Azərbaycanda biznes mühiti və problemləri


Peşəkar idarəçilər tərəfindən idarə edilməmə



Yüklə 9,63 Mb.
səhifə2/3
tarix24.10.2023
ölçüsü9,63 Mb.
#160421
1   2   3
Azərbaycanda biznes mühiti və problemləri

Peşəkar idarəçilər tərəfindən idarə edilməmə
Ölkəmizdə “idarəçi” və “rəhbər” qədər ucuzlaşmış sözlər bəlkə də yoxdur.
Hərkəsin özündə gördüyü bir istedad varsa, o da idarəçilikdir. Müsahibələrdə “idarəçiyəm” deyənlərə niyə belə düşündüklərini soruşanda əksər hallarda aldığım cavab bu tərzdə olur: “Nə bilim. Oxumamışam da heç. Amma bilirəm ki, idarə edə bilirəm. Eliyərəm. Məndə bu var. Bu mənə verilib”.
İdarəçiliyin nə təhsilini almış, nə də özü oxumuş insanlar adətən buna ehtiyacın olmadığını da düşünürlər.
İllərdir sürətli, nəzarətsiz inkişaf olduğuna və böyük gəlirlərin rahat əldə edildiyinə görə biznes sahibləri ancaq bir meyara görə insanları işə almağa üstünlük verirdilər – şəxsi etibar. Yəni qohumluq, yerlilik, tanışlıq.
    • Elmi dildə desək, şirkətlərin fəaliyyətlərinin bütün aspektlərdən şəffaflığının, effektivliyinin təmin edilməsi məqsədi ilə istifadə edilən korporativ idarəetmə çox vacibdir.
    • Sadə dildə desək, korporativ idarəetmə sayəsində şirkətlər “insan” faktorundan “sistem” faktoruna keçirlər. Artıq şirkətlərdə “parıldayan ulduzlar” yerinə sistem işləyir və 10 rəhbərin hər birinin “mən belə istəyirəm və öz standartım var” düşüncəsi yerinə vahid standartlar ön plana çıxır.

Korporativ idarəetmənin olmaması
Effektivliyin olmaması.
    • Əksər dövlət qurumlarında və özəl bizneslərimizdə effektivlik nəinki olmayıb, bu haqda düşünülməyib belə. Alınan avadanlıqlar, əməkdaşlar və idarəçilər, biznesdə olan proseslər, şirkətlərin sərmayəsi və inventarında effektivliyin olmaması uzun müddətdə şirkətlər üçün böyük təhlükədir.
    • Bunu sadə bir misalla izah edim. “Uğurlu” bir Azərbaycan şirkətini düşünün.
    • Əməkdaşları. Hər gün iş yerində 8 saat keçirən əməkdaşlar bu zamanın bir hissəsini işləyir, geri qalanını isə işə aid olmayan şeylərə xərcləyirlər. Əgər bir şirkətin maaş büdcəsi aylıq 50.000 manatdırsa və işçilər günlərinin 30 %-ni qeyri effektiv keçirirlərsə, bu, o deməkdir ki, şirkət hər ay 15.000, bir ildə isə 180.000 manat pulu boşa xərcləmiş olur.

Sirr deyil ki, biznesimizdə oğurluq, “otkat” və korrupsiya var, həm də çox böyük həcmlərdə. Hansı şirkət rəhbərlərinin və idarəçilərinin hardan, necə qazandığını və oğurladığını ölkədə hərkəs açıq şəkildə bilir. 
Təəssüf ki, ölkəmizdə insanların uğurları maddi imkanları ilə ölçüldüyünə görə, şirkətlərdə işləyən idarəçilər əllərinə şans düşdüyü zaman imkanlardan maksimum istifadə edirlər.

Yüklə 9,63 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin