olaraq həyata keçirilir. Fərmana əsasən, aptek biz ne sinə

başlamaq üçün icazəyə görə 5 500 manat dövlət rüsumu ödən -

məlidir. İcazənin veril mə si üçün aşağıdakı sənəd lər tələb edilir:

ö

Ərizə; 


ö

Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətna mə -

sinin surəti; 

ö

Ərizəçinin vergi or -



qanları tərəfindən

uçota alınması haq -

qında müvafiq sənə -

din surəti; 

ö

Ərizədə qeyd olunan



obyektlərdən hər biri

üçün  ərizə çinin  is ti fa -

də hüqu qunu təsdiq

edən sənədin surəti; 

ö

Fəaliyyəti üçün nə 



-

zər də tutulan avadan -

lıqların normativ-tex-

niki tələblərə uyğun

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

12


olması barədə Standartlaş dırma, Metrologiya və Patent

üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi; 

ö

Kadrlar barədə məlumat; 



ö

Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd

(qəbz). 

Əgər təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilər -

sə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat

verilməli, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim

edildikdən sonra 5 gün müddətində sənədlərə yenidən baxıl -

maqla icazənin verilməsinə dair qərar qəbul olunmalıdır. Sənəd -

lər tam qaydasında olduğu tədqirdə, Səhiyyə Nazirliyi müraciət

edən şəxsə sənədlərin təqdim olunmasından maksimum 15 gün

ərzində cavab verməyə borcludur. Lakin əgər ərizəçiyə lisenziya

verilməsindən imtina edilərsə, bu barədə ona imtinanın səbəbləri

göstərilməklə beş gün müddətində yazılı məlumat verilməsi

mütləqdir. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə

tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan qanun -

vericiliyə uyğun olaraq inzibati qaydada yaxud məhkəməyə

şikayət verilə bilər.

Hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, həmin

şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir. Hüquqi

şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki

şəxsin vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən

və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud lisenziya iti ril -

dik də ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmi ləş -

dirilməsi üçün ərizə təqdim etməlidir. 

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz

fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə mü-

vafiq dövlət orqanlarının verdiyi müvəqqəti icazə əsasında həyata

keçirir. Lisenziya verən dövlət orqanının rəhbəri və ya onun

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

13


həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə

təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləş -

dirilməsi üçün bütün sənədlər təqdim edildikdən sonra verilir. 

Aptek biznesi üçün lisenziya 5 il müddətinə verilir. 



Aptek biznesinin təşkilati-hüquqi formaları 

“Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası

Qanununun 14-cü maddəsinə əsasən, aptek biznesi aşağıdakı 2

formada təşkil oluna bilər: 

ö

Dərman vasitələrinin topdansatışı üçün xüsusi anbarlar



və ya depolar;

ö

Dərman vasitələrinin pərakəndə satışı üçün apteklər,



aptek məntəqələri və aptek köşkləri həyata keçirə bilər. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

KİÇİK

 S

AHİBKARLAR



 ÜÇÜN

 B

Ə



LƏDÇİ

14


Bu hüquq müddəadan aydın olur ki, “aptek biznesi” anlayışı

dedikdə, dərman vasitələrinin pərakəndə satışını həyata keçirən

fiziki və ya hüquqi şəxslər nəzərdə tutulur. Bu yanaşma öz təsdqini

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qa-

nununda da tapır. Belə ki, həmin qanunun 1.0.11-ci maddəsində

qeyd olunur ki, aptek təşkilatı vasitələrinin pərakəndə satışını

(dərman vasitələrinin fərdi sifarişlər əsasında hazırlanması da

daxil olmaqla) həyata keçirən fiziki və hüquqi şəxsdir. Adıçəkilən

qanunun 1.0.10-ci maddəsinə görə isə dərman vasitələrinin

topdansatışını həyata keçirən hüquqi şəxslər topdansatış əczaçılıq

müəssisəsi adlandırılır. Göründüyü kimi, qanunvericiliyə görə,

dərman vasitələrinin topdansatışı ilə yalnız hüquqi şəxslər məşğul

ola bilər.

Apteklərin təşkilinə dair tələb və standartlar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Əczaçılıq fəaliy -

yəti haqqında” Qanunun müddəlarından çıxış edərək 2 okt yabr

2006-cı il tarixli, 153 saylı əmr əsasıda aptek təşkilatının ya ra -

dılması və fəaliyyəti ilə bağlı müvafiq tələblər hazırlayıb. Hazırda

bu tələblər bütün aptek təşkilatları üçün standart rolunda çıxış

edir. Sənəd aptek təşkilatlarının aşağıdakı 3 formasını müəyyən

edir:


ö

Аptек;


ö

Аptек məntəqəsi;

ö

Аptек кöşкü.



Аptек dedikdə, reseptsiz və həкim rеsеpti əsаsındа dərmаn

burахılışı, dərmаn hаzırlаnmаsı, dərman bitkiləri, uşaq və dietik

qida məhsulları, şəxsi gigiyena vasitələri, optika, müalicəvi mine -

ral sular, kosmetik vasitələr, bioloji fəallığa malik qida əlavələri və

Aptek biznesi: kiçik sahibkarlar üçün bələdçi

KİÇİK


 S

AHİBKARLAR

 ÜÇÜN

 B

Ə



LƏDÇİ

15


digər analoji malların satışı ilə məşğul оlаn аptек təşкilаtı nəzərdə

tutulur.


Aptek məntəqəsi dedikdə, dərman hаzırlаnmаsı istisnа еdil -

məкlə, reseptsiz və həkim resepti əsasında dərman buraxılışı, həm -

çinin dərman bitkiləri, uşaq və dietik qida məhsullаrı, şəxsi gigiyena

vasitələri, müalicəvi mineral sular, bioloji fəallığa malık qida

əlavələri və s. sаtışı ilə məşğul оlаn аptек təşкilаtı nəzərdə tutulur. 

Аptек кöşкü dedikdə, yаlnız rеsеptsiz burахılаn sadə dər -

mаn vаsitələrinin, həmçinin dərman bitkiləri, uşaq və dietik qida

məhsullаrı, müalicəvi mineral sular, şəxsi gigiyena vasitələ rinin

sаtışı ilə məşğul оlаn аptек təşкilаtı nəzərdə tutulur. 

Sənədə görə, aptек təşкilаtlаrının bütün formalarında Аzər -

bаycаn Rеspubliкаsı qаnunvеriciliyi ilə müəyyən еdilmiş sani -

tariyа-еpidemiоloji, yanğın əlеyhinə nоrmаlаr gözlənilməli, əmək

mühafizəsi və təhlükəsizlik tехnikası qaydalarınа riayət оlunması

təmin edilməlidir.



Qeyd: Göründüyü kimi, bu 3 forma arasında aydın fərqlər mövcud-

dur: Aptek məntəqəsi aptekdən fərqli olaraq dərmanların

hazırlanması ilə deyil, reseptli-reseptsiz bütün dərmanların

satışı ilə məşğul ola bilər. Aptek köşkü isə bu 2 formadan fərqli

olaraq bir tərəfdən dərmanların hazırlanması ilə məşğul ola

bilməz, başqa tərəfdən yalnız rеsеptsiz burахılаn sadə dər -

mаn vаsitələrinin satışı ilə məşğul ola bilər. 

Aptek təşkilatının hər 3 forması üçün Səhiyyə Nazirliyinin

müəyyən etdiyi tələblər aşağıda ayrı-ayrılıqda təqdim edilir.


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin