Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Hülakülər 
dövlətinin 
süqutu. 
Azərbaycanda 
Çobanilərin 
hökmranlığı. 
Əbu Səidin ölümündən (1335) sonra Hülakülər dövlətində 
feodal müharibələri şiddətləndi. Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi 
hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı. Arpa 
xanı hakimiyyətdən məhrum edildi və Musa xan padşah elan olundu 
(1336). Lakin tezliklə o da yeni padşahla-Məhəmməd xanla (1336-1338) 
əvəz edildi. Məhəmməd xanın dövründə hakimiyyət uğrunda gedən 
mübarizə yeni şəkil aldı. Feodal qrupları artıq vahid Hülakülər səltənətini 
ələ keçirmək məqsədilə deyil, ayrı-ayrı vilayətlərdə müstəqilləşmək və 
Elxanilərin təsirindən tamamilə azad olmaq uğrunda mübarizə aparmağa 
başladılar. Hülakülər dövlətinin ərazisində çoxhakimiyyətlilik meydana 
çıxdı.
Monqol-
türk feodalları (xüsusilə Cəlairilər, Çobanilər və Xorasan 
əmirləri) arasında gedən müharibələr, müxtəlif vilayətlər arasındakı iqtisadi, 
etnik və mədəni əlaqələrin zəifliyi, əmtəə istehsalının artması və natural 
təsərrüfat ənənəsinin üstün mövqe tutması, monqollar tərəfindən əsarətə 
alınmış xalqların azadlıq mübarizəsi və vaxtaşırı baş verən xarici hücumlar 
Hülakülər dövlətinin XIV əsrin 40-cı illərinə yaxın öz vahidliyini itirməsinə, 
onun müxtəlif hissələrə parçalanmasına səbəb oldu. 1339-1340-cı illərdə 
şərq ölkələrini gəzmiş ərəb səyyahı İbn Bəttutənin verdiyi məlumatdan 
Hülakülər dövlətinin 10-a yaxın hissəyə parçalandığı məlum olur. 
Azərbaycanda və ona qonşu olan ərazilərdə Hülakülər dövləti bir müddət 
Çobani feodal qrupu tərəfindən (formal olsa da) "mühafizə olundu".


18
Hülakülər dövlətinin baş əmiri Çobanın ölümündən (1328) sonra onun 
oğlanları və nəvələri Rumda, Qarahisar qalasında möhkəmlənmişdilər. 
Əmir Çobanın tarixdə "Kiçik Həsən" kimi tanınan nəvəsi Şeyx Həsən 
Çobani 1338-ci ildə mərkəzi hakimiyyətə qarşı çıxdı. O öz ətrafında hərbi 
qüvvələr topladı və Təbrizə tərəf irəlilədi. Məhəmməd xan və Şeyx Həsən 
Cəlairi (tarixdə "Böyük Həsən" kimi tanınır) məğlubiyyətə uğradılar. Şeyx 
Həsən Çobani Sultan Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu 
(1339-
1340) padşah elan etdi və öz fəaliyyətini onun adı ilə qanuniləşdirdi. 
1338-
ci ilin payızında bağlanmış sülh müqaviləsinə əsasən Şeyx Həsən 
Cəlairi Qəzvinə, oradan isə Bağdada getdi və Cahan Teymur xanı padşah 
elan etdi. Çobanilər və Satıbəy xatun Azərbaycana sahib oldular. 
Çobanilərin nüfuz dairəsinə Azərbaycan, İraq-i Əcəm, Həmədan, Qum, 
Kaşan, Rey, Vəramin, Fuqan, Gürcüstan vilayətləri və Ermənistanın böyük 
bir qismi daxil idi.
Azərbaycanda və qonşu ölkələrdə hakimiyyət Şeyx Həsən Çobaninin 
əlində cəmlənmişdi. Satıbəy xatunun hərəkətlərindən narazı qalan Şeyx 
Həsən (Kiçik) onu 1340-cı ildə Süleyman xanla (1340-1344) əvəz etdi.
Şeyx Həsən Çobani 1343-cü ilin axırlarında öldürüldü. Azərbaycanda 
siyasi vəziyyət kəskinləşdi. Süleyman xan dövləti idarə etmək iqtidarında 
deyi
ldi. O, Çobani əmiri Məlik Əşrəfi qardaşının əvəzinə baş əmirliyə dəvət 
etdi. Lakin Süleyman xan tezliklə gördüyü işdən peşman oldu. Feodal 
çəkişmələrində qələbə qazanmış Əşrəf Hülakü şahzadəsi Ənuşirəvanı 
(1344-
1355) padşah elan etdi və ona "Adil" adı verdi. Ənuşirəvani Adilin 
səltənətdə yalnız adı vardı. Dövlətin bütün müqəddəratı qəddar və zalım 
şəxs olan Məlik Əşrəfin ixtiyarında idi.
Məlik Əşrəf 1347-ci ildə Bağdada yürüş etdi. Çobanilər bir müddət 
şəhəri mühasirədə saxladılar, lakin geri çəkilməyə məcbur oldular. 1350-ci 
ildə İsfahana yürüş təşkil olundu və bu vilayət tabe edildi. 1352-ci ildə Məlik 
Əşrəfin zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış 
üsyan çətinliklə yatırıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh 
düşkünlüyünə qapıldı və dövlət işləri ilə fəal məşğul olmadı. Azərbaycanda 
yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə 
buraya gələrək yerli feodalların müşayiəti ilə Təbrizə daxil oldu və Məlik 
Əşrəfi edam etdirdi. Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri 
dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan ərazidə 
Hülakülərin təsirindən azad, müstəqil dövlət təsis etmədilər. Onlar bütün 
fəaliyyətləri dövründə Hülakülər dövlətinin müdafiəsi bayrağı altında 
mübarizə apardılar və dövləti Hülakü şahzadələrinin (Satıbəy xatunun, 
Süleyman xanın, Ənuşirəvani Adilin və Həsən xanın) adından idarə etdilər. 


19
Çobanilər dövründə orta əsrlərdə şərq dövlətlərində səltənət rəmzi hesab 
olunan sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil, 
Hülakü şahzadələrinin adından həyata keçirilirdi, fərmanlar da Hülakülərin 
adından verilirdi. Çobanilər əməli olaraq hakimiyyəti ələ aldılar, lakin onlar 
qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi 
tanınmadılar. Məlik Əşrəfin öldürülməsi ilə Çobanilərin Azərbaycanda 
Hülakülər dövlətinin mühafizəsi uğrundakı mübarizəsi də başa çatdı və 
Hülakülər dövləti 1357-ci ildə süqut etdi. 
Azərbaycanda hakimiyyəti ələ almış Canı bəy oğlu Bərdi bəyi 
Təbrizdə taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə 
qaldı və atasının xəstələndiyini eşidib Qızıl Orda dövlətinə qayıtdı. Təbrizin 
sahibsiz qaldığını görən Çobani əmiri Əxicuq buraya gəldi, şəhərə sahib 
oldu və bir ilə qədər hökmranlıq etdi. Əxicuq Azərbaycan ərazisini Çobani 
əmirləri arasında bölüşdürdü. Daxili və xarici vəziyyətin gərginləşdiyindən 
istifadə edən Cəlairi sultanı Şeyx Üveys Azərbaycana yürüş etdi. Əxicuq 
ona qarşı çıxdı və rəqib dəstələr Sina dağı ətrafında üzləşdilər. Tərəflər 
arasında gedən sülh danışıqları müsbət nəticə vermədi. 1358-ci ilin oktyabr 
ayında şiddətli vuruşma baş verdi. Şeyx Üveys qələbə çaldı və Təbrizə 
tərəf irəlilədi. Çobani əmirləri şəhəri qarət edib Naxçıvana tərəf çəkildilər. 
Şeyx Üveys Azərbaycanda hakimiyyəti ələ keçirdi. 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin