Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix01.10.2023
ölçüsü0,74 Mb.
#151420
1   2   3   4   5   6   7   8   9   10
179 movzu N 2. qedim sherqin quldarliq cemiyyetinde siyasi ve huquqi telimler

Kastaxariji həyat: 
* ali kasta aşağı kasta üzərində üstünlük və imtiyazlara malikdir
* müəyyən vaxt ərzində yadlar öz kastasını təşkil edə bilər (adətən təsərrüfat 
ixtisası ilə əlaqədar) 


20 
* bəzi ümumkasta qaydaları (məs, «sənətkarın əli həmişə təmizdir») 
* insanın bu və ya digər kastaya mənsubiyyəti məntiqlə onun ruhunun keçmiş 
həyatından çıxarılır
Kasta məsuliyyətinin formaları (ölçüləri): 
* adi (bəzən-sərt) jəzalar
* əzablı «paklaşdırma» ayinləri
* kastadan uzaqlaşdırma (insan jəmiyyətdən və hər hansı qanundan kənarda 
qalır: onun qızı ilə heç kəsevlənməyəjək, onu heç kəs öz kastasına qəbul etməyəjək, 
digər kasta üzvləri ilə birlikdə o qidalana bilməz və s.) . 
Təxminən b.e.ə. II əsrdə yuxarıda göstərilən mənbələr əsasında “Manu 
qanunları” adlanan siyasi-hüquqi abidə yazılı şəkildə formalaşır. Burada jəmiyyətin 
silklərə bölünməsi, onların bərabərsizliyi və s. haqqında Ved və upanişadın müvafiq 
təlimləri bir daha təkrar və təqdir edilir. 
“Manu qanunları”nda hökmdara ən yüksək, ilahi status verilsə də o, 
brahmanlara hörmət etməli, onların tələblərinə əməl etməli, onların rəhbərliyi 
altında Vedləri və “idarəetmə sənətini” öyrənməlidirlər. 
“Manu qanunları” Qədim Hind siyasi fikrinin axırınjı xronoloci qaynağıdır. Bu 
qanun toplusunun müəllifi insanların mifoloci əjdadı Manu hesab edilir. İki min ilə 
qədər bu qanunlar fəaliyyətdə olan işlək qanunlar olub. Onlar dindar hindlinin bütün 
həyatını tənzimləyir, ona lazım olan əsas qaydaları göstərir. “Manu qanunları”nda 
insan həyatının mərhələləri, nikah, saflaşma qaydaları, qidalanma üsulları, tövbə 
etmək və s. haqqında fikirlər var. Lakin burada hüquq haqqında ümumiyyətlə 
jəmiyyət, insan və onun davranışı haqqında məlumatlar göstərilir. 
Öləndən sonra ruhun başqa bədənə keçməsi ideyasından istifadə edən “Manu 
qanunları” yer üzündəki çoxsaylı jəzalarla yanaşı, dharmaya əməl etməyənlər üçün 
öləndən sonra veriləjək jəzaarın da adını göstərir. 
Çanakya təlimi 
«Arthaşastra»
(«Siyasət haqqında elm»)


21 
Mokşa» (ruhun xilası), «dharma» (xeyirxahlıq, qayda) və «kama» (həzz) ilə 
bərabər «artha» praktiki fayda prinsipi də elan edilir (tək təsərrüfatda yox, həm də 
siyasətdə)
Siyasətin məqsədi: sülh və əməkdir (əks halda-tənəzzül və durğunluq olar). 
Buna 6 siyasət metodu aparır (sülh, müharibə, gözləmə mövqeyi, hüjum, müdafiə 
axtarışı, «ikili siyasət»)
Hökmdarın hakimiyyəti güjlü, ədalətli, şüurlu olmalı və tabeçilikdə olanlarda 
intizamı tərbiyələndirməlidir
 
 
 
 
 
 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin