4. Sənət yeniliyi
Bu satiranı yüksəldən cəhətlərdən biri də Sabirin sənətkarlıqda
sərbəst və yeni yollarla getməsi, özünəməxsus orijinal üslub
yaratmasıdır. Sabir eruz ilə yazmışdır. Qafiyələr, rədiflər kimi
min ildən bəri məlum və dəbdə olan vasitələri işlətmişdir. Ancaq
mövzularımın yeniliyi, əlvanlığı şairin bədii təfəldcürünə, ədəbi
vasitələrinə də çox böyük təsir bağışlamışdır. Şair klassik şeirin
qəlib şəkli almış köhnə normalarını
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.152.
149
dağıtmış, şeirə yeni, canlı danışıqdan gələn bədii ifadə vasitələri
gətirmişdir. Sabirin qoşması, mürəbbey, müxəmməsi çox zaman
özündən əvvəlkilərə oxşamır. Bu janrlar şairdə yeni məzmunla
yanaşı, yeni reng, müasir şəkil almışdır.
Məsələn, marş şəklini alaq. Hamımıza məlumdur ki, bu, lirik
qəhrəmanlıq janrıdır. Bu şəkildə insanın ruh yüksəkliyi, hərəkət,
əzm, dözümlülük tərənnüm edilməlidir. Burada bir adamın yox,
kollektivin, bütün cəmiyyətin fikir və duyğuları ifadə olunur.
Ancaq Sabir "Qocalar marşı" adlı bir şeir yazmışdır. Burada
nəinki yüksək duyğular tərənnüm olunmur, hətta müsəlman
qocalarının çirkin adət və iştəhası çox məharətlə, bütün gücü ilə
satirik güzgüdə göstərilir:
Bir qocayam, çaq nər kimiyaşaram,
Dörd arvadı bir-birinə qoşaram,
Bir ildə üç-dördün alıb boşaram,
Qoca kimi yalqız yatmaz...m.
* * *
Barmağıma əqiq üzük taxaram,
Saqqalıma çox-çox xına yaxaram,
Həryerdə bir arvadgörsəm baxaram,
Qoca kimi yalqız yatmaz. ..m!
1
Bu şeirin marş ilə nə qədər əlaqəsi varsa, həmin qocanın da
həqiqi, insani hisslərlə bir o qədər əlaqəsi vardır.
Sabir satirasında bir sıra yeni və gözəl üsullar vardır.
Cahil adamın özünü dindirmək üsulu. Molla, bəy, qoca, şah,
avam qadın bu üsul ilə ifşa olunur. Bu adamlar öz cahil və avam
fikirlərini bir həqiqət kimi qələmə vərməyə çalışırlar, ona görə də
gülünc görünürlər.
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.161.
150
60 yaşında bir kişi küçədə çilingağac oynasa, nə qədər gülünc
görünər? Yaxud 7 yaşında bir uşaq çiyninə Xorasan kürkü salıb,
təsbeh çevirsə nə qədər gülünc olar? Bu təşbehi ictimai səhnələrə
gətirəndə Sabir çox qüvvətli lövhələr yaradır. Məsələn, bir şairin
cahil arvadı ərinin kitab ilə, yazı ilə məşğul olmasına böyük bir
qəbahət kimi baxır. Təzək yapmağı, atasının çul-çuxasını
bitləməyi gözəl bir məişət qaydası kimi qələmə vərmək istəyir.
Ona görə də gülünc görünür:
Nə bilirdik nə zəhirınardı kitab?
Biz olan evdə hacan vardı kitab?
Büsbütün gül kimi insanlarıdıq,
Nə müəlim və nə dərs anlarıdıq;
Dəftərin andıra qalmış sözünü
Eşidib, görməmiş idik üzünü.
1
Tip, öz sözləri ilə ifşa olunur. Tipin sözü şair üçün bir
xasiyyətnamə vasitəsidir. "Ax necə kef çəkməli əyyam idi",
"Pul", "Əkinçi", "Fəhlə", "Satıram", "Uşaqdır", "Oxutmuram, əl
çəkin" və s. başqa şeirlər bu üsulla yazılmışdır.
5. Kinayə və istehza ilə təsvir
Burada obyekt ətraflı təsvir olunur, ancaq bu təsvir müstəqim
mənalı sözlərlə yox, məcazi ifadələrlə, kinayə, mübaliğə ilə
verilir. İfadənin quruluşundan, üslubundan məlum olur ki, şair
müraciət etdiyi adamlara, hadisələrə gülür:
Ol gün ki, sənə xaliq edər lütv bir övlad,
Olsun ürəyin şad -
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.129.
151
misraları ilə başlayan şeirində Sabir, cahil bir müsəlman qadınına
müraciət edir. Onun avam, məhdud və gülünc tərbiyə qaydalarını
kinayə ilə tərifləyir. Eyni üsul ilə də "Yat qal dala" şeiri
yazılmışdır.
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay
Yat, qal dala, laylay!
1
Burada da istehza yolu ilə tənbəlliyin, qəflətin necə hökm
sürdüyü göstərilir.
"Qaç, oğlan! Qaç, atbasdı! Millətgəlir!" şeirində zəmanə
ziyalılarının, millət adından danışan, lakin iş görınəyən
oxumuşların "fəaliyyəti" kinayə ilə mədh olunur:
Neçə əsrdir indi bilehtimam,
...Qoçaq, əlləşib, çarpışıb sübhü şam,
...Edib aləmə bəxşi-heyrət, gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
2
"Tömeyi-nahar" şeirində varlılardan kömək uman ac
kəndlilərin ağır vəziyyəti kinayə ilə təsvir olunur. Cəmiyyəti-
xeyriyyələrin, dövlətlilərin aclara ianə toplamaq vədlərinin boş
və nəticəsiz söhbət olduğunu göstərən şair kəndliləri ac toyuğa
oxşadır. Onların şirin xəyallarına qarşı istibdadın amansızlığını
belə göstərir:
Hinində daldalanma çox, həyətdə də dolanma çox,
Yeyəndəki bıçağa bax, o tiği-abidarı gör
3
...
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.33.
2
Yenə orada, səh.35.
3
Yenə orada, səh.68.
152
Sabir bu şeirində kəndli ilə mülkədarın vəziyyətini müqayisə
edir. Kəndli xəyal aləmindədir; mülkədar isə kef aləmində.
Kəndli acdır, mülkədar plov və qayqanağ yeməklə məşğuldur.
Kəndli ianə gözləyir, mülkədar cibini doldurmaqla məşğuldur.
Beləliklə, şair oxucusunu sayıq salmaq istəyir, yalan vədlərdən
uzaqlaşdırmağa çalışır.
6. M.Ə.Sabirin taziyanələri
Avropa şeirində epiqram deyilən taziyanələr bizim şeirimizə
ancaq Sabir tərəfindən gətirilmişdir.
Taziyanə janrında müəyyən obyektə qarşı çox kəskin
məzmunlu dörd misra deyilir. Məzmunu etibarilə bu şeiri rübai
ilə müqayisə etmək olar. Lakin rübaidə fəlsəfi məna ifadə
edilirsə, burada acı gülüş, tənqidi bir fikir ifadə olunur.
"Dəryada qərq olan insanların yetimlərinə təsəlli" sərlövhəsi
ilə yazdığı taziyanədə belə deyilir:
İkiyuz qərq olan iranlıların,
Qiymətin bildi əcəb konsulumuz.
İstədi "Merkuri"dən yüz qırx min,
Ay yetimlər, sevinin, var pulunuz.
1
Bu taziyanə həm konsula, həm "Merkuri"yə vurulan satira
şallağıdır.
Bəzən taziyanələr qitə şəklində, altı və daha çox misradan
ibarət olur. Aşağıdakı misralar buna misal ola bilər:
Dindirir əsr bizi, - dinməyiriz,
Atılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz;
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.291.
153
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömdü yerə minbərdəkilər!
1
7.Balaca canlı səhnəciklər
Balaca, canlı həyat səhnəcikləri yaratmaq da Sabir satirasının
gözəl bir üsuludur.
"Yeni və köhnənin söhbəti", "Əhvalpürsanlıq, yaxud
qonuşma" şeirləri bu üsul ilə yazılmışdır.
"- Nə xəbər var, məşədi?
- Sağlığın!
- Az-çox da yenə?
- Qəzet almış Hacı Əhməd də...
- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
2
"
Burada bir cahilin qəzetə və qəzet oxuyanlara qarşı nifrəti çox
gözəl ifadə edilmişdir. Şair elə bir gözəl vəziyyət yaratmışdır ki,
söhbət edən iki həpəndin axmaqlığı özü-özünə aşkar olur. Bunları
təsvir üçün canlı mükalimədən başqa vasitə, rəng lazım deyildir.
8.Gülüşün ciddi şeirlərdə
ciddi ruhda vərilməsi
Bizə məlumdur ki, satira hər şeydən əvvəl istehza və kinayəyə
əsaslanır. Düşmənin ən alçaq və ən çirkin xasiyyəti kinayəsiz
təsvir edilsə, satira əmələ gəlməz, ancaq məzəmmət, nifrət hissi
vərilə bilər. Belə əsərlərdə müəllif müstəqim sözlər və ifadələrlə
təsvirini davam etdirir. Sabir şeirində isə elə bir qüvvət vardır ki,
bəzən ciddi şeirin özündə qüvvətli satira
1
Yenə orada, səh.289.
2
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.238.
154
bir ünsür kimi iştirak edir. Məsələn, şairin «Nə yazım?» şerinə
baxaq. Bu şer belə başlanır:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım.
Tamamilə ciddi planda yazılmış bu gözəl şeirdə müasir
cəmiyyətdə, mədəni dünyada qələm sahibinin, şairin vəziyyəti,
vəzifəsi göstərilir. Həmin bu misraların ardınca şair ifadəsinin
ahəngini dəyişərək birdən-birə satiraya keçir:
Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
1
Bu iki misra ilə gözümüz qarşısında şeirdən, şairdən, qəzetdən
qorxan mürtəce, köhnəpərəst bir tip canlanır. Şair bu tipin geniş
təsvirini vərməmişdir. Xasiyyətnaməsi də bizə məlum deyildir.
Nə zahiri, nə fıkri vəziyyətini bilmirik. Ancaq şair onun gözünü
bərəltdiyini bizə söyləyir. Bu, güclü bədii satirik cizgidir. Həmin
əlamətlə mənfi tipin portreti xəyalımızda canlanmış olur. Bu elə
bir tipdir ki, müasir şeirin və mətbuatın tənqid hədəfi ola bilər. O,
özünü tənqid aynasında görməkdən isə qəzəblənir, gözü bərəlir.
Həmin üsulu biz şairin öz vətəndaşlarına, şirvanlılara xitabən
yazdığı məşhur şeirində görə bilirik:
Əşhədü billahi Əliyyüləzim,
Sahibi-imanəm, a şirvanlılar!
Yoxyeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
2
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh. 225.
2
Yenə orada, səh.6.
155
Şirvanın və ümumiyyətlə Azərbaycanın fanatikləri bütün
münəvvər fıkirlilərə qarşı, o cümlədən Sabirə qarşı çox vəhşi
rəftar edirdilər. Sabiri xalq arasında hörmətdən salmaq üçün onu
dinsiz, müsəlmanlıqdan çıxmış adlandırırdılar. Sabir fanatiklərin
öz mühakimələrinə əsaslanaraq bu hücumun xasiyyətnaməsini
verir. O, göstərir ki, mən müsəlmanam, ancaq fanatik deyiləm.
Sabir fanatizmin Azərbaycanda törətdiyi bütün çirkin fəlakətləri
sayır. Şeirin ümumi məzmunundan məlum olur ki, Sabir hər
şeydən əvvəl bir vətəndaşdır, özü də çox böyük vətəndaşdır.
Onun hər misrasında, ifadəsində xalqın, vətənin, millətin inkişafı
uğrunda çırpınan böyük bir qəlb görünür. Şirvanlıların hamısı isə
hələ bunu dərk edə bilməmişdir. Odur ki, bu şeirdə biz həm
şikayətli, təəssüfli bir lirika, həm də güclü və əzəmətli bir satira
ruhu görürük.
9. Xalq məsəllərindən, danışıq dilinin
zənginliklərindən istifadə üsulu
M.Ə.Sabir satirasının səciyyəvi cəhətlərindən biri də bu idi.
Şair obyektinə hücum etmək istəyəndə xalqı, yüz minlərlə oxucu
kütləsini dalınca aparır və ona arxalanırdı, xalq zəkasının silahı
ilə silahlanır, hamıya aydın olan söz, ifadə və surətlərlə danışırdı:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
1
-
- misraları ilə başlayan şeirdə xalis Azərbaycan sözləri
işlədilmiş, birinci dəfə olaraq danışıq dilinin bu əlvan ifadəsi
şeirə gətirilmişdir. Sabir şeirindəki dil sadəliyi, ifadə təbiiliyi heç
vaxt məzmun dayazlığından irəli gəlmir. Əksinə, ideyanın
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.198.
156
ümumxalq ideyası olmasından, fikrin yüz minlərlə camaata
doğma olmasından irəli gəlir. Sabir bədii dil sadəliyini ayrı-ayrı
sözlərlə vərmir. Onun ifadə xüsusiyyəti üslubu, şer dili belədir.
Nə soxulmusan araya, a başı bəlalı fəhlə?
Nə xəyal ilə olubsan belə iddialı, fəhlə?!
1
Buradakı söz, ifadə və tərkiblərin hamısı canlı xalq dilindən
alınmışdır.
Sabirə qədər heç bir şairdə canlı xalq dilinin, bu tükənməz
xəzinənin qüdrətini tapmaq mümkün deyil. Sabirin şeirimizdə
böyük xidmətlərindən biri də danışıq dili ilə kitab dili arasındakı
çərçivəni vurub yıxmaqdan ibarətdir. Sabirə qədər kağıza, yazıya
düşmək üçün ən çox qəliz ifadələr seçilərdi. Şairin danışıq dilini
şeirə gətirməsi ədəbiyyatda böyük bir kəşf oldu.
Bu xüsusiyyət şairə yüz minlərlə camaata müraciət etmək, öz
xalqının geniş kütlələri ilə danışmaq imkanı vərdi.
M.Ə.Sabir və sənət
Azərbaycan klassiklərinin yaradıcılıq təcrübələri zəngindirsə,
nəzəri xəzinəsi nisbətən yoxsuldur. Yəni ən böyük şairlərin belə
sənət və şeir nəzəriyyəsinə aid xüsusi əsərləri yoxdur və ya yox
kimidir. Əlbəttə, bunun səbəbi vardır. Keçmişdə Şərq aləmində
nəzm, qafiyəli yazı əsas ifadə üsulu olmuşdur.
2
Azərbaycanın
klassik şairləri sənətin təcrübəsini nəzəriyyəsindən ayırmamışlar.
Mülahizə yürütməkdənsə
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.142.
2
Hətta ərəb və fars məktəblərində son əsrə qədər dərs kitabları, lüğətlər
də nəzm ilə tərtib olunmuşdu ("Tərəssül-Nisab" və s.).
157
yürüdüləcək mülahizələrin məzmununu şeirə, nəzmə çəkmişlər.
Biz şeir, ədəbiyyat məsələlərinə aid qiymətli fikir və hökmləri də
şeiri yaradan adamların bədii əsərlərində daha çox görürük. Yeni
ədəbiyyata qədər yaşayıb yaradan bütün böyük şairlərin (Nizami,
Füzuli və s.) əsərlərində sənət və şeir nəzəriyyəsinə aid hökmlər
vardır ki, bu hökmlər həmin müəlliflərin sənətinin nəzəri
əsaslarını təşkil etməkdədir. O zaman, ədəbiyyat və sənət elminin
lazımınca inkişaf etmədiyi bir dövrdə hər bir şeirə özü-özlüyündə
həm də nəzəri cəhətdən yanaşılırdı.
Sabirin zəmanəsi belə deyildi. XX əsrin əvvəllərində
Avropada olduğu kimi Şərqdə, o cümlədən, Azərbaycanda da
ədəbi tənqidi nəzəriyyə məsələləri canlanmaqda idi. Əsrimizin
əvvəllərində Firidun bəy Köçərli, Uzeyir Hacıbəyov, Əlibəy
Hüseynzadə, Abbas Səhhət, Abdulla Tofiq və s. müəlliflərin
məqalələri
1
şeirə və ədəbiyyata olan baxışın dəyişdiyini və şeirdə
yenilik tələb olunduğunu göstərirdi. Bu yenilik hissi bir çox
müəlliflərdə var idi.
M.Ə.Sabir yeni şeir ehtiyacını hamıdan gözəl duyduğu üçün
qəzəldən əl çəkib, satiraya keçmişdir. Sabirin şeirə və sənətə olan
tələbini hər şeydən əvvəl onun şeirlərindən öyrənmək olar.
Xüsusilə "Nə yazım", "Şəkibai", "Təraneyi-şairanə", "Söz"
şeirlərində şair, demək olar ki, bədii dil ilə öz baxışlarını, şeirə və
şairliyə olan münasibətini ifadə etmişdir. "Şairlərimizə nəzirə"
qeydi ilə vərilən "Dilbər" əsərindən Sabirin köhnə şeir üslubuna
güldüyü və bu üslubu vaxtı keçmiş hesab edib pislədiyi bizə
məlumdur. Burada Sabirin bəyənmədiyi nədir?
Hər şeydən əvvəl həyatdan, həqiqətdən uzaqlıqdır. Deməli,
Sabir şeirdə realizmin, həqiqətpərəstliyin tərəfdarıdır. M.P.Vaqif
də həyatiliyi üstün tutmuş, təbliğ etmişdir. Onun
1
"Şərqi-Rus", 1903-1904, "Həyat", 1905-1906.
158
da təsvirləri həqiqi, təbiidir. Ancaq Sabir şeiri günün siyasi
tələbləri səviyyəsinə qaldırmağı tələb edir. Sabir elə bir həqiqət
təsvirini sevir ki, bu təsvirdən xalq, ictimai aləm, azadlıq üçün
çarpışanlar xeyr görsün. Bunun üçün də Sabir şeirə həyatın
"güzgüsü" kimi baxır.
Sabirin fikrincə şair varlığı, həyatı, hadisələri düzgün,
obyektiv və cəsarətlə təsvir etməlidir. Şairin ən böyük vəzifəsi
gördüyü "nikü bədi izhar eləmək"dir:
Şairəm, çünki vəzifəm budur əşaryazım,
Gördüyüm nikübədi eyləyim izhar, yazım.
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Bədibəd, əyrini əyri, düzü həmvar yazım.
Niyə bəs böylə bərəldirsən, a qare gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?
1
Şair hər şeydən əvvəl ictimai xadimdir. O, xalqın görən gözü,
eşidən qulağı, danışan dilidir. Onun ayıq tənqidi hər bir tənqiddən
güclü və təsirlidir. Bu nöqteyi-nəzərdən Sabir böyük mütəfəkkir
M.F.Axundovun tənqid haqqındakı mülahizələrinə qoşulur.
M.F.Axundov da bədii tənqidə çox böyük məna vərərək, onu
başqa üsullardan üstün tutur. Ədəbiyyatı bir "ibrət güzgüsü"
sayırdı.
Sabirin şeir, ədəbiyyat aləmində qəzəblə yad etdiyi adamlar
"riya" şairləri, varlıları yaltaqcasına tərif edən, beləliklə, yalnız
özlərini deyil, şeiri və sənəti də alçaltmağa çalışan şairlərdir.
Sabir "puldan ötrü yalan mədhiyyələr yazan"lara nifrət edir,
özünün bu qism qələm sahiblərindən uzaq olduğunu iftixarla
söyləyir:
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.225.
159
Şeir bir gövhəri-ekdaneyi-ziqiymətdir,
Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.
Deyərəm həcv, sözüm doğru, kəlamim şirin,
Əhli-zövqə vərərəm nəşə, bu xoş şərbətdən.
1
Sabir "Təraneyi-şairanə" adlı məsnəvisini əsasən şeirə, sairlik
sənətinin vəsfinə həsr etmişdir. Şairlik, Sabirin fikrincə ən
yüksək vətənpərvərlikdir, xalqa xidmət, həqiqət carçısı olmaq,
adamları ədalətin doğru yoluna çağırmaqdır. Bu, yüksək və
müqəddəs məslək yoludur. Bu yolda ölüm də, fəlakət də xoşdur.
Çünki şair "gedərsə də məramı yenə dünyadə yaşar". Bu yolun
həqiqi yolçusu ən böyük xalq, millət və bəşəriyyət xadimidir.
Sabir şairliyə məhz belə yüksək məslək işi kimi baxmış, özü də
bütün fəaliyyəti ilə böyük məslək adamı olmuşdur.
"Söz" Azərbaycan ədəbiyyatında bütün böyük şairlərin
mövzusu olmuşdur. Onlar sözü gövhər, dürr kimi yüksək
qiymətləndirmiş, yalnız şeirdə deyil, hər yerdə və hər zaman
sözün hörmətini vacib bilmişlər. Sabir də eyni yol ilə gedərək
sözə "Xurşidi-səmavat" deyir. Onun fikrincə, "Kamal
sahiblərinin gözünə işıq vərən, gülşəni-nasutə feyzlər vərən
həqiqət nuru" sözdür. Əlbəttə ki, Sabir burada doğru sözdən,
xüsusilə şeirdəki sözdən - sənət sözündən danışır.
Söz bəşəriyyətə zövq, tərbiyə, feyz vərən, insanlığı daima
yüksəlməyə çağıran bir qüvvət və qüdrətdir. Onun yaradıcıları,
onun sahibkarları hər kəsdən əvvəl şairlər, bədii idrak
ustadlarıdır. Odur ki, sözün yüksək məna və mövqeyini
gözləməyən qələm sahiblərinə nəinki şairlik adı, hətta insanlıq
adı belə yaraşmır.
Sabir də Füzuli kimi oğru şairlərdən şikayətlənmişdir. Şeiri,
sənəti şöhrətə satanları, mənəviyyatın bu pak və saf səmasını
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.3.
160
ləkələyənləri Sabir dərin nifrətlə yad etmişdir. Şer oğrularına
qarşı yazdığı bir qitədə Sabir türk şairi Nəfmin məşhur kəlamını
təkrar edir:
Sirqəti şeir edənə qəti-zəban lazımdır
1
.
M.Ə.Sabir və
tərbiyə məsələləri
M.Ə.Sabir yalnız məktəbdəki fəaliyyəti ilə yox, şeirləri,
yaradıcılığı ilə də bir müəllim olmuşdur. Onun şeirlərində
məktəb, təlim-tərbiyə, uşaqların taleyi, ailədə uşaqlara olan
qayğı, valideynin vəzifəsi mühüm mövzulardan olmuşdur. Sabir
dönə-dönə bu mövzulara qayıtmış, onları üç üsul ilə işləmişdir:
satira ilə, lirika ilə, mahnı sənəti ilə.
Sabir satirasında köhnə müsəlman ailəsinə qarşı çevrilən
tənqid, Azərbaycanda heç bir zaman və heç bir şair tərəfindən
yazılmamışdır. Şair "Ol gün ki, sənə xaliq edər, lütf bir övlad,
olsun ürəyin şad" misrası ilə başlayan şeirində köhnə müsəlman
ailəsinin avamlığını, övlada əmlaka olan münasibət kimi
baxıldığını çox möhkəm tənqid edir. "Oxutmuram əl çəkin!",
"Vah bu uşaqlar necə bəzzatdılar", "Bəhri-təvil", "Hara gedir bu
uşaqlar bu boyda - bu boyda", "Köhnə və tazə", "Oğlum",
"Uçitellər", "Üsuli-cədid", "Qoyma gəldi", "Dilənçi", "Nədamət
və şikayət", "Bu əməldən ucalarsan", "Uşaqdır" və s. bir çox
satirik şeirlərdə köhnə ailə, məişət, övlada, gənc nəslə olan nadan
münasibət rəngin və zəngin boyalarla təsvir olunmuşdur. Bu
əsərləri oxuyanda qarşımızda cahil, nadan olduğu qədər də
amansız və mütəəssib kərbalayılar, məşədilər, "həpəndlər",
1
Şeir oğrusunun dilini kəsmək lazımdır.
161
"xanbacılar", "sənəm xalalar", iyrənc simaları ilə canlanırlar.
Çoxdan ölüb getmiş bu "həşərat" aləminin hətta bir həqiqət
olduğuna belə çətin inanmağımız gəlir. Dərin düşünəndə isə
Sabirin və onun kimi bir çox şair və ictimai xadimin həmin bu
həşəratın əhatəsində çalışmağa məcbur olduğunu və ona görə də
ağlagəlməz çətinlik və fəlakətlərə məruz qaldığını görürük.
Sabirin təsvir etdiyi köhnə aləmdə, köhnə ailədə uşaq yazıqdır,
bədbəxtdir, talesiz və məhkumdur. O, cəhalətin qurbanıdır.
"Küçədə, bazarda öz qəsdinə iqdam edərək, hər günü bayram
edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə
razı olub, mən səni bir sənətə də qoymamışam, hər gecə, hər
yerdə qonaq qalmağını, zövqü səfa almağım, zurnaqaval
çalmağını xoşlamışam, öz başma boşlamışam, həmd xudayə ki,
olubsan belə qüvvətli, məhəbbətli, şücaətli cavan, şiri-jəyan,
bəbri-bəyan. Vəqt o zamandır dəxi bundan belə bir ad çıxarıb, iş
bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları
məsdud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol
vurasan, əl qırasan...".
1
Çirkin, gülünc arzularla övlad böyüdən cahil atanın "tərbiyə"
üsulları belədir. O, yalnız pulunu, malını, vaxtını deyil, hətta
"imanını, insafını vicdanını" da sərf edib bəslədiyi oğlunu quldur,
yol kəsən, qoçu, adam öldürən eləmək istəyir. Bu kişinin qadını
da özü məsləkdədir. O da bir ana olaraq övladını "söyüş-
döyüş"də böyütmək istəyir:
Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır uşağım!
Belə valideynin təsirində böyüyən uşaq əlbəttə ki, quldur, ya
qoçu olacaqdır. Belə ailədən çıxan uşağı nə məktəb, nə təşkilat,
nə də ictimai həyat düzəldə bilər. Buna görə də Sabir tərbiyə
məsələlərini məhz ailədə, uşaq ana qucağında olarkən doğru
istiqamətdə aparmağı vacib bilir. Şair yeni,
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.55.
162
sağlam, gözüaçıq, mədəni insanlar yetişdirmək işinə mane olan
əngəlləri, ailədən tutmuş mövhumat ocaqlarına qədər bir-bir
göstərmişdir. Bu əngəllərin törətdiyi fəlakətləri saymışdır.
Sabir tərbiyə işinə böyük xalq və vətən işi kimi baxmışdır.
Mənfur keçmişdən kədərlənən şair, işıqlı gələcəyə ümid bağlamış
və gələcəyin idealları ilə yaşamışdır:
Ümmətin rəhnüması tərbiyədir,
Millətin pişvası tərbiyədir,
Tərbiyətlə keçir ümuri-cahan,
Hər işin ibtidası tərbiyədir.
1
Xalqın ən böyük işi gələcək nəsli yeni, zəmanə ruhunda
tərbiyə etməkdir. Bütün dövlət, ədəbiyyat və elm xadimlərinin
böyük idealları, vətənin gələcək inkişafı hər kəsdən, əvvəl
gənclərdən asılıdır.
Sabirin bu hökmləri əbəs yerə deyildi. Minlərcə fəhlə və
kəndli uşaqlarının savadsız, qayğısız, sahibsiz pərakəndə
böyüdüklərini görən şair əsrin irəli sürdüyü böyük intibah, inkişaf
vəzifələrini düşünür, bunların icrası uçün oxumuş, ziyalı və
himmətli gənclər ordusuna nə qədər böyük ehtiyac olduğunu
duyurdu.
Qadınların çadradan xilas olması, ictimai-mədəni işlərdə fəal
iştirakı məsələsinə tərəfdar olan və qadın əsarətinə qarşı atəşin
şeirlər yazan şair burada da tərbiyə məsələsini başlıca amil
sayırdı. Sabirin fikrincə, elmli, gözüaçıq ana heç vaxt tərbiyəsiz
övlad böyütməyəcəkdir. Qadın anadır, ana isə xalqın mürəbbisi,
gələcək nəslin müəllimidir!
"Elmli və elmsiz ana" şeirində şair bu məfkurəni təbliğ edir.
Sabir anaları elmə, maarifə, mədəniyyətə çağırır. Bütün
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.383.
163
zər-zivəri, qızıl-gümüşü, zahiri bəzəkləri, cəvahiratı rədd edərək,
əsrin, zəmanənin əsl bəzəyini tərifləyir. Bu əsrin bəzəyi isə
ədəbli, ağıllı, kamallı, savadlı övladdır:
Bəzək-bəzək ki, deyirlər, cəvahirat deyil:
Cəvahirat bu gün zinəti-həyat deyil.
Nədən cəvahirə fəxr eyləsin gərək insan?
...Həqiqi validənin ən şərəfli bir bəzəyi,
Ədəbli, süslü çocuqdur, təcəmmülat deyil!
1
Sabir bu məsələni ayrı-ayrı fərdlərin işi saymır, Sabir
uşaqların təlim-tərbiyəsinə ümumxalq işi, böyük siyasi-ictimai iş
kimi baxır.
"Çocuq" adlı şeirində, sərkərdan gəzən, qapı-qapı əl açıb
dilənən Azərbaycan balasını görəndə ürəyi yanır, dərin bir
təəssüflə uşaqlar haqqında olan qayğısızlığı, yetimlər, sahibsizlər
məktəbinin olmamasını göstərir. Sabir arzu edirdi ki, hər şəhərdə,
hər kənddə yetimlər, yoxsullar üçün məktəb olsun, balalar
bəslənsin, oxusun, elm-sənət və hünər sahibi olsunlar.
Sabir məktəblilər üçün, məktəb həyatını, maarifi, elmi təbliğ
edən, əməyi, zəhmət məşğələlərini tərənnüm eden bir çox şərqi
və mahnılar, təmsillər yazmışdır. ("Məktəb şərqisi", "Tərğibi-
ətfali-məktəb", "Elmə tərğib" "Cütçü", "Uşaq və buz", "Ağacların
bəhsi" və s.). Bu parçalarda şair sadəliyə, cümlə və ifadələrin
danışıq dilinə yaxın bir üslubda qurulmasına səy etmişdir.
Təmsillərində şair Krılov kimi müxtəsər, tutarlı, məzmunlu
lövhələr çəkmişdir. Xüsusilə uşaqlara aid olan parçalar əxlaqi
nəticə ilə bitir, iki misra ilə əsərə yekun vurulur ("Uşaq və buz").
Sabir Krılovu diqqətlə oxuyurdu. Hətta əsərlərinin
1
M.Ə.Sabir. Hophopnamə, Bakı, 1922, səh.296.
164
tərcüməsini böyük ədəbiyyat, mədəniyyət işi sayırdı. Etinasız
tərcümələri ("İtlər və yolçular") şiddətlə tənqid edirdi.
Uşaqlar üçün yazdığı şeirlərin üslubu şairin başqa lirik, satirik
əsərlərindəki üslubdan fərqlənir. Əgər o əsərlərdə şair fıkrin,
hissin kəskin, qatı və əlvan lövhələrlə ifadəsinə çalışırsa, burada
hər şeydən əvvəl uşaqların marağını oxşamağa, kiçik oxucuların
ruhən bağlı olduqları hadisə və səhnələri canlandırmağa çalışır.
Təbiidir ki, burada nəsihət, didaktika, tərbiyə şərtləri ilk sıraya
keçir. Şairin bu əsərlərini oxuyanda istər-istəməz ustadı olan
Seyid Əzimin oğluna nəsihəti və başqa əxlaqi mənzumələri,
Sədinin ibrətli hekayə və qitələri yada düşür. Şair "Məktəb
uşaqlarına töhfə" olaraq yazdığı kiçik xitablarında ata-anaya
məhəbbəti və xidməti tövsiyə edir. Ata-ananın övlad üçün
çəkdiyi zəhmətləri, övladın bunun müqabilində nə qədər
minnətdar olduğunu xatırladaraq, şair uşaqları valideynə itaətə
çağırır. Eyni tövsiyə dili ilə şair gənc nəsildə əməyə, zəhmətə
olan hissi, həvəsi artırmaq istəyir.
Səadət ancaq əməkdədir. Çalışanlar xoşbəxt olurlar. Şair bu
fıkri elə sadə, aydın, maraqlı və uşaq zövqünə uyğun bir dil ilə
təsvir edir ki, oxucu təsirlənməyə bilməz:
Ey uşaqlar, uşaqlıq əyyamı, -
Gələn əyyamın ondadır kami.
* * *
Kim ki, qeyrətlə zəhmətə alışar,
Kəsbi-ürfanə ruzü şəb çalışar,
Zəhməti mayeyi-səadət olar,
Yaşadıqca həmişə rahət olar.
Kim ki, tənbəlliyə məhəbbət edər,
Daim əyləncələrlə ülfət edər,
165
Keçirir vəqtini cəhalət ilə,
Bütün ömrü keçər səfalət ilə.
1
Uşaqlar üçün yazılan bu şeirlərin ahəngi səlis, musiqisi oynaq,
vəzni qısadır. "Uşaq və buz", "Yaz günləri" mənzumələrində
müxtəsər, yığcam əhvalatlarda dərin məzmun və unudulmaz bir
hikmət ifadə edilir.
Dostları ilə paylaş: |