Beçasın geoantiklinal zonası. Bu tektonik zona Tırnauz-Pşekiş qırılmasından şimalda yerləşir və ümumiyyətlə antiklinal quruluşa malikdir. Cənub hissədə Paleozoy qranitoidləri ilə yarılmış, Kembriyəqədər bünövrə süxürlardan ibarətdir. Bu zonanın şimal və şərq batımında mürəkkəb quruluşa malik Xasaut sinklinoriumu yerləşir. Xasaut sinklinoriumunun şimal qanadı Mezazoy yaşlı çökmə qatla ortülmüşdür. Burada Böyük Qafqazdın hər yerində olduğu kimi, Kembriyəqədər kompleks mürəkkəb quruluşa malikdir. Onun kəsilişində iki metamorfik qat ayrılır. Alt qat (Femik) Beçasın dəstəsinin amfibolit və biotit şistlərindən ibarətdir, Kuban qarşısı, Malka-Muştin, Tızıl antiklinalların tağında yer üzərinə çıxır. Beçasın zonasında alt qat üçün ümumiyyətlə qranitoid maqmatizmi səciyyəvi deyildir, yalnız tızıl çayı boyunca Hersin qratitlərinin çıxışları qeyd olunur.
Üst qat (Sial) Beçasın zonasında 4 qrupa ayrılır:
1-ciqrup- üst Kuban dəstəsinin (Kembriyəqədər) metamorfik şistlərini təşkil edir və Femik qatı üzərində tektonik cəhətdən qeyri-uyğun yatır.