A.Səhhətin romantikası
Abbas Səhhət "Sınıq saz" kitabının müqəddiməsində yazır:
"Şairlik iddiasını etməməkdən başqa, hələ onun məqami-büləndini
vəsf və bəyan etməkdə olan ədəm iqtidarımı da kamali-icz ilə iqrar
edirəm. Burasını Şeyx Nizami həzrətlərinin:
Pişu pəsi daşt səfi kibriya,
Pəs şüəra amədu piş ənbiya.
Tərcüməsi:
Mətanət meydanında kimlər tutdu gör səfi -
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi
2
.
1C.Cəbrayılbəyli. XX əsr Şamaxı ədəbi mühiti haqqında xatirələr, Nizami adına
Ədəbiyyat İnstitutunun elmi arxivi, inv. №360.
2Nizami. Lirika. Sirlər xəzinəsi, Şərəfnamə, Bakı, 1983, səh.115.
275
beytindən gözəlcə anlamaq olar. Fəqət bununla belə təbiət və lətafəti
- fərq və təmyiz etmək xassəsinə malikəm... Əsərlərim sınıq ürəkdən
çıxan sızıltılar olduğu üçün fransızların şairi-əzəmi "Zərfı-şikəstə"
adlı əsərinə
1
və türklərin böyük şairi Tofiq Fikrət bəyin "Rübabi-
şikəstə"sinə təqlidən "Sınıq saz" deyə adlandırdım..."
2
.
Şairin sözlərindən aydın olur ki, əvvəla o, şairliyə, sənətkarlığa
çox böyük əhəmiyyət verir. Nizamini izləyərək, Səhhət də şeiri
"peyğəmbərlik ilə" yanaşı tutur, onu yüksək, qeyri-adi, fitri bir
istedad və vergi sayır. Ona görə bir az da təvazökarlıq edərək, özünə
bu adı layiq bilmir.
İkinci tərəfdən aydın olur ki, Abbas Səhhət sənətkarlıqda "təbiət
və sənayenin hüsn və lətafətini" seçib qiymətləndirməyi vacib
şərtlərdən sayır. Burada Səhhətin zövq incəliyinə, şeirdə zərifliyə,
kəlamın gözəlliyinə və hüsnünə nə qədər böyük məna verdiyi
bəllidir.
Səhhət ona görə kitabına "Sınıq saz" adı vermişdir ki, burada
toplanan şeirlərin çoxu zəmanədən, mühitdən, istibdad quruluşundan
şikayətdir, şairin dediyi kimi, ürəkdən çıxan ixtiyarsız fəryaddır".
3
Bu şikayətlər Abbas Səhhətin ilk dövr yaradıcılığı üçün səciyyəvi
olub, yalnız fəryad, sızıltı və göz yaşlarından ibarət deyildir.
Səhhətdə pərişanlıq vardır. Lakin bu pərişanlıq həyatdan üz
döndərən, bədbinliyə aparan bir pərişanlıq deyil, töhmətlər, təkfirlər
üzündən olan pərişanlıqdır. Əlbəttə, həssas şair məsləkinin,
əsərlərinin təhsini və
təqdiri
əvəzinə öz mühitindən,
vətəndaşlarından etinasızlıq, hətta töhmət və təkfır gördükdə
mütəəssir olmaya bilməzdi. Həmin bu mütəəssirlik Səhhətin ilk
əsərlərində, xüsusilə
1Müəllif fransız şairi Sülli Pryudomu nəzərdə tutur.
2Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.2-3.
3Yenə orada, səh.3.
276
"Oxucularıma", "Tərcümeyi-halım", "Bəyani-hal", "Şikayət"
şerlərində özünü göstərməkdədir.
Səhhət də Füzuli kimi sənətin, şeir ustalarının tərifə və afərinə
layiq olduğu zamanları həsrətlə xatırlayır:
Keçmişdə suxənvəran-ağah,
Olmuş müdəmayi-məclisi-gah.
Əşarun edən zaman qəraət,
Şairlər alıb maaşu xələt,
Yahər sözünə və vəqfi dilxah,
Almışlar əqilli barəkallah.
İndi dəyişib bütün qərinə,
Almazlar onu bir afərinə.
Təkfir olunur bu əsri-hazir.
Hər kim ki ola ədibü sair
1
.
Səhhətin ilk şeirlərində ictimai mühit, zəmanə belə təsvir olunur.
Həmin dövrdə sənətin, sənətkarın pərişanlığının səbəbi çox doğru
göstərilir. Ancaq bu səbəblər və bu vəziyyət şairi qorxutmur.
Səhhətdə pərişanlıqla yanaşı qüvvətli bir ümid çırpınır. Onun
şeirinə qanad verən, onu həvəsləndirən, vücudunda "ildırımlar
doğuran", "çətin sevdalar eşqinə salan" da həmin bu ümiddir. Səhhət
gələcəyə, mədəniyyətin, sənətin qələbəsinə inandığı üçün
məsləkində, yolunda möhkəm və mətanətlidir. Şair öz məsləkini
belə izah edir:
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
Məsləkim tərcümeyi-halimdir,
Lütfi-həq ğayeyi-amalimdir.
2
1 Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.9.
2 Yenə orada, səh.31.
277
Səhhətin bütün şeirində və sənətində bu yol əsas bir qayə kimi
seçilmişdir. O, ömrünü bu məqsəd uğrunda, vətənin, millətin tərəqqi
və səadəti yolunda qoymuşdur.
Səhhətin romantikası, onun bəslədiyi xəyal və arzu da məhz bu
mətləblə izah oluna bilər. Şairin bütün meyl və çırpıntıları böyük və
müqəddəs məsləki uğrundadır. Bu çırpıntılar bəzən yaralı quşun
həzin, aciz, köməkçiz çırpıntılarına bənzəyir:
İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş,
Necə uçsun qanadı sınmış, əzilmiş bir quş?
Başqa bir şeirində şair bu imkansızlığı, aciz vəziyyətini belə
ifadə edir:
Fikri ali, bədəni xar, zəlil,
Adı Səhhətkən özü xəstə, əlil.
Qanlı əllərlə tıxanmış nəfəsi,
Bağırır, çıxmayır əmma ki səsi
1
.
Bu əhvali-ruhiyyə Səhhətdə ötəridir, davamlı deyildir. O,
dünyaya, qara qüvvələrə, istibdadın ağır və amansız qayda-
qanunlarına baxanda belə vəziyyət alır. Lakin Səhhət, dumanlı
şəkildə olsa da, nicat yolunu görür. Dərhal üzünü gələcəyə çevirir.
Münəvvər adamların qəlbində alovlanan azadlıq, qurtuluş
məfkurəsinə müraciət edir. Bu halda o özündə müqavimət, mübarizə
hissi duyur. Səhhətin çox əsərlərində bu iki əhvali-ruhiyyənin, qüssə
ilə sevincin, pərişanlıqla ümidin, köhnəliyə nifrətlə yenilik eşqinin
yanaşı olaraq davam etdiyini görürük.
1
Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.329.
278
Mühitə və köhnə dünyaya qarşı mübarizə məqamında imkanlar
ilə arzuların mütənasibliyinə və ya qeyri-mütənasibliyinə dair təsvir
və surətlər xüsusilə bu əsrin ədəbiyyatında çox verilmişdir.
Fəxrəddin, İsgəndər, Fərhad və nəhayət, Rzaqulu xan bu
mübarizənin qəhrəmanlarından idilər.
Onların hamısı böyük ideal sahibləridir. Ancaq imkan və qüvvə
etibarilə məhduddurlar. Səhhətdə də eynilə bu iki qütbün təsvirini
görmək mümkündür. İlk şeirlərinin çoxunda şair imkansızlıqdan,
köməksizlikdən, düşmənin güclü olmasından şikayətlənir, "ölü
şəhər"lərin "müsəlman ürəfalarından" dad çəkir.
Mübarizənin başqa qütbü, indilikdə zəif və aciz olan işıqlı
qüvvələr isə şairin çox maraqlı əsəri olan "Əhmədin qeyrəti"
poemasında daha parlaq təsvir olunur.
Əhməd vətəninin qeyrətli oğludur. O, azadlıq hərəkatını sevinc
və ruh yüksəkliyi ilə qarşılayır. Ailəsini, ata-anasını, qazancını,
istirahətini - hər şeyini tərk edərək silah götürür, inqilabçı orduya
qoşulub Səttarxana köməyə gedir. Əhməd, ancaq qalib gəldikdən,
ana torpağı düşməndən təmizlədikdən sonra öz evinə qayıdır,
müqəddəs borcunu ödənmiş hesab edir:
Üç ay sonra, yazfəsliydi, gün düşmüşdü çöllərə,
Gənc əsgərin dul anası dizin quçub inlərdi.
Oturmuşdu astanada, cavan oğlun bəklərdi,
Gəlib gedəndən sorurdu, göz dikmişdi yollara
Birdən gördü oğlu gəlir, şadlığından ağladı,
Ana-oğul, bacı-qardaş bir-birin qucaqladı.
1
Mübarizə belə sevincli və qalibiyyətli bir nəticə ilə qurtarır.
Aydındır ki, poemada təsvir olunan gərgin, münaqişəli
1
Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.44.
279
qəhrəmanlıq həyatı şairin ilk əsərlərində gördüyümüz pərişanlığa
oxşamır. Bu romantika məhz mütərəqqi mübarizə və qələbə
romantikasıdır. Əhməd isə şairin müsbət qəhrəman, ideal vətəndaş
kimi təsvir etdiyi bir şəxsiyyətdir. Ümumiyyətlə, Səhhətin bu əsəri
ədəbiyyatımızda fəhlə həyatına həsr olunmuş ilk poemadır. Birinci
dəfə Səhhət neft fəhləsinin vətənpərvərlik mübarizəsini qələmə
almışdır. Əhməd kimlə vuruşur?
Gördü ancaq arvad-uşaq qalmış kənddə, obada,
Kişiləri şah qırdırmış qan içən şahsevənə.
Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu,
Eləyirlər mühafizə xain Iran qurdunu.
Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə
Vətənini belə görcək qeyrətindən ağladı,
Uğurunda ölmək üçün belin möhkəm bağladı...
1
Poema ideya istiqaməti ilə bir çox başqa romantiklərin
əsərlərindən üstündür. Çünki burada "ümumiyyətlə" mübarizə
yoxdur. Mücərrəd "yenilik" də yoxdur, üz-üzə gəlmiş iki müəyyən
düşmən qüvvə var: şah ordusu və xalq. Şair bu orduların
vuruşmasını verir və xəyali rənglərdən çox təbii, həqiqi rənglər
işlədir. Poemada təsvir olunan canlı, müasir həyat və hadisənin özü
şairi mücərrəd xəyallardan uzaqlaşdırmışdır. Bu onun romantikasına
daha möhkəm ictimai zəmin vermişdir. Əsərin dili, üslubu da məhz
buna görə sadə və kütləvidir.
A.Səhhət romantikasında, Hadidə olduğu kimi, ümumi, mücərrəd
xəyallar, kainatı qavramaq meyli yoxdur. Əksinə, burada şairin öz
dərdli hissləri ilə uğraşması, dəruni tələb və arzuları ilə məşğul
olması vardır. Bu romantika olduqca hissi,
1
Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.41-42
.
280
şəxsi, fərdi romantikadır. Şair hansı hadisə haqqında düşünür
düşünsün, yazır yazsın, nəticə etibarilə hadisəni öz tərcümeyi-halına
bağlayır. Müasir cəmiyyətin düşünən adamlara ağır olan işgəncə və
amansızlıqlarını qələmə alır. Burada romantika lirika ilə, xəyal hiss
ilə, arzu vəziyyətlə, gələcək indi ilə çarpazlaşmış, vəhdətli bir halda
verilir.
A.Səhhətin mühüm əsərlərindən olan "Şair, Şeir pərisi və
Şəhərli" poeması istiqaməti etibarilə "Əhmədin qeyrəti"ndən fərqli
daha çox hissi, fərdi, simvolik əsərdir.
A.Səhhətin bu əsəri də müəyyən rəmzlərlə yazılmışdır. Burada
üç surət vardır: Şair, Şeir pərisi və Şəhərli. Bunların hər biri bir
aləmi təmsil edir.
Şair düşdüyü ictimai mühitdən incimiş, cəfalər çəkmiş, özündən,
öz sənətindən doymuş, bədbin əhvali-ruhiyyə keçirir. "Gözəl
mənzərələrin seyrinə dalmaq", "çəmən-zarda qalmaq" istəmir.
Getmək, dərdinə dərman axtarmaq, "sabahın fikrini çəkmək" istəyir.
Lakin o nədənsə bu mənzərədən ayrıla bilmir. Hansı bir qüvvə isə
onu buraya, bu sənət və gözəllik aləminə bağlamışdır. Bu qüvvə onu
tərk etmək istəmir. Çox çəkmir ki, həmin ilahi və müqəddəs qüvvə -
Şeir pərisi mələk simasında zühur edib, şairə musiqi aləti gətirir:
Al bu santurumu çal, gəldi bahar əyyamı,
Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı...
Vəcdə gəl, nəğməsəra olmağa ağaz edəlim,
Gəl bərabər uçalım, göylərə pərvaz edəlim.
1
Şair bu çağırışları rədd edir. Onda daha vəcd və fərəh
qalmamışdır. O, həvəs və işvədən, sevdadan uzaqdır:
1
Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.132.
281
Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.
1
Şeir pərisi bu cavabdan hiddətlənir, şairi nankor adlandırır. O,
şeirə təb, ilham, istedad, yüksək, ülvi bir zövq vermişdir. Şair bu
silahı işlətməli, şeir, sənət aləmində möcüzələr göstərməli ikən,
"güzəran dərdi" ilə yaşayır. Şair təşəkkür əvəzinə Şeir pərisindən
narazılıq edir:
Görməsəydim sənimən düşmənə kam olmaz idim,
Uymasaydım sənə, mənfuri-avam olmaz idim.
Mən də bir tacir olub toplar idim simu zəri,
Xalqca varlığımın onda olardı dəyəri.
Sənə dildadə olandan bəri bədbəxt oldum,
Tay-tuşum içrə siyəhruzü siyəhrəxt oldum.
2
Şair taleyindən şikayətlidir. Çünki sənətindən bir xeyir
görməmişdir. Həmişə lənət və nifrət eşitmişdir. Ona görə də şeirdən
üz döndərmək istəyir. Pəri isə həqiqəti ona belə təlqin edir:
Sən gərək rahi-həqiqətdə cahandan keçəsən,
Xanimandan keçəsən, baş ilə candan keçəsən.
Şair oldur ki, həqiqətlərə dildadə ola,
Şairin fikri, xəyalı gərək azadə ola
3
.
Şeir pərisi həqiqi mənada sənət və şeiriyyət ilahəsidir. O, bir
tərəfdən Səhhətin düşüncəsinə görə sənətin, bədiyyatın yüksəkliyini,
gözəlliyini, xüsusiyyətini, ikinci tərəfdən sənətkarın ictimai qədir-
qiymətini, məfkurə müqəddəsliyini təmsil edir. Onun sözləri sənət
haqqında ən həqiqi sözlərdir.
1 Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.132.
2 Yenə orada, səh.133.
3 Yenə orada, səh.335
282
Buna baxmayaraq şair etiraz edir. Ancaq bu, şairin narazılığı və
ya inadı deyildir. Bu narazılıq şairin çəkdiyi ictimai əzab və
iztirablar üzündəndir. O, sənət kimi yüksək, böyük məfkurə və
məslək müqabilində mühitdən çəkdiyi əzabları sayır və bunun
dözülməz vəziyyət olduğunu göstərir. Heç təsadüfı deyil ki, əsərin
axırında Şeir pərisinin yerini bir Şəhərli (insan) tutur. Şəhərli də Şeir
pərisi kimi şairi məzəmmət edir, fəaliyyətə çağırır. Əgər şeir pərisi
şairi yüksəklərə, göylərə aparmaq istəyirsə, Şəhərli (insan) şairi
mübarizəyə çağırır. O, cəmiyyətdəki zülm və haqsızlıqları şairə
göstərir. Şairi millətə, xalqa, vətəndaşlara xidmətə çağırır. Səhhət
burada, şəhərlinin dili ilə vətəndaşlıq vəzifəsini, şairə olan zəruri
ictimai sifarişi söyləyir. Müasir şeirə olan tələbi deyir, "odlu
ürəkdən qopan", "ildırımlar saçan" şeir, sənət istəyir. Burada sənətə
yeni münasibət, ədəbiyyatın ictimai həyatda mövqeyi məsələsi
qoyulmuşdur.
Şair Şəhərlinin göstərdiyi mənzərələrdən xəbərsiz deyildir. Eyni
zamanda, o, sənətkarın vicdanı borcunu bilməmiş deyildir. Şairin
fəaliyyətisizliyinə, küskünlüyünə səbəb ayrı şeydir ki, bunu onun öz
dilindən eşitmək olar. O, sənətkar səmimiyyəti ilə and içir. Şəhərliyə
üz tutub düşdüyü çıxılmaz vəziyyəti belə izah edir:
Həqqə, namusa, nicata, qələmə and olsun,
Ərşə,fərşə, günəşə, sübhi-dəmə and olsun,
Çox həqiqət mənə təlqin eləyir vicdanım,
Yoxdur ondan birini söyləməyə imkanım.
Danışarkən həqqi göydən yetişən buyruqla,
Tıxanıb sözlərim, ağzımda qalır yumruqla.
1
1
Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.134.
283
Şair həqiqəti, ürəyindəkini deməyə imkan tapmır. Çünki həqiqəti
deyənlərin yumruq və zopa ilə qarşılandığını görür. Rəmzlər,
işarələrlə başlayan və davam edən əsərdə, nəhayət, həqiqətin,
vəziyyətin açıq, müstəqim sözlə ifadəsi vardır. Bu da müəyyən
dərəcədə şairin və müasirlərinin öz tərcümeyi-halı ilə əlaqədardır.
Xüsusən əsərin meydana gəldiyi birinci dünya müharibəsi dövrünü -
irticanın qüvvətləndiyi, milli ziyalılar üzərində çar gözətçilərinin
çoxaldığı bir dövrü nəzərə alsaq, Abbas Səhhətin bu əsərdə nə qədər
ictimai-real bir mənzərə çəkdiyini görərik.
Əsərdə təsvir olunan şair xasiyyət və təbiəti etibarilə də müəllifə
çox oxşayır. O, sənətdən gözlədiyini görməyən, xəyalpərvər bir
adamdır. Qüvvəsinin, səbrinin tükəndiyini, düşmənin gücünü hiss
etsə də, şair yenə dözüm, mətanət və inama üz çevirir, hər halda
işıqlı qüvvələrin, müqəddəs məfkurələrin məğlub olmayacağına
inanır.
Səhhətin bu əsəri yalnız üslub və məfkurəsi etibarilə yox,
quruluşu etibarilə zamanına görə yeni əsərdir. Burada mükalimə
şəklində üç şəxsiyyətin surəti çəkilir. Bu şəxsiyyətlərin hərəsi bir
zümrənin nümayəndəsidir, hərəsinin özünə görə məfkurəsi və
müəyyən siması vardır. Bunlardan Şeir pərisi göylərə, yüksəkliklərə,
cəmiyyətdən uzaq, romantik bir aləmə meyl edən şəxsiyyətdir.
Şəhərli ictimai zəminəyə əsaslanan, günün mübarizələrində yaşayan
həqiqi insandır. Şair isə müasir cəmiyyətin zülm və işgəncələrini
bütün ağırlığı ilə hiss edən xarakter bir sənətkardır. Bu üç şəxsiyyəti
bir məqsəd birləşdirir. Bunların hər üçü, sənətin, şeirin tərəfdarı, şeir
aşiqidir. Hər üçü sənət uğrunda fədakarlığı təbliğ edir.
Səhhət romantikasının daha üstün bir cəhəti gələcəyə etimad və
cəmiyyətdə hökm sürən fəlakətlərin silinəcəyinə dərin ümid
bəsləməkdir. Bu ümid bəzən şairi bədbinlikdən, düşgünlükdən
sağındıraraq, ruhlandırır, ona qüvvət verir, onu
284
passivlikdən, "qəzavü-qədər"ə boyun əymək meyllərindən
uzaqlışdırır:
"Bəxt", "qismət" kimi əlfazı unut,
Səy elə bazuyi-iqbalını tut.
Nərəyə istər isən zorla apar,
Mərkəzindən yeri lazımsa qopar.
1
Səhhət nəzəri cəhətdən cəmiyyətin inkişaf qanunları, tarixi
inkişafın haraya istiqamətləndiyini doğru-düzgün bilməsə də,
təkamülə, dəyişməyə inanırdı.
"Şair, Şeir pərisi və Şəhərli" əsərində şair mühitin burjua-
mülkədar cəmiyyətinin istedada, sənətə məna və əhəmiyyət
vermədiyini, həyati çətinliklər altında qabiliyyətli adamların
əzildiyini göstərmişdir.
Səhhətin istər burada və istərsə başqa əsərlərində yaratdığı
romantika, xəyal fərdi, şəxsi zəmindən yox, ictimai vətəndaşlıq
məfkurəsindən qidalanan sağlam tərəqqipərvər bir xəyaldır.
Şairin romantikasında gördüyümüz çırpınış tərəqqi, inkişaf üçün,
xalqımızın səadəti yolunda ciddi-cəhddir. Səhhət də, Hadi kimi öz
xalqını dünya miqyasında, müasir mədəniyyət aləmində görmək
istəyir. O, "Milli ideallar" adlı məqaləsində
2
bir sıra firəngiməab və
mədəniyyətin zahirinə uyan müəllif və ziyalıları danlayır, milli
şərəfımizi, ədəbiyyatımızı, dilimizi, adətimizi unudan, "ərəbi və
farsi yazmağı özlərinə bir fəxr, bir şərəf sayan" müəllifləri tənqid
edir. Şair ədəbiyyatda milli şəkil və rəngin vacibliyini göstərir.
Səhhət öz əsərlərində bu yol ilə getmişdir.
Səhhətin mövzuları onun yaradıcılıq istiqamətinə, üslubuna çox
dərin təsir edir. Onun "Şair, Şeir pərisi və Şəhərli",
1 Abbas
Səhhət. Əsərləri, Bakı, 1935, səh.137.
2 "İqbal", 1914, № 593.
285
"Yad et!", "Yuxu" əsərlərindəki xəyal ilə "Əhmədin qeyrəti", "Qış",
"Cəhalət səmərəsi" şeirlərindəki romantika, xəyal qətiyyən bir
deyildir. Birincilərdə xəstə, yorğun arzular, sonrakılarda isə
qabaqcıl, hərarətli mübariz fıkirlər irəli sürülür.
Abbas Səhhətin böyük ədəbi xidmətlərindən biri də rus və
Avropa klassiklərinin əsərlərindən etdiyi mahir, sənətkaranə
tərcümələrdir. O, bu tərcümələrini "Məğrib günəşləri" adlandırdığı
iki kitabda nəşr etmişdir.
1
Səhhət Bədii tərcüməyə böyük və vacib
mədəniyyət işi kimi baxır. O, çalışır ki, oxucunu bəşər
mədəniyyətinin zənginlikləri, müasir Avropa ədib və şairlərinin
yüksək hiss və fıkirləri ilə tanış etsin: "Elm heç millətin malı
deyildir. Hər kəs yiyələnınək istəsə onundur. Bu mətləb məni vadar
etdi ki, Qərb ədəbiyyatından bəqədri-qüvvə öz dilimizə tərcümə
etməklə əhalimizi onların əsərinə aşina edəm. Tainki o şümusi-elm
və ürfanın ənvari-əşüəsilə bizim də zülmətdə qalan duyğularımız
işıqlansın".
2
Səhhət hamıdan qabaq bu zərurəti duymuşdu. Fransız dilini
mükəmməl bilməsi, rus dilini səy ilə öyrənınəsi sayəsində Avropa
klassiklərinin ən yaxşı əsərlərini seçib tərcümə etməyə müvəffəq
olurdu. Xüsusilə Puşkin və Lermontovdan etdiyi tərcümələrdə
("Qafqaz", "Msıri", "Hacı Abrek", "Üç xurına ağacı") şairin
yaradıcılıq qüdrəti özünü göstərir. Tərcüməsindəki şeiriyyət heç də
orijinaldan geri qalmır. Səhhət Qafqazın bakir təbiətini,
xüsusiyyətini, Şərq ruhunu gözəlcə hiss etdiyi kimi, böyük rus
şairlərinin yaradıcılıq meylini, istiqamətini də bilirdi.
Azərbaycan oxucusu Səhhətin bu tərcümələrini həmişə sevə-sevə
oxuyur. Hətta bir sıra şairlər bu tərcümələrdən ilhamlanaraq
"Qafqaz", "Dağlar", "Kazbek" və s. mövzularda
1 Abbas Səhhət. Məğrib günəşləri, I-II hissə, Bakı, 1912.
2 Yenə orada, I hissə, səh.5.
286
şeirlər yazmışlar. Səhhətin tərcümələri o zaman şeirimizə yeni
qayda, yeni hiss və yeni hava gətirirdi. Uzun müddət qəzəl
ədəbiyyatını təqlid edən və bununla yaşayan şairlər və onların
oxucuları yavaş-yavaş yeni şeirdən, rus və Qərb şeirindən
faydalanmağa başladılar.
Səhhətin sənətə, şeirə baxışı da yeni idi. O, şeirdə təbii, insani
hisslərin tərənnümünü vacib bilir, inandırıcı olmayan, qeyri-təbii
mübaliğələri, məcazları faydasız sayırdı. Abbas Səhhətə görə şair və
ədəbiyyat insana mərifət və ibrət dərsi verməli, insanın həyatına,
idrakına kömək etməlidir. 1905-ci ildə "Həyat" qəzetində çap olunan
"Ədəbiyyatımızın islahatına dair"
1
adlı məqaləsində A.Səhhət köhnə
şairlərin təsvir və ifadə vasitələrini tənqid edir, "qəddin sərv ağacma,
üzün aya, kipriyin oxa, qaşın yaya" bənzədilməsinə gülür, bu
təsvirlərin "təbii əhvala müğayir" olduğunu göstərir. Səhhətin
fikrincə: " Yazı yazdığımız vaxt hər şeydən müqəddəs hissiyata tabe
olmaq gərək, tainki kəlamın oxucuların qəlbində təsiri ola və
başqasının hissiyatı-qəlbisini oyandıra".
Səhhət şeirdə, ümumən ədəbiyyatda təbiət mənzərələrinə çox
əhəmiyyət verir, hər əsərində bir "lövhei-nəqqaş" çəkmək istəyir:
"Məsəla lətif bir yaz axşamı, günəş qüruba mühəyya olur. Qürubun
qaranlığı dağlara, dənizlərə yavaş-yavaş yayılır. Hər tərəf sakit və
asudətövr. Axşamın bəxş etdiyi hissiyat hər zərrədə əyan olur. Bir az
sonra günəş qürub edir, sahillərin üzərində təməvvüc edən buxar
zayil olur. Fəqət günün qürubuna mütəaqib ay çıxır. Biz də bu
mənzərəni tamaşa edib hissiyatımızı əfkar, xəyalatımızı yazıb təşrih
etdikdə, əlbəttə ki, oxuyanlar qəlbinə artıcaq təsir bağışlayıb,
başqasının hissiyati-qəlbisini oyandırır...".
2
1
Abbas Səhhət. "Ədəbiyyatımızın islahatına dair", "Həyat", 1905, № 14.
2
Abbas Səhhət. "Ədəbiyyatımızın islahatına dair", "Həyat", 1905, № 14.
287
Şair nəzəri cəhətdən dediyini əməli olaraq yaradıcılığında da
həyata keçirirdi. Onun bir sıra aydm və parlaq mənzərə verən təsviri
şeirləri vardır. "Bahar axşamı", "Dərya kənarı", "Yay gecəsi", "Ölü
şəhər" və s. şeirlərdə aydın və parlaq mənzərələr verilir. Səhhət ən
çox təbiət mənzərələrinə məftundur. Şair həyatın, kainatın
gözəlliklərini qələmə alır, fəsillərin hər birinin insan üçün olan feyz
və mənfəətini söyləyir. İctimai rəng, insani hiss və fikirlər burada
əsasdır. "Ölü şəhər"in sərlövhəsindən də məlumdur ki, bu şəhəri
öldürən var. Bu şəhərdə canlı həyatı, hissi, fikri, şüuru məngənəyə
salıb sıxan qatı və qaba bir cəhalət, nadanlıq vardır.
Diridilər əgərçi surətdə,
Öldürürlər vəli, həqiqətdə.
Eləcə də "Olmalı"
1
rədifli şeirində şair müsbət və mənfi
qüvvələrin mübarizəsini təsvir edir. Şeirdə təsvir olunan qış, pislik,
məyusluq gətirən mənfi bir surətdir, bahar isə işıqlı qüvvələrin
timsalıdır.
Səhhət ictimai həyatm inkişaf dinamikasını bilmirdi. Cəmiyyətin
hərəkətverici qüvvələrini elmi surətdə heç yerdə və heç kəsdən
öyrənməmişdi. Ancaq həssas bir şair duyğusu ilə, dəqiq müşahidəsi
ilə cəmiyyətin inkişafa doğru getdiyini, bu gedişdə ziddiyyətlər,
dəyişmələr, inqilablar baş verdiyini və bu dəyişmənin bir "qanun"
olduğunu duyurdu. Şairin bu haqdakı təsəvvürlərini öyrənmək üçün
"Tərəqqi və təbiətin qanunu"
1
A.Səhhət. "Cəmo bəyə məktub" (əlyazması), 1917, Nizami adına Ədəbiyyat İnstitutunın
əlyazmalar şöbəsi, inv.№ 4098. A.Səhhətin bu əlyaz-masında üç şer vardır: "Olmalı", "Vəqta
ki keçər bu leyli-zülmət..", "Vaveylayi-nifrət". Bu əsərlərin son ikisi "Sınıq saz"da çap
olunmuşdur. "Vaveylayi-nifrət" şeri bəzi əlavələrlə 1923-cü ildə "Maarif və mədəniyyət"
jurnalında çap olunub. Şerin əvvəlinə və axırına olunan əlavələrə biz inanmadıq.
288
adlı şer çox maraqlıdır. O, ətrafına, yaşadığı mühitə, vaxtilə əzəmətli
saray olan "Qız qalası"nın xarabalarına baxıb düşünür və belə
nəticəyə gəlir:
Deyirdim ki, dünya bir şəxsə bənzər;
Doğar, törər, nümüvv edər, yüksələr.
İnsan kimi hər dövrə bir az yaşar,
Sonra yavaş-yavaş ixtiyarlaşar...
Bir müəyyən qanun üzrədir həyat,
Bir doğuş, bir təkamül, bir inhitat!
Beylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Dəyişmək olmasa, tərəqqi olmaz,
Təbiətin bu qanunu pozulmaz
1
.
O zamanlar Azərbaycan mətbuatında təbiət elmlərinin
inkişafından, xüsusilə Darvin nəzəriyyəsindən çox yazırdılar. Hətta
Məhəmməd Hadi şeir kitabçasının müqəddiməsində də bu alimin
xidmətini qeyd edirdi.
2
Ehtimal ki, Səhhət təkamül haqqındakı
düşüncələrində bu böyük alimdən təsirlənməmiş deyildir.
Abbas Səhhət romantiklər arasında məktəb, tərbiyə ilə ən çox
bağlı olan şairdir. Bir həkim olaraq o, nəinki təbiətə, insan əhvali-
ruhiyyəsinə, həm də uşaqların ruhi inkişaf məsələlərinə vaqif idi.
Səhhət də Hadi və Sabir kimi, gələcəyin gənclərinə, uşaqlara artıq
ümid bəsləyirdi. O, gələcəyin, yüksək mədəniyyətin, gənc qüvvələr,
yeni inqilabçı nəsil vasitəsilə yaranacağına inanırdı. Ona görə də
əsərlərindəki əxlaqi-tərbiyəvi məsələlərlə kifayətlənməyərək məhz
uşaqlar üçün, məktəblilər üçün bir sıra əsərlər yazmışdır ("Cəhalət
1 Abbas Səhhət. Müntəxəbat, Bakı, 1928, səh.39.
2 Bax: Məhəmməd Hadi. Şükufəyi-hikmət, Bakı, 1914.
289
səmərəsi", "Yaz günləri", "Quşlar", "Köç", "Ana və bala",
"Güllərinbəhsi", "İkiuşaq"...). Səhhətin bu əsərləri Azərbaycan uşaq
ədəbiyyatında ən təbii, ən səmimi əsərlərdəndir. Burada şairin bir
psixoloq olduğu, oxucunun yaş xüsusiyyətlərini gözəl bildiyi və
nəzərə aldığı görünür. Səhhətin bu əsərlərində dil, ifadə, üslub
sadəliyi diqqətəlayiqdir:
Səhər-səhər yaz çağı,
Köçür oba yaylağa.
Gəlinlərin balağı
Batır lilə, batdağa.
* * *
Arvad, kişi, oğlan, qız,
Gön çarıqlı, başmaqlı,
Gedir qoruq - qaytaqsız,
Gəlin, qızlar yaşmaqlı.
1
Yaxud:
Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
* * *
Qonun bu tək budağa,
Çox getməyin uzağa.
A quşlarım getməyin,
Məni qəmgin etməyin
2
.
1 Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.141.
2 Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.153.
290
Burada qəliz, çətin, yad olan bir kəlmə də yoxdur. İfadənin
səmimiliyi, uşaq ruhunun təbii tərənnümü üslubun da sadəliyinə və
səlisliyinə səbəb olmuşdur. Şairin uşaq şeirləri uzun zamandan bəri
dərsliklərimizdə oxuna-oxuna gəlmişdir. Bu gün də məktəblilər bu
şeirləri sevə-sevə əzbərləyirlər.
Abbas Səhhət həm də səliqəli bir ədib, nasirdir. Doğrudur, onun
nəsr əsərləri xırda pyeslərdən və bir də bizə gəlib çatan bir neçə
hekayədən ibarətdir. Ancaq bu əsərlər yazıçının yaradıcılıq
xüsusiyyəti haqqında təsəvvür verir.
Şeirdə olduğu kimi, nəsrdə də həcv, istehza, gülüş Səhhətə
yaddır. O, nəsrdə də şairanə üslubunu saxlamaqdadır. Yığcam,
müxtəsər cümlələr, canlı təsvirlər, məişət səhnələri cəhalətdən,
avamlıqdan şikayət, "kiçik", kimsəsiz adamların, ehtiyac və
çətinlikdə yaşayan, fəlakətlərə düşən adamların halı, mənəvi
iztirabları, dərd və qüssələri Səhhətin nəsr əsərləri üçün
səciyyəvidir. Həlimə
1
bədbəxt bir anadır. Köhnə həyat onu məhkum,
məzlum yetirmişdir. Buna əlavə olaraq bir bəla kimi müharibə
dəhşətlərinin gətirdiyi son məhrumiyyətlər Həlimənin vəziyyətini
fəlakətə gətirib çıxarır. Müharibə Həlimənin vətənini dağıdır. Ayaq
tutanlar qaçırlar. Həlimənin isə 70 yaşlı əri ölüm yatağındadır. Bir
terəfdən də balaları Zeynəbi, Əhmədi xilas etmək lazımdır. Ana
ölümdən qurtarınaq istədiyi balalarını zirzəmiyə endirir, qaranlıq bir
lağımla baş alıb getmələrini tapşırır, özü xəstə ilə qalıb ölmək
istəyir. Yazıçı bu fəlakətli lövhəni dərin bir insani kədərlə təsvir
etmişdir.
Şairin əsas xidmətlərindən biri də böyük Sabirin əsərlərini
toplamaq və ilk dəfə kitab halında nəşr etmək olmuşdur.
2
Sabirin
tərcümeyi-halını birinci dəfə yazan, onun sənətinə layiqincə qiymət
verən də Abbas Səhhətdir. Onun:
1 A.Səhhət. "Qara günlü Həlimə", "Qardaş köməyi", Bakı, 1917.
2 Sabir Tahirzadə. Hophopnamə, Bakı, 1912.
291
Sabir, ey ən sevimli şairimiz,
Müqtədir, duzlu sözlü Sabirimiz.
1
Yaxud:
Sabir, ey, aləmi-xəlqə tərcüman,
Ey hər anda kasə-kasə zəhr udan.
2
- beytləri ilə başlayan ithafları Sabirin həyat yolunu hiss-
həyəcanla təsvir edən şeirlərdir. Abbas Səhhət məktəb, təhsil, maarif
və ictimai tərbiyə məsələlərinə dair bir sıra faydalı məqalələr də
yazmışdır.
1 A.Səhhət. "Sabir", "Məktəb", 1913, № 11.
2 A.Səhhət. Müntəxəbat, Bakı, 1928, səh.36.
|