Sel zamanı xilasetmə işlərinə aşağıdakılar aiddir:
1. Zərərçəkənlərin axtarılması.
2. Xilasedicilərin zərərçəkənlərə çatdırılmasının təmini və onların xilas olunması.
3. Zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi.
4. Zərərçəkənlərin təhlükəli sahədən daşınması.
Sel zamanı təxirəsalınmaz işlərə aşağıdakılar aiddir:
1. Bənd və çəpərlərin hasarlar vasitəsi ilə bərkidilməsi.
2. Su ötürücü kanalların tikilməsi.
3. Buz yığını olan sahələrin ləğv edilməsi.
4. Yolların qorunması və bərpası üçün tədbirlərin keçirilməsi.
5. Xilasetmə üçün ləvazimatların hazırlanması.
6. Eneji xidmətlərinin bərpası.
7. İkinci dəfə təhlükə yarada biləcək faktorların qarşısının alınması.
Əhalinin seldən qorunmasının və xilas olunamasının əsas yolları onların su basmış sahələrdən digər rayonlara daşınmasıdır. Hər hansı üsulun məqsədyönlü tətbiqi həmin işlərin operativ şəkildə aparılmasından asılıdır. Əhalinin yerləşmə nöqtəsi, ərazinin su basma dərəcəsi və digər faktorlar siqnal verilməzdən qabaq təyin edilməlidir. Əhalinin daşınması ilə barabər heyvanların və digər əşyaların daşınması da təşkil edilməlidir. Daşınmış əhali müvəqqəti olaraq başqa şəhərdə və ya hər hansı təhlükəsiz yerlərə köçürülür. Həmin yerdə isə insanların həyat fəaliyyəti təmin etmək üçün tədbirlər keçirilir. Daşınma üsullarının səmərəliliyi təhlükə haqqında vaxtında verilən xəbərdarlıqdan asılıdır. Ona görə də su basma təhlükəsi olan sahələrdə xəbərdarlıq sistemələri qoyulur. İnsanlar sel nəticəsində əsəbi-psixoloji gərginlik keçirir, həyat fəaliyyəti pozulur. İnsanların çox soyuq suda olması nəticəsində hipotermiya (bədənin hədsiz soyuması) xəstəliyi yaranır.
Sel zamanı qəza-xilasetmə işlərinin və digər təxirə salınmaz işlərin aparılması qərarı təbii fəlakət olmuş rayonlarda aparılan kəşfiyyat əsasında toplanmış məlumatlara əsasən verilir.
Dostları ilə paylaş: |