229
İkinci kütləvi üsyan Talış xanlığında baş verdi.
Talış hakimi Mirhəsən xan atası Mustafa xan kimi Rusiya
təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin özbaşınalığı
və onunla bir nökər kimi davranması xanın dözümünə
son qoydu. Talış xanlığında
bu zaman Mirhəsən xan
deyil, əslində mayor Iliyinski ağalıq edirdi. Xəzər dəniz
batalyonu və 50 kazak atlısının komandiri olan bu mayor
xanı sıxışdırıb Irana qaçmağa məcbur etdi. Belə bir
durum xalqı üsyana qaldırdı.
Mirhəsən xan üsyana
qalxmış yerli döyüşçülər və bir neçə min Iran sərbazı ilə
1826-
cı il iyulun 25-də Lənkəranda yerləşən rus
qarnizonu ilə döyüşə girdi. Altı gün və altı gecə sürən
döyüşdən sonra mayor Ilyinski Sara adasına çəkildi. Talış
xanlığında da Rusiya hərbi idarəçiliyi devrildi.
Iyulun 26-
da Cavad keçidi yanında ruslar daha bir
döyüşü uduzdular. Bakı
hakimi Hüseynqulu xan bu
döyüşdən sonra 3 minlik Iran atlısı ilə Bakı üzərinə
yollandı. Çoxsaylı avarlı İran donanması da dənizdən
onun köməyinə gəldi. Ancaq xanın xalqı ayağa qaldırmaq
istəyi baş tutmadı.
Yenə iyulun 26-da Ağsu (Yeni Şamaxı)
şəhərini
azad etmiş Mustafa xan Şirvanda uğurla irəliləməkdə idi.
Mustafa xan avqust ayında Şamaxı və Şirvandan rus
qoşunlarını vurub çıxara bildi. Rus əsgərləri Qubaya sarı
çəkildilər. Ancaq burada da yerli bəylər xalqı üsyana
qaldırmışdılar. Üsyan dalğası
rus əsgəri birləşmələrini
Şəkidən də kənara atmışdı.
Avqust ayında Rusiya komandanlığı dağınıq ordu
birləşmələrini Gəncə-Tiflis xəttinə yığdı. I Nikolay Cənubi
Qafqazdakı qoşunların baş komandanlığına Paskeviçi
təyin etdi. 1826-cı il sentyabrın 3-də Şəmkir altındakı
düzənlikdə Zəyəm dağı ətəyində Iran və Rusiya qoşunları
arasında baş verən döyüşdə ruslar qalib gəldilər. Iran
qoşunu 1500 əsgər itirərək Gəncəyə çəkildi.
230
Şəmkir altında uğurdan sonra rus qoşunları
sentyabrın 4-də Gəncəni tutdular. Həmin ayın 13-də
Nizami Gəncəvinin məqbərəsi yaxınlığındakı döyüş də
rusların qələbəsi ilə qurtardı.
Gəncə döyüşü II Rusiya-
Iran savaşının ən böyük döyüşü oldu. Bu döyüşdən sonra
Iran ordusu bir daha özünə gələ bilmədi.
Bu döyüşdən sonra rus komandanlığı üçün 1826-
cı il üsyanlarını yatırmaqdan ötəri əlverişli imkan yarandı.
Bu, Yermolovun baş komandan vəzifəsində son fəal
döyüşləri oldu.
Dostları ilə paylaş: