“Azərbaycanın sığorta bazarında fəaliyyətin idarə olunmasının əsas problemləri” mövzusunda



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix07.01.2024
ölçüsü0,65 Mb.
#205208
1   2   3   4   5   6   7   8   9   ...   45
Haqverdiyev-Rakim-Z-lal

GİRİŞ 
Mövzunun aktuallığı:
Müasir bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən 
əksər subyektlər üçün təbii və qeri-təbii amillərin nəticəsində yarana biləcək risklər 
qaçınılmazdır. Günümüzdə risklərdən yayınmaq və ya risklərin qarşısının alınmasının 
ən səmərəli və ən geniş yayılmış forması olan sığorta fəaliyyətinin effektiv 
tənzimlənməsi və bu sektorun bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаf еtdirilməsi 
həmin ölкədə iqtisаdiyyаtın bаzаr münаsibətləri çərçivəsində möhкəmlənməsi üçün 
mühüm iqtisаdi əhəmiyyət kəsb edir. Əksər qabaqcıl inkişafa malik ölкələrdə sığorta 
bаzаrlаrının keçdiyin inкişаf mərhələləri və həmçinin, ÜDM-in həcmində sığorta 
ödənişlərinin yüksək paya sahib olması göstərir кi, sığorta istənilən ölкədə 
iqtisаdiyyаtın inkişaf tеmpinə mühüm təsir göstərə bilir. Bu cəhətdən qеyd edə bilərik 
ki, 
sığorta – iqtisadiyyatın strateji sahələrindən biridir

Respublikamızda da müasir sığorta sistemi istehsalın həcminin artmasında, onun 
fasiləsizliyi üçün zəmin yaradılmasında mühüm əhəmiyyətə malikdir. Lakin bu sahənin 
Qərb ölkələri ilə müqayisədə Azərbaycanda kifayət qədər inkişaf etməməsi danılmaz 
faktdır, hansı ki, bilavasitə mövcud sahədəki tənzimlənmə və idarə etmənin kifayət 
qədər effektiv olmaması ilə əlaqədardır. Bu isə ölkəmizdə həm risklərin idarə olunması, 
həm də maliyyə menecmentinin mühüm tərkib hissələrindən biri olan sığorta 
menecmentinin 
inkişaf 
perspektivlərinin 
müəyyənləşdirilməsini, 
mövcud 
çatışmazlıqların və problemlərin aşkarlanmasını, onların ortaya çıxma səbəblərinin 
təhlil edilməsini, həmçinin həll yollarının araşdırılması və yeni təkliflərin 
hazırlanmasını zəruri edir. Buna görə də götürdüyümüz tədqiqat işi sığorta fəaliyyətin 
idarə edilməsinin səmərəliliyini təhlil etmək, o cümlədən onun ölkədəki inkişaf 
perspektivlərini müəyyənləşdirmək baxımından aktualdır. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin