Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 12,94 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix31.01.2017
ölçüsü12,94 Mb.
#7112
1   2   3   4   5   6   7   8   9   ...   18

 

75 

 

 



76 

 

 



77 

 

 



78 

 


79 

 


80 

 


81 

 


82 

 

 



83 

 

 



84 

 

 



85 

 

 



86 

 

 



87 

 

 



88 

 

 



89 

 

 



Xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik 

sistemi 

 

Tarixi-coğrafi  sərhədləri:  Tarixi  Azərbaycan  torpaqlarında  yaranan 

müstəqil  dövlət  qurumlarından  biri  olan  İrəvan  xanlığı  XVIII  əsrin  II  yarısında 

Şimali  Azərbaycanın  cənub-qərb  torpaqlarını  əhatə  edərək  Araz  çayının  hər  iki 

sahilində  yerləşirdi.  İrəvan  xanlığının  tarixi-coğrafi  sərhədləri  haqda  müxtəlif 

məlumatlar mövcuddur. 

N.Dubrovin, qısa da olsa, İrəvan xanlığının sərhədləri haqqında məlumat 

vermişdir. O, xanlığın şimaldan Pəmbək, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə 

xanlığı,  şərqdən  Qarabağ  və  Naxçıvan  xanlıqları,  cənub  və  qərbdən  isə  İran  və 

Osmanlı  əraziləri  ilə  həmsərhəd  olduğunu  yazır  [149,  327].  S.D.Burnaşev  haqlı 

olaraq  Azərbaycan  xanlıqlarının  siyasi-coğrafi  sərhədlərinin  fasiləsiz  müharibələr 

nəticəsində  daim  dəyişdiyini

*

  qeyd  edir  [40,  25-26].  Lakin  müəllif  İrəvan 



xanlığının  qonşu  dövlətlərlə  sərhədlərini  təsvir  edərkən  yanlış  olaraq  xanlığın 

yalnız  Arazın  sol  sahilində  yerləşdiyini  göstərir  [40,  17].  Müxtəlif  mənbələrin 

təsvirlərində  İrəvan  xanlığının  Araz  çayının  əsasən  sol  sahilində,  qismən  isə  sağ 

sahilində  yerləşdiyini  izləmək  mümkündür

**

  [95,  351-353;  149,  327;  71,  V,  253; 



bax: bölmənin sonu, xəritə 3,4]. 

61°-64° şərq uzunluq dairəsi və 41°-39° şimal en dairəsi arasında yerləşən 

İrəvan  xanlığı  məhsuldar  Ağrı  vadisini  öz  hüdudları  daxilinə  almaqla  şimaldan 

Şörəyel,  Pəmbək,  Şəmşəddil,  Qazax  sultanlıqları,  şimal-şərqdən  Gəncə,  şərqdən 

Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy xanlığı, Maku xanlığı və Bayazid 

paşalığı,  qərbdən  Kağızman  və  Qars  paşalıqları  ilə  həmsərhəd  idi.  Ümumilikdə 

İrəvan xanlığının ərazisi 11,000 kv.verstə bərabər idi

*

 [bax: 71, IV, 253; 106,34].  



Xanlığın siyasi-coğrafi sərhədləri qərbdə Arpaçaydan, Qızılkilsə kəndinin 

yanından  şimaldan  cənuba  doğru  uzanır,  sonra  bir  qədər  şərqə  tərəf  dönməklə 

Arpaçayın aşağı axarı üzərindəki Hacı Bayramlı kəndinə doğru gedir, buradan çayı 

keçib qərbə doğru uzanır və Qəribdağ silsiləsinə çatırdı. Burada sərhəd Arazı keçir 

və həmin dağsilsiləsi ilə şimal-qərbə tərəf - Koroğlu dağına qədər uzanırdı. Sonra 

əvvəlcə  şimal-şərqə,  daha  sonra  isə  azacıq  şimala  dönməklə,  su  paylanan 

yüksəkliyə  -  Kiçik  Ağrıya,  bundan  sonra  isə  şimal-qərbə  Araza  qədər  uzanırdı 

[bax: bölmənin sonu, şəkil 12]. Burada Arazın sərhədini kəsərək Naxçıvanı Şərur 

düzənliyi  ilə  ayıran  dağ  silsiləsilə  uzanır,  daha  sonra  Gözəldərə  dağ  silsiləsi  ilə 

                                                           

*

  Şörəyel  və  Pəmbək  ərazisi  xanlığın  əlindən  alınaraq  sultanlıq  şəklində  Rusiya  imperiyası  tərəfindən 



Kartli-Kaxeliyə verilmişdi [71,1, 294].

 

**



  İrəvan  xanlığının  Rusiya  imperiyası  tərəfindən  işğalından  sonra  tərtib  olunmuş  xəritələrdə  belə 

xanlığın ərazisinin Araz çayının hər iki sahilində yerləşdiyini izləmək mümkündür [bax: xəritə 1. 2,3].

 

*

 Təsvir Dimitri Zubarevə məxsusdur [bax: 71. IV, 253].



 

90 

 

Zəngəzur dağlarının şimal parçası ilə Göyçə gölünü və onun şərqindəki dağları öz 



içərisinə  alırdı.  Bundan  sonra  isə  xanlığın  sərhədləri  Pəmbək  dağlarını  və 

Alagözün şimal yamacını Arpaçayla birləşdirən xətlə Bazarcıq kəndinin üstündən  

 

keçərək Qızılkilsə kəndinə qədər gəlib çatırdı



**

 [95, 351-352; 214, 31-32]. 

Hüseynəli  xanın  hakimiyyəti  illərində  (1762

***


-1783)  İrəvan  xanlığının 

sərhədləri  daha  da  genişlənərək  Şörəyel  bölgəsini  də  əhatə  etmişdi  [214,  31-32]. 

Melikset bəyin "Gürcü mənbələri"nə əsaslanan A.R.Qriqoryan yazır:" 1779-cu ildə 

gürcü knyazı II İrakli İrəvan xanlığına qarşı hücuma keçərək Şörəyeli işğal etdi və 

onun  hakimi  Sultan  Qəhrəmanı  özünə  tabe  etdi".  Bu  işğaldan  sonra  Şörəyelin 

yenidən azad olunub İrəvana qaytarılması məsələsi xanlığın xarici siyasətinda daim 

diqqət mərkəzində olmuşdur [105, 178; 214, 32]. 

1795-ci  ildə  Ağa  Məhəmməd  xan  Qacar  İrəvan  xanlığını  özündən  asılı 

hala  saldı.  Bundan  sonra  Pəmbək,  Qazax  və  Borçalını  xüsusi  fərmanla  irəvanlı 

Məhəmməd  xana  verdi  [149,  65].  Lakin  az  sonra  -  1796-cı  ildə  V.Zubovun 

başçılığı ilə Rusiya qoşunları Azərbaycana hücum etdi. Ağa Məhəmməd xan Qacar 

İranın  içərilərinə  çəkilməyə  məcbur  oldu.  Bunun  nəticəsində  İrəvan  xanı 

Məhəmməd xan Ağa Məhəmməd xan Qacarın ona verdiyi Azərbaycan torpaqlarını 

Pəmbək,  Qazax  və  Borçalını  öz  hakimiyyəti  altında  saxlaya  bilmədi.  1797-ci  ilin 

yazında Ağa Məhəmməd şah Qacar Azərbaycana ikinci dəfə yürüş edərək Pəmbək 

və Borçalını yenidən İrəvan xanına verdi, Şəmşəddil və Qazaxı isə gəncəli Cavad 

xana verməyi İraklidən tələb etdi [149, 207; 214, 33] Ağa Məhəmməd şahın həmin 

ilin  iyul  ayında  Şuşada  qətlə  yetirilməsi  bu  planın  reallaşdırılmasına  imkan 

vermədi.  Digər  tərəfdən,  irəvanlı  Məhəmməd  xan  həbs  olunaraq  İrana  aparıldı. 

İrəvanlı Məhəmməd xan İrandan qayıtdıqdan sonra 1801-ci ilin əvvəlində Şörəyeli 

tutdu.  Şörəyel  1805-ci  ilin  yazında  Rusiya  tərəfindən  işğal  edilənə  qədər  İrəvan 

xanlığının tərkibində qaldı. 



İnzibati  ərazi  bölgüsü:  Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi, 

İrəvan  xanlığı  da  inzibati-ərazi  quruluşuna  görə  mahallara,  mahallar  isə  kəndlərə 

bölünmüşdü [bax: bölmənin sonu, xəritə 3]. 

İrəvan   şəhəri şimaldan   Qırxbulaq,   qərbdən   və   cənubdan Zəngibasar 

mahalları  ilə,  şərqdən  isə  onu  Qərbibasar  (Körpübasar)  mahalından  ayıran 

Oxçuberd  dağının  daşlı  pillələri  ilə  həmsərhəd  idi.  İrəvan  şəhəri  onu  əhatə  edən 

                                                           

**

  İrəvan  xanlığının  ərazisi  və  sərhədlərindən  bəhs  edən  bütün  əsərlərdə,  bir  qayda  olaraq,  bütün 



yer  adları,  toponimlər  yalnız  Azərbaycan  türkcəsindədir,  daha  doğrusu,  Azərbaycan  xalqına

 

məxsus  adlar  və  yaşayış  məskənləridir.  Erməni  mənbəsi  sayılan  "Cambr"da  bu  cür  toponimlər 



yüzlərlədir  [bax:  bölmə  2,  əlavə  №  4].  Erməni  müəllifi  V.A.  Qriqoryan  belə  öz  əsэrində  bütün 

toponimlərin  əksəriyyətinin  əvvəlcə  Azərbaycan  türkcəsində,  sonra  isə  mötərizə  içərisində  fars

 

dilindən  götürmə  sözlərlə  erməniləşdirilmiş  şəklini  vermişdir.  Məsələn:  Arpaçay  (Axurya"! 



Gözəldərə (Vardenis) və s. [214, 31-32 və s.].

 

***



 İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyətə gəlməsi dövrün mənbəsində "Cambr‖da 1759-1760-

cı illərdən başlayaraq xatırlanır [105, 137].

 


91 

 

bağlarla  birgə  geniş  ərazini  əhatə  edirdi.  Onun  sahəsi  28  verstə  bərabər  idi  [95, 



463-464;  Bax:  bölmənin  sonu,  şəkil  5,  6,  7,  8,  11].  İrəvan  xanlığının  paytaxtı, 

müstəqil inzibati mərkəz olan İrəvan şəhəri iki hissəyə - içəri şəhər (qala) və bayır 

şəhər hissəsinə bölünmüşdü [bax: bölmənin sonu, xəritə: 2, 4]. 

İçəri şəhər əsasən İrəvan qalasından ibarət idi. İrəvan qalası 1583-cü ildə 

Osmanlı sərkərdəsi Fərhad paşa  tərəfindən tikilmiş, sonralar dəfələrlə  dağıdılmış, 

yenidən  bərpa  edilmiş,  XVIII  əsrin  sonunda  kifayət  qədər  möhkəmləndirilmiş  və 

dəfələrlə ağır mühasirələrə tab gətirmişdi. İrəvan qalası Zəngi çayının sol sahilində 

yerləşirdi.  Qala  üç  tərəfdən  dərin  xəndəklə,  digər  tərəfdən  isə  Zəngi  çayının 

sahilində sıldırımda tikilmiş 2 hündür divarla  əhatə olunmuşdu. Qalanın iki qapısı 

vardı:  şimalda  məşhur  Şirvan  qapısı,  cənubdan  Təbriz  qapısı.  Mühasirə  zamanı 

sudan  istifadə  etmək  üçün  qaladan  Zəngi  çayına  çıxış  da  var  idi  [71,IV,290; 

200,41]. 

1813-cü ildə burada olan Qaspar Druvil yazırdı: «İrəvan qalası iki divarla 

əhatə  olunub,  şəhərdən  yarım  top  atəşi  məsafəsində  yerlaşir.  Qala  uzun  müddət 

Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfəvilərin - 

red.) hakimiyyəti altındı qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç 

nizami  tabor,  qalanı  qoruyan  60  top  və  süvari  artilleriya  bölüyünün  yarısını 

saxlayır [49,8]». 

İrəvan qalasının içərisində sərdarın sarayı, hərbçilərin evləri, dükanlar və 

iki  məscid  vardı.

*

  Qalanın  içərisinə  2  yerdən  –  Zəngi  çayından  və  cənub-şərq 



tərəfdən  -  Qırxbulaq  çayından  yeraltı  yolla  su  çəkilmişdi  [bax:  bölmənin  sonu, 

şəkil  3,  4].  Rusiya  işğalına  qədər  İrəvan  qalasında  800  ev  vardı.  Lakin  işğaldan 

sonra bu evlərin çoxu dağıdılmışdı [71,IV. 290]. 

Bayır səhər əsasən   üç  böyük  məhəllədən  ibarət  idi. Həmin məhəllələr 

bunlar idi: 



Şəhri  (Əski  şəhər)  məhəlləsi  -  şəhərin  şimal-şərq  hissəsini  əhatə  edərək 

Qırxbulaq  çayının  sağ  sahili  ilə  İrəvan  qalasına  kimi  uzanırdı.  Şəhərin  mərkəzi 

bazarı  və  bütün  meydanları,  bir  çox  karvansaraları  və  hamamları  bu  hissədə 

yerləşirdi [95, 464; 200, 46; Bax: bölmənin sonu, cədvəl 3; şəkil 9, 10, 14].  



Təpəbaşı  məhəlləsi  -  Zəngi  çayı  ilə  Şəhri  məhəlləsinin  arasındakı 

təpəlikdə  yerləşirdi.  Bu  məhəllə  şəhərin  qərb  hissəsini  əhatə  edirdi.  Təpəbaşı 

məhəlləsini  Şəhri  məhəlləsindən  İrəvanın  adlı-sanlı  adamlarının  çoxsaylı  bağları 

ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi [95, 464-

465; 200, 46]. 

Dəmirbulaq  məhəlləsi  -  Şəhri  məhəlləsindən  cənub-şərqdə,  İrəvan 

qalasının  şərqində  yerləşirdi.  Cəfər  bəy  məscidi  və  hamamı,  həmçinin  Həsənəli 

hamamı  və  Susuz  karvansarası  burada  yerləşirdi  [95,  465;  214,  40;  200,  47]. 

Yuxarıda göstərilən məhəllələrin sakinləri Azərbaycan türkləri idi [200, 47]. 

                                                           

*

  İrəvan  şəhərində  qeydə  alınan  məscidlər  bölmənin  sonundakı  cədvəldə  verilmişdir  [bax:  cədvəl  2; 



şəkil 9, 10, 14].

 


92 

 

XVI  əsrdə  osmanlı  yürüşləri  zamanı  sultanın  katibi  olmuş  İbrahim 



Rəhimizadə İrəvan  şəhərini "Azərbaycan  mülkünün  gözü" adlandırmışdı [9. 169]. 

XIX  əsrin  I  qərinəsində  Rusiya  tərəfindən  işğal  olunmasına  baxmayaraq,  sonrakı 

dövrlərdə də İrəvan şəhəri öz gözəlliyini və  Azərbaycan türklərinə  məxsusluğunu 

saxlayırdı.  B.Jelixovskaya  bu  haqda  yazır:  "İrəvan  görünüşünə  görə  bütünlüklə 

tatar  (Azərbaycan  -  red.)  şəhəridir,  uzaqdan  çox  gözəldir.  Şəhərin  yerləşdiyi 

düzənlik nəhəng çiçək səbətinə bənzəyir. Ağ evlər, qüllələr, qalanın xarabalıqları, 

rəngbərəng  kaşılarla  üzlənmiş  məsçid  və  təmtəraqlı  minarələr:  bunların  hamısı 

bağların  içərisində  itir,  piramidaşəkilli  sərvlərin  xiyabanı  ilə  dövrələnir,  hər  şey 

üzüm tənəkləri, sarmaşıq xalçaları ilə əhatə olunmuş, hamısı qızılgül və nar kolları 

ilə  bəzədilmişdi.  Zəngi  çayı  yüksək  dağdan  şəlalə  kimi  düzənliyə  tökülür  və 

qayalarda  dərin  yataq  açaraq  şəhərə  doğru  yönəlir  və  hər  cür  yaşıllığın  keçilməz 

cəngəlliyində itir" [154, 40-42]. 1836-cı ildə Leqkobıtov tərəfindən tərtib olunmuş 

mənbənin  məlumatına  görə,  İrəvan  qalasının  ətrafında  bayır  şəhərdə  1736  ev,  5 

meydan,  8  məscid,  5  kilsə,

*

  6  karvansara,  1670  dükan,  9  ictimai  hamam,  1470 



üzüm  və  meyvə  bağı,  40  dəyirman,  6  ding  vardı  [71,  IV.  291].  Leqkobıtovdan 

fərqli  olaraq,  İ.Şopen  İrəvan  şəhərində  1730  ev  olduğunu  göstərir.  Bu  evlərdən 

792-si  Şəhri  (Əski  şəhər),  622-si  Təpəbaşı,  322-si  isə  Dəmirbulaq  məhəlləsində 

yerləşirdi [95,468]. 



Sərdarabad  qalası  İrəvan  qalasından  sonra  ikinci  ən  böyük  qala-şəhər 

olmaqla  bərabər  Azərbaycanın  ən  möhtəşəm  orta  əsr  qalalarından  biri  idi. 

İ.Şopenin məlumatına görə, bu qalanın əsası İrəvan xanı Hüseyn xan (Hüseynqulu 

xan Qacar - red.) tərəfindən təqribən 1810- cu ildə qoyulub [95,255]. Araz çayının 

sol  sahilində  yerləşən  Sərdarabad  qalasının  ikiqat  hörgülü,  hündür  divarları 

uzunsov  dördbucaqlı  formasında  idi.  Top  yerləşdirmək  üçün  uzun  (yan)  divarları 

da  6,  qısa  divarlarda  isə  4  bürcü  var  idi.  Dərin  xəndəklə  əhatə  olunan  qalanın 

dövrəsi 4 verstə yaxın idi. Burada sərdarın sarayından başqa l700-dək ev, 1 məscid, 

33 dükan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus 

geniş  bağ  vardı.  Əhalisi  əkinçilik,  maldarlıq,  xırda  ticarət,  bez  toxuculuğu, 

dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdu [71.IV.291-292]. 

Digər  mənbənin  məlumatında  Sərdarabad  qalası  dairəvi  qülləsi  olan  çiy 

kərpicdən  tikilmiş  divarlarla  əhatə  olunmuşdu.  Keçmiş  Sərdarabad  kəndi  qalanın 

içərisində  yerləşirdi  [59,28]. Sərdarabad  qalası  üç  tərəfdən  ikiqat  divarlarla  əhatə 

olunmuşdu, yalnız cənub tərəfdən təkqat divara malik idi [32,564]. 

Xanlıq  inzibati  cəhətdən  mahallara  bölünürdü  [bax:  95,442-446;  50,31]. 

Mahalları mahal bəyləri və ya naiblər idarə edirdi. Mahal bəyi və ya naib vəzifəsi 

irsi  idi.  Lakin  yeni  mahal  bəyi  və  ya  naib  hər  dəfə  xan  tərəfindən  təsdiq  edilirdi. 

Naiblər mahalın inzibati, mühafizə və bəzən məhkəmə işlərinə də cavabdeh idilər. 

Kəndlər  yüzbaşı  və  kəndxudalar  tərəfindən  idarə  olunurdu.  Xanlığın 

                                                           

*

 Bu kilsələr İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra, ermənilərin xüsusi məqsədlə Osmanlı 



imperiyası və Qacarlar İranından köçürülərək İrəvan şəhərində yerləşdirilməsindm sonra inşa edilmişdi.

 


93 

 

idarəetmə  sistemində  çalışanlar,  demək  olar  ki,  aylıq  məvacib  almırdılar.  Onlara 



xidmətləri müqabilində məvacib xəzinə üçün toplananvergi hesabına ödənilirdi. 

İrəvan  xanlığının  ərazisi  əvvəllər  inzibati  cəhətdən  12  mahala 

bölünmüşdü.  Sonralar  Hüseynqulu  xan  Qacar  daha  3  yeni  mahal  yaradaraq 

mahalların  sayını  15-ə  çatdırdı  [200,33].  Xanlıq  mahallara  bölünərkən  xanlıq 

ərazisindəki  suvarma  sistemindən  bütün  mahalların  istifadə  edə  bilməsi  nəzərə 

alınmışdı.  Bu  da  xanlıq  ərazisində  kənd  təsərrüfatının  inkişafı  üçün  həlledici 

əhəmiyyətə malik idi. İrəvan xanlığına aşağıdakı mahallar daxil idi [bax: bölmənin 

sonu, cədvəl 2]. 



Qırxbulaq  mahalı.  Bu  mahal  İrəvan  şəhərinin  şimal  və  cənubunu  əhatə 

edirdi.  Cənubdan  Araz  çayı,  şimaldan  Dərəçiçək,  qərbdən  Gərnibasar,  şərqdən 

Gərni - Vedibasar mahalları ilə həmsərhəd idi. 

XVIII  əsrin  sonunda  bu  mahal  ayrı-ayrılıqda  Qırxbulaq  və  Zəngibasar 

mahalları  kimi  verilir.  İrəvan  xanı  Məhəmməd  Hüseyn  xan  Qacara  məxsus 

mülklərin 

siyahısından 

da 


məlum 

olur 


ki, 

Zəngibasar 

kəndlərinin çoxu Qırxbulaq mahalının içərisində verilmişdir [214,33]. 

XIX  əsrin  birinci  rübünə  aid  mənbədə  Qırxbulaq  mahalı  artıq  iki  adla 

təqdim  olunur:  Qırxbulaq  mahalı  və  Zəngibasar  mahalı  [95,  442  ]. 

İ.Şopen  Qırxbulaq  mahalına  məxsus  48  kənd  qeydə  almışdır  və  bu 

kəndlərdən  26-nın  artıq  dağıldığını  qeyd  edir  [bax:  95,  509-510,  543- 

544]. 


Məhz 

bu 


məlumata 

əsaslanan  C.Bornoutyan  mərkəzi  Kənəkir 

olmaqla bu mahala 22 kəndin daxil olduğunu qeyd edir [200, 38]. 

XVIII  əsrdə  Qırxbulaq  mahalının  tərkibində  olan  Zəngibasar  mahalı  da, 

artıq,  XIX  əsrin  əvvəlində  tamamilə  ondan  ayrılmışdı.  İ.Şopen  Zəngibasar 

nıahalına məxsus 33 kənd qeydə almışdır və bu kəndlərdən 7-nin artıq dağıldığını 

qeyd  edir  [bax:  95,  510,  547-548].  Məhz  buna  görə  C.Bornoulyan  Zəngibasar 

mahalına mərkəzi Uluxanlı olmaqla 26 kəndin daxil olduğunu yazır [200, 35]. 



Gərni -  Vedibasar mahalı. Matenadaranda saxlanılan sənədlər siyahısına 

əsasən,  bəhs  edilən  dövrdə  bu  mahal  birləşmiş  mahal  olub  Azad  (Gərniçay) 

çayından suvarılan və  Arazdan şimala  tərəf olan torpaqları, həmçinin Vediçay və 

Qapançay  hövzəsindən  suvarılan  vadiləri  əhatə  edirdi.  Şimaldan  Göyçə,  şərqdən 

Şərurla  həmsərhəd  idi  [214,34].  Bu  mahal  da  sonralar  iki  yerə  -  Gərnibasar  və 

Vedibasar

*

 mahallarına bölünmüşdü [95, 442-443]. 



Araz  çayının  sol  sahilində  yerləşən  Gərnibasar  mahalı  şimaldan 

Qırxbulaq, qərbdən Zəngibasar, cənubdan qismən Araz çayı və Vedibasar mahalı, 

                                                           

*

  Vedibasar  toponimi  iki  kümponentdon  -  "vedi"  -  ərəbcə  vadi,  "basar"  –  Azərbaycan  türkcəsində 



basmaq  (çayın  daşaraq  ətrafları  basması)  felindən  düzəlmişdir.  İrəvan  bölgəsin  Vedi  adlı  kiçik  çayın 

olması  məlumdur  [171,50].  Bundan  əlavə,  İrəvan  bölgəsində  Böyük  V  adlı  kənd  olmuşdur.  Rusdilli 

mənbədə kəndin adı ərəbcə Vedi Ulya forrnasında verilir [95.53 Kəndin aborigen əhalisi — Azərbaycan 

türkləri  1918-ci  ildə  ermənilər  tərəfindan  zorla  qovulan  əvəzində  1915-1918-ci  illərdə  Türkiyədən 

gəlmə erməniləri yerləşdirilmişdi [bax: 110, 162, 169-170]

 


94 

 

şərqdən  isə  Göyçə  mahalını  ondan  ayıran  yüsək  dağlarla  həmsərhəd  idi.  İ.Şopen 



Gərnibasar  mahalına  məxsus  95  kənd  qeydə  almışdır  və  bu  kəndlərdən  43-nün 

artıq  dağıldığını  qeyd  edir  [Bax:  95,442,510-511,547-555].  C.Bornoutyan  isə 

dağılmayan  kəndləri  nəzərdə  tutaraq  Gərnibasar  mahalına  mərkəzi  Qəmərli 

olmaqla 52 kəndin daxil olduğunu yazır. Ərazisindən axan Gərni çayı bütün mahalı 

su ilə təmin edirdi [200, 35]. 

Araz  çayının  sol  sahilində  yerləşən  Vedibasar  mahalı  şimaldan 

Gərnibasar, qərbdən Araz çayı, cənub və cənub-şərqdən Şərur mahalı və Naxçıvan 

xanlığı, şərqdən Göyçə mahalı ilə həmsərhəd idi. Vediçay və Qapan çayı mahalı su 

ilə təmin edirdi [95,442-443]. İ.Şopen Vedibasar mahalına məxsus 54 kənd qeydə 

almışdır  və  bu  kəndlərdən  33-nün  artıq  dağıldığını  qeyd  edir  [95,511-512,555-

556].  Məhz  buna  görə  də  C.Bornoutyan  mərkəzi  Dəvəli  olan  Vedibasar  mahalına 

21 kəndin daxil olduğunu yazır [200,35]. 



Şərur  mahalı.  İrəvan  xanlığının  cənub-şərqində  yerləşən  bu  mahal 

şimaldan  Vedibasar  mahalı,  qərbdən  Araz  çayı,  cənubdan  və  cənub-  şərqdən 

Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Şərq hissəsi Arpaçay vasitəsilə iki 

yerə  bölünürdü  [95,443,]. İ.Şopenin  siyahıyaalmasında  61 kənddən  ibarət  olan  bu 

mahalın  11  kəndi  tamamilə  dağıdılmışdı  [95,  512,555-563].  C.Bornoutyana  görə, 

mərkəzi  Əngiçə  olan  bu  mahal  50  kəndə  nəzarət  edə  bilirdi.  Arpaçay  mahalın 

bütün suvarma sistemini təmin edirdi [200,35]. 

Sürməli  mahalı.  İrəvan  xanlığının  cənub-qərb  ərazilərini  əhatə  edən  bu 

mahal  Araz  çayının  sağ  sahilində  yerləşirdi.  Mahal  şimal  və  şimal-şərqdən  Araz 

çayı ilə, qərbdən Dərəkənd - Parçenis mahalı, cənubdan onu Bayazid paşalığından 

ayıran  Ağrıdağ  silsiləsi  ilə  həmsərhəd  idi.  Əsas  suvarma  mənbəyi  Araz  çayından 

çəkilən  arxlar  olan  bu  mahalın,  İ.Şopenin  təsvirinə  görə,  78  kəndindən  28-i 

tamamilə  dağıdılmışdı  [95,  443,  512-513,  563-567].  Sürməli  İrəvan  xanlığının  ən 

sıx əhalisi olan mahalı idi. Əhalisi əsasən qoyunçuluqla məşğul idi. C.Bornoutyan 

mərkəzi  İğdır  olan  bu  mahalın  49  kəndi  əhatə  etdiyini  qeyd  edir  [200,35].  Lakin 

İ.Şopen Sürməli mahalında 50 kəndin yararlı olduğunu göstərir [Bax: 95,563-567]. 

Dərəkənd - Parçenis mahalını Hüseynəli xan Qacar Sürməli mahalından 

ayıraraq təşkil etmişdi. Bu mahal İrəvan xanlığının cənub-qərb qutaracağında, Araz 

çayının  sağ  sahilində  yerləşirdi.  Dərəkənd  -  Parçenis  mahalı  şimaldan  Səədli 

mahalı, cənub-qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd 

idi.  Yeni  mahal  Bayazid  sərhədindən  Araz  çayına  doğru  uzanan  Parçeniş, 

Dərəkənd,  Parnaud  dərə  vadilərini  əhatə  edirdi.  Dağıdılmış  8  kənddən  savayı, 

Parçeniş dərəsində 26, Dərəkənd dərəsində isə 54 yararlı kənd qeydə alınmışdı [95, 

443,  513,  571-574].  Məşhur  Goğb  (Qulp)  kəndi  və  eyni  adlı  duz  mədəni  burada 

yerləşirdi. Bu kənd artıq mahal mərkəz çevrilmişdi [200, 35-36]. 

Səədli  mahalı.

*

 İrəvan xanlığının  ən kiçik  mahalı sayılan  Səədli xanlığın 



                                                           

*

  "Səədli" qədim  Uirk  tayfalarından birinin adıdır.  Azərbaycan,  Türkiyə, Gürcüstan  ərazisində  onlarca 



"Səədli"  adlı  yaşayış  məntaqələri  var.  Bütün  bu  yaşayış  məntəqələri  eyni  adlı  türk  tayfasının 

95 

 

qərb  qurtaracağında  yerləşirdi.  Arpaçay  mahalı  iki  hissəyə  ayıraraq  Araz  çayına 



qovuşurdu.  Səədli  mahalı  şimadan  Talın,  qərbdən  Osmanlı  dövləti,  cənubdan 

Dərəkənd  -  Parçenis,  şərqdən  isə  Sərdarabad  mahalı  ilə  həmsərhəd  idi.  İ.Şopen 

Səədli  mahalına  məxsus  14  kənd  qeydə  almışdır  və  bu  kəndlərdən  5-nin  artıq 

dağıldığını,  qeyd  edir  [95,  444,  513, 575-576].  Məz  buna  görə  də  C.Bornoutyan,  

əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 

kəndi əhatə etdiyini qeyd edir [200, 36J. 



Talın  mahalı.  İrəvan  əyalətinin  şimal-qərbində  Alagöz  dağı  ilə  Arpaçay 

arasında  yerləşirdi.  Bu  mahal  şimaldan  Şörəyel,  qərbdən  onu  Qars  paşalığından 

ayıran  Arpaçayla,  cənubdan  Sərdarabad  və  Səədli  mahalları  ilə,  şərqdən  isə 

Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına məxsus 47 kənd 

qeydə almışdır və bu kəndlərdən 27-nin artıq dağıldığını qeyd edir [95, 444, 513-

514, 575-576]. C.Bornoutyan Talın mahalı əhalisinin çox olmadığını və yararlı 20 

kəndin  olduğunu  qeyd  edir.  Mahalın  mərkəzi  Talından  keçən  ticarət  yolu  Tiflis 

vasitəsilə  Qara  dənizə  və  Rusiyaya  gedirdi  [200.  36].  Məşhur  Talın  karvansarası 

burada yerləşirdi [Bax: şəkil 9]. 

Seyidli-Axsaxlı  mahalı

**

İki  tayfanın  adından  götürülmüş  mahal  Talın 



mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran 

mahalına  qədər  əraziləri  əhatə  edirdi.  Şimal-dan  Abaran,  qərbdən  Talın,  cənub-

qərbdən  az  bir  hissəsi  Sərdarabad-şərqdən  isə  tamamilə  Qərbibasar  mahalı  ilə 

həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət 

idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. 

Burada dağıdılmış kənd qeydə alınmayıb [95, 575-200. 36]. 



Sədarabad mahalı. Bu mahal İrəvan xanlığının ən böyük mahalından biri 

idi.  Sərdarabad  mahalı  Araz  çayının  şimal  sahillərində,  Sürməli  mahalının 

qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli 

mahalından  ayıran  Araz  çayı,  sərqdən  isə  Zəngibasar  və  Qərbibasar  mahalları  ilə 

həmsərhəd  idi.  İrəvan  xanı  Hüseynəli  xan  Qacarın  göstərişi  ilə  yaradılan  bu 

mahalda Hüseynqulu xan Qacarın göstərişi ilə I8l0-cu ilə yaxın məşhur Sərdarabad 

qalası  tikildi.  Hüseynqulu  xan  Qacar  burada  yaşayırdı  [95,  255].  Mərkəzi 

Sərdarabad şəhər-qalası olan bu mahalda 30 kənd qeydə alınmışdır. Bu kəndlərdən 

8-i  dağıdılmışdı.  Qeyd  etmək  lazımdır  ki,  sonralar  bu  mahalda  yaşayan  ermənilər 

məhz Rusiya işğalından sonra buraya əsasən Bayazid paşalığından köçürülənlər idi 

                                                                                                                                      

yadigarlarıdır. XVII əsrə aid mənbədə Səədin ölkəsi kimi qeyd olunur [34, 90, 193, 485 və s.].

 

**

 Seyidli — Arsaxlı mahalının adının birinci hissəsi — "Seyidli" sözü qədim Səədlu tayfasının adı ilə 



bağlıdır.  Hətta  erməni  mənşəli  Qərb  tarixçisi  C.Bornoutyan  da  öz  əsərində  bu  sözü  Səidli  şəklində 

yazmışdır [bax: 200, 36]. Mahalın adının ikinci hissəsindəki "Axsaxlı" sözü "axsaq "topal" mənasında 

deyil.  Bu  ad  Azərbaycanm  digər  yaşayış  məntəqələri  və  yer  adlarında  qorunub  saxlanılan  qədim  Sak 

tayfalarının adı ilə bağlıdır və əvvəllər "Ağsaxlı" kimi işlənmişdir. Məsələn-Şəki - Saki, Zakatala - Sak 

talası,  Axsaxlı  —  Ağ  Saklı,  Orsak  (Arsak)  —  ər  Sak  və  s.  Bundan  əlavə,  həmin  söz  Axcah-Ağacəri 

qədim Azərbaycan Qacar tayfalarının adı ilə də bağlı ola bilər İrəvan bölgəsinin qədimdən Ağcaqoyunlu 

Qacarların vətəni olmasını mənbələrin məlumatları təsdiq edir.

 


96 

 

[95, 444.514,579-584]. 



Qərbibasar  (Körpübasar)  mahalı.  Bu  mahal  şimaldan  Seyidli-Axsaxlı 

mahalı,  qərbdən  Sərdarabad,  cənubdan  Zəngibasar,  şərqdən  onu  Qırxbulaq 

mahalından  ayıran  Zəngi  çayı  ilə,  şimal-şərqdən  isə  qismən  Dərəçiçək  mahalı  ilə 

həmsərhəd  idi.  Gərni  çayı  ilə  suvarılan  bütün  torpaqlar  bu  mahala  daxil  idi. 

Qərbibasar  mahalında  49  kənd  qeydə  alınmışdır.  Bu  kəndlərdən  9-u  dağıdılmışdı. 

[95,445,514,583-588].  Abaransu,  Qərbi  çayı  və  Araz  çaylarının  qolu  mərkəzi 

Əstərək olan Qərbibasar mahalını su ilə təmin edirdi. C.Bornoutyana görə, xanlığın 

mərkəzi  İrəvan  şəhəri  və  erməni  katolikosluğunun  dini  mərkəzi  Üçkilsə  bu 

mahalda  yerləşirdi.  [200,37]. Lakin  mənbələrin  təsvirlərində  İrəvan  şəhəri  heç  bir 

mahala  tabe  olmayan  müstəqil  inzibati  ərazi  kimi  təqdim  olunur  [bax:  bölmənin 

sonu, xəritə 1, 3]. 

Abaran

*

 mahalı. İrəvan xanlığının  şimal qurtaracağında  yerləşən  Abaran 



mahalına böyük Alagöz dağlarından şimala və şimal-şərqə

 

doğru uzanan torpaqlar, 



Alagöz  və  Pəmbək  dağları  arasındakı  ərazilər  daxil  idi.  Mahal  yüksəklikdə 

yerləşən  torpaqları  əhatə  edərək  Abaransu  çayının  sahilində  yerləşirdi.  Abaran 

mahalı  şimaldan  Pəmbək,  şimal-qərbdən  Şörəyel,  cənubdan  Seyidli-Axsaxlı, 

şərqdan  isə  Dərəçiçək  mahalları  ilə  həmsərhəd  idi.  İ.Şopen  Abaran  mahalına 

məxsus 61 kənd qeydə almışdır və bu kəndlərdən 22-nin artıq dağıldığını qeyd edir 

[95, 445, 514-515, 587-591]. Mahalın ərazisinin, demək olar ki, daimi sakinləri az 

idi. Bura Gürcüstanla sərhəddə yerləşdiyindən zaman-zaman işğalçılara qarşı hərbi 

əməliyyatlar meydanına çevrilirdi. Mahalın 39 kəndində Böyük Çobanqara tayfası 

yaşayırdı. Mərkəzi Baş Abaran idi [200, 37]. 

Dərəçiçək  mahalı.  Dərəçiçək  mahalı  gözəl  iqliminə  görə  digər 

mahallardan seçilirdi. Mahal Göyçə gölündən başlayaraq Zəngi çayı və Misgənsu

**

 

mənsəbindən  Alapars  kəndinə  qədər  uzanan  dərədən  ibarət  idi.  Dərəçiçək  mahalı 



şimaldan Pəmbək, qərbdən Abaran, cənubdan Qırxbulaq, şərqdən Göyçə  gölünün 

qərbində  yerləşən  torpaqlarla  həmsərhəd  idi.  İ.Şopen  burada  qeydə  aldığı  53 

kənddən  16-nın  dağıdılmış  olduğunu  yazır  [95,445,515-116,591-596].  Mülayim 

iqlimə malik olan bu mahal İrəvan xanlığı əyanlarınm yayda dincəldiyi yer idi. 37 

kəndi  əhatə  edən  Dərəçiçək  mahalının  mərkəzi  Dərəçiçək  və  Bijni  idi.  Mahalın 

suya olan tələbatını Misgənsu və Zəngi çayları ödəyirdi [200,37]. 



Göyçə

*

 mahalı. İrəvan xanlığının şimal-şərq hissəsində yerləşən ən böyük 

                                                           

*

  Abaran,  Aparan  və  ya  Avaran  —  hər  üç  toponim  Azərbaycan  türkcəsindədir.  Abaran  forması  daha 



qədimdir  və  ümumtürk  dillərinə  məxsusdur.  Şimali  Qafqazın  Kuban  əyalətində  Abaran  adlı  çayın 

olması  malumdur  [bax:  171,  1].  Abaran  qədim  türk  mənşəi  tayfanın  adıdır.  İrəvan

 

xanlığında  Baş 



Abaran  kəndi  və  Abaransu  adlı  çay  da  vardı.  Avaran  isə  erkan  orta  əsr  hu"  mənşəli  avarların  adı  ilə 

bağlıdır [bax: 110, 96-97].

 

**

 Misgənsu çayınnı adı XIX əsrə aid rusdilli mənbədə Misxana çayı kimi təqdim olunur [bax: 95, 445].



 

*

 Göyçə,  Göyçə gölü 1918-ci ildə Qərbibasarda — keçmiş  İrəvan xanlığının ərazisində erməni dövləti 



yaradıldıqdan  sonra  Göyçə  gölünün  adı  1930-cu  ildə      ermənilər  tərəfindən  dəyişdirilib  ―Sevan" 

adlandırılmışdır.

 


97 

 

mahalı  Göyçə  idi.  Bu  mahal  Göycə  gölü  hövzəsindəki  Azərbaycan  torpaqlarının 



əksər hissəsini (qərb torpaqları Dərəçiçək mahalının ərazisinə düşürdü - red.) əhatə 

edirdi.  Mahal  şimaldan  Şəməddil  sultanlığı,  Gəncə  xanlığı,  şimal-qərbdən 

Dərəçiçək  mahalı,  qərbdən  Qırxbulaq  və  Gərnibasar  mahalları,  cənub-qərbdən 

Vedibasar  mahalı,  cənubdan  Naxçıvan  xanlığı,  şərqdən  isə  Qarabağ  xanlığı  ilə 

həmsərhəd idi. Ərazisinin böyük olmasına baxmayaraq, müharibə meydanı olduğu 

üçün əhalisi az idi. İ.Şopen Göyçə mahalına məxsus 126 kənd qeydə almışdır və bu 

kəndlərdən  67-nin  dağıldığını  və  onların  çoxunun  adlarının  artıq  unudulduğunu 

qeyd edir. Mahalın yalnız 59 kəndində yaşayış qeydə alınmışdı [95, 446, 515-517, 

595-600]. Əhalisi  əsasən  maldarlıqla məşğul olan bu mahalın  mərkəzi Kəvər

**

 idi 



L200, 37]. 

Hər  bir  mahal  ayrılıqda  bir  inzibati  vahid  idi.  Mahalların  idarəsi  ilə  iri 

torpaq  sahiblərindən  təyin  olunan  mahal  bəyləri  və  ya  naibləri  məşğul  olurdu. 

Qeyd olunduğu kimi, bu vəzifə irsi olsa da, hər dəfə xan tərəfindən yenidən təsdiq 

edilirdi. 

İrəvan  xanları  mahal  bəylərini  adətən  qeyri-müəyyən  müddətə  təyin 

edirdi.  Lakin  onlar  əlverişli  şəraitdən  və  xanlıqda  mərkəzi  hakimiyyətin 

zəifləməsindən  istifadə  edərək  zaman  keçdikcə  idarə  etdikləri  mahalları  öz  irsi 

mülklərinə çevirirdilər [50, 81; 214, 35]. 

Mahal bəyləri üzərinə əsasən inzibati və polis vəzifələri qoyulurdu. Onlar 

mahallarda qayda-qanunun qorunmasına və yolların abad vəziyyətdə saxlanmasına 

nəzarət  edirdilər.  Mahal  bəyləri  tabeliklərində  olan  kəndlərdə  mübahisəli 

məsələləri  və  münaqişələri  həll  edir,  bu  barədə  müvafiq  qərarlar  qəbul  edirdilər. 

bundan  əlavə,  mahal  bəyləri  yüngül  cəzalarla  bağlı  məhkəmə  hökmü  də  verə 

bilərdilər [50.) 82; 2J4, 35-36]. 

Gürcü  knyazı  II  İraklinin  İrəvan  xanlığına  qarşı  apardığı  müharibələr 

nəticəsində  xanlığın  kəndlərinin  çoxu  dağılmış  vəziyyətdə  idi.  İ.Şopenin 

hesablamalarına  görə,  XIX  əsrin  birinci  rübündə  İrəvan  xanlığında  olan  831 

kənddən 310-u talan olunmuş və sakinləri tərəfindən tərk edilmişdi [95,510-517]. 

İrəvan  xanlığının  idarə  olunmasında  məhkəmə  sistemi  mühüm  yer 

tuturdu. Bu sahədə şəriət  məhkəməsi başlıca rol oynayırdı. Bununla  yanaşı, xanın 

Özünün  də  müstəsna  məhkəmə  hüquqları  vardı.  Bəzi  məhkəmə  funksiyalarını 

mahal bəyləri və naiblər yerinə yetirirdilər. 

Bütün  mülki  və  cinayət  işlərinə  ya  xan  məhkəməsi,  ya  da  şəriət 

məhkəməsi  baxırdı.  Cinayətkarlar  "Quran"ın  prinsipləri  və  ya  hədisləri  əsasında 

mühakimə olunurdular. Xırda münaqişələrin çoxuna icma münsifləri baxırdı. Kənd 

ağsaqqallarından  ibarət  icma  məhkəmələri  yerli  adətlər  əsasında  hərəkət  edir, 

mübahisə  edən  tərəfləri  barışdırmağa  çalışırdılar.  İcma  məhkəməsinin  qərarından 

                                                           

**

 C.Bornoutyan digər erməni tədqiqatçıları kimi. "Kəvər" toponimini saxtalaşdıraraq ermənicə ―Avan‖ 



(qəsəbə)  sözü  ilə  eyniləşdirsə  də,  bu  kəndin  1829-cu  ildə  Bayaziddən  köçürülən  ərmənilərlə 

məskunlaşdırıldığını və Nor Bayazid adlandırıldığını gizlədə bilmir [200,37-38].

 


98 

 

razı qalmayan tərəf mahal hakiminə müraciət edə bilərdi. Mahal hakiminin qərarı 



qəti idi [50,82]. 

İdarəçilik  sistemi:Azərbaycanın  başqa  xanlıqlarında  olduğu  kimi,  İrəvan 

xanlığında  da  idarəçilik  monarxiya  sistemi  əsasında  həyata  keçirilirdi.  Xanlığın 

başında  qeyri-məhdud  hakimiyyətə  malik  xan  dururdu.  Bütün  hakimiyyət-

qanunverici,  icraedici  və  məhkəmə  hakimiyyəti  xanın  əlində  cəmlənmişdi  [bax: 

bölmənin sonu, şəkil 13]. 

Xan ölkənin bütün inzibati, hərbi və hüquqi idarəetmə sahələrini öz əlində 

saxlayırdı. Onun ölkənin taleyi ilə bağlı olan ən mühüm məsələlər barədə təkbaşına 

qərar çıxarmaq hüququ vardı. Xan ittiham edilən bütün şəxsləri mühakimə etmək, 

cərimələmək,  fiziki  cəza  vermək  və  hətta  ölüm  hökmü  çıxarmaq  hüququna  da 

malik idi. Və bu hökm dərhal yerinə yetirilirdi. 

İrəvan  xanlığının  idarəçilik  sistemi,  demək  olar  ki,  digər  Azərbaycan 

xanlıqlarındakı kimi idi. Belə ki, İrəvan xanının yanında da divan və ya xan şurası 

fəaliyyət  göstərirdi.  Divan  və  xan  şurasının  üzvləri  mühüm  dövlət  vəzifələrində 

olan  şəxslər  idi.  Hər  iki  orqan  məşvərətçi  rol  oynayırdı.  İrəvan  xanlığının  idarə 

olunmasında  saray  məmurları  mühüm  rol  oynayırdı.  Vəzir  böyük  səlahiyyətlərə 

malik  idi.  Xan  sarayında  vəzirdən  başqa  sərkarəli  (maliyyə  işlərinə  baxan), 

eşikağası  (xanın  şəxsi  təsərrüfatını  idarə  edən),  sandıq  ağası  (xəzinədar), 

anbarağası, qalabəyi, mühasib bəy və digər vəzifələr

*

 də var idi. Hərbi işə isəxanın 



özü rəhbərlik edirdi [95, 451-452; 214, 38]. 

Maliyyə  fəaliyyətinin  əsasını  pul  sisteminin  yaradılması,  onun 

tənzimlənməsi,  vergilərin  toplanması  təşkil  edirdi.  Bu  sahədə  naib,  yasovul, 

kəndxudalar,  xüsusi  olaraq  xan  tərəfindən  təyin  olunan  sərkərlər  əsas  rol 

oynayırdılar.  Məhsulla  alınan  vergilərin  yığılması  ilə  darğalar  məşğul  olurdu. 

Mühafizə  xidməti  xanın  buyruqlarının  vaxtında  yerinə  yetirilməsini  təmin  edir, 

ölkədə qayda-qanun yaradılmasında mühüm rol oynayırdı. 

Xan  hakimiyyətinin  əsas  dayağı  ordu  idi.  Qoşunun  əsas  hissəsi  qeyri-

nizami  olub  maaflar  və  elatlardan  təşkil  olunurdu.  Bununla  yanaşı,  digər 

Azərbaycan  xanlıqları  kimi,  İrəvan  xanlığının  da  daimi  hərbi  qüvvəsi  vardı. 

Müharibələr  zamanı  qoşunun  daimi  hissəsi  yerli  silahlı  qüvvələr  hesabına 

artırılırdı. 

İrəvan  xanlığı  qoşunlarının  sayı  barədə  müxtəlif  məlumatlar  vardır. 

Mənbələrin  məlumatlarında  İrəvan  xanlığının  hərbi  əməliyyatlar  zamanı  2000 

əsgər çıxara bilməsi qeyd olunur [69, 122, 127]. İrəvan xanlığının hərbi imkanları 

ilə daha yaxından məlumatı olan rus polkovniki S.Burnaşev isə yazır ki, xan döyüş 

meydanına 5000 nəfəra ibarət qoşun çıxara bilərdi [214, 38-39]. 

XVIII  əsrin  ikinci  yarısında  İrəvan  şəhəri  Azərbaycanın  ən  iri 

şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xan öz ailəsi və xidmətçiləri 

                                                           

*

  Maraqlıdır  ki,  erməni  müəllifi  A.R.Qriqoryan  İrəvan  xanlığının  idarəçilik  sistemindəki  bütün  bu 



vəzifələrin adlarını erməni dilinə tərcümə etməmiş, Azərbaycan dilində olduğu kimi vermişdir.

 


99 

 

ilə  birlikdə  burada  yaşayırdı.  İrəvan  şəhərini  xan  tərəfindən  təyin  olunan  kələntər 



və qalabəyi idarə edirdi. YasovuIIar, onbaşılar, fərraşlar onlara tabe idi. 

Beləliklə,  Azərbaycanın  digər  xanlıqlarında  oldıığu  kimi,  İrəvan 

xanlığında  da  idarə  sistemi  bütövlükdə  xanın  qeyri-məhdud  hakimiyyətinin 

qorunmasına, onun iradəsinin sözsüz yerinə yetirilməsinə xidmət edirdi. 

 


100 

 


Yüklə 12,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin