Sual 3. Qədim Hindistanda siyasi-hüquqi fikrin inkişafı.
Hindistan:
E.ə 2-ji minilliyin birinji yarısında hind-avropa tayfalarının (arilər və s.)
basqını.
Hind jəmiyyətində kasta strukturunun yaranması (e.ə xvı-x əsrlər); Əsas
kasta və ya varnalar:
Brahmanlar – kşatrilər – vayşilər – şudralar.
Manu qanunlarının yaranması (e.ə 1115-1077-ji illərdə)
E.ə 900-500-ji illərdə müxtəlif kult sistemlərinin formalaşması: adi xalq,
kahinlər, aristokratlar, zahidlər və s. üçün.
Din və pak həyatın dili olan – sanskrit tətbiq olunur.
Hind yazılı ədəbiyyatının ən qədim abidəsi Ved adlanır. Bu topluda (b.e.ə. I
minilliyin ortası) dünya, insan, onun əxlaqı, dünyagörüşü haqqında ilk məlumatlar
verilir. Vedlər min illər boyu hind mədəniyyətinin əsası, yüz milyonlarla hindli üçün
müdriklik rəmzi olmuşdur
Vedlər dörd topludan ibarətdir: 1) “Riqveda” (himnlər toplusu); 2)
“Samaveda” (mahnılar toplusu); 3) “Yajurveda” (qurban vermək qaydaları); 4)
“Atharvaveda” (sehrləmə toplusu).
Bu topluların da hər biri bir neçə qatdan ibarətdir. Bu qatların ikisi daha
mühüm hesab edilir: mantrlar və brahmanar. Mantrlar (“ruhun alətləri”) – həm
himn, həm qayda, həm də sehrləmə deməkdir. Brahmanlar – dini mərasim haqqında
təlimat və mifoloci sücetləri özündə birləşdirən mətnlər idi. Sonralar brahmandan
upanişad mətnləri də yaradıldı.
Bu göstərilən qatlar ənənəvi olaraq hind jəmiyyətinin ali zümrələrinin keçdiyi
həyat yolunun dörd mərhələsi ilə əlaqələndirilir: 1) təhsil; 2) keçmiş şagird bu
mərhələdə evlənir və ailə başçısı olur; 3) bu dövrdə (adətən nəvəsi olandan sonra) o,
evini tərk edib meşəyə çəkilir; 4) nəhayət meşədə yaşayaraq tənha tərki-dünya
16
(asket) həyat keçirən insana çevrilir. Beləliklə, müxtəlif Ved qayda-qanunları insana
fəal ijtimai fəaliyyətə nejə başlamağı, həm də ömür yolunun axırında fəal həyatdan
nejə uzaqlaşmağı öyrədir.
Qədim Hind fəlsəfəsi, sosial-siyasi fikrinin Vedlərdən başqa mənbələri kimi
jaynizmi, buddizmi, induizmi göstərmək olar.
Vedlərin əsas toplularından biri olan “Riqvedada ” əxlaq və qanun
məsələlərindən xüsusi bəhs edilir. Burada Rita adlanan konsepsiyaya böyük
əhəmiyyət verilir. Rita bütün dünyaya nüfuz edən elə qanundur ki, bütün allahlar və
insanlar ona tabe olmalıdırlar. Əgər dünyada qanun varsa, o ifadə olunmalıdır,
özünü göstərməlidir. Əgər bu qanunun fəaliyyəti hansı səbəbə görəsə bu dünyada
görünmürsə, onun nətijələri özünü başqa yerdə biruzə verməlidir. Harada qanun
mövjuddursa orada intizamsızlıq və ədalətsizlik müvəqqəti və xüsusi xarakter
daşıyır. Şərin təntənəsi mütləq deyil, xeyirin müvəqqətiyyətsizliyi heç kimi
bədbinləşdirməməlidir.
Vedlərin əsas qatlarından biri olan brahmanlar elə mərasim toplusudur ki,
kahinlər mürəkkəb dini qurban ayinlərini ijra edərkən ona əsaslanırdı. Brahmanlarda
deyilir ki, insanın allahlar, başqa insanlar və heyvanlar qarşısında xüsusi borju və
vəzifələri var. Vəzifələr aşağıdakılara münasibətlərə görə qruplaşdırılır: 1) allahlara;
2) peyğəmbərlərə; 3) sələflərə (ulu babalara); 4) insanlara; 5) başqa aşağı janlı
məxluqlara. Öz borjunu yerinə yetirən yaxşı adamdır. Həyat vəzifə və məsuliyyət
deməkdir.
Sonralar brahmanlar əsasında yaranan mətnlərdən ən çox yayılan upanişaddır.
Bu təlimə görə vəzifə (borj) ən yüksək təkmilləşməyə çatmaq üçün vasitədir.
Özünü ali mərhəmət dərəjəsinə çatdırmaq bütün sahələrdə əsl insan kimi yaşamaq
deməkdir. Bu ideala o vaxt nail olmaq olar ki, insan fərd məhdudluğunu aradan
götürsün və özünü ümumi ilə tam halında eyniləşdirsin. Xilas olmaq ruhun boy
atması yoludur.
Ağıllı həyat ümumiyə xidmət etməkdir. Ağıl bizə deyir ki, fərdin özünün heç
bir şəxsi mənafeyi olmamalıdır. O, yaddan çıxarmamalıdır ki, ümuminin bir
zərrəsidir. Yaxşı adam odur ki, öz şəxsi məqsədini ijtimai məqsədə tabe edir.
17
Upanişadın bütün təlimi insanlar arasında ayrı-seçkiliyi aradan götürməyə, müxtəlif
zümrələr arasındakı düşmənçiliyi yumşaltmağa yönəldilib. Ölməzliyin ən ali
təzahürü allahla birləşməkdir. Tərəqqi allahla birləşmək üçün tükənməz jəhddir.
Dostları ilə paylaş: |