Nəsri
Cəlil Məmmədquluzadə bizim realist hekayəçiliyin binasını
qoymuşdur. Onun hekayələri nəinki XX əsr ədəbiyyatımızda,
hətta ümumiyyətlə nəsrimizdə ən yüksək mövqe tutmaqdadır.
Birinci dəfə ədəbi və bədii dil ilə danışıq dili arasındakı səddi
yıxan, həyat və məişət lövhələrini nəsrə mövzu edən, "seçilmiş",
fövqəladə şəxsiyyətləri deyil, adi, həqiqi, kütləvi adamları, başqa
dil ilə desək "kiçik" adamları bədii
87
ədəbiyyata layiq görən, bədii təsvirdən süni bəzəyi, uydurmanı
atan, həyatı bədii təfəkkürün yeganə əsası, məhək daşı sayan
Cəlil Məmmədquluzadə olmuşdur. Onun hekayələrində keçmiş
Azərbaycan məişətindən vərilən lövhə və səhnələr hər şeydən
əvvəl öz həqiqiliyi, inandırıcılığı və təbiiliyi ilə oxucunu valeh
edir. "Danabaş kəndinin əhvalatları" povəsti, "Usta Zeynal",
"Poçt qutusu", "Qurbanəli bəy", "Rus qızı", "İranda hürriyyət",
"Atlar dayandı" və s. hekayələr bədii nəsrimizin ən gözəl
nümunələri sayılmalıdır.
"Danabaş kəndinin əhvalatları" əslində məzəli bir hekayədir.
Burada Məhəmmədhəsən əminin, kasıb, avam, mömin bir
kəndlinin Kərbəlaya getmək üçün bəsləyib hazırladığı eşşəyin
itmək macərası nağıl olunur.
Ancaq bu, hadisənin zahiri və əhvalat tərəfidir. Bu əhvalatın
arxasında ədibin dərin mənalı istehzası, acı göz yaşları görünür.
Ədib bu əsər haqqında belə deyir:
"Miladın min səkkiz yüz doxsanıncı illərində Nehrəm
kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar
görərdim və gördüklərimi yazıya götürərdim. "Danabaş kəndi
əhvalatı" sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini
birinci dəfə hekayə surətində yazdım. Burada rəvayət olunur ki,
nə tövr Danabaş kəndinin yüzbaşısı Xudayar koxa
Məhəmmədhəsən adlı bir fəqir kişinin eşşəyini aparıb şəhərdə
satır və o pula orada bir övrət siqə eləyir. Bə halon ki,
Məhəmmədhəsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir
ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə"
1
.
Bu əsərdə realizm, həyat həqiqətinə pərəstiş ən qüvvətli
cəhətdir. Məhəmmədhəsən əminin başına gələn bu gülməli, həm
də ağlamalı macəra, böyük maraq, məzə ilə oxunur. Hər səhifədə
insanın dodağı qaçır, təbəssüm edir, gülür. Eyni za-
1
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.549
.
88
manda insan acıyır, təəssüf edir. Məhəmmədhəsən əminin başına
gələn əhvalat, gülməli bir macəra deyil, əslində yanıqlı bir
faciədir. Bu elə faciədir ki, yalnız Məhəmmədhəsən əminin deyil,
minlərlə fağır, yoxsul kəndlilərin başına gələ bilərdi. Bu elə bir
faciədir ki, yalnız Danabaş kəndində yox, o zamankı
Azərbaycanın bütün kəndlərində, hətta bütün islam dünyasında
baş verirdi. Və belə faciələrin beş-on deyil, min il boyu davamı
nəticəsindədir ki, Məhəmmədhəsən əmilər elə yazıq, zavallı və
gücsüz, köməksiz bir vəziyyətə düşmüşdür. O, bu faciəni bir
faciə kimi qəbul etmir, "qəzavü-qədərin" işi kimi, təbii, qanuni
bir hadisə, "alnına yazılmış qismət" kimi qəbul edir və susur.
Bu əsərdə zülm və haqsızlığın, feodal zorakılığının nə
dərəcədə hakim olduğunu və mülkədarların, burjuaziyanın din və
şəriət xadimləri tərəfindən necə vicdansızcasına müdafiə
olunduğu çox dərin və inandıncı bir təbiiliklə təsvir olunmuşdur.
Realizmə eyni sədaqəti ədibin sonrakı hekayələrində də görürük.
"Usta Zeynal" şərq ətalətinin timsalıdır. Usta Zeynal öz təbiəti
etibarilə təmiz və salim bir kişidir. Öz əməyi ilə dolanan və ancaq
buna göz tikən, kasıb və yoxsul həyatı ilə kifayətlənən bir
fəhlədir. Onun şəxsi təbiətində, bir insan olaraq, pis, çirkli bir
xasiyyət yoxdur. Ancaq onun bəlası avamlığında, möminliyində,
sadəlöhvlüyündədir. O, mollaların axirət və cənnət vədlərinə
inanmışdır. O, bütün kafırlərin "cəhənnəm əhli" olduğuna inanır,
ona görə də pərişan, yoxsul, cır-cındır içində olsa da, özünü
çoxlarından "artıq" bilir. "Usta Zeynal" hekayəsi texnika,
sənətkarlıq cəhətdən də çox mükəmməl və nümunəvi bir əsərdir.
Mirzə Cəlilin hekayələrində bir bitkinlik, müxtəsərlik,
yığcamlıq, məna aydınlığı vardır ki, bütün kiassik nəsrimizdə
davam və inkişaf etdirməkdədir. Bu hekayələr, bəzən böyük bir
roman, cild-cild əsərlər qədər mənalı, əhatəedici və
89
güclüdür. Cəlil Məmmədquluzadə nəsri öz gözəl xüsusiyyətləri
ilə böyük bir ədəbi məktəbi təmsil etməkdədir.
Cəlil Məmmədquluzadə yaradıcılığının ədəbiyyatımızı inkişaf
etdirən, Azərbaycan realizmini yeni, yüksək mərhələyə qaldıran
bir sıra orijinal və gözəl sənətkarlıq xüsusiyyətləri vardır.
C.Məmmədquluzadənin satirası yeni və xüsusi bir xassə daşıyır.
Onun satirasında tənqid, acı gülüş və istehza ilə yanaşı dərin
fəlsəfi fikir vardır. O, oxucunu mütəəssir etməklə kifayətlənmir.
Bu təsir ilə onu düşüncə, təfəkkür aləminə, ictimai hadisələrin
mahiyyətinə varmağa çağırır. Onun tənqidi gülüşündə dərin
ictimai məna və məzmun vardır.
Ədibin satirasında köhnə dünyanın çirkinliklərini duyan, bu
çirkabın qurbanlarına ağlayan həzin bir lirika duyulmaqdadır.
"Ölülər" komediyasında İsgəndərin öz bacısı Nazlı və qardaşı
Cəlal ilə danışıqları, Gülbaharın monoloqu, "İki qardaş", "İki
alma", "Qoşa balınc" hekayələrindəki dərin psixoloji təsir bu
lirikaya parlaq misal ola bilər.
C.Məmmədquluzadənin yumorunda isə əksinə, şirin bir fərəh
səslənməkdədir. "Quzu", "Poçt qutusu", "Usta Zeynal"
hekayələrində bu fərəh daha aydındır; çünki bu üsulda ədib, ən
çox müsbət adamları, həyat, əmək adamlarını, kəndliləri,
fəhlələri, sənətkarları gülüş obyekti etmişdir. Bu zümrədən
olanlar nə qədər avam, sadəlövh olsa da, ədib onları məhəbbətlə,
hörmətlə təsvir edir. Onların tənqidini də şən gülüş, zarafat yolu
ilə verir.
C.Məmmədquluzadənin realizmi dərin, obyektiv realizmdir.
Tərəfgirlik heç bir əsərin zahirində nəzərə çarpmır. Ən yüksək
kin və ədavət bəslədiyi düşmənə qarşı heç bir acı, mənfı söz
işlətmədiyi kimi, ən çox sevdiyi, idealizə etdiyi dostu da mədh,
tərif sözləri ilə təsvirdən çəkinir. Ədib hər iki halda bir yol ilə,
həqiqəti göstərmək, həyatı olduğu kimi təqdim yolu ilə, əsl
realizm yolu ilə gedir.
90
O, istər təsvir üsulunda, istər gülüşündə canlı xalq dilindən, el
məsəllərindən ustalıqla istifadə edir. Ondakı gülüş, ruh etibarilə
bizim xalqın, dünya görmüş, ömür sürmüş ağsaqqal, müdrik
xeyirxah kişilərin, Nizami əsərlərinin çoxunda ("İsgəndərnamə",
"Yeddi gözəl"...) gördüyümüz nurani qocaların hikmətli söhbətini
xatırladır.
Ədibin heç bir əsəri, heç bir bədii təsvir üsulu bizi yormur və
təkrar deyildir. Onun hekayələrini oxuyanda biz özümüzü nikbin,
təcrübəli, etibarlı, şən bir el babasının yanında, onun söhbətini
dinləyən məqamda duyuruq. Hər dəqiqə dodağımız qaçır,
gülürük. Bu gülüş bizi ciddiyyətdən uzaqlaşdırmır, daha da
ciddiləşdirir; həyat hadisələrinə qarşı gözümüzü açır, bizi
düşündürür, çox məchul və qapalı mətləblərdən agah edir. Çox
uzaqlarda, qalın kitablarda axtarmağa cəhd etdiyimiz neçə-neçə
ictimai suallarımıza cavabın adi həyat hadisələri ilə vərildiyini
görəndə xoşhallanırıq. Bizdə hadisələrə, ətrafımıza dərindən
nəzər yetirmək meyli və həvəsi oyanır.
C.Məmmədquluzadə əsrinin xarakterik tiplər silsiləsini
yaratmışdır. Onun yaratdığı adamları üç qrapa bölmək olar.
Birincisi köhnə dünyanın adamları, feodal-patriarxal adət və
ənənələri təmsil edən, bu adətlərdən dörd əlli yapışıb qalan
mühafizəkar rahanilər, bəylər, mülkədarlar, hacılar, kərbalayılar,
yalançı intelligentlər və sairədir. Şeyx Nəsrullah, Qurbanəli bəy,
Qazı, Xudayar bəy, Pirvərdi bəy, Səməd Vahid bu qəbildəndir.
İkinci dəstəyə daxil olan insanlar birincilərin əksinə olaraq
yenilik hissi ilə alovlanan, köhnəlikdən qılınc kimi sıyrılıb
çıxmaq istəyən, ömrünü köhnəlik ilə mübarizəyə sərf edən yeni
adamlardır. İsgəndər, Gülbahar bu nəsildəndir. Əlbəttə, bu
adamlar bugünün tələbi mənasında tam müsbət və ideal insanlar
deyildir. Ədib bunları tarixi inkişafda, keçmiş dünyanın
mübarizələrində doğulub, yetişən, hələ köhnəliyin çəngəlindən
tamam xilas ola bilməmiş adamlar kimi vərmişdir.
91
Üçüncü dəstə cahanşümul mübarizənin heç bir qütbündə dura
bilməyən, köhnə qanun və qaydaların məngənəsində sıxılıb
əzilən, hüququnu, insanlıq müqəddəratını itirən, əsasən
məzlumlar, məhramlar kütləsini təşkil edən adamlardır.
Məhəmmədhəsən əmi, Zeynəb, Qurban, Zaman, Nazlı, Usta
Zeynal, Zəhrabəyim və qeyriləri bu qrupun nümayəndələridir.
Bunlar insanlığa, cəmiyyətə xidmət edən zəhmət adamları olsalar
da, köhnə, zülm və zorakılıq şəraitində ən ibtidai hüquqlardan
belə məhram edilmişlər.
Həyatda da, ədibin əsərlərində də bunlar çoxluq təşkil edirlər.
Bu adamlar öz təbiətləri etibarilə daxilən, mənəvi cəhətdən təmiz
və saf adamlardır; bir insan olaraq həmişə təqdirəlayiqdirlər.
Ancaq bunlar bədbəxtdirlər, mübarizədə acizdirlər. Sinifli
cəmiyyətin quduz, dəhşətli qanunları bunları məngənəyə salıb
əzmiş, xırpalamış, istismarın, din təsirinin sayəsində lap
kütləşdirmişdir. Bunların bəziləri mübarizə hissindən tamam
məhramdurlar. Ya din, ya adət bunları o qədər əsarət və
məhramiyyətdə saxlamış, o qədər durğun, ölgün, məhbus həyata
alışdırmışdır ki, bunlar səs eşitdikdə vahiməyə düşür, bir işıq
gördükdə yanğın zənn edib "sonra içindən xata çıxar" deyirlər.
Bu qrapa mənsub olanlar başları üzərində həmişə yumraq görmüş
və ona görə də cəsarət etməyən, hətta zalımdan belə mərhəmət
uman avamlardır. Bunlar öz dost və düşmənlərini yaxşı tanıyacaq
sinfi şüur dərəcəsinə qalxmamışlar.
Ədib bu adamlara güldüyü kimi, onlara acıyır, ürəyi yanır. Bu
silsilənin təsvirində ədib öz demokratizmini daha aşkar, daha
əyani və inandırıcı göstərir, realizmin bütün boyalarını məhz
məsələnin mahiyyətinə sərf edir.
C.Məmmədquluzadənin sərt, ifşaçı realizmi dil, üslub
məsələlərində də öz qüdrətini saxlayır. O, xalis, doğma, əlvan
obrazlı, şirin Azərbaycan dilində, bəzən lap canlı danışıq dilində
yazır. O, zəmanəsinin kitab, rəsmi mətbuat dili-
92
nə ziddir. Ədib öz əsərlərində əkinçinin, fəhlənin, xalqın canlı
dilini əsas götürmüş, çox zaman dilçilərin, ədəbiyyatçıların qanun
saydığı bir sıra rəsmi qaydalara qəti zidd olmuşdur.
Bəziləri bunu ədibə qüsur tuturlar. Halbuki,
C.Məmmədquluzadə bunu bilə-bilə edirdi. Xalq dilini, kütlənin
canlı danışıq xüsusiyyətlərini çox sevdiyindən və o zamankı sərf-
nəhvin zəngin xalq dili xəzinəsini hələ tamam əks və izah
etməkdən uzaq və aciz olduğunu duyduğundan, bu yolla gedirdi.
O, xalqın təbii, səlis, məzmunlu, çox əlvan və mürəkkəb dil, ifadə
xüsusiyyətlərini bir inci kimi tapıb mühafızə etmək tərəfdarı idi.
Məhz buna görə də əsərlərini bu dildə, xalqın danışıq dilində
yazırdı.
Böyük ədibin bütün əsərlərində xalq ruhu hakimdir. Bu əsərlər
həm məzmun, hem şəkil etibarilə Azərbaycan xalqının həyatını,
məişətini, mübarizə və əmək eşqini, məhəbbət duyğularını,
yeniliyə olan meylini, ictimai ədalət, tərəqqi istəyi kimi yüksək
keyfıyyətlərini ifadə edən ölməz bədii tablolardır.
C.Məmmədquluzadənin realizmi böyük, zəngin bir ədəbi
məktəbdir. Qurtuluş, azadlıq, demokratizm, maarifpərvərlik bu
məktəbin başlıca ideya və məzmununu təşkil edir. M.Ə.Sabir,
Ə.Nəzmi,
Ə.Qəmküsar,
Ə.Haqvərdiyev, M.S.Ordubadi,
M.Ə.Möcüz, F.Koçərli, Ö.Faiq kimi böyük ədəbi simalar bu
məktəbə mənsub adamlardır. Bunların hər birində Molla
Nəsrəddin realizmi üslubunun xüsusiyyəti bu və ya başqa
dərəcədə davam və inkişaf etdirilmişdir. Mirzə Cəlil həyata ayıq
baxan, həqiqəti hər şeydən yüksək tutan, cəsarətlə tənqid edən və
inandıran ədib idi.
93
Mühərrirlik fəaliyyəti
Hələ "Molla Nəsrəddin" jurnalı nəşrə başlamazdan əvvəl, öz
yazıları ilə "Şərqi-Rus"da iştirak edən Mirzə Cəlili Azərbaycan
mətbuatı nə sayca, nə məzmunca təmin etmirdi. O, bu mətbuatda
yüksək demokratik ideyaların tərənnümünü hələ görmürdü. Son
zamanlarda (1938) Əziz Şərifin Tiflis arxivlərindən tapıb nəşr
etdiyi rus dilində iki məqalə Mirzə Cəlilin bu dövrdəki
mühərrirlik fəaliyyətini göstərən parlaq vəsiqələrdir
1
.
Bu məqalələr 1905-ci ildə Tiflisdə RSDF Partiyası Qafqaz
ittifaqının orqanı olan "Kavkazskiy raboçiy listok" adlı qəzetdə
dərc olunmuşdur. Bunların biri "Obezdolennıe" (Binəsiblər)
2
,
ikincisi "Naputstvie" (Xeyir-du
3
sərlövhəsi ilə Məmmədquluzadə
imzası ilə nəşr olunmuşdur. Əziz Şərif ədibin üslubunu, bu
məqalələrin ədibin başqa yazıları ilə məzmun əlaqəsini və
nəhayət, imzasını
əsas alaraq, bu əsərlərin məhz
C.Məmmədquluzadəyə məxsus olduğunu iddia və isbat işində
çox çalışmışdır. Birinci məqalədə müəllif məzlum İran, daha
doğrusu Cənubi Azərbaycan fəhlələrindən bəhs edir. Onların
yazıq, huquqsuz, möhtac vəziyyətini, bir parça çörək üçün
dərbədər düşüb iş axtarmağa gəldiklərini və qürbətdə hər cür
əziyyətə, təhqirə dözdüklərini yanıqlı bir dil ilə təsvir edir. İkinci
məqalədə isə həmin fəhlələrin vətənə qayıtması göstərilir. Bu
fəhlələr məqsədlərinə nail olmadıqları, ailələrinə çörək
qazanmadıqları üçün deyil, burada (Qafqazda) daha ağır dəhşətlər
gördükləri üçün qayıdırlar. Müəllif üzünü Qafqazı tərk edən bu
fəhlələrə tutaraq belə de-
1
Bax: SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Xəbərləri, Bakı, 1944,
№12.
2
"Kavkazski raboçi listok". Tiflis, 1905,13 noyabr, №13.
3
"Kavkazski raboçi listok". Tiflis, 1905, 9 dekabr, №19.
94
yir: "Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları!.. Siz
burada nəinki öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta
öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada,
vətəndə siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna
baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə
haqlısınız. Bir yerdə ki, adamlar öz qonşularını, öz uşaqlıq
yoldaşlarını öldürürlər, bir yerdə ki, onlar yüz illərlə bir küçədə,
bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-
yoxunu yandırırlar, bir yerdə ki, adamlar bu cür "igidlik"
göstərirlər və bunu nə üçün elədiklərini özləri də bilmirlər, belə
yerdə yaşamağa dəyməz!"
1
.
Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli
Axundovdan sonra, xüsusilə "Əkinçi"ni yaradan Həsən bəy
Zərdabi ilə başlamışdır. Həsən bəy birinci dəfə olaraq mətbuatın
nə olduğunu, Avropa ölkələrində bu dərəcədə inkişaf və şöhrət
tapan qəzetlərin xalqa, oxuculara nə vərdiyini və ya nə vərməli
olduğunu geniş izaha çalışmış, öz əməli qəzetçilik fəaliyyəti ilə
mühərrir sənətinin nümunələrini yaratmışdır. XX əsrin
əvvəllərində Azərbaycanda mətbuat şəbəkəsi genişlənməyə
başlamış, qəzet yalnız siyasi-ictimai həyatın deyil, dini və şəriət
işlərinin, mədəni-maarif həyatının, hətta məişətin zəruri
məsələlərinin ümumi və mötəbər bir vasitəsi olmuşdu. 17
Oktyabr bəyannaməsindən soma məhdud olsa da, mətbuat imkanı
tapan yerli ziyalılar, hər kəs öz qüvvəsinə görə, öz məsləkinə
uyğun bir qəzet və ya jurnal nəşrinə başladı. "Molla Nəsrəddin"in
naşiri və mühərriri Mirzə Cəlil də bu mütəşəbbüs ziyalıların ən
fəallarından idi. Onun qədər ürəyi söz ilə dolu olan, onun qədər
xalq ilə dərdləşmək ehtiyacı duyan, onun qədər mətbuatın gücünə
inanan və böyük ümidlər gözləyən adam az idi. Mirzə Cəlil təşkil
et-
1
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.39.
95
diyi jurnalın ilk nömrəsindən etibarən işini camaata, kütlələrə
səmimi bir müraciətlə başladı.
İyirmi beş ilə yaxın bir müddətdə həmişə öz məsləkinə sadiq
qalan və bu yolda çox çətinliklər, ağırlıqlar görüb dözən, onları
dəf edən Mirzə Cəlil bütün mətbuat xadimləri və təşəbbüskarları
arasında ən ardıcıl və ən prinsipial bir mühərrir kimi işini axıra
qədər davam və inkişaf etdirdi. Milli mətbuatın bünövrəsini
H.Zərdabinin "Əkinçi"si qoymuşdursa, bu mətbuatı XX əsrin
tələbləri və vəzifələri səviyyəsinə qaldıran, Azərbaycanda yeni
bir sənət olaraq mühərrirliyin parlaq nümunəsini vərən Cəlil
Məmmədquluzadə oldu. İnqilaba qədərki mətbuatımızda xalqın
fikir və hisslərini ifadə edən, onun dərd və ehtiyaclarını duyan,
onun mənafeyini hər yerdə təmsil və müdafiə edən birinci
məcmuə "Molla Nəsrəddin" olmuşdur.
"Molla Nəsrəddin" jurnalını bu səviyyəyə qaldıran amillərdən
başlıcası və birincisi onun müdirinin mahir mühərrirlik qələmi
idi.
Mirzə Cəlil öz nəsr üslubuna sadiq olaraq mühərrirlikdə də
satiranı, yumoru və ümumən tənqidi gülüşü əsas vasitə seçmişdi.
Mirzə Cəlilin acı gülüşləri o qədər zəngin və mənalıdır ki, o
qədər əlvan, çoxcəhətli və əhatəlidir ki, nəzəri cəhətdən geniş və
dərin tədqiqə layiqdir.
Mirzə Cəlilin mühərrirliyini öz müasirlərindən ayıran nədir?
Müəllif, 1905-ci ildə Bakıda nəşrə başlayan "Həyat" və Tiflisdə
nəşrini dayandıran "Şərqi-Rus" qəzetləri haqqında danışarkən, bu
qəzetlərin nə üçün ona xoş gəlmədiyini belə izah edir: "...Elə
bilirəm ki, səhv eləmərəm, əgər desəm ki, adi bir islam mübəlliği
kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində daha
da sabit-qədəm və bərqərar olmağa dəvət edirdilər. Mən onu
bilirəm ki, o vədələr milli intibah dövrü idi... Ancaq islam
tayfalarının uzun əsrlər müddətində fəlakət və cəhalətdən
qurtarmamaqlarına, tək bircə is-
96
lam dinini bais hesab edən bir dinsiz üçün o vaxt "Həyatın
moizələri, əlbəttə, yenə xoş gələ bilməzdi"
1
.
Mirzə Cəlil mətbuatın vəzifəsini ayrı şeydə görürdü. Onun
"ürəyinin dərdi çox idi". "Novruz" qezetini çıxarmağa icazə
vərməmişdilər. Ürək sözlərini yazmağa bir vasitə axtarırdı:
"Axırda mən də götürdüm bir hekayə yazdım. Yazdım ki, bir
bədbəxt müsəlman zəhmətkeşi ... o qədər dini cəhalətə cumubdur
ki, bu cəhalətin bərəkətindən həmişə zəhmətdədir"
2
.
Mirzə Cəlilin məqsədi xalqı ayıltmaq idi, ictimai intibaha
xidmət idi. Xalq ilə dərdləşmək üçün, "ürəyinin mətləbini"
demək üçün o başqa mühərrirlər kimi adi, müstəqim nitq və yazı
üsulunu, izah, isbat və dəlil yolunu seçmədi. Azərbaycan xalqının
ata-babadan qalma və həmişə hörmətlə qarşılanan, xalq idrakı və
şüurunun ən gözəl ifadə vasitələrindən biri olan kinayə və
istehzanı, rişxənd və zarafatı seçdi. Bu yol ilk baxışda bəzi
ziyalılara qəribə gəlirdi. Siyasət və elm aləmində davam edən
ciddi və kəskin mübarizə və mücadilələrdən bu dil və üsul ilə
danışıq çətin və bəlkə də qeyri-mümkün sayılırdı. Lakin Mirzə
Cəlil, özü dediyi kimi, "qorxmadı". Sabir şeir aləmində məlum və
bərkimiş, sədd halına gəlmiş çərçivələri yıxaraq yeni bir cığır
açdığı kimi, Mirzə Cəlil də mühərrirlik sənətində, Avropada
sınanmış olsa da, hələ Şərqdə tətbiq olunmalı satira üsulunu
böyük bir məktəb halına saldı.
Bu doğru bir yol idi.
Mirzə Cəlil elə sadə və ümumi bir dil tapdı ki, onun vasitəsilə
ən mürəkkəb siyasi-ictimai hadisələri ən avam və savadsız adama
izah etmək olurdu. Mirzə Cəlil dil və üslub etibarilə xalqa ən
yaxın və doğma mühərrir oldu. Avamı ayıltmaq, gözünü açmaq
üçün bu, ən doğru yol idi.
1
C.Məmmədquluzadə. Əsərləri, II cild, Bakı, 1936, səh.498-499.
2
Burada "Usta Zeynal" nəzərdə tutulur - M.C.
97
Mirzə Cəlil bu yolu tutmaqla ilk gündən etibarən xalqın, əsas
oxucu kütlələrinin hüsni-rəğbətini qazana bildi. Gülüş özü o
zaman təsirli və güclü olur ki, onun istiqaməti doğru olsun. Mirzə
Cəlilin satirası inqilabi satira idi. Yəni bu fəhlənin sahibkara,
kəndlinin mülkədara, şüurlu zəhmətkeşin, ziyalının avama, ayıq
vətəndaşların mollaya, bəyə, xana gülməsi idi. Bu, həqiqətin
röyaya, hiylə və təzvirə gülməyi, əməyin istismara, yeniliyin
köhnəliyə, həyatın "ölülərə" gülməyi idi. Bu gülüş, avamlıq və
cəhalət aləminə qarşı çevrilmişdi. Cəhalət girdabına düşən yazıq,
çarəsiz, avam Usta Zeynalların gözünü açmaq, onları bu zülmətli
girdablardan çəkib çıxarmaq üçün olan gülüş idi:
"Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir
gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o
qədər "xa...xa!..." edib güldünüz... o vaxt elə güman etməyin ki,
Molla Nəsrəddinə gülürsünüz... Əgər bilmək istəsəniz ki, kimin
üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə
baxınız camalınıza...
1
".
Jurnalın baş məqaləsində yazılan bu sözlər onun istiqamətini
və üslubunu aydınlaşdırmaq üçün çox əhəmiyyətlidir. Deməli,
"Molla Nəsrəddin"də gülməli sözlər yazılacaqdır. Ancaq bu
sözlərdən doğan gülüş, havayı gülüş deyil, bu gülüş "müsəlman
qardaşlara" olan gülüşdür.
Mirzə Cəlilin satirasında hələ indiyə qədər Azərbaycan
ədəbiyyatında işlənməyən bir sıra yeni və təsirli gülüş üsulları
vardır.
Bu üsullardan biri müqayisə üsuludur.
Hələ qədim zamandan bəri şeirimizdə bədii müqayisələr çox
məqbul olmuşdur. Sözlərin, tərkiblərin, ifadələrin uyğunluq ya
ziddiyyət cəhətdən müqayisə və ya müvazinəti qə-
1
"Molla Nəsrəddin", 1906,7 aprel, № l.
98
zəl ədəbiyyatında böyük məharət sayılırdı. Mirzə Cəlil isə sözləri
yox, hadisələri, tipləri, zövqləri, ictimai səhnələri müqayisə
etmişdir. Bu müqayisələrdən geniş, ibrətli bədii mənzərələr
yaratmışdır. Mirzə Cəlil "həyasız" Avropa qadınlarının qiyafəsi
ilə "həyalı" müsəlman qadınlarının gödək tumanlarını, "pak"
məşədilər ilə "murdar" xaricilərin səhiyyə vəziyyətini,
mollaxanalar ilə Avropa məktəblərini müqayisə edir. Bu
müqayisələrdə o qədər parlaq və insanı düşündürən səhnələr
yaradılır ki, əlavə heç bir izah və tərifə ehtiyac qalmır.
Böyük mühərrir müsəlman qadınlarına qarşı olan və "qanun"
halına salınmış zülm və ədalətsizlikdən kədərlənərək deyir: "Bu
sözləri yaza-yaza akoşkadan baxıram qara buludlara. Gah elə
xəyalıma gəlir ki, bu buludlar Qara dəryanın və Kaspi dəryasının
rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada
onlardan yağış əmələ gəlsin. Gah elə xəyalıma gəlir ki, xeyir, bu
buludlar müsəlman övrətlərinin ah və əfqanlarının buludlarıdır və
bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır..."
1
.
"Molla Nəsrəddin"dəki gülüşün ikinci üsulu sözləri tamam əks
mənasında olan kinayə üsuludur. Jurnal müsəlmanlar arasında
mərəz halına keçmiş bir çox adət və xasiyyətləri bir neçə kəlmə
ilə, "lüğət" adlandırdığı bir üsul ilə yazır. Burada sözlərin əsl,
həqiqi və hamıya məlum olan mənası deyil, "müsəlman"
şüurunda, yəni avam, mövhumatçı və köhnəpərəslərin zənnindəki
mənası yazılır. "Molla Nəsrəddin"in bu üsül ilə yazdığı "lüğətlər"
istər yığcamlığı, istər şirinliyi və istərsə təsiri etibarilə satirik
ifadənin ən yaxşı nümunələrindən sayılır. Bu "lüğətlər"
Azərbaycan mətbuatında o qədər məşhurdur ki, indi də bunlardan
istifadə olunur. Mühərrir is-
1
"Molla Nəsrəddin", 1907, 12 may, № 219
99
tər bu "lüğətlər", istər "elan" və "atalar sözləri" vasitəsilə nə sözə
ayrı-ayrı, hər kəsin mənfəətinə uyğun məna vərildiyini və bu
mənanın haralarda şöhrət tapdığını göstərir. Boşboğaz natiq
"nitq" sözünə əlbəttə ki, belə məna vərəcək: "rusca nitqə
sözündəndir, uzatmaq deməkdir".
Məlum atalar sözlərinə "müsəlman qardaşlar" belə məna verir
və əməl edirlər:
"Çox yaşayan çox bilməz - çox yatan çox bilər", "Plov
olmasa, xalqın ağzını bağlamaq olmaz", "Halva könlün istəsə,
dua elə qonşun ölsün", "Qoyuna rəhm eləmə, qurda zülm olar".
Kinayə üsulu Mirzə Cəlilin məqalələrində də ən çox işlədilən
bədii vasitədir. Onun məşhur bir sözü vardır: "Hamı dedi oxu
alim ol, bir deyən olmadı oxu adam ol". Adamlıqdan uzaq olan
yalançı alimlərə, elmi də, mədəniyyəti də xüsusi mənfəəti üçün
alət edən burjua ziyalılarına qarşı bundan böyük, bundan qısa nə
demək olar? Bu üsul təkcə mühərririn öz yazılarına deyil,
jurnalın bütün yazılarına sima və sifət verir. Bütün müxbirlər
böyük mühərririn kinayələrindən öyrənməyə, köhnə dünya
hadisələrinə satirik münasibət bəsləməyə çalışırlar. Baş
məqalədən tutmuş teleqraf xəbərlərinə, müxbirlərə olan cavablara
qədər hər yerdə bu kinayə üsulu hakimdir. Bu isə yazıları
maraqlı, şirin etməkdən başqa, oxucunu düşündürməyə, "mətləbi
başa düşməyə" vadar edir. Buna görə də bəzən ünvansız yazılan
lüğət, atalar sözü və ya "bilməli xəbərlər"də əsas müqəssirdən
başqa bir çoxları öz simasını görürdü. Çoxları güman edirdi ki,
"burada Molla Nəsrəddin məni deyir". Bu yol ilə jurnal
cinayətkarların, xain, riyakar, bədəməl adamların canına üşütmə
salır, onların bu guclü və doğru sözlərdən vahiməyə düşməsinə
səbəb olurdu. Buna görə də çox yerdə qazılar, bəylər,
müctəhidlər bu jurnalın mühərrirlərini təkfır edirdilər.
100
"Molla Nəsrəddin" satirasının üçüncü üsulu örtülü gülüş
üsuludur. Ədib tənqidə tutmaq istədiyi bir hadisə və ya adam
haqqında guya tamamilə "bitərəfanə", soyuqqanlılıqla, "özünü
onda qoymamaqla" söhbət açır. Söhbətdə özünün fıkrini demir,
bəlkə üzünü başqalarına tutaraq xitab, ya nəsihət, ya dərs adı ilə
mülahizələrini danışır. "İrşad" qəzetinin mühərriri Əhməd bəy
Ağayev öz yazılarında varlılara, bəylərə ehtiram bəsləməyi,
onları "incitməməyi" mətbuatçılara məsləhət görür. "Molla
Nəsrəddin" isə Əhməd bəy Ağayevin bu sözlərini "zarafat" sayır
və iddia edir ki, Ağayev elə adam deyil, bu sözlər onun həqiqi
rəyi deyil, bunlar sadəcə zarafatdır. Yaxud Şərqdə, eləcə də
keçmiş Azərbaycanda bir "dərs kitabı" kimi yayılan və
mollaxanalarda təlim olunan "Məcməül-də-vat" adlı mövhumat
kitabına gülərkən Mirzə Cəlil zərrə qədər öz etidadını pozmur.
Əksinə, həmin kitabın üslubundan "istifadə" edir:
"Bir uşaq ki, anadan təvəllüd etdi, lazımdır bir kağızın ki, iki
arşın uzunu, iki arşın eni, ortasını kəsəsən dəyirıni həlqə kimi ola
və haşiyələrinə "Məcməül-dəvat" kitabının 19-cu səhifəsində
beşinci sətrdən mabəd yazılmış sözləri yazasan və məzkur
təvəllüd tapmış uşağı 40 gün, hər gündə üç dəfə haman kağızın
ortasından keçirdəsən"
1
.
Məsələ aydındır. Bu "məsləhətdən" hər kəs öz payını aparır.
Gülüşün dördüncü üsulu üçüncü şəxsin dilindən istifadə
üsuludur. Ədib çox vaxt üstünə güldüyü adamların, avamların
dilindən danışaraq onların məfkurəsini, əhvali-ruhiyyəsini açır.
Bu halda avamın yaxud tənbəlin həyatından elə məqsədəuyğun
lövhə, mövzu seçir ki, bir neçə kəlmə ilə bitkin və səciyyəvi bir
tip yaratmış olur. Müəllifin belə yazıları xüsusi-
1
"Molla Nəsrəddin", 1906,14 iyul, №15.
101
lə ümumiləşdirici mövzulara toxunanda daha kəskin olur və
yüksək ictimai bir məna kəsb edir.
"Qeyrət" sözünün nə demək olduğu hamıya məlumdur. 1905-
ci il inqilabı dövründə, ictimai oyanına hərəkatı zamanında bu
söz çox işlənirdi. Əsl vətəndaşlardan olan tələb də bu idi.
Fədailərin, mücahidlərin hünəri də, öz əməyini və zəhmətini
müdafiəyə qalxışan fəhlələrin səyi də, məktəb və maarif üçün pul
əsirgəməyən varlıların hümməti də, həqiqi ziyalıların xalq
yolunda gecə-gündüz istirahət bilmədən işləmələri də bununla,
"qeyrət" kəlməsi ilə ifadə olunurdu. Hətta bəzi yazıçılar bu
mövzuda kitablar yazırdılar
1
. "Molla Nəsrəddin" mətbəəsinə də
bu ad vərilmişdi. Ancaq bu sözü hər yerdə eyni mənada başa
düşmür, hər yerdə bu sözə eyni məna vərmirdilər.
Cahil müsəlmanların "qeyrət" haqqındakı mülahizələrini
Mirzə Cəlil gözəl təsvir etmişdir:
" - Məşədi Heydər, gəl gedək uezdni naçalnikə şikayət edək.
- Qoy
mən bir aftafa götürüm, gəlim.
- Kərbəlayi Qasıməli, buyur sən gəl gedək.
- Ay
filankəs, paprus qutum qalıb hamamda, gedim
götürüm, gəlim.
- Ay
Mirzə Şaftalıağa, buyur sən gəl gedək.
-
Bu saat, vərim usta Zülfüqar dişimi çəksin, gəlim.
- Ay
Mirzə Hüseynağa, siz buyurun gedək.
- Nökər bizim oğlanı gətirib bazara, vərim dəllək başın
vursun, gəlim.
- Hacı, sən allah, siz təşrif gətirin, gedək.
- Adə, sən allah insaf elə. Mən gedim murdar urusun birilə
necə ağız-ağıza vərim..."
2
.
1
M.S.Ordubadi. Qeyrət, Tiflis, 1907.
2
"Molla Nəsrəddin", 1906, 21 iyul, № 16.
102
Hökümət idarəsinə işi düşmüş bir yazıq, məşədi, mirzə, ziyalı,
mülkədar, hacı vətəndaşlarından kömək umur.”Qeyrət”dən dəm
vuran bu yalançı, riyakar, qorxaq, mənfəətpərəst adamların
biqeyrətliyini təyin edir. Bu gülüş də hadisədən, vəziyyətin
özündən doğan gülüşdür. Zahirən burada gülməli heç nə yoxdur;
olsa-olsa burada bir nəfərin xahişi rədd olunur. Əslində isə həm
adı çəkilən adamların, "vətən-pərəstlik", "millətpərəstlik" ümməti
aşkara çıxır, həm də təkcə bu adamların yox, bunların mənsub
olduğu bütün silklərin sözü ilə feli, dili ilə əməli arasında necə bir
uçurum olduğu duyulur.
Beşinci üsul ictimai istehza üsuludur.
Burada şah məmurlarının alçaq, müstəbid tədbirlərindən, bəzi
ruhanilərin camaata qurduğu hiylələrdən, sahibkarların hürriyyət
əleyhinə çalışmalarından, çar jandarmalarının zülmündən acı
gülüşlərlə bəhs olunur:
"Teleqraf xəbərləri 1. Tehran-Əmir Bahadır həzrətləri Təbriz
əhlinin xuliqanlığından və tənbəlliklərindən çox məmnun olub
rizaməndlik teleqramı göndərmişdir; 2. Bakı duması
dağıldığından ötrü xozeyinlər gündüz qurbanlar kəsib, gecə
çırağbanlar şadyanəliyi edəcəklər"
1
.
Altıncı üsul dilləşmə, yumor vasitəsilə təbliğ və təşviq
üsuludur. Ədibin məqalələrində (hekayələrində olduğu kimi)
yumor satiradan ayrılır. Bunlarda obyekt başqa olduğu kimi,
ifadə xüsusiyyətləri də başqadır. Mirzə Cəlil xalq və mədəniyyət
düşmənlərini satirası ilə kəskin atəşə tutduğu, onların əməllərini
açıb göstərdiyi kimi, xalqın içərisindən çıxmış, lakin avamlıq,
savadsızlıq, köməksizlik ucundan cürbəcür müsibətlərə düçar
olmuş adamları da düz yola dəvət etmək istəyir, onların nicatı
üçün carə arayır.
1
"Molla Nəsrəddin", 1906,14 iyul, № l5.
103
Belə adamlara müəllif məhəbbətli, hərarətli bir yumor ilə,
mehriban dostların zarafat dili ilə yanaşır. Onların öz dili ilə,
onların öz səviyyesinə münasib söhbətlər danışaraq, bu söhbətlər
içində öz təbliği, təşviqi məqsədlərini də deyir. İlk nömrəsini nəşr
edəndə "mənim müsəlman qardaşlarım" - deyə xitab etdiyi və
məzlum, "günahsız", cəhalət qurbanı saydığı camaata xitab
edəndə, ədib ictimai xəstəliklərin təcrübəli və mehriban həkiminə
oxşayır. Ədib müti, məzlum fanatiklər haqqında dərin təəssüf
hissi ilə yazır: "Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa
mənim xəyalıma gəlmirdi ki, orada bir ruhani, ya bir alim çıxa
minbərə və ağzına gələni deyə və camaat da gözlərini yumub və
ağzını göyə tərəf açıb deyə: "Bəli belədi, qurbanım olum"
1
. Bu
gülüşdə böyük məqsədlər üçün can yandıran böyük bir
vətəndaşın, üzünü kütləyə tutub nəsihət deməsi, onu bir böyük
məqsədə doğru çağırması kimi yüksək bir hiss duyulmaqdadır.
Bu çağrılan adamların cavabı, bu çağırışa əksi-sədası, doğrudur,
jurnalda yoxdur və ola da bilməzdi. Mirzə Cəlil o qədər
təvazökar bir adam idi ki, heç bir zaman və heç bir məsələ
haqqında özünün və jurnalının tarixi işini deməmiş və bununla
fəxr etmək istəməmişdir və istəməzdi də. Ancaq biz "Molla
Nəsrəddin"in həmin avam, "oxutmuram əl çəkin" deyən
vətəndaşların gözünü açmaqda, ictimai aləmin "ölülər"ini
diriltməkdə nə qədər böyük tarixi iş gördüyünü bilirik. Deməli,
ədibin bu çağırışları hər zaman və hər yerdə minlərlə adamın
şüurunu oyadan, onların qəlbinə qədər işləyən həqiqi dost və
rəhbər çağırışı olmuşdur.
Gülüşün mühüm üsullarından biri də eyham, işarə, rəmz və iki
mənalı söz və ifadələr üsuludur. Müəllif bu üsulları bəzən
bilavasitə, mövzuya dair işlədirsə, bəzən də bir haşiyə haqqında,
mətndən kənar bir ifadə olaraq işlədir. Xaricilər müsəl-
1
"Molla Nəsrəddin", 1907,10 fevral, № 6
104
man xəlifəsinin dörd yüz arvad almasını yazıb, heyrət edirdilər.
Möminlər isə xaricilərin bu hərəkətinə etiraz edirdilər, Ədib bu
məsələyə dair yazılarının birində, zahirən möminlər tərəfində
duraraq iddia edir ki: "Doğrudan da xaricilər bizim abrımıza
toxunurlar (bu abır var, ya yoxdur, - bu başqa məsələ)". Həmin
bu kiçik qeyd ümumən mətnin, məqalənin izahından daha dərin
və daha əsasdır. Müəllif "abırdan" dəm vuran mömünləri başa
salmaq istəyir ki, dörd yüz arvad alan xəlifəyə "bəli", "bəli"
deyənlərin və onun bu hərəkətini müdafıə edənlərin özündə nə
həya və nə abır ola bilər.
Çar jandarmalarından müdafıə və hormət görən İran sədri -
əzəmi Mirzə Əli Əskərxanın təşəkkür məktubunda da belə təsirli
işarə və eyhamlar çoxdur. "Molla Nəsrəddin" bu məktubu belə
bir qeyd ilə çap etmişdir: "Pismo, eto bılo dolojeno v poslednem
zasedanii Soyuza Russkoqo naroda. Postanovleno predlojit
mestnım otdelam, po napeçatanii v "Russk. Znameni" Çernoqo
polumesyatsa, posılat persidskomu şaxu teleqramını o razqone
medjlisa. No, eto poka sekret"
1
.
Tamamilə ciddi planda teleqraf, ya müxbir məktubu kimi
davam edən qeydin axırındakı cümlə yazının bütün əsasını
dəyişir, sanki çar mətbuatının üzərindən qara pərdə götürülür. Bu
fəqərəni hələlikdə "sekret" saxlayan Dubrovinlərin qəzetləri
bütün hiylə və şahpərəst simaları ilə oxucuya tanıdılır.
Müsəlman uşaqlarının arasında sünni-şiə davası salan
inspektor Leontyevin ifşası da bu üsul ilə olur. Onun hərəkəti
yumurta döyüşdürən uşaqların "dadışması" ilə yan-yana tutulur
2
.
Səmərqənddə nəşr olunan və adını "Hürriyyət" qoyan bir
qəzetdə quraqlığın, məhsulsuzluğun səbəbi belə izah olunurdu:
"Bizə allahın yağış yağdırmaması ondandır ki, içimiz-
1
"Molla Nəsrəddin", 1907,10 sentyabr № 34.
2
"Molla Nəsrəddin", 1907,17 mart, № ll.
105
də nəmmam var. Bütün bədbaxtlığımızın baisi içimizdəki
münafiqlərdir"
1
. "Molla Nəsrəddin" də bu son sözə şərik olur.
Lakin jurnal axırda belə bir cümlə əlavə edir: "Bunu necə
anlayırsan, anla".
Bu sözdən bir neçə məna ayrılır. Əgər "münafıq" sözü ilə
Səmərqənd qəzeti binamazları, oruc yeyənləri nəzərdə tutursa,
"Molla Nəsrəddin" həmin qəzeti çıxardanların özünü,
müsəlmanlıq mübəlliğlərini nəzərdə rutur.
Acı gülüşün bir üsulu da göstərınə üsuludur. Burada bir neçə
sətirlik mükalimə, yaxud təsvir verilir. Zahirən adi görünən bu
söhbət və ya lövhə ilə, əslində böyük ictimai bir xəstəlik
qamçılanır.
Məlumdur ki, çar dövründə müxtəlif dini və rəsmi bayramlar
münasibətilə idarələr, dükanlar bağlanır, şəhərlərdə hərəkət, iş
dayandırıldı. Bu şəraitdə şəhərə düşən, işi çar dəftərxanalarından
asılı olan kəndlilər küçələrdə sərkərdan gəzir, hər yandan bu
"bayramları" soruşur:
" - Bu gün nə bayramıdır?
-
Bu gün də Qriqorinin başına soyuq dəyib.
-
Bu gün də müqəddəs Pyotr yuxu görüb.
-
Bu gün Aleksandr bayramıdır.
-
Bu gün Dianisi həzrətlərini suya çəkiblər"
2
. Aydındır ki,
müəllif bu səhnədə yalnız rus bayramlarını deyil, daha tez-tez
təkrar olunan bəzi müsəlman bayramlarını da nəzərdə tutur.
"Molla Nəsrəddin" satirasının bir üsulu da şiddətli və
müstəqim tənqidi gülüşdür.
Bəzən müəllif elə şiddətli, bariz, həyati nümunələri seçib,
oxucunun mühakiməsinə təqdim edir ki, dərin düşünən adamların
tükləri ürpəşir. Feodalizm dünyasında şüura uyma-
1
"
Molla Nəsrəddin", 1917, 5 may, №11
2
"Molla Nəsrəddin", 1917, 12 may, №2I2
.
106
yan
lakin uzun illərdə vacib işlər hökmünə keçən adətlər çoxdur.
Bu adətlər çox yerdə, çoxlarının şüurunu o qədər kütləşdirmiş,
korlaşdırmışdır ki, o adətlərdən xilas olmaq heç yada düşmürdü.
Ancaq "Molla Nəsrəddin" kimi bir jurnal, Mirzə Cəlil kimi
mütəfəkkir bir ədib xalqın bu adətlərə dözməsinə dözməzdi.
Mirzə Cəlil belə adətləri hamıdan tez seçib, bir-bir ağıllı
adamların mühakiməsinə verir və rədd edirdi.
"Mübarəkbadlıq" sərlövhəli məqalədə hürriyyətdən narazı
qalan istismarçı siniflərin kədərindən danışan ədib, müsəlmanları
belə təsnif edir: "hürriyyət yaxşı şeydir, amma kimə və nədən
ötəri. Müsəlmanlar bir neçə sinifdir. İndi birinə bayramdırsa,
birinə qara bayramdır. "Paho! Bu da oldu mənə hürriyyət!".
"Pək eyi" məqaləsində ana dilinə xor baxanlar, "Zənciri-
müqəddəs"də yarımçıq, məhdud hürriyyət və liberal ziyalılar,
"Pyatiqorsk" məqaləsində içkiyə alışan və bu "hünərdə"
avropalıları çoxdan geridə qoyan müsəlmanlar, "Mustafa bəy
Əlibəyov" adlı məqalədə yaltaqlar, özünü "ədib" qələmə vərib,
mənsəb sahiblərinə nökərçilik etmək istəyənlər şiddətli satiraya
tutulur.
Mirzə Cəlilin istifadə etdiyi satirik tənqid üsullarından biri də
hücumçu mübahisə üsuludur. Burada ədibin nifrəti ən yüksək
dərəcəyə çatır. Burada nifrət ilə yanaşı mühakimə də, təəssüf də,
çağırış da vardır. Lakin bunların hamısı müəllifin ən yüksək
həyəcanı ilə davam edir. Həyəcan hər sözün, ifadənin əsas
rəngidir. Bu üsul, demək olar ki, əvvəlki üsulların bir çoxunun
tərkibindən ibarətdir. Bu üsul ilə Mirzə Cəlil əsasən burjua
ziyalılarına və mühərrirlərinə, ruhanilərə, "millət vəkillərinə"
qarşı yazmışdır. Çünki o, bəyi, xanı, jandarmanı, padşahı, bir
sözlə açıq düşmənləri o qədər qorxulu saymırdı, nəinki maskalı
adamları.
107
Azadlıq hərəkatı illərində istər Təbrizdə və İstanbulda, istər
Bakıda və Tifiisdə tamahkar bir tacir zirəkliyi ilə cildini dəyişib,
irəli atılan, malını, ictimai mövqeyini saxlamaq və bəlkə də
artırmaq istəyən "natiqlər", "millətpərəstlər", "mücahidlər" çox
idi.
Bunlar nəinki xalqı aldadır, həm də azadlıq hərəkatını
qarışdırır, hürriyyətin həqiqi mənasını təhrif edir, diqqəti əsas
hədəfdən yayındırmaq, ya da "iğtişaşı yatırmaq" istəyirdilər.
Təbrizdə məhərrəmlik təziyələrində guya "islam qeyrətini" təbliğ
edib, baş yarmaq kimi adəti daha da gücləndirənlər, qızların
üzüaçıq oxumağını "xilafi-şər" sayan şeyxülislamlar, qəzet və
jurnalların "müsəlmanlara sataşmasına" zidd çıxan mühərrirlər -
belə adamlar idilər. Mirzə Cəlilin bunlara qarşı yazdığı məqalələr
nəzəri və elmi cəhətdən lazımı qədər də əsaslandırılmış
əsərlərdir. Bu yazılarla müəllif, hərifin öz vasitə və iddialarından
çıxaraq, onun istinad etdiyi dəlillərin puçluğunu isbat edir, onun
mühakimələrinə gülür və rədd edir.
1911-ci ildə Teymurxanşurada və Mərvdə yaşayan və
yuxarıda səciyyəsini dediyimiz bir neçə nəfər adam "Molla
Nəsrəddin"ə məktub yazıb şikayətlənirdilər. Jurnalın mühərririni
qorxudurdular ki, "avam camaata toxunan mətləbləri nahaq
yazırsan, belə getsən oxucularını itirəcəksən".
"Molla Nəsrəddin" onlara belə cavab verirdi: "Haman avam
camaata bizim də yazığımız gəlir. Biz arzu edərdik ki, haman
avam camaat bizim məcmuəni xoşlasın. Amma əfsus ki, başa
gələn iş deyil. Əgər bizim məcmuənin mətalibi avam camaata
xoş gəlmir, bu dəxi təəccüblü bir iş deyil. O səbəb ki,
camaatımızın indiki halında məsləkini qara pula satmayan və öz
başa düşdüyünü sidqi-dildən deyən çəridə avama xoş gəlməz.
"Molla Nəsrəddin"in iki-üç min məsləkdaşının qeyrəti,
108
üç yüz milyon vəhşi qardaşlarda tapılmaz... Tarixdə avamın
hümməti heç bir işdə görsənməyibdir"
1
.
Burada Mirzə Cəlil həm öz jurnalının məslək və məfkurəsini
ifadə edir, həm də söz arası, müsəlman dünyasında nəşrə
başlamış olan, azadlıq və maarifdən dəm vuran, əslində isə köhnə
mövhumat kitablarından, "Tənbihül-qafılin"lərdən, "Təbiri-
xab"lardan, müctəhid risalələrindən o qədər də fərqli olmayan bir
çox qəzet-jurnal mühərrirlərinin "məsləki qara pula satdıqlarını"
cəsarətlə söyləyir. Belə qəzetçilər avamın da xoşuna gəlir, əyanın
da; çünki belə qəzetlər avamın yuxusuna şətəl qatmadığı kimi,
əyanın eyşü işrətinə də mane olmur. "Molla Nəsrəddin" isə
tamam başqa məslək və məqsəd sahibi idi. O, məhz "bir para
mətləbləri" açmaq üçün meydana gəlmişdi. Başına vurulan qapaz
və çomaqlara, yağdırılan lənət və təkfırlərə baxmadan öz yolunda
davam edirdi.
1907-ci ildə Mirzə Cəlilin şeyxülislamın ünvanına yazdığı iki
məktubu da belə "mətləbləri" açmaqdadır. O zaman müsəlman
dünyasında qəribə din xadimləri əmələ gəlmişdi. Şeyxlərin,
qazıların eləsi var idi ki, müasir hərəkatı, mədəniyyət dünyasını
anlayır, başa düşürdülər. Nəinki qəzet oxuyur, hətta öz qızlarını
rusca oxudur, həyata hazırlayırdılar. Buna baxmayaraq
minbərlərdən, xitab kürsülərindən danışanda yenə də üsuli-cədid
məktəbinə - şeytan işi, qadın azadlığına da - bidət deyirdilər.
Mirzə Cəlilin məktublarda müraciət etdiyi şeyxül-islam da belə
sözü ilə işi arasında ziddiyyət olan din xadimlərindən idi.
İnqilabdan qabaq Azərbaycanda mollaxana məktəbləri var idi.
Burada əsas dərs kitabı "Camei-Abbas" və "Gülüstan" sayılırdı
2
.
Bu kitablardan birincisi şəriət ehkamını təbliğ
1
"Molla Nəsrəddin", 1911,12 may, № 44.
2
Xüsusilə "Gülüstan" Azərbaycan mədrəsələrində müqəddəs kitab
halına gəlmişdi. Zərbülməsəl var idi ki: "Yeddi yaşında oxuyan yetmiş
yaşında anlayar". Doğrudan da yeddi-səkkiz yaşlı uşaqlara başa
düşmədikləri "Gülüstan" oxudurdular.
109
edirdisə, ikincisi bu ehkamın şərhini verir və bu əsasda nəsihət
edirdi. Doğrudur, Sədi İranın böyük şair və hükəmalarındandır;
onun "Gülüstan" və "Bustan"ı mədəniyyət aləmində məşhur
əsərlərdir. O da doğrudur ki, bu əsərlərdə oğurluğu pisləyən,
ədaləti təbliğ edən, əxlaq və tərbiyəni uşaqlar arasında yaymaq
istəyən, uzun ömür sürmüş, dünya görmüş müəllifin zəngin
təcrübəsinin nəticəsi olan maraqlı və xeyirli əxlaqi məsləhətlər
vardır. Ancaq təəssüf ki, Azərbaycan məktəblərində o zaman dərs
vərən mollalar "Gülüstan"ın bu tərəflərini deyil, onun
sənətkarlığını, bədii məharətini, şerini deyil, xalis şəriət
tərəflərini, məhz müsəlmançılığı, ibadəti, tərki-dünyalığı,
müsəlman tarixini təbliğ edən cəhətlərini alır və yayırdılar.
Birinci dəfə olaraq "Molla Nəsrəddin" bu məsələni müzakirəyə
qoyub, açmaq cəsarətini göstərdi. Jurnalda neçə dəfə misal
gətirdiyi, istinad etdiyi "Səyahətnaməyi-İbrahim bəy" də bu
ehkamın əleyhinə idi. Mirzə Cəlil baş məqaləsində: "Zindəənd
vəli mordə-mordəənd vəli zində" - deyə həmin adamları,
tərkidünya əhvali-ruhiyyəsində yaşayan müsəlmanları nəzərdə
tuturdu.
Mirzə Cəlil şiddətlə satiraya tutduğu ətalət, tənbəllik, səbrə,
qismətə və taleyə uymaq, axirət xülyası ilə yaşamaq kimi
adətlərin özünü rədd etməklə kifayətlənmir; bu adət və
xasiyyətlərin nəzəri, tarixi kökünü baltalayırdı. Bu kök yalnız
Ağa Bağıri-Məclisi, Fazili-Dərbəndidə deyil; bu həm də İran şahı
və Türkiyə sultanının xalqı "bəli, bəli" deməyə məcbur
etməsində, həm də bir sıra şairlərin əsərlərindəndir. Bu kökü qırıb
atmamış, avamın yaxasını qurtarmaq, gözünü açmaq, başa
salmaq olmazdı. Mirzə Cəlil bu ehtiyacı kəskinliyi ilə öz
oxucusuna başa salmaq istədiyi üçün şiddətli satiradan istifadə
edirdi.
110
* * *
Mirzə Cəlilin satirik məqalələri ilə yanaşı elmi, nəzəri və
ictimai məsələlərə dair bir sıra maraqlı məqalələri də vardır.
1904-cü ildə "Şərqi-Rus" qəzetində maarifpərvər ziyalı
M.Sidqinin ölümü münasibətilə yazdığı məqalədən başlayaraq
ömrünün axırlarında
Əli Nəzminin kitabına yazdığı
müqəddiməyə qədər o, mədəniyyətimizin, ictimai inkişafımızın
bir sıra məsələləri haqqında qısa, lakin məzmunlu, ciddi və hələ
də qiymətini itirməyən məqalələr yazmışdır. Mirzə Cəlil
satiralarında yalançı, qabiliyyətsiz, qafıyə-pərdaz, həqiqətdən və
xalqdan uzaq olan "şeir bülbülləri"ni, "proletar şairlərini" tənqid
atəşinə tuturdusa, ədəbiyyatımızı, sənətimizi, bunların həqiqi,
yüksək məslək sahibi olan yaradıcılarını ürəkdən sevir və
əzizləyirdi. Mirzə Cəlilin Füzuli, Mirzə Fətəli Axundov, Sabir,
Qəmküsar, Molyer, Tolstoy, Qoqol haqqında olan xüsusi
məqalələri və yaxud yeri gəldikcə etdiyi qeydlər, böyük bir
sənətkarın, böyük bir xalq xadiminin bədii zövqünü göstərən,
tamamilə səmimi deyilmiş fikirlərdir ki, biz bunlardan istifadə
etmişik, edirik və edəcəyik.
Ədəbiyyat və sənət haqqında danışarkən Mirzə Cəlil öz
demokrat və maarifçi məfkurəsini ifadə edirdi. O, sənətkardan
birinci növbədə xalqın dərd və ehtiyaclarına cavab vərməyi,
xalqın ürəyindəki "mətləbləri" yazmağı, bir sözlə həyatın güclü
həqiqətini tələb edirdi. Mirzə Cəlil sənətkara xalq xadimi kimi
baxırdı. Onu vətən və mədəniyyət qarşısında çox məsul bir şəxs
sayırdı. Ona görə də müasiri olduğu qərəzli, mənfəətpərəst,
qafiyəpərdaz, qeyri-səmimi yazıçıları sevmirdi; həmişə onlara
qarşı mübarizə aparırdı. Mirzə Cəlil eyni həqiqəti və səmimiyyəti
teatrımızdan, səhnə xadimlərindən də tələb edirdi. Bəzən səhnəyə
yol tapan və ancaq əylənmək istəyən yüngül ruhlu, meşşan
adamların zövqünü
111
oxşayan, "öpüşməkdən" ibarət olan əsərlərə qarşı hiddətlənir,
Mirzə Fətəlinin, Qoqolun və Molyerin ibrət göstərən, adamları
şər işlərdən uzaqlaşdıran əsərlərini arzulayırdı
1
.
Mühərrir Mirzə Cəlil, dramaturq və hekayəçi Mirzə Cəlilin
eynidir. Bu sahələr böyük və cəsarətli bir sənətkarın ayrı-ayrı
fəaliyyət sahələrində göstərdiyi eyni yorulmaz və ardıcıl
mübarizənin parlaq nəticələridir. Böyük dahilərin fəaliyyəti heç
zaman çərçivə və maneə tanımaz. Onlar, xalqını və vətənini xilas
etmək uğrunda lazım gələn, mümkün olan hər vasitədən
məharətlə istifadə edərlər. Mirzə Cəlil də öz məsləki yolunda belə
qələm çalmışdır.
Mirzə Cəlilin mühərcirlik sənəti çox böyük şöhrət qazandığı
kimi, bu aləmdə böyük də davamçılarının meydana çıxmasına
səbəb oldu. 1906-1916-cı illər arasında "Molla Nəsrəddin" üsulu
və ədası ilə bir sıra gülüş məcmuələri yarandı ("Arı", "Babayi-
əmir", "Zənbur", "Pirat", "Məzəli", "Azərbaycan", "Bəhlul" və
s.). Bu satirik mətbuat cərgəsində Təbrizdə Hacı Mirzə Həsən
tərəfindən nəşr olunan və "Molla Nəsrəddin"in nəinki ruhunu,
hətta bir çox yazılarını belə alıb istifadə edən "Azərbaycan"
(1906) xüsusi əhəmiyyətli bir orqan idi. Burada ana dilində, gülüş
yolu ilə müasir İran istibdadi, şahpərəstlik və eləcə də yalançı
inqilabçı və məşrutəçilər sağlam tənqid atəşinə tutulurdu.
Bu mətbuatın heç biri "Molla Nəsrəddin" yolunu davam və
inkişaf etdirə bilmədi, bir neçə ay və ya bir neçə il sonra sönüb
getdilər. Öz mübarizəsində axıra qədər möhkəm dayanmaq,
böyük ictimai arzularını qalibiyyətə qədər gətirib çıxarmaq şərəfı
ancaq Mirzə Cəlilin jurnalına müyəssər oldu.
1
"Eşq mədrəsəsi", "Molla Nəsrəddin", 1923, 7 aprel, №19.
|