Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi da



Yüklə 207,55 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix28.11.2016
ölçüsü207,55 Kb.
#323
  1   2   3

Azərbaycan  xalqının  tarixinə 

qanlı  Yanvar  faciəsi  kimi  da-

xil  olan  1990-cı  il  20  Yanvar 

hadisələrindən  25  il  keçir.  Keçmiş 

sovet  dövlətinin  hərb  maşınının  həmin  gün 

Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi 

terror  aktı  insanlığa  qarşı  törədilmiş  ən  ağır 

cinayətlərdən  biri  kimi  bəşər  tarixində  qara 

səhifə  olaraq  qaldı.  Milli  azadlığı,  ölkəsinin 

ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış 

dinc  əhaliyə  divan  tutulması,  kütləvi  terror 

nəticəsində  yüzlərlə  günahsız  insanın  qətlə 

yetirilməsi  və  yaralanması  totalitar  sovet  re-

jiminin  süqutu  ərəfəsində  onun  cinayətkar 

mahiyyətini bütün dünyaya bir daha nümayiş 

etdirdi. 

Həmin  vaxt  Azərbaycan  qonşu  Ermənistanın 

da  təcavüzünə  məruz  qalmışdı.  Belə  bir 

şəraitdə  sovet  rəhbərliyi  nəinki  münaqişənin 

qarşısını almaq üçün qəti tədbirlər görməmiş, 

əksinə, 

Azərbaycana 

yeridilən 

ordu 


hissələrinin tərkibinə Stavropol, Krasnodar və 

Rostovdan  səfərbərliyə  alınan  erməni  əsgər 

və  zabitləri,  sovet  hərbi  hissələrində  xidmət 

edən  ermənilər,  hətta  erməni  kursantlar  da 

daxil edilmişdi. 

Bakıya yeridilən qoşun kontingentinə, - bəzi 

məlumata  görə,  onun  sayı  60  min  nəfərə 

çatırdı,  -  “doyüş  tapşırığını”  yerinə  yetirmək 

üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. 

Mixail Qorbaçov başda olmaqla sovet impe-

riyasının rəhbərliyi Bakıda “rus və erməni kar-

tından”  məharətlə  istifadə  etdi.  Guya  Bakıya 

qoşun  onları,  hərbi  qulluqçuların  ailələrini 

qorumaq,  “millətçi  ekstremistlər”  tərəfindən 

hakimiyyətin  zorakılıqla  ələ  keçirilməsinin 

qarşısını almaq üçün yeridilmişdi. Əslində isə 

bu  açıq  riyakarlıq,  ağ  yalan  idi.  Çünki  sovet 

rəhbərliyinin  “dəlilləri”  hətta  həqiqətə  yaxın 

olsaydı  belə,  Bakıya  təpədən-dırnağadək  si-

lahlandırılmış  qoşun  göndərməyə  ehtiyac 

yox idi. Ona görə ki, həmin vaxt burada da-

xili  qoşunların  11  min  500  əsgəri,  Müdafiə 

Nazirliyinə  tabe  olan  Bakı  qarnizonunun 

çoxsaylı  hərbi  hissələri,  hava  hücumundan 

müdafiə  qüvvələri  var  idi.  4-cü  ordunun  ko-

mandanlığı da Bakıda yerləşirdi. 

Bütün bunlara baxmayaraq, 1990-cı il yanva-

rın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiya-

sının 119-cu, Azərbaycan SSR Konstitusiyası-

nın 71-ci maddələrini kobud şəkildə pozaraq, 

yanvarın  20-dən  Bakıda  fövqəladə  vəziyyət 

elan edilməsi haqqında fərman imzaladı. La-

kin  SSRİ  DTK-nın  “Alfa”  qrupu  yanvarın  19-

da  saat  19.27-də  Azərbaycan  televiziyasının 

enerji  blokunu  partlatdı,  respublikada  tele-

viziya  verilişləri  dayandırıldı.  Gecə  isə  qo-

şun  fövqəladə  vəziyyət  elan  edilməsindən 

xəbərsiz  olan  şəhərə  daxil  oldu  və  əhaliyə 

divan  tutmağa  başladı.  Qorbaçovun  fərmanı 

qüvvəyə  minənədək  -  yanvarın  20-də  saat 

00-dək  artıq  9  nəfər  öldürülmüşdü.  Bakıda 

fövqəladə  vəziyyətin  elan  olunması  haqqın-

da məlumat isə əhaliyə yalnız yanvarın 20-də 

səhər saat 7-də respublika radiosu ilə çatdırıl-

dı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə 

çatmışdı.  Halbuki,  Qorbaçovun  Azərbaycana 

ezam  etdiyi  yüksək  vəzifəli  emissarlar  saxta-

karlıqla  bəyan  edirdilər  ki,  Bakıda  fövqəladə 

vəziyyət elan olunmayacaqdır. 

Tanklar, 

zirehli 

transportyorlar 

Bakı 

küçələrində  qarşılarına  çıxan  hər  şeyi  əzir, 



hərbçilər hər tərəfi amansız atəşə tuturdular. 

Yaralıları aparmağa gələn “təcili yardım” ma-

şınlarını və tibb işçilərini də atəşə tuturdular. 

Bir  neçə  gün  ərzində  137  nəfər  öldürüldü, 

700-dək adam yaralandı, 800-dən çox adam 

qanunsuz həbs edildi. Həlak olanlar arasında 

yetkinlik yaşına çatmayanlar, qadınlar, qoca-

lar, şikəstlər də var idi. 

“Şit”  təşkilatı  ekspertlərinin  hesabatı  real 

mənzərənin  nə  qədər  faciəli  olduğunu  əks 

etdirir:  “Adamları  xüsusi  qəddarlıqla  və  ya-

xın  məsafədən  güllələmişlər.  Məsələn, 

Y.Meyeroviçə  21,  D.Xanməmmədova  10-dan 

çox,  R.Rüstəmova  23  güllə  vurulmuşdur; 

Xəstəxanalar,  “təcili  yardım”  maşınları  atəşə 

tutulmuş,  həkimlər  öldürülmüşdür;  Adamlar 

süngü-bıçaqla qətlə yetirilmişdir…”  

 

Həkimlərin fədakarlığı



Qanlı  yanvarda  ölkəmizin  tibb  işçiləri  bö-

yük  fədakarlıq  göstərdilər.  Onlar  həyatlarını 

təhlükəyə, od-alovun qarşısına ataraq yaralı-

ları xilas etməyə çalışdılar. Onların fədakarlığı 

ölçüyəgəlməzdir.

Keçmişdə  tibb  işçisi  olan,  jurnalist  Şirin 

Manafov  həmkarlarının  və  “qara  Yanvar” 

şahidlərinin xatirələrini toplayıb.

Kliniki Eksperimental Cərrahiyyə İnstitutunun 

həkim anestezioloqu E.Əliyev qanlı Yanvarda 

tibb  işçilərinin  böyük  fədakarlıq  göstərdiyini 

qeyd  edib:  “Şəhərdə  güllə  səsi  eşidilən  kimi 

xəstəxanamızın  bir  çox  həkimləri  özlərini 

xəstəxanaya  çatdırdılar.  Yaralılar  gecə  saat  1 

radələrindən  sonra  xəstəxanaya  daxil  olma-

ğa  başladı  və  ilk  əməliyyat  gecə  saat  2-də 

oldu.  Əməliyyatlar  bir-birinin  arxasınca  ke-

çirilirdi.  Səhərə  yaxın  xəbər  tutduq  ki  başqa 

xəstəxanalarda da vəziyyət oxşar olub”.

Mirqasımov adına klinik xəstəxanasının həkimi 

C.  Atakişiyev:  “Güllə  yarası  alanlardan  sava-

yı,  qazla  zəhərlənmə  ilə  bir  çox  vətəndaşlar 

qəbul etdik. Bizim şöbəyə 38 belə xəstə daxil 

olmuşdu ki, onlardan 6-sı əməliyyata çatma-

mış dünyalarını dəyişmişdilər”.

1990-cı  ildə  Respublika  Xəstəxanasının 

baş  həkimi  olan  M.Qasımov  21  yanvarda 

xəstəxanada  artıq  sarğı  və  ağrıkəsicilərin 

tükəndiyini xatırlayıb: “Yalnız qan ehtiyatımız 

vardı. Yüzlərlə şəhər sakini qan vermışdi. Ağsu, 

Beylaqan, Şamaxı sonradan isə digər rayonlar 

dərman  ləvazimatları  və  tikiş  materialları  ilə 

köməyimizə qoşulmuşdu”.

1  saylı  klinik  xəstəxananın  həkimi 

V.Yusifzadənin xatirəsindən: “20 Yanvar gecəsi 

mən  “Salyan  kazarması”  tərəfdə  idim.  Hərbi 

məktəbin  həyətindən  üstü  silahlılarla  dolu 

tanklar  çıxdı.  Biz  yerə  otu-

raraq  onların  çıxışına  əngəl 

törətmək  istədik.  Onda  biz 

tərəfə  bir  neçə  tüstü  qumbarası  atdılar.  Tüs-

tü  dağıldıqdan  sonra  üzərimizə  atəşlə  hü-

cum  edən  əsgərləri  gördüm.  Mən  kolluqda 

gizlənmişdim  və  gördüklərimə  inana  bilmir-

dim.  Tanklar  yaralı  və  ölüləri    əzərək  onların 

üzərindən keçib getdi”.

Təcili  tibbi  yardım  stansiyasının  baş  həkimi 

C.Hüseynov: “22 yanvarda bizim xəstəxanada 

176  yaralı  var  idi.  İlk  gün  isə  30  cəsəd 

gətirmişdilər.  Hər  gün 

yaralılardan  kimsə  vəfat 

edirdi. Sonradan mərkəzi 

qəzetdən  oxudum  ki, 

Bakıya  ordu  yeridilməsi 

nəticəsində  40  nəfər  in-

san  yaralanıb.  Bu  yalan 

məni şoka saldı”.

Ələsgər  Əkbərov  küçəsi, 

97 saylı evin sakini Emilya 

Ağayevanın xatirəsindən: 

“Yanvarın  20-də  səhər 

çağı  bir  hərbi  maşın 

yüksəldici  səslə  evdən  çölə  çıxmamaq  üçün 

elan verirdi. Bundan bir neçə saat keçdikdən 

sonra iki zirehli maşın gələrək lülələrini yaşa-

yış binası istiqamətinə qaldırdı və atəş açma-

ğa başladı. Biz özümüzü dəhlizə ataraq xilas 

olduq”.


Mübarizlik simvolu

Yanvarın  20-də  artıq  bütün  dünya  Bakıda 

törədilmiş  dəhşətli  qırğından  xəbər  tutdu. 

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa 

da, Azərbaycan xalqının iradəsini, milli azad-

lıq  uğrunda  mübarizə  əzmini  qıra  bilmədi. 

Həmin müdhiş gecədə həlak olan vətən oğul-

ları Azərbaycanın tarixinə parlaq səhifə yazdı-

lar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol 

açdılar... 

20  Yanvar  1990-cı  il  faciəsi  azərbaycanlıların 

tarixinə  öz  həyatlarını  azadlıq  və  müstəqillik 

üçün  qurban  vermiş  şəhidlərin  anım  günü 

kimi həkk olundu. Artıq o hadisələrin 25-ci il 

dönümünü qeyd edirik. Xalqımızın yaddaşın-

da bu faciə eyni zamanda, mübarizlik simvolu 

kimi yaşayır. Yanvar hadisələri xalqımıza azad-

lıq hissi və seçim verdi. Bu azadlıq və seçimin 

ali nöqtəsi müstəqil Azərbaycanın yaradılması 

oldu.


Bu  gün  Bakının  ən  yüksək  nöqtələrindən 

birində hər bir azərbaycanlı üçün müqəddəs 

and  yerinə  çevrilmiş  bir  ünvan  var:  bu,  20 

Yanvar  qurbanlarının  və  Ermənistanın  hərbi 

təcavüzünə  qarşı  döyüşlərdə  həlak  olanların 

dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yan-

varın 20-də minlərlə insan bu xiyabanı ziyarət 

edir, Vətənin azadlığı və suverenliyi uğrunda 

canlarından keçmiş Azərbaycan oğul və qızla-

rının əziz xatirəsini ehtiramla yad edir. Nəsillər 

dəyişəcək,  lakin  Vətən  oğullarının  xatirəsi 

ürəklərdə əbədi yaşayacaqdır.

“Mərkəzi Klinika” Ambulatoriyası

Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005

“Mərkəzi Klinika” Xəstəxanası

Ünvan: Parlament pr. 76, Az1006

MƏRKƏZİ KLİNİKA

“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”

Heydər Əliyev

BÜLLETEN-3 | YANVAR 2015

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika

20 YANVAR - MÜSTƏQİLLİYƏ APARAN YOL

1990-cı ilin yanvar qırğını nə qədər 

faciəli olsa da, Azərbaycan xalqının 

iradəsini, milli azadlıq uğrunda mübarizə 

əzmini qıra bilmədi.


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

2

Son  illər  dünya  ölkələrində  səhiyyə  sistemi  sürətlə 



in¬kişaf  edir.  Ümumdünya  Səhiyyə  Təşkilatının  rəyinə 

görə  səhiyyədə  tibbi  texnika  və  texnologiyalar  ən  çoxu 

dörd ildən bir yeni, daha inkişaf etmiş nəsillərlə əvəz olu-

nur.  Bu  da  nəticə  etibarilə  bütün  səhiyyə  sistemini,  tibbi 

biliklərin, kadrların, dərman vasitələrinin inkişafına səbəb 

olur.  Bu  inkişaf  tendensiyası  Azərbaycan  Respublika-

sından  da  yan  keçməmişdir.  Son  illər  bir-birinin  ardınca 

istifadəyə verilən və ən son tibbi texnika və texnologiya-

larla təmin olunmuş dövlət və özəl tibb müəssisələri bu-

nun əyani sübutudur. Artıq bundan sonra əsas məsələ xal-

qımıza beynəlxalq standartlara uyğun və keyfiyyətli tibbi 

xidmət  göstərməkdən  ibarət  olmalıdır.  Lakin  çox  təəssüf 

hissi ilə söyləmək lazımdır ki, potensial imkanı olan və ya 

olmayan  tibb  müəssisələrinin  hər  biri  beynəlxalq  stan-

dartlara uyğun tibbi xidmət göstərdiklərini iddia edərək, 

sanki  "beynəlxalq  standartlar"  məfhumunu  istismar 

edir,  yanlış  informasiya¬lar  əsasında  vətəndaşlarımızda 

çaşqınlıq  yaradırlar.  Belə  bir  vəziyyətdə  Mərkəzi  Klinika 

ölkəmizə  tibb  sahəsində  beynəlxalq  standartları  tətbiq 

edən ilk iri özəl tibb müəssisəsi kimi xalqımızın bu sahədə 

maarifləndirilməsini özünə borc bilir. 

Tibbdə  “beynəlxalq  standart”lar  tibbi  xidmətin  və  bu 

xidməti  təqdim  etmək  üçün  təşkilati-texniki  prosesin  bu 

günədək  dünyada  əldə  olunmuş  və  sınaqdan  keçirilmiş 

ən  son  nailiyyət  və  göstəriciləridir.  Hazırda  ən  etibarlı 

standartlar ABŞ səhiyyə müəssisələri tərəfindən əsası qo-

yulmuş  və  əksər  dünya  ölkələrinin  səhiyyə  müəssisələri 

tərəfindən  qəbul  edilmiş  Joint  Commision  International 

(JCI) standartlarıdır. 

Tibb sahəsində əsas beynəlxalq standartlardan biri tib-

bi xidmətin etibarlılığı və təhlükəsizliyidır. Mərkəzi Klinika 

fəaliyyət göstərdiyi müddət ərzində bu standartlara əməl 

edərək xalqımızın yüksək inam və etibarını qazanmışdır. Bu 

etibarı qorumaq üçün aşağıdakı məsələlərə xüsusi diqqət 

yetirilir: 

•   Beynəlxalq  standartlara  görə  etibarlı  və  təhlükəsiz 

tibbi  xidmət  göstərmək  üçün  səhiyyə  müəssisəsində, 

xüsusən  də  stasionar  müalicə  nəzərdə  tutulan 

müəssisələrdə reanimasiya, əməliyyatxana, tibbi diaq-

nostika, sterilizasiya və təcili yardım sahələrinin olması 

mütləq şərtdir. Mərkəzi Klinikada 146 stasionar çarpayı 

mövcuddur. Buna müvafiq olaraq 19 çarpayılıq reani-

masiyası, 9 əməliyyat otağı, sterilizasiya, laboratoriya, 

şüa  diaqnostika  və  5  çarpayılıq  təcili  yardım  şöbəsi 

fəaliyyət göstərir ki, bu da etibarlı və təhlükəsiz tibbi 

xidmət verilməsinə imkan verir. 

•   Etibarlı  və  təhlükəsiz  tibbi  xidmət  üçün  xəstələrin 

şəxsiyyətini bildirən informasiyaların düzgünlüyü həyati 

əhəmiyyət daşıyır. Bu məqsədlə şəxsiyyəti bildirən ən 

azı iki məlumat birlikdə istifadə edilir və bu məlumatlar 

xəstələrin biləklərinə keçirilən bilərziklərə (kişilər üçün 

mavi, qadınlar üçün narıncı rəngli) qeyd edilir. 

•   Etibarlı və təhlükəsiz tibbi xidmətlərin göstərilməsində 

standartlardan  biri  də  xidmətin  fasiləsiz  xarakterli  ol-

masıdır. Bu məqsədlə:

-  Xəstə fasiləsiz tibbi xidmət almaq üçün xidmət prose-

sinin  bütün  mərhələlərində  tək  bir  həkimin  (müalicə 

həkiminin)  məsuliyyəti  və  cavabdehliyi  altında  olur. 

Müalicə  zərurəti  yaranarsa,  xəstə  başqa  həkimin 

cavabdehliyinə  keçirilə  bilər.  Ancaq  xidmətin  heç  bir 

mərhələsində bu cavabdehlik zənciri kəsilə bilməz.

-  Növbə  dəyişmələrində,  xəstənin  başqa  bir  şöbəyə 

köçürülməsində təhvil verən heyət təhvil alan heyətə 

xəstənin  vəziyyəti  və  müalicə  barədə  ətraflı  məlumat 

verir, təhvil-təslim mütləq yazılı şəkildə həyata keçirilir. 

-  Xəstəxanada tibbi təyinatlar ancaq yazılı şəkildə həyata 

keçirilir.  Şifahi  təyinatlara  yalnız  təcili  hallarda,  başqa 

seçim olmadıqda yol verilir. Lakin 12 saatdan gec olma-

maqla verilmiş şifahi təyinat yazılı olaraq təsdiqlədilir. 

•   Yüksək risk qrupuna daxil olan dərmanların xəstə otaq-

larında və nəzarətsiz yerlərdə olmasına imkan verilmir. 

Narkotik və psixotrop dərmanlar xəstəyə xüsusi icazə 

ilə istifadə olunur. Boş ampulalar isə, xüsusi komissiya 

tərəfindən sayılaraq məhv edilir. 

•   Tibbi  xidmət  planlaşdırılan  xəstəyə  məhz  həmin 

xidmətin icra edilməsinin doğruluğunun təsdiq edilməsi 

üçün səmərəli prosedur tətbiq edilir. Bu məqsədlə tib-

bi  müdaxilələrdən  əvvəl  xəstənin  əməliyyata  razılıq 

sənədləri  yoxlanılır,  xəstəyə  doğru  nahiyədən,  doğru 

müdaxilənin  təmin  edilməsi  üçün  Kritik  Fasilə  (Time–

Out)  praktikası  tətbiq  edilir.  Bu  zaman  xəstənin  özü-

nün iştirakı ilə sənəd nömrəsi, adı, soyadı, atasının adı, 

tətbiq  ediləcək  tibbi  müdaxilə,  nahiyəsi  və  işarənin 

yeri  bütün  cərrahi  və  ya  müdaxilə  qrupu  tərəfindən 

təkrarlanaraq bir daha təsdiq edilir. 

•   İnfeksiyalara  nəzarət,  xüsusən  də  xəstəxana  mənşəli 

infeksiyaların azaldılması mühüm əhəmiyyət kəsb edir. 

Bunun  üçün  xəstəxanada  fəaliyyət  göstərən  “İnfek-

siya  nəzarət  komissiyası”  xüsusi  proqram  hazırlamış, 

xəstəxana və xüsusi sahələr (əməliyyatxana, reanima-

siya,  laboratoriya  və  s.)  gündəlik  nəzarətdə  saxlanı-

lır, böyük imkanlara malik sterilizasiya bloku fəaliyyət 

göstərir. 

•  Tibbi xidmət zamanı yol verilmiş səhvin ( xətanın) aş-

karlanması  və  bildirilməsi  də  xəstə  təhlükəsizliyini 

təmin edən mühüm standartlardandır. Bu cür xətaların 

dərhal  bildirilməsi  onların  nəticəsinin  ağırlaşmadan 

qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır.

•  Tibbi  xidmətdə  beynəlxalq  standartlardan  biri  də 

xəstə  və  yaxınlarının  hüquqlarının  təmin  edilməsidir. 

“Müəssisə,  xəstəyə  qulluq  (xidmət)  dövründə,  xəstə 

və ailəsinin hüquqlarını təmin edən və müdafiə edən 

amilləri nəzərə almalı və buna imkan yaratmalıdır” (JCI, 

2003:  25).  Mərkəzi  Klinikada  bu  hüquqlar  aşağıdakı 

kimi təmin olunur:

•  Xəstə və yaxınlarının dəyər və inanclarına hörmət, tib-

bi xidmətdə seçim azadlığı və gizlilik, narazı xəstələrin 

şikayət etmə kimi hüquqlarına xüsusilə həssaslıqla ya-

naşılır. 

•  Tibbi  xidmət,  xüsusən  də  yüksək  riskli  müdaxilələr 

(cərrahi,  invaziv  və  s.)  tətbiq  olunacaq  xəstələrə 

xidmətin mahiyyəti, nəticələri, xidməti həyata keçirəcək 

personal barədə ətraflı məlumat verilir, bundan sonra 

onlara  müvafiq  razılıq  formaları  imzalatdırılır.  Həmin 

xidmətlər yalnız bundan sonra icra olunur. 

•  Tibbi  xidmət  zərurəti  ilə  əlaqədar,  xəstənin  özünə  və 

ətrafdakılara  zərər  verməsinin  qarşısını  almaq  üçün 

başqa seçim olmadıqda hərəkət məhdudiyyətləri (bağ-

lama, otağa qapatma və s.) tətbiq olunur. 

Keyfiyyətli  tibbi  xidmətin  nəticəsi  birbaşa  xəstənin 

dəyərləndirilmə  mərhələsindən  asılıdır.  JCI  təşkilatının 

bu  standartı  “Qurumun,  bütün  xəstələrə  göstəriləcək 

xidmət  üçün  tətbiq  etdiyi,  xəstələrin  ehtiyaclarına  görə 

hazırlanmış və meyarları əvvəlcədən müəyyən edilmiş bir 

dəyərləndirmə  proseduru  olmalıdır”  şəklində  ifadə  edilir 

(JCI, 2003: 42). Xəstəxanamızda xəstələrin dəyərləndirilməsi 

zamanı  ilk  olaraq  onların  fiziki,  psixoloji,  sosial  vəziyyəti, 

tərcümeyi-halı və xəstəliyi ilə əlaqədar məlumat toplanılır, 

analiz edilir, bundan sonra müalicə və qulluq planı hazırla-

nır (JCI, 2003: 41). Xəstələrə ilkin və yenidən dəyərləndirmə 

əsasında diaqnoz qoyulur. Stasionar şəraitdə müalicə alan 

hər bir xəstə 24 saatda bir dəfədən az olmayaraq müalicə 

həkimi tərəfindən dəyərləndirilir. 

Müasir  tibbi  xidmətin  əsaslarından  birini  də  xəstəyə 

qulluq standartları təşkil edır. Bu sahədə JCI standartı bu 

cür  ifadə  olunur:  “Siyasət,  prosedur  və  təlimatlar  bütün 

xəstələrə eyni tipli qulluq göstərilməsinə imkan verməlidir”. 

Mərkəzi Klinikada bu standart aşağıdakı kimi təmin edilir: 

•  Tibbi diaqnoz və ehtiyacları eyni olan xəstələr fasiləsiz 

olaraq eyni səviyyədə tibbi xidmət alır. Hər bir xəstənin 

fiziki müayinə, qiymətləndirmə və analiz nəticələlərinə 

əsaslanan müalicə və qulluq planı olur. 

•  Xəstə  üçün  risk  daşıyan  müdaxilələr  (cərrahi,  aneste-

ziya  və  s.)  zamanı  mütləq  surətdə  yazılı  razılıq  alınır, 

müdaxilədən əvvəl isə xəstədən təkrar şifahi razılıq alı-

nır. 


•  Xəstənin ağrı vəziyyəti, ilk klinik dəyərləndirilməsində 

qüvvədə olan ağrı skalaları əsasında dəyərləndirilir. 

•  Dərman  təyinatlarında  xəstə  təhlükəsizliyi,  dərman 

xətalarının  azaldılması  və  müalicəyə  müvafiq  dərman 

dozalarının  istifadəsinə  yönəlmiş  sistem  tətbiq  edilir. 

Bu sistem elektron qeydiyyatı da özündə əks etdirir.

•  Xəstə  evə  yazıldıqda  müalicənin  davamı  və  bitməsi, 

habelə  rahat  və  sağlam  həyat  tərzi  keçirməsi  üçün 

təlimatlandırılır. Bu barədə JCI standartı: “Təlim, xəstə 

və  ailəsinin  qulluqda  və  qulluqla  əlaqədar  qərarlarda 

iştirakını  təmin  etməlidir”  kimi  ifadə  edilir  (JCI,  2003: 

92).  Mərkəzi  Klinikada  təlimatlandırma  hər  bir  xəstə 

üçün müalicə planına müvafiq şəkildə aparılaraq xəstə 

və xəstə yaxınlarını tibbi xidmətin iştirakçısına çevirmək 

məqsədini daşıyır. 

Göründüyü kimi, yuxarıda qeyd olunan standartlara və 

imkanlara malik olmayan səhiyyə müəssisələrinin beynəlxalq 

standartlara cavab verən tibbi xidmətlər göstərməsi müm-

kün deyil. Belə müəssisələrdə müalicə alan xəstələrin həyatı 

ciddi  təhlükə  altındadır.  Unutmayaq  ki,  insan  sağlamlığı 

səhvləri bağışlamır, adi bir səhv Sizin həyatınızı itirməniz və 

ya ömürlük şikəstliyinizlə nəticələnə bilər.  



N.Yusifov

MK baş həkimi, ürək-damar 

cərrahı, t.e.d., Dr. Kamran Musayev 

8-13 dekabr 2014-cü il tarixdə 

Almaniyanın Berlin şəhərində 

"Minimal invaziv ürək cərrahiyyəsi" 

kursunda iştirak etmişdir. 

MK baş həkimin müavini, ümumi 

cərrah, t.e.n., Dr. Zaur Xəlilov 3-9 

dekabr 2014-cü il tarixdə Fransanın 

Strasburq şəhərində "Endoluminal və 

Laparoskopik, Bariatrik və Metabolik 

Cərrahiyyə" kursunda iştirak etmişdir. 

Urologiya şöbəsinin müdiri Dr. 

Elbəyi Daşdəmirli 7-15 dekabr 

2014-cü il tarixdə Fransanın Stras-

burq şəhərində İRCAD İnstitutunun 

"Urological Laparoscopic Surgery 

İntensive" kursunda iştirak etmişdir. 

Məqsədimiz - beynəlxalq standartlara uyğun 

tibbi xidmət göstərməkdir

Həkimlərimiz beynəlxalq konfrans və kurslarda


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-3 | YANVAR 2015

3

Hər  gün  daha  sürətlə  inkişaf  edən 



Azərbaycan səhiyyəsinin ugurları, nailiyyətlərini 

sadalamaqla  bitməz.Belə  uğurlardan  biri  kimi, 

31  oktyabr  2014  tarixində  Mərkəzi  Klinikada 

keçirilən  skolioz  xəstəliyinin  ən  müasir  metod 

və  implantlar  vasitəsilə  "cərrahi  korreksiyası" 

əməliyyatını göstərə bilərik. Bu əməliyyat nəinki 

Azərbaycanda, eləcə də dünyada ağır və nadir 

sayılır.  Əməliyyat Mərkəzi Klinikanın Ortopedi-

ya və Travmatologiya  şöbəsinin müdiri t.e.n., Dr.  

Elviz Qasımov və komandası tərəfindən həyata 

keçirilmişdir.

Skolioz  xəstəliyi  ölkəmizdə  kifayət  qədər  ya-

yılmış və son dərəcə ağır proqnoza malikdir. Son 

illərdə ölkəmizdə skolioz müalicəsi  üzrə  Ortope-

diya və Travmatologiya  cərrahiyyəsi  uğurla inkişaf 

etmiş, bu sahədə ciddi naliyyətlər əldə edilmişdir.

Skolioz  xəstəliyinin  müalicəsində  ən  mü-

asir  nailiyyət  fəqərə  ayaqcıqlarından  keçirilən 

vintləri  titan metalla fiksasiya edərək onurğa-

nın düzləndirilməsidir. Bu metallar uzun müddət  

onurğada qaldığı üçün daha möhkəm və pas-

lanmayan materialdan olmalıdır.

  Skolioz  cərrahiyyəsində  13    illik  təcrübəsi 

olan  t.e.n.,  Dr.    Elviz  Qasımovun  verdiyi  

məlumata görə ”PVA“ (Posterior Vertebral Art-

rodez) adlanan bu  əməliyyat  dünyanın ən qa-

baqcıl ölkələrində son 15-20  ildə tətbiq olun-

mağa  başlayıb.  Bu  metod  ciddi  onurğa  əyriliyi 

olan  xəstələrdə  ümidverici,  həyat  qurtarıcı  bir 

əməliyyatdır.

“Bizim  xəstəmiz  16  yaşında  qadın  xəstə 

idi.  Xəstə  poliklinikamıza  ciddi  kosmetik    gö-

rünüş,  tənəffüs  pozğunluğu,  çox  ayaqda  qa-

lan  zaman  ağrı  şikayətləri  ilə  daxil  olmuşdur. 

Aparılan  müayinələr  nəticəsində  xəstənin  döş 

fəqərələrində  42  %  əyrilik  ölçülərək  “skoli-

oz”  diaqnozu  qoyuldu.  Xəstə  yaxınlarına    və 

xəstəyə cərrahi əməliyyat  olunmasının vacibli-

yi bildirildi. Xəstə əməliyyat öncəsi müayinələr 

edildikdən sonra  əməliyyat otağına alındı.  4 

saatlıq əməliyyat  qan itkisi minimum olmaq-

la uğurla icra edildi, onurğa əyriliyi düzəldildi. 

Xəstə bir gün sonra ayağa qaldırılaraq yeridil-

di. Onu qeyd etmək istəyirəm ki,  bu əməliyyat 

üçün ciddi infrastruktur və kadr hazırlığı olma-

lıdır. Skolioz əməliyyatı tam bir komanda işidir" 

- deyə t.e.n., Dr.  Elviz Qasımov qeyd etmişdir.

Elm və texnologiyanın müasir dövrdə 

bizə  verdiyi  zövqlə  yanaşı,  o  qədər  də 

zərərli olduğunu unutmamalıyıq. Texno-

logiya  inkişaf  etdikcə  fiziki  fəallıq  mini-

mum  həddə  çatır.  Günün  çox  hissəsini 

masa,  kompüter  arxasında  otururuq. 

Evdən  işə,  qonaqlığa,  görüşlərə  piyada 

deyil, avtomobillə gedirik. Bütün bunlar 

insana  gözəllik,  yaraşıq  verən  qamətin 

əyri  olmasına  gətirib  çıxarır.  Normal 

qamətə  sahib  olmaq  üçün  uşaq  yaşın-

dan düzgün yerimə, oturma qaydalarına 

əməl  etmək  lazımdır.  Məsələn,  beli  əyri 

tutaraq gündəlik yerimə vəziyyəti, kom-

püter  qarşısında  boynu  əyri  vəziyyətdə 

saatlarla oturma, ağır çantaları yalnız bir 

çiyində saxlama, zəif fiziki bədən onurğa 

əyriliklərinə  gətirib  çıxarır.  Bu  səbəbdən 

ən  ciddi  xəstəliklərdən  olan  skoliozdan 

bəhs etmək yerinə düşər...

Hal-hazırda  50-80  %  uşaqlar-

da  qamətin  bu  və  ya  digər  əyrilikləri 

müşahidə  olunur.  5-9  %  uşaqlarda  isə, 

onurğa  sütununun  ən  ağır  formalı  de-

formasiyalarından  hesab  edilən  və  son 

nəticədə  hətta  əlilliyə  səbəb  ola  bilən 

skolioz xəstəliyi aşkar edilir.  Məhz buna 

görə ortoped həkimlər əbəs yerə  “sağ-

lam  onurğa  -  sağlam  insan  deməkdir” 

ifadəsini işlətmirlər.

Skolioz  (yunan  dilindən  tərcumədə 

"skoliosis"-  əyrilik)  -  onurğa  sütünu-

nun  yanlara  əyilməsi  olub,  daxili  or-

qanların  funksiyasının  və  kosmetik 

görünü¬şünün  pozulması  ilə  müşahidə 

olunan xəstəlikdir. 

Təsnifatı:

•  İdiopatik  skolioz  (70-80  %)  qızlar-

da  adətən  12  yaşında,  oğlanlarda 

isə  14  yaşında  inkişaf  etməyə  baş-

layır.  Xəstəlik  məktəbdə  profilaktik 

müayinələr  zamanı  aşkarlanır.  Bu 

zaman  onurğa  deformasiyasından 

başqa,  qabırğalarda  dəyişiklik  və 

nəfəsalmada  pozğunluqlar  yaranır. 

Diaqnozun  vaxtında  qoyulması  üçün 

profilaktik  tədbirlərin  görülməsi  çox 

vacibdir. 

•  Anadangəlmə  skolioz  onurğa  struk-

turlarının  malformasiyası  nəticəsində 

meydana çıxır. Anadangəlmə onurğa 

xəstəliklərinə,  adətən  digər  orqanla-

rın  da  anomaliyaları  ilə  birlikdə  rast 

gəlinir.  Bunlara  isə  sinir  sistemi  və 

ürək daxildir.

•  Sinir-əzələ mənşəli skolioz sinir sistemi-

nin pozğunluqları ilə əlaqədar meydana 

çıxan bir növüdür. Məsələn, uşaq sereb-

ral iflici, onurğa fəqərələrinin çatı, əzələ 

distrofiyası, kürək nahiyəsinin travması, 

onurğa şişləri, neyrofibromatoz.

Xəstənin şikayətləri

•  Ağrı (uşaq və gənclərdə çox vaxt ağrı 

olmur)

•  Kosmetik görünüş



•  Tənəffüs  pozulması  (ciddi  əyrilikdə 

60-70%)


•  Nevroloji (Uyuşma, güc zəifləməsi)

Diaqnostikasında  klinik  və  radiolo-

ji  dəyərləndirmədən  istifadə  edilir.  Sü-

mük inkişafı tamamlanmamış xəstələrdə 

əyrilik  20%  -  gimnastika+təqib,  əyrilik 

20-40%    -  gimnastika  +korset+təqib, 

əyrilik 40%-dən çox olduğu halda mütləq 

cərrahi  əməliyyat  tətbiq  edilməklə  ara-

dan qaldırılır.

Azərbaycanda  təxminən  hər  1000 

nəfərdən 10-da bu və ya digər dərəcədə 

skolioz müşahidə edilir. Adətən xəstəliyin 

üstünə vaxtında düşülmür, insanın vücu-

du əyilir və donqarlıq əmələ gəlir. Bu da 

yalnız  cərrahi  əməliyyatla  müalicə  edi-

lir. Skolioz cərrahiyyəsi dünyada ən ağır 

əməliyyatlardan  biridir.  5-6  saatdan  12 

saatadək  davam  edir.  Odur  ki,  ən  kiçik 

yaşlardan  belə  valideynlər  körpələrini 

nəzarətdə saxlamalıdır.



Məsləhət: 

Profilaktik  olaraq  uşağı  ildə  bir  dəfə 

həkim-ortopedə göstərmək lazımdır.

Erkən  yaşlarda  keçirilmiş  raxit 

xəstəliyi  onurğa  sütunu  əyriliklərinin  ən 

çox təsadüf edilən səbəblərindən biri he-

sab edilir. Körpələrdə raxitin profilaktika-

sı - düzgün qidalanma, günəş vannaları, 

müalicəvi  idman  və  masajdan  ibarətdir. 

Raxit  xəstəliyinin  əsas  əlamətləri  – 

tərləmə, uşaqda olan narahatlıq hissi və 

s.-lə müşahidə edilir.

Kiçik yaşlı uşaqlarda onurğa sütunu-

nun  sağa  və  sola  əyilməsi  bir  çox  baş-

qa  hallarda  da  baş  verə  bilər.  Məsələn, 

uşağı  həmişə  qucağınızda  eyni  tərəfdə 

gəzdirirsinizsə,  uşaq  hələ  sərbəst  otur-

mağı bacarmadığı zaman onu yastıqlara 

söykədib  oturdursunuzsa,  uşağı  erkən 

olaraq  ayaq  üstə  dayandıraraq  onu 

gəzdirməyə  çalışırsınızsa,  gəzinti  zama-

nı  hər  dəfə  onun  eyni  əlindən  tutursu-

nuzsa,  yumşaq  yataqda  yatırdırsınızsa 

və s. İməkləmə bel əzələlərini çox yaxşı 

möhkəmləndirir, bununla da yuxarı yaş-

larda onurğa sütununun əyilməsinə qar-

şı profilaktik tədbir görülmüş olar. Buna 

görə də, valideynlər hər vasitə ilə uşağı 

iməkləməyə meylləndirməlidirlər.

Məktəb  yaşlı  uşaqlarda  düzgün 

oturma  bacarığı  olmadığından,  onla-

rın  onurğa  sütunu  bir  çox  hallarda  de-

formasiyalara  məruz  qalır.  Ona  görə  də 

uşağın çantanı çiyində simmetrik asma-

sına, stolda düzgün oturmasına nəzarət 

edilməlidir. 

Uşağın  düzgün  fiziki  inkişafı  -  onur-

ğa  sütunu  əyriliyinin  gözəl  profilakti-

kasıdır.  Bunun  üçün  uşaq  təmiz  havada 

çox  olmalı,  qaçmalı,  hərəkətli  oyunlar-

da, gəzintilərdə iştirak etməlidir. Hər bir 

uşaq  hər  gün  səhər  idmanı  etməlidir. 

Bu,  bədənin  müxtəlif  əzələ  qrupları-

nın kifayət qədər möhkəmlənməsinə və 

qamətin şux olmasına kömək edir. 

Uşağın  yatağı  da  rahat  olmalıdır.  Bu 

zaman yataq çox yumşaq deyil, bir qədər 

bərk  olmalıdır.  Bu  baxımdan  müasir  or-

topedik  döşəklərə  üstünlük  verilməlidir. 

Uşağın  yastığı  həddən  artıq  hündür  və 

yumşaq  olmamalıdır.  Onun  yastığının 

nazik və düzbucaq şəklində olması daha 

məsləhətlidir.


Yüklə 207,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin