Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   2   3   4   5   6   7   8   9   10   ...   30
elktrik-olcmalari

Mexaniki 
Ö
l
ç
m
ə
 cihazlar
ı
Optik 
Elektrik 







Pnevmatik 



11 
Bilirəm 
Bilmək istəyirəm 
Öyrəndim 
Cədvəl 1.1
1.2.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Ölçmə üsullarını izah edir” 

Mexaniki cihazlar optik cihazlardan necə fərqlənir? 

Pnevmatik cihazlar hansı ölçmələrdə istifadə olunur? 

Elektrik cihazları harada tətbiq olunur? 

Elektrokontaktlı ölçü cihazlarında kontaktları hansı metallardan hazırlayırlar? 
1.3.1. Elektrik ölçü cihazlarının təyinatını izah edir 

Elektrik ölçü cihazları 
Elektrik ölçmə cihazları – müşahidəçinin bilavasitə qəbul edə bildiyi formada 
ölçmə informasiyası siqnalları, yəni ölçülən fiziki kəmiyyətlə funksional asılılığı 
olan siqnallar yaradan elektrik ölçmə vasitələrinə deyilir. Elektrik ölçmə 
cihazları iş prinsipinə və konstruktiv quruluşuna görə çox müxtəlifdir. 
Göstərişləri ölçülən kəmiyyətin dəyişmələrinin kəsilməz funksiyası olan 
elektrik ölçmə cihazlarına analoq cihazları deyilir. 
Göstərişləri rəqəm formasında təsvir olunan elektrik ölçmə cihazları rəqəm cihazları adlanır. 
Şəkil. 1.4 Ölçü cihazı 
Şəkil 1.5 Vattmetr 
Elektrik ölçmə cihazları göstərişləri oxuma və qeydetmə imkanından asılı olaraq iki qrupa 
ayrılır: göstərici cihazlarqeydedici cihazlar. Əgər qeydedici ölçmə cihazı göstərişləri diaqram 
formasında qeyd edirsə, belə cihazlara özüyazan cihazlar deyilir. Göstərişləri rəqəm formasında çap 
edən qeydedici cihazlar çapedici cihaz adlanır.
Göstərişi iki və daha çox kəmiyyətin cəmi ilə funksional əlaqədar olan elektrik ölçmə cihazları 
cəmləyici cihazlar adlanır. Belə cihazlara bir neçə generatorun cəm gücünü ölçən vattmetr misal ola 
bilər. 
Göstərişləri ölçülən kəmiyyətin zamana görə və ya digər asılı olmayan dəyişənə görə inteqralı 
ilə müəyyən olunan cihazlar inteqrallayıcı cihazlar adlanır. 
Bəzi cihazlarda ölçülən kəmiyyət qiyməti məlum olan kəmiyyətlə bilavasitə müqayisə olunur. 
Belə elektrik ölçmə cihazlarına müqayisə cihazları deyilir. Bunlara körpülər, kompensatorlar misal ola 
bilər. 


12 
Bundan başqa, cihazlar tətbiq olunma xarakterinə görə stasionar, qeyri-stasionar (gəzdirilən), 
ölçülən kəmiyyətin növünə görə ampermetr, voltmetr, ommetr və s. cihazlara ayırırlar. 


Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin