Sel zamanı kəşfiyyatın aparılma üsulları aşağıdakılardır:
1.Vizual. 2.Fotoqrafik. 3.Televiziya. 4.Radiolokasiya.
Sel zamanı xilasetmə işlərinin əsası əhalinin su basmış sahələrdən çıxarılmasıdır. Su basmış sahələrdə işin operativ getməsi üçün həmin sahələr sektorlara, sektorlar isə ayrı-ayrı işçi sahələrə bölünür.
Xilasetmə işlərinin aparılması üçün güc və qüvvələr aşağıdakı qruplara bölünür:
1. Kəşfiyyat və axtarış qrupları.
2. Əhalinin daşınması qrupları.
3. Zərərçəkmişlərin qəbul edilməsi və ilk tibbi yardımın göstərilməsi qrupları.
Xilasetmə işləırinin yerinə yetirilməsinin təşkili zamanı bölmənin komandiri texnoloji sxem seçməlidir. Qaydaya görə xilasetmə işləri zamanı paralel, ardıcıl və qarışıq sxemlərdən istifadə olunur.
Dostları ilə paylaş: |