Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   ...   7   8   9   10   11   12   13   14   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Qazan xanın islahatları. 
XIII əsrin 80-90-cı illərində Hülakülər 
dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə 
çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası 
kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan 
olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd 
təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi 
həyatının ölgünləşməsinə gətirib çıxarmışdı. 
Dövlət xəzinəsinin, feodalların gəlirinin azalması Elxani hökmdarı 
Qazan xanı (1295-1304) daxili siyasət istiqamətini əsaslı surətdə 
dəyişməyə, bir sıra mühüm islahatlar keçirməyə məcbur etdi. Qazan xan 
dövlətin mərkəzləşdirilməsi prosesinə maneçilik törədən monqol mənşəli 


24
hərbi-köçəri əyanlara qarşı mübarizədə yerli əyanlara, müsəlman 
ruhanilərinə, 
hakim 
sülalə 
ilə 
əlaqədar 
olan, 
hakimiyyətin 
mərkəzləşdirilməsinə tərəfdar çıxan monqol-türk mənşəli köçəri əyanların 
bir qisminə arxalanırdı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin 
əksəriyyəti fəth olunmuş ərazidə öz mövqelərini möhkəmləndirmək üçün 
islamı qəbul etdilər. İslam yenidən dövlət dini səviyyəsinə yüksəldi. 
Müsəlman müqəddəslərinə məxsus olan vəqflərə, dini təşkilatlara, 
ruhanilərə geniş torpaq sahələri bağışlandı. 
Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və 
həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah 
Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün 
yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə 
hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının 
yüksəlişini təmin etmək məqsədi güdürdü.
Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət 
xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi. 
İslahatların əsas hissəsi 1297-1304-cü illər ərzində həyata keçirildi və 
inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi.

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin