Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix31.01.2017
ölçüsü3,51 Mb.
#7250
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

LAYLA VƏ OXŞAMALARDA NİDA 

 

Açar sözlər: layla, oxşama, nidalar, “ay” nidası, “ey” nidası, “lay-lay” nidası 

Ключевые слова: колыбельная, причитания, междометие, междометие «ай», 

междометие «эй», междометие «лай-лай». 



Key  words: lulling, lallaby, interfections, “ay” interfection, “ey” interfection, lay-

lay interfection 

 

Layla və oxşamalar uşaqların tərbiyə nərdivanının ilk pillələri hesab oluna bi-



lər. Çünki həyata yeni gəlmiş körpənin ilk eşitdiyi sözlər, ilk duyduğu hisslər məhz 

bu  şeirlərdən başlayır. Analarımızın, nənələrimizin, doğmalarımızın həzin səsləri, 

incə duyğuları ilə deyilən bu sətirlər uşağın gələcək inkişafında baza rolunu oy-

nayır. Sözsüz ki, bu şeirlər uşaqlara  ən müsbət insani keyfiyyətləri (xeyirxahlıq, 

əliaçıqlıq, səmimilik, alicənablıq, vətənpərvərlik və s.) aşılamalıdır. Körpələrin yeni 

inkişaf etməkdə olan kövrək beyinlərinə  təsir etmək üçün bu şeirlər adi və sadə 

sözlərin düzümündən ibarət olmamalı, daha təsiredici, emosional və qulağayatımlı 

olmalıdır. Uşaq  şeirlərinin ahəng və musiqisinin yaranmasında vokativ sözlər, 

ədatlar, ritmik sözlər, uşaq sözləri böyük rol oynadığı kimi nidalar da bu funksiyanı 

yerinə yetirə bilir. 

Nidalar uşaq  şeirinin formaca ahəngdarlığını, məzmunca emosionallığını 

təmin edən vasitələrdəndir: 

 

                                 Qızıl üzük arası, 



                                 Laylay gözüm qarası, 

                                 Yuxuya get, yoruldum, 

                                 Ay canımın parası. 

                                 Balam laylay, a laylay! 

                                 Gülüm laylay, a laylay! ( 13, 384). 

 

Ümumi  şəkildə götürüldükdə  uşaq  şeirinin lüğət tərkibi üçün isim, sifət və 



fellər daha səciyyəvidir. Bunlar daha tutumlu sözlərdir. Bu sözlərin semantik həcmi 

də çox genişdir.  Əsas fikir, obrazlar həmin sözlərdə çox uğurlu verilə bilir. Uşaq 

şeirində  həmin sözlər həm məna vahidi, həm də ritm, ahəng yaradan vasitə kimi 

çıxış edir. Köməkçi sözlərdə belə geniş imkan yoxdur. Nidalar, ədatlar laylalarda 

yalnız bu funksiyada çıxış edir, ritm və ahəng məqsədi güdür.  

Bunun bir səbəbi də odur ki, nidalar obyektiv aləmə insanın fərdi, subyektiv 

münasibətinin ifadəsidir. Öz emosionallığına görə nida, ümumiyyətlə, poeziya üçün 

əlverişli vasitələrdən hesab olunur.  

Nidalar həm hissə  təsir dərəcəsinin yüksəkliyinə, həm də  mənaca yayğın, 

qeyri-müəyyən olduğuna görə  şeirdə  təbii ki, daha tez nəzərə çarpır. Uşaq 

dünyasının zəngin hisslərini, uşağın obyektiv aləmdən aldığı müxtəlif təəssüratı 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



81

ifadə etmək üçün nidalardan yerli yerində, bacarıqla istifadə etmək bir məharətdir 

və burada “ölçü hissi” gözlənilməlidir (1,48). 

İnsanın duyğularını, coşqunluq və  həyəcanını bilavasitə ifadə edən sözlərə 

nida deyilir (10, 387). 

Nidalar başlıca olaraq subyektin daxili aləmi ilə bağlı olur. Bunlar subyektin 

hiss-həyəcanını, bütün duyğularını, istək və arzularını, hiddət və nifrətini, 

coşqunluğunu, nəşə və kədərini təzahür etdirən ifadə vasitəsidir (7, 286). 

Azərbaycan dilində nidalar leksik cəhətdən 2 qrupa bölünür: 1. emosional 

nidalar (Ura!, Tfu!, Vaveyla! Of! Ah! və s.); 2. Əmr və müraciət bildirən nidalar 

(A!, Ə!, Ey!, Hey!, Xudaya! və s.) 

1-ci qrupa (emosional nidalar) sırf hissi nidalar (bunların əksəriyyəti birhecalı 

olur) və bir sıra  əqli-intellektual nidalar daxil olur. Emosional nidaların bir qismi 

müsbət: Ura! (sevinc, alqış), bir qismi yalnız mənfi hisslər: Tfu! (nifrət), Vaveyla! 

(qorxu, narahatlıq) bir qismi isə həm mənfi, həm də müsbət hissləri ifadə edir: O!, 

Of! Oho! və s. (8, 274). 

B.Ə.Xəlilov nidaları leksik cəhətdən 3 qrupa bölür:  

1. Emosional nidalar (A!, Uh!, Pa!, Oho!, Vaxsey!, Ura!, Xox! və s.) ;  

2.  Əmr və müraciət bildirən nidalar; (Ay!, Ey!,İlahi!, Xudaya , ya Allah!, 

Haydi! və s.); 

3. Adət və qaydalarla bağlı olan nidalar (Salam!, Vallah!, Əlvida!, Hələlik!, 



Bismillah! və s.) (9, 320). 

Layla və oxşamalarda işlənən nidalar əsasən 2-ci qrupa (əmr, müraciət 

bildirən nidalar) daxil olan nidalardır. Emosional nidalar bu uşaq şeirlərində çox az 

miqdarda  istifadə olunur.  

B.Xəlilov 2-ci qrupa aid olan əmr və müraciət bildirən nidaları da 2 qrupa 

bölür: a) müraciət məqsədi ilə işlədilən nidalar; b) əmr məqsədi ilə işlədilən nidalar  

(9, 321-322). 

Öz mənasına görə  uşaq  şeirlərində  işlənən nidalar çağırış-müraciət,  şadlıq, 

təəccüb, heyrət, etiraz, qorxu və s. kimi hissləri əks etdirir (1, 48). 

Ən çox işlənən çağırış nidaları Ay! Ey! A! Nidalarıdır ki, onlar da işləndiyi 

yerdən asılı olaraq müxtəlif mənaları ifadə edir.  

Ay!  nidası.  Əsli, sadə, çoxmənalı nidadır. Qismən müsbət,  əsasən mənfi 

hissləri ifadə edir. Türk dillərinin qədim yazılı abidələrində  də  işlənmişdir. Ay! 

Nidası M.Kaşğarinin “Divani-lüğət it-türk” əsərində də işlənmişdir (6, 90). 

Məhsuldar və çox işlənən nida sayılan Ay! nidası işləndiyi yerdən asılı olaraq 

müxtəlif mənaları (alqış-tərif, arzu-həsrət, təəssüf-peşmançılıq, dərd-kədər, şikayət-

giley, yalvarış və s.) ifadə edir.  

Müxtəlif məna çalarları ilə  zəngin olan məhsuldar “ay” nidası layla və 

oxşamalarda da geniş istifadə olunur. 



Ay laylay, belə laylay, 

İl ayla, belə laylay, 

Heç bəndə qoy çalmasın, 

Biz çaldıq belə laylay (11, 112). 

Bu laylada işlənən ay! nidası konkret bir məna bildirməsə də laylada ritmin 

yaranmasına səbəb olur, oxunan laylanın daha təsirli olmasına kömək edir və 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



82

təsirlilik dərəcəsini artırır. Göstərilən misalda nidanın ritmik funksiyası  əsas rol 

oynayır. 

Ay! nidası  həm də çağırış, müraciət xitab kimi işlənir. Bu zaman laylalar 

körpə dinləyiciləri  şeri dinləməyə hazırlamaq, onlarda maraq yaratmaq, bəzən 

sakitləşdirmək, rahatlaşdırmaq məqamında işlənir.  

 

Qızılı şah budağın 



Kölgəsində yatasan 

Ay bala, bəndim laylay 

Şəkərim, qəndim, laylay (12, 307). 

 

Oxşamalarda da az-az təsadüf olunan ay! nidası burada şeirin oynaqlığını 



artırmaq, ritmini sürətləndirmək məqamənda işlənir. Laylalarda olduğu kimi burada 

da xitablarla işlənərək müraciət bildirir və  uşaqların diqqətini  şeirə  cəlb etmək, 

onlarda maraq yaratmaq funksiyası daşıyır. 

 

Ay qız adamı, 

Sındır badamı, 

Elçiyə çay ver, 

Alım qadanı (2, 187). 

 

Balam yaraşıqlıdı, 



Qəndə bulaşıqlıdı, 

Ay qara milçək, 

Balamdan əl çək (5, 473). 

 

Ey! nidası. Əsli, sadə, emosional, çoxmənalı nidadır. Mənfi və müsbət hissləri 

ifadə edir. Cümlənin hər yerində  işlənə bilir, lakin daha çox cümlənin  əvvəlində 

gəlir. Həm ayrı, həm də xitablarla birlikdə  işlənir. Yerindən, məqamından asılı 

olaraq müxtəlif mənaları (sevinc, qüssə, təəssüf, qəzəb-hiddət, etiraz, çağırış, fəryad 

və s. ifadə edir. Ay! nidasına nisbətən bu nida uşaq folklorunda o qədər də 

məhsuldar deyil. Laylalarda az-az rast gəlinən ey! nidası xitablarla birlikdə 

işlənərək müraciət, çağırış mənaları ifadə etməklə laylanın təsir gücünü artırır: 

 

Laylay ey elim, obam, 



Odum ocağım sobam, 

Sənə layla çalıram, 

Olasan mənim babam (11, 113). 

 

Azərbaycan dilindəki nidalar səs tərkibinə görə  də müxtəlif və  rəngarəng 



xüsusiyyətlərə malikdir. Bir çox nidalar yalnız bir fonemdən ibarət olur. A! (sevinc, 

şadlıq, narahatlıq, etiraz, nifrət, qorxu və s.) nidası  da  bu  qəbildəndir. Layla və 

oxşamalarda bu nida daha çox Ay! nidasının ixtisar olunmuş forması kimi işlənir. 

Bəzən yalnız  şeirin ritmini sürətləndirmək, hecaların sayını  bərabərləşdirmək, 

oynaqlığı artırmaq məqsədi ilə istifadə olunur. Aşağıda nümunə göstərilən 

laylalarda bunu aydın görmək mümkündür: 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



83

Göyçək balam, a laylay, 

Çiçək balam, a laylay, 

Qönçə dolu butasan. 

Hər kamına çatasan (12, 307). 

 

A laylay, yenə laylay, 

Can deyim sənə laylay, 

Sənə gələn dərd, bəla, 

Qoy gəlsin mənə laylay (15,6). 

 

Bəzi hallarda isə A! nidası xitabla işlənərək müraciət, çağırış mənaları ifadə 



edir. Bunu bir oxşama nünunəsi ilə göstərmək olar: 

 

A dağdağanlar, 

Bülbül boğanlar, 

Oğlan doğanlar, 

Bu balama qurban (2, 187). 

 

Laylalarda ən çox, hətta demək olar ki həmişə rast gəlinən müraciət bildirən 



ən məhsuldar nida lay-lay! nidasıdır.  

Bu nida-oxşama körpələrə müraciətlə “yat yuxun şirin olsun”  mənasında 

işlədilir. Buradaki əmrlik körpələrin səviyyəsinə uyğundur. Körpələri yatırdarkən 

bu nidalarla incə, həlim ana nəvazişi, ana məhəbbəti ifadə olunur (6, 149). 



 

Laylay dedim, yat dedim, 

Qızılgülə bat dedim. 

Qızılgül tacın olsun 

Kölgəsində yat dedim. 

Balam laylay, a laylay! 

Gülüm laylay, a laylay! (7, 327). 

 

Bizim yerlər qalın meşə 



Taxtında otur həmişə. 

Aranında gül bitsin, 

Yaylağında bənövşə. 

Balam, a layla, a layla! 

Gülüm, a layla a layla! (3, 264). 

 

Qeyd etdiyimiz kimi, layla və oxşamlarda daha çox çağırış-müraciət bildirən 



nidalara rast gəlinir, emosional nidalara isə az miqdarda təsadüf olunur. Əlbəttə ki, 

yüksək emosionallıqla, daxili hisslərlə, həyəcanla, sevgilə, istiliklə deyilən uşaq 

şeirlərində bu emosionallığı yaratmaq üçün köməkçi vasitələrdən də istifadə 

olunmalıdır. Leksik cəhətdən nidaların 2-ci qrupuna daxil olan emosional nidalar 

layla və oxşamalarda işlənərək şeirin təsir gücünü və ekspressivliyini artırır. Məs: 

Laylay balam, can balam, 

Mən sənə qurban, balam 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



84

Ağlayıban könlümü 

Gəl eyləmə qan, balam (15, 6). 

 

Aman bala, canım bala, 

Sənnən qeyrəz biri də ola (14, 93). 

 

Ədəbiyyat 



 

1. Adilov M., Mərdanov V. Uşaq və şer. Bakı: Maarif, 1983, 216 səh. 

2. Azərbaycan bayatıları. Bakı: Elm, 1984, 259 səh. 

3. Azərbaycan uşaq müntəxəbatı (XIX-XX əsrlər). II cild. Bakı: Nasir, 2002, 636 

səh. 


4. Dərələyəz folkloru. Azərbaycan folkloru antologiyası. XV cild. Bakı: Səda, 2006, 

484 səh. 



5.  Gəncəbasar folkloru. Azərbaycan folkloru antologiyası. IX kitab. Bakı: Səda, 

2004, 522 səh.  



6. Hacıyev Kamal. Azərbaycan dilində nida. Bakı: Nurlan, 2005, 215 səh.  

7. Hüseynzadə Muxtar. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. Bakı: 

Maarif, 1973, 357 səh.  



8. Hüseynzadə Muxtar. Müasir Azərbaycan dili. Morfologiya. III hissə. Bakı: Şərq-

Qərb, 2007, 279 səh.  



 9.  Xəlilov Buludxan.  Müasir Azərbaycan dilinin morfologiyası. II hissə. Bakı: 

Nurlan, 2007, 354 səh.  



10. Kazımov Qəzənfər. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Elm və təhsil, 

2010, 400 səh.  



11. Qarabağ folkloru. Azərbaycan folkloru antologiyası. V kitab. Bakı: Səda, 2000, 

416 səh.   



12. Naxçıvan folkloru. Azərbaycan folkloru antologiyası. I cild. Naxçıvan: Əcəmi, 

2010, 510 səh. 



13.  Şəki folkloru. Azərbaycan folkloru antologiyası. IV kitab. I cild. Bakı: Səda, 

2000, 500 səh. 



14.  Şəki folkloru. Azərbaycan folkloru antologiyası. VI kitab. II cild. Bakı: Səda, 

2002, 496 səh. 



15. Uşaq folkloru. Bakı:Altun kitab, 2007, 96 səh.  

K.Salmanova 



 

Interfections in lullings and lallabies 

Summary 

 

The article deals with role of interfections and their meanings in lallabies and 

lullings. Dependings on the position of “ay”, “ey”, “a” interfections they have 

meanings such as applause-praise, wish-regret, grief-repentance, sorrow-sadness, 

complaint-grumble in the lallabies and lullings. 

These interfections are used to speed up rhythm. Such moments are discussed 

as function and feature in lallabies and lullings. 

               


 

Filologiya  məsələləri – №5, 2014

 

 



85

К.Салманова 

Междометия  в колыбельных и причитаниях 

Резюме 


 

В  статье  исследуются  роль  и  значение  междометий  в  колыбельнях  и 

причитаниях.  В  колыбельнях  и  причитаниях  широко  употребляются  меж-

дометия  «ай», «эй», «а»  и  означают  хвалу,  одобрение,  желание,  сожеление, 

раскаивание, горе, скорб, жалобу, мольбу и т.д. Также привлечены к исследо-

ванию особенности и функции в колыбельнях и причитаниях как повышение 

игривости, ускорение ритма. 

 

Rəyçi:  Professor Buludxan Xəlilov 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



86

ERDOĞAN ALAATTIN  

Bakı Slavyan Universiteti 

erdogan@mail.ru 

 

PAREMIOLOJİ  VAHİDLƏRİN LEKSİK TUTUMU VƏ ETİMOLOJİ  

İNFORMASİYASININ HƏCMİ 

 

Açar sözlər:  paremioloji vahidlər, frazeologiya, etimologiya, leksik məna, 

frazeologizm. 



Ключевые  слова:  паремиологические  единицы,  фразеология,  етимология, 

лексическое значение, фразеологизм. 



Key words: paremiological units, phraseology, etymology, phraseological, lexical 

sense. 


 

Etimoloji analiz baxımından paremiya-frazeoloji konstruksiyaların leksem 

(leksik) tərkibi çox maraqlı materialdır. Paremioloji vahidlərin leksik tərkibi heç də 

həmişə ümumanlamlı sözlərdən ibarət olmur. Köhnə fonddan olan paremiyaların 

tərkibində kifayət qədər müasir oxucuya məlum olmayan söz və söz birləşmələri 

vardır ki, onların özlərinin etimoloji analizə ehtiyacı vardır. Haqqında sözü gedən 

məsələ bir çox paremioloqların nəzəri-diqqətində olmuşdur: çox vaxt tədqiqatçılar 

paremioloji vahidlərin tərkibində işlənmiş arxaik (müasir oxucuya məlum olmayan 

və ya başqa məna kəsb etmiş) söz və anlayışların etimolojisini şərh etməklə analizi 

bitirmiş hesab edirlər (2, 18-19). 

Qeyd etmək lazımdır ki, arxaizmlər heç də həmişə bütöv deyimin, söyləmin 

mənşəyini açıb göstərə bilmir. Bu sözlər bəzən «dayaq konsept» rolunu oynasalar 

da, paremioloji vahidin ümumi strukturunun həcmini belə müəyyən etməkdə rolu 

olsada, ümumi konstruksiyanın mənşəyini müəyyən edə bilmirlər; etimologiya 

baxımından paremiya bu sözlə (və ya sözlərlə) bir o qədər də bağlı olmur. 

Ö.A.Aksoyun qeyd etdiyi kimi, XI əsrdə türk dilində  işlənən «Böri-Koşnısın 

yimez» atasözündə  işlənən «Böri» çağdaş türk dilində «Kurt komşusunu yemez» 

kimi işlənir. «Böri-Kurt» dəyişməsi (sinonimlər kimi) ümumən atalar sözünün 

genezisini əks etdirmir. Bu etimologiya hər hansı bir folklor abidəsində və ya başqa 

folklor xarakterli rəvayətlərdə işlənərək yer tuta bilər, və yaxud da anonim müəllifin 

hansı isə bir məkanda-zamanda dediyi ola bilər ki, xalq yaddaşına həkk olunubdur. 

İkinci məqamda daha dərin arqument vardır: bu söyləm minilliklər ərzində xalqın 

diqqətində olan bir fakt kimi, təkzibolunmaz bir reallıq kimi ümumiləşmiş, konsept 

səviyyəsinə qalxmışdır. Söyləm, sadəcə olaraq, bu konseptin adı kimi, dildə ifadəsi 

kimi çıxış edib, xalqın həyat hadisələrini konseptuallaşdırma qabiliyyətinin inika-

sına çevrilir. Belə bir etimoloji əsasdan çıxış etsək (başqa genetik variant məlum de-

yil), «böri» sözünün müasir dildə «tərcüməsinin» etimoloji qüvvəyə malik olma-

dığını əsaslandıra bilərik. 

Yaxud başqa bir misal: Azərbaycan oxucusunun heç də hamısı «qaysava» sö-

zünün mənasını bilmir. Bu səbəbdən heç də hamı  «İtin axmağı qaysavadan pay 

umar» söyləmini başa düşmür. «Qaysava» sözünün mənasının açıqlanması pare-

miyanın «etimoloji» pərdəsini müəyyən dərəcədə qaldırır: qaysava – bəylərin xüsu-

si (ümumi «elitanın») sifarişi ilə qays qurusunun kərə yağında pörtülməsi (yumurta 

ilə birgə). Bu informasiya mərhum professor Bəşir Əhmədovun şərhinə əsaslanır. 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



87

«Qaysava» sözünün mənası açıqlananda ümumi deyimin semantik strukturu 

aydınlaşır. Amma bu aydınlaşma hələ paremiyanın obyektiv etimologiyası demək 

deyil. Yenə  də burada iki yol qalır: ya yuxarıda qeyd etdiyimiz konseptualizasiya 

motivini etimologiya kimi qəbul etməliyik, ya da dəqiq etimologiyanı bilməməyi-

mizi etiraf etməliyik. Arxaizm «qaysava» deyimin etimoloji açarı ola bilmir, amma 

konseptualizasiya motivində əsaslı rol oynayır. 

Bu məsələ  ətrafında bəzi mülahizələri yürütmək yerinə düşərdi. Ümumi eti-

mologiya nəzəriyyəsinin aparıcı mütəxəssislərindən biri O.N.Trubaçov qeyd edir ki,  

etimologiya bir elm kimi məhz sözlərin mənşəyi ilə məşğuldur. Frazeoloji və pare-

mioloji vahidlər etimologiyanın yox, sintaksisin obyektləri ola bilər. Belə bir iddianı 

O.N.Trubaçov onunla izah edir ki, ta prahindavropa və ya praslavyan dillərindən 

söz nümunələrinin genezisini açıqlamaq mümkün olduğu halda, həmin dillərin «fra-

zeoloji vahidlərindən və ya atalar sözlərindən misallarımız yoxdur» (8, 453). «Ola 

bilsin ki, belə vəziyyətin səbəbi frazeologiyaya və ya paremiologiyada rekonstruk-

siya metodlarının sistemli şəkil almamağıdır» (8, 453). 

Fikrimizcə etimoloji tədqiqatların ilk növbədə söz-leksemlərlə bağlılığının sə-

bəbi təkcə qeyd olunan fakt deyil. Məsələ paremiya-frazeoloji konstruksiyaların sa-

bitliyi, sabit reproduksiya olunması  və özlərinin ümumi dayanıqlı  mənasını saxla-

maqdadır. Ümumi konstruksiya hər hansı məna ilə bağlı olduqda, çox vaxt konst-

ruksiyanın daxili elementlərinin individual mənasının fərqinə varılmır. Və ona 

görədir ki, çox vaxt paremiyanın bütün elementləri (söz-leksemləri) mənaca aydın 

olduqda belə ümumi söyləmin, deyimin etimologiyasını  təyin etmək mümkün ol-

mur. Sözlərin etimoloji araşdırmalarında sözün daxili forması, onun strukturu 

ixtisasçıya çox şeydən xəbər verir. Paremioloji vahidin arxitektonikası (sadə cümlə, 

sadə geniş və ya mürəkkəb cümlə və s.) onun etimoloji cəhətdən qavranmasına, de-

mək olar ki, kömək etmir. Çunki paremiyanın strukturu hər hansı bir ekstradil faktı-

nın quruluşu ilə  həmahəngdir, izomorfdur. Bu ekstradil faktını bilməməyimiz hə-

min paremiyanın mənşəyini bilməməyimiz kimi qiymətləndirilməlidir. Başqa sözlə 

desək «Doğru söyləyənin təpəsi deşik olur» (türk, azərbaycan) paremiyası öz 

konseptual mənası əsasında ömür sürür – konseptual bir həyat faktının nominasiyası 

kimi. Həmin konseptual faktın strukturu paremiyanın strukturu ilə izomorf nisbətdə 

olsa belə, paremiyanın mənşəyi deyil. Konseptual fakt əqli konstruktdur. O etimon 

ola bilməz. Etimon ancaq o fakt ola bilər ki, o paremiyanın ilkin «fotoqenativi» 

olub, zaman-məkan denotatı olub. Paremioloji etimologiyanın ən çətin sistemləşən 

məqamlarından biri də budur: «tekst →simvol→məna strukturu (siqnifikat) 

→denotat» modeli etimologiyaya çox vaxt sadəcə olaraq sığmır, çoxlu sayda qeyri-

müəyyənliklər yaradır. Etimoloq-alimlər bunu gözəl duyur, elmi prinsiplərini sırf 

söz-leksem etimologiyası əsasında qururlar. 

Biz mülahizələrimizdə bir qədər paremiyaların leksem tərkibindən uzaqlaşdıq. 

Qeyd etməliyik ki, istər struktur element səviyyəsində, istərsə  də ümumi quruluş 

səviyyəsində paremioloji etimologiyasının qarşısına çıxan problemlərin çətinliyi 

sübut etmək lazım gəlmir. 

Azərbaycan dilindəki «bəy verən» elementinin leksem xarakterli olması, 

məsələn, bir neçə yolla sübut oluna bilər: 

 

 



 

Filologiya  məsələləri – №5, 2014

 

 



88

1) paremiyadan savayı bu element digər konstruksiyalarda işlənmir, müstəqil 

söz birləşməsi kimi dildə yoxdur; 

2) «bəxşiş» sözünün (lekseminin) göstərilən söz birləşməsi ilə dublet-sinonim 

olmağı «Bəy verən atın dişinə baxmazlar» paremiyasının olduğu bütün dillərdə 

(türk, ingilis, rus, alman) (6, 225) funksional xarakter daşıyır: 

 

Türk                     Beyin verdiği atın dişine bakılmaz (4, Ic., 57) 



dilində                 Bahşış atın dişine bakılmaz (4, I c., 47)  

                          Beleş (bahşış) atın dişine (yaşına, yularına) bakılmaz (3, 55) 

 

  

 



İngilis  

Look not a gift horse in the mouth (6, Ic., 225) 

dilində 

Don't look a gift horse in the mouth  (1, 77) 

  

Never look a gift horse in the mouth   



 

Müqayisəli analizin nəticəsi, fikrimizcə,  şübhə doğurmamalıdır. Çünki, gör-

düyümüz kimi, Azərbaycan paremiyasında işlənən «bəy verən» elementinin «bəx-

şiş», «müftə», «havayı» anlayışlarına uyğunluğu başqa dillərdə  də özünü göstərir 

(müq: rus dilində «darenıy», «darovoy»). 

Dediklərimiz «təpəsi deşik» arxaizminədə aiddir («Doğru danışanın təpəsi de-

şik olur»). Arxaizm «başıqapazlı», «qapazaltı» mənasında işlənir, hər dəfə başına 

qapaz dəyməyin ucbatından başındakı papağın deşilməsindən söhbət gedir. Bu bir 

məcaz formasıdır. Belə birləşmə nümunələri (təpəsi deşik, kürkü tüstülü, göy əski, 

dəyirman xoruzu, bəy evindən gələn küt; bəynən bostan, dəryada balıq (tutulmamış 

balıq), qarıdan qorxmaq, can borcu və s.) çox vaxt paremiyanın ümumi semantik 

inkişafını izləməyə, etimoloji dayaq nöqtələri tapmağa imkan yaradır. 

Götürək «ilan boğan» birləşməsini. Mənasını hamının yaxşı bildiyi «Uşağın 

ilan boğan vaxtıdır» zərbi-məsəlin etimologiyası  məhz konkret (mifoloji) şəxsin 

ilanı boğmağı ilə bağlı olduğunu  şərh etmək çətin deyil. Amma bu qəbildən olan 

birləşmə  və ifadələr (ümumi strukturun elementləri kimi) çox vaxt paremiyanın 

semantik strukturu ilə, onun ümumiləşmiş (siqnifikativ) mənası ilə bağlı olaraq, 

paremiyanın denotativ-etimoloji fakturası ilə heç bir əlaqədə olmur, onun etimoloji 

motivasiyası ilə uyuşmur: «mənzil kəsmək» ifadəsi «Asta gedən mənzil kəsər» 

atasözündə işlənən arxaik ifadədir; bu birləşmə atalar sözünün mənşəyini (denotat 

həyati faktı) müəyyən etməyə heç bir kömək etmir. Bununla bərabər, təxminən nə 

vaxtlar deyilə bilən paremiya olmasına dəlalət edə bilər, çünki «mənzil kəsmək» 

elementi müasir dildə  işlənmir. «Mənzil» sözü isə «məsafə» (iki məkan nöqtəsi) 

mənasında yalnız «ortamənzilli», «uzaqmənzilli» hərbi terminlərdə qalıb və işlənir. 

Ümumiyyətlə baxanda spesifik dil-nitq elementlərinin (o cümlədən arxaizmlə-

rin) paremiyaların tərkibindəki rolunu öyrənmək paremiologiyanın əsas leksikoloji 

semantika məsələlərindən biri kimi çox aktualdır. 

Yuxarıda qeyd etdiyimiz kimi, etimoloji araşdırmalar bu və ya digər paremi-

yanın zaman-məkan daxilində reallaşmış (tarix xronologiyası olan) faktın «adının» 

müəyyənləşməsidir; kim tərəfindən  nə vaxt ilk dəfə qələmə alınmağı etimologiyası-

nın başqa üzüdür, başqa denotativ aspektidir. Deyim və söyləmlərin leksik tərkibini 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



89

bu denotativ aspektdən araşdırılmasının elmi-nəzəri əhəmiyyəti yox dərəcəsindədir, 

xüsusi ilə paremiyanın əsas etimolojisi məlum olmayanda. 

«Qız ağacı» məfhumu nə türk, nə Azərbaycan dillərində, fikrimizcə, yoxdur; 

belə bir təyini söz birləşməsi ancaq atalar sözü «Qız ağacı – qoz ağacı, sındırarsan – 

yox əlacı» («hərə bir daş atar») tərkibində işlənmiş elementdir. Bu paremiyanın (və 

bu qəbildən olan paremiyaların) mənşəyi həyati ümumiləşmə ilə,  əqli nəticə ilə 

bağlı olduğundan, «denotativ etimoloji fakt» kimi ancaq onu birinci dəfə istifadə et-

miş adamın adını çəkməklə tamamlanır. Bu paremiyanın hər hansı bir konkret hə-

yati faktla, hadisə ilə bağlı olduğunu güman etmək çətindir. Əsrlər boyu hər hansı 

bir etnik qrup, xalq öz coğrafi mövqeyindən, etnokültür baxımından çıxış edərək ət-

raf mühitin faktlarına (çox vaxt spesifik, başqa xalqlara şamil olunmayan) ümumi-

ləşmiş qiymət, aksioloji xarakteristika verir: ümumbəşəri qiymət də olsa, bəzən hər 

hansı bir xalqa xas olmayan, onun coğrafi və ya digər amillərində yer tutmayan 

faktın inikası olur. 

«Dağ dağa kavuşmaz, insan insana kavuşur» (3, 89) türk atasözünün dilimiz-

də «Dağ dağa qovuşmaz, insan insana qovuşar» (5, 233) konstruksiyalarını azər-

baycan-türk söyləmi kimi qəbul etmək çətin deyil, o halda ki, başqa dillərdə bu 

konstruksiya eyni leksik tutumda, eyni mənada işlənməsəydi: 

– Men may meet but mountains never (friends may meet…). Bu konstruksiya 

qədim yunan, latın, alman, fransız, rus dillərində  də  işlənir (6, 209). Ancaq 

M.İ.Mixelson onun «Talmud»dan (iudaizmin dini-etik görüşlərinin məcmusundan) 

tərcümə olunduğunu iddia edir: Turo beturo lo poda, inesch beinesch poda (6, 109). 

Beləliklə, məlum olur ki, faktiki olaraq göstərilən paremiya bir məxəzdən 

pöhrələnib bütün başqa dillərdə mütləq kalka kimi həyat vəsiqəsini almışdır, çünki 

«Talmud» b.e.ə. IV əsri və b.e. V əsrini əhatə edən bir dini-etik və hüquqi məcmu-

ədir; onun yayılma tarixi də çox qədimdən başlayır. Hər bir halda deyimin «Tal-

muddan» qaynaqlanmağı onun etimologiyasının məxəz və xronoloji əlamətləridir. 

Deyimin mənasının referenti (onun hansı hadisəni əks etməyi) məlum deyilsə, de-

məli etimoloji araşdırma tam şəklini almır; konstruksiyanın leksik tutumu da ona 

ancaq «kalka» formulunu şamil etməyə kömək edir. Ancaq, türk dillərində hansı 

dildən kalka olunmağı aydın deyil. Ehtimal edirik ki, türk dilinə alman dilindən, 

azərbaycan dilinə isə rus dilindən kalkalanmışdır. Bu bizim təxmini qənaətimizdir. 

Çox vaxt etimoloji referent daha qabarıq olur: paremiyanın sintaktik quruluşu 

hər üç (bəlkə də daha çox) dildə ekvivalent formasını saxlayır; paremiyanın leksik 

tərkibi prinsipcə adekvat, sintaktik strukturu adekvat, referent nöqtəsi (etimon ha-

disə) identik olur. Belə hallarda etimoloji analiz axırıncı səhifələrinə qədər açılır: 

– Əgər dağ Məhəmmədin yanına gəlmirsə, Məhəmməd dağın yanına gedər; 

– If the mountain won’t come to Mohomet (Muhammad), Muhammad must 

go to the mountain (7, 162). 

İfadənin etimologiyası «Qurani-Kərimdə» 20-ci ayədə öz əksini tapmışdır. 

Başqa bir traktovka ingilis filosofu F.Bekonun (1561-1626) adı ilə bağlanır. Filosof 

öz «Mənəvi və siyasi oçerklər»inin birində Peyğəmbərin dağı yerindən tərpədəcə-

yinə söz verməsi təsvir olunur. Dağı yerindən tərpədə bilməyəndə Peyğəmbər deyir: 

«Bir halda ki dağ Məhəmmədin yanına gəlmir, onda Məhəmməd dağın yanına ge-

dər» (6, 286). 

 


 

Filologiya  məsələləri – №5, 2014

 

 



90

Paremiyaların söz-leksem tərkibinin bu və ya digər dərəcədə sabit qalması on-

ların həm sintaktik quruluşunun sabit qalmasına, həm də etimoloji referentinin yad-

dan çıxmamasına çox kömək edir. Analizə  cəlb olunmuş vahidlərin leksik-qram-

matik xüsusiyyətləri həmişə diqqət mərkəzində olacağı halda, biz etimoloji təhlilin 

bir neçə mümkün formasını təqdim edəcəyik: 

1. Birinci halda paremiya-frazeoloji vahidin etimoloji həcminin tərkibinə a) vahi-

din arxitektonik spesifikası haqda məlumat (bu məlumat etimoloji aydınlıq səviyyəsin-

də əhəmiyyətlidirsə); b) vahidin ilkin yaranma (istifadəyə buraxılması) vaxtı və məkanı 

(konteksti); c) vahidin etimoloji referentinin müəyyən edilməsi (hansı hadisə və ya hə-

yati faktla bağlı deyilib); d) konstruksiyasının semantik strukturunun dildaxili ümu-

miləşdirmə əsasında (kiminsə simvolik ümumiləşdirməsi – qnoseoloji qənaəti baxımın-

dan) yaranması haqda məlumat daxil ola bilər. Bu məlumatların hamısı olduqda analizə 

cəlb olunmuş vahid özünün mütləq etimologiyasının təsvirini tapmış olur. 

2. İkinci halda etimoloji təsvir ya etimon-referentin təyin oluna bilməməsi 

ilə, ya ilkin yaranma vaxtının dəqiqləşdirilə bilməməsi ilə  nəticələnir. Bu, tam 

etimoloji analiz hesab olunur (mütləq həcmli yox). Belə etimoloji araşdırmalar 

nisbətən çoxdur. 

3. Üçüncü  halda natamam etimoloji təsvirlə kifayətlənməli oluruq: referent – 

etimon müəyyən olunmur, yaranma tarixi ya qeyri-dəqiq, ya da tamamilə qeyri-

müəyyən olur. Bu əsnada paremiya-frazeoloji vahidin ancaq a) dil-məxəzi müəyyən 

olunur, b) iqtibas olunduğu / spesifik olduğu müəyyən edilir, c) semantik cəhətdən 

bir elə də əhəmiyyətli olmayan hər hansı periferik bir əlamət açıqlanır. 

4. Paremioloji vahidlərin etimologiyası çox vaxt qeyri-müəyyən qalır. Bu, dil 

tarixinin qanunauyğunluğu səviyyəsində qəbul olunur: dilin inkişaf tarixi nəsillərin 

tarixinə  sığmır, o, xalqın ilkin inkişafı ilə çağdaş tarixini birləşdirir. Bu sistemdə 

bəzi «bəndlər» yaddan çıxır, yazılı  ədəbiyyatda özünə yer tapmayıb, xatirələrdən 

silinir. Ona görə də dildə mövcud olan bütün paremioloji vahidlərin mənşəyini təyin 

etmək mümkün deyil. Bu araşdırmalar ancaq mümkünlük çərçivəsində aparıla bilər. 

5. Paremioloji vahidlərin, frazeoloji birləşmələrin və «qanadlı sözlər» qəbilə-

sindən olan konstruksiyaların etimoloji tədqiqi eyni üsullarla (prinsiplərlə) aparıla 

bilməz. Nəticə etibarı ilə birincilər qanadlı sözlərdən anonimlik /qeyri-anonimlik 

əlaməti ilə  fərqlənir. Paremioloji konstruksiyanın (əsasən, atalar sözlərinin) oppo-

zitiv «strukturu» onun obrazlı (məcazi) və qeyri-məcazi mənalarının toqquşmasın-

dan ibarətdir. Bu əlamət frazeoloji birləşmələr üçün mütləq deyil. 

6. Semantik-struktur identikliyi ilə fərqlənən və bir neçə dildə işlənən paremi-

yaların mənşə qaynaqları bir xalqın deyil, invariant insanın təfəkkürünün universal 

məntiq qanunlarına tabe olmağının bariz nəticəsidir. «Universal» konstruksiyalarla 

sırf spesifik konstruksiyaların mövcudluğu dilin paremioloji fondunun sistemli 

xarakterini sübut edir. 

 

Ədəbiyyat 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin