Suda yerləşən zərərçəkənlər aşağıdakı üsullarla xilas edilir:
1. Zərərçəkənin üzücü aparatda qaldırılması.
2. Yedəkləmə.
3. Xilasedici ləvazimatlardan istifadə olunur.
Daşınma üsülunun seçilməsi aşağıdakı göstəricilərlə təyin olunur:
1. Zərərçəkənlərin yerləşmə yeri.
2. Onların fiziki və mənəvi vəziyyəti.
3. Daşınma üçün xilasedici ləvazimatların yığılması.
4. Xilasedicilərin proffesional hazırlığı.
Sel zamanı qəza-xilasetmə və digər təxirə salınmaz işlər fasiləsiz, gecə-gündüz, istənilən havada yerinə yetirilməli və qısa müddətdə zərərçəkənlərin xilas olunmasını təmin etməlidir (çünki insan çox suda qaldıqda onda artıq fiziolji dəyişikliklər gedir). Qəza-xilasetmə işlərini aparmaq üçün mülki-müdafiənin xüsusi dəstələri təyin olunur.
Buz yığıntısının, uçqunların dağıdılmasında bu gün ən çox partlayış üsulundan istifadə olunur. Dağılma prosesi partladıcı avadanlıqlarla təchiz edilmiş pirotexniki qurğular tərəfindən yerinə yetirilir.
Sel zamanı əsas tələblər xilasetmə işlərinin təhlükəsiz aparılmasına yönəlir. Bunun üçün xilasetmə vaxtında, düzgün, sistematik şəkildə aparılması üçün bütün şərtlər ödənilməlidir. Sel zamanı ləğvetmənin operativ şəkildə yerinə yetirilməsi idarəetmə orqanlarının qarşısında duran məsələlərə vaxtından qabaq hazırlığından, onların yerinə yetirilməsinə tez qərarın verilməsindən və dəqiq məlumatların çatdırılmasından asılıdır. Sel haqqında xəbərdarlıq əsasən fövqəladə hallar kommisiyasının hazırladığı plana əsasən verilir.
Dostları ilə paylaş: |