Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə28/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   24   25   26   27   28   29   30   31   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Baş silsilə zonası. Baş silsilə zonası şimal-qərb istiqamətində Terek çayından Be­laya çayına kimi uzanır və şimaldan Pşekiş-Tırnauz qırılması, cənubdan isə baş Qaf­qaz üstəgəlməsi ilə hüdudlanır. Baş silsilə zonasının şərq və qərb sərhədləri isə şərti olaraq, kristallik nüvənin Alp çökmə örtüyünün altına kəskin endiyi sahə hesab olunur. Baş silsilənin Yurayaqədər bünövrəsinin quruluşunda aşağıdakı komplekslər iş­tirak edir:

  1. Bünövrə kompleksi- yüksək dərəcədə metamorfizmə məruz qalmış, Hersin qra­­­­nitoidləri ilə yarılmış Kembriyəqədər çöküntülərdən ibarətdir. Bünövrə kompleksi şaquli kəsilişdə əvvəl qeyd etdiyimiz zonalarda olduğu ki­mi Femik və Sial qatlarına ayrılır. Femik qatı əsasən Buulqen seriyasının amfibolitli və biolitli qneys­lə­rin­dən iba­rət­dir. Baş silsilə zonasının cənub ətrafı boyunca çıxışları var­dır. bu qat üçün Pa­leo­zoy anatektik qranitlərinin və metasamotik qranitləşmənin zəif yayılması sə­ciy­yəvi xarakter daşıyır. Müxtəlif rayonlarda Femik qatının süxurla­rın­da qırışıqlıq eyni de­yil­dir. Sial qatı Kembriyəqədər yaşlı Maker dəstəsinin silsilərlə və qələvilərlə zən­gin mikalı şistlərini və qneyslərini, Hersin qranitoidlərini örtür.

  2. Evgeosinklinal kompleks- müxtəlif dərəcədə metamorfizmə məruz qalmış, or­ta Paleozoy yaşlı vulkanogen çökmə süxürlardan təşkil olunmuşdur. Hersin geosinklinal kompleksi baş silsilə zonasında Laba seriyasını, zəif meta­mor­fizmə məruz qalmış or­ta Paleozoy effuzivlərini örtür. Belaya çayının yuxarıla­rın­da və Böyuk Laba çayının sol qollarında Hersin kompleksi üçün, ümumiyyətlə, sink­li­nal quruluş səciyyəvidir. Lakin Laba seriyasının ayrı-ayrı horizontlarında qırı­şıqlıq qey­ri-bərabərdir.

  3. Gec Hersin orogen kompleksi- metamorfizmə məruz qalmamış, üst Paleozoy yaş­lı, əsasən terrigen çöküntülərindən ibarətdir. Hersin orogen kompleksinin qırışıq­ları braxiformalı olub, konsedi­men­tasion xa­rak­ter daşıyır. Bunula belə, bir sıra sahə­lər­də (Xuko silsiləsi və s.) qondarma Alp qı­rılma qırı­şıqları ilə əlaqədar strukturlar da qeyd olunur. şimali Osetiyada üst Paleo­zoy (əsasən perm) çöküntüləri Mezazoy komp­leksi ilə birlikdə dislokasiyaya məruz qalaraq, xətti qırışıqlar əmələ gətirir.

Baş silsilə zonasının müasir struktur planı əsasən dik yatıma malik iki qırılma sistemi ilə müəyən olunur. Bu qırılmalardan biri en istiqamətli olub 2700-2750, di­gə­ri isə (şimali-qərb) 295-3050 azimutla uzanır. Baş silsilə zonasının en istiqamətdə uza­nan ən böyük qırılması, Pşekiş-Tırnauz qırılmasına paralel uzanan Marux-Hacıbəy qırılması hesab olunur.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin