Azərbaycan xalqının dahi oğlu, ümummilli lider


Ġrəvan qalasının Rusiya işğalçıları tərəfindən



Yüklə 12,94 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix31.01.2017
ölçüsü12,94 Mb.
#7112
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

 

Ġrəvan qalasının Rusiya işğalçıları tərəfindən 

birinci mühasirəsi və şəhərin qəhrəmancasına müdafiəsi 

(2 iyul-3 sentyabr, 1804-cü il) 

 

1804-cü  il  iyunun  10-da  Qacarlar  İranı  ilə  Rusiya  arasında  diplomatik 



danışıqlar  kəsildi  və  bir  neçə  gündən  sonra  hər  iki  dövlət  arasında  müharibə 

başladı.  Gümrüdə  möhkəmlənən  rus  qoşunları  iyunun  15-də  oradan  Üçkilsəyə 

doğru  hərəkət  etdi.  Üçkilsəni  və  Qəmərlini  böyük  çətinliklə

**

  ələ  keçirən  rus 



qoşunları iyulun 2-də, sübh çağı İrəvan qalasını mühasirəyə aldı [26, sənəd 1668, 

s.810;  74,  228,  266].  İrəvan  xanının  qoşunları  yaxşı  silahlanmışdı  və  qalanın 

müdafiəsi də lazımınca təşkil olunmuşdu. Hətta erməni müəllifləri də bunu gizlədə 

bilməyərək  İrəvan  xanının  güclü  müqaviməti  barədə  yazırdılar  ki,  "...1804-cü  il 

iyulun 24-də rus qoşunlarının İrəvan qalasına  hərtərəfli hücumu başlandı. 60 topa 

və  7000  əsgərə  malik  olan  qala  qarnizonunun  ruslara  qarşı  inadlı  mübarizəsi 

başlandı [172,21]". 

Həmin  dövrdə  İrəvan  qalası  və  orada  yerləşən  müdafiə  qarnizonu  barədə 

maraqlı  məlumatlar  vardır.  Həmin  məlumatlardan  aydın  olur  ki,  Zəngi  çayının 

kənarındakı ən yüksək təpədə inşa olunan İrəvan qalasının çay tərəfdən qala divarı 

qalan  divarlara  nisbətən  zəif  idi.  Qalanın  digər  divarları  ikiqat  hasarlardan  ibarət 

idi. Kərpic və daşdan hörülmüş qala divarları həm hündür, həm də qalın idi. Birinci 

qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud 20 sajenə

*

 bərabər idi. 



Divarlar  arasındakı  xəndək  su  ilə  doldurulurdu.  Qalanın  17  bürcü  var  idi.  İrəvan 

qalasının  üstündə  qurulmuş  60  topdan  yalnız  20-si  saz  vəziyyətdə  idi.  İrəvan 

qalasında  üç  mortir  (qısalüləli  top  -  red.)  də  qurulmuşdu.  Qalanı  müdafiə  edən 

                                                           

*

 Bu döyüş Abbas Mirzənin rus qoşunlarına qarşı göndərdiyi Mehdiqulu xan Dəvəlinin rəhbərlik etdiyi 



8 minlik dəstə arasında olmuşdu [bax: 127,30].

 

**



 Üçkilsədə yerləşən Qacarlar İranının qoşunları ilə rus qoşunları arasında 5 gündən artıq qanlı döyüş 

gedir. Bu döyüşlərdə rus qoşunları xeyli ilki verərək iyunun 26-da kilsəni tərk edir. Sisianovıın başçılıq 

etdiyi  rus  qoşunları  İrəvan  yaxınlığında  Zəngi  çayi  üzərində  yerləşən,  əlverişli  strateji  mövqeyi  olan 

Qəmərli  kəndini  ələ  keçirməyə  can  atır.  Bu  zaman  ermənilər  general  Sisianova  artıq  şah  qoşunları 

tərəfindən  Üçkilsənin  boşaldıldığını  xəbər  verirlər.  General  az  miqdarda  qoşun  göndərərək  kilsəni 

müqavimətsiz  ələ  keçirir.  Eyni  zamanda  Qəmərli  kəndi  uğrunda  İrəvan  xanının  və  Abbas  Mirzənin 

qoşunları ilə rus qosunları arasında qanlı döyüşlər gedir. Lakin iyunun sonunda  əlavə kömək alan rus 

qoşunları böyük çətinliklə də olsa mühüm strateji mövqeyi olan Qəmərli kəndini ələ keçirə bilir [bax: 

74, 225-227, 261-266; 148, 314-315; 320-321; 188,38].

 

*



 1 sajen 2,134 metrə bərabər idi.

 


201 

 

qarnizon 7000 nəfərdən ibarət idi [74, 267; 115. 97]. 



Rusiya  dövlətinin  sifarişi  ilə  yazılmış  XIX  əsr  Azərbaycan 

salnamələrində,  məsələn,  Mirzə  Adıgözəl  bəyin  "Qarabağnamə"sində  də 

irəvanlıların  qəhrəmanlıq  mübarizəsi  öz  əksini  tapmışdı:  "Qızılbaşlar  (burada 

İrəvan  xanının  və  Qacar  dövlətinin  qoşunu  nəzərdə  tutulur  -  red.)  gəliş-gediş 

yollarını  o  dərəcədə  kəsmişdilər  ki,  Rusiya  qoşununun  çarəsi  hər  tərəfdən 

üzülmüşdü. Hətta Sisianova qoşulub onunla bir yerdə gəlmiş olan gürcü knyazları 

qaçdıqları  zaman  qızılbaşların  əlinə  keçib  əsir  alınmışdılar"  [8,1,  68].  Ərazisində 

yaşadıqları dövlətə xəyanət edən ermənilər isə rus qoşunlarının bu yürüşünə böyük 

ümid  bəsləyirdilər.  Məlik  Abovun  oğlu  Rüstəm  və  Qriqor  Manuçaryan  öz  atlı 

dəstələri ilə rus qoşunlarına kömək edirdilər [178, 150; 172, 21]. Məhz bu səbəbdən 

qalanın  müdafiəsinə  rəhbərlik  edən  Məhəmməd  xan  Qacar  və  qaynı  naxçıvanlı 

Kalbalı xan qala sakinlərini ciddi nəzarət altında saxlayırdı. Ermənilərin xəyanətinə 

bələd olan Məhəmməd xan Qacar inandığı adamların başçılığı ilə qala divarlarında 

güclü nəzarətçi dəstələr yerləşdirdi. Hətta, gecə vaxtı öz adamlarını tanımaq üçün 

onlara xüsusi parol təyin etmişdi və bu parollar tez-tez dəyişdirilirdi [188, 49]. 

İrəvan qalasının Rusiya işğalçılarına qarşı nəinki qəhrəmancasına müdafiə 

olunmasını,  hətta  imkan  düşdükcə  qaladan  çıxaraq  bir  neçə  istiqamətdə  qəfil 

hücumlar  edərək  rus  qoşunlarına  ağır  itki  verməsini  dövrün  digər  mənbələri  də 

təsdiqləyir  [26,  sənəd  1672,  s.811,  sənəd  1673,  s.812;  148,  325].  Mühasirədə  olan 

irəvanlıların belə hücumları nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi 

[178,  147;  67,  100].  Arxiv  sənədlərində  Qacarlar  İranının  qoşunlarının  ilk  dəfə 

irəvanlıların  köməyinə  qalanın  mühasirəsinin  15-ci  günü  gəlib  çatdığı  və  rus 

qoşunları ilə müdafiəçilər arasında baş verən 8 saatlıq döyüşdə rusların 3 zabit, 120 

əsgər itirdiyi, 6 zabit, 200 əsgərinin isə yaralandığı qeyd olunur [74, 269-270]. 

Çarəsiz  qalmış  P.Sisianov  İrəvan  xanına  məktubla  müraciət  edərək 

məsələni ruslar tərəfindən az itki ilə həll etməyə çalışırdı. Lakin  onun İrəvan xanı 

ilə  6  ay  davam  edən  yazışmaları  nəticəsiz  qaldı.  Belə  olduqda  P.Sisianov 

Məhəmməd  xanın  onun  yanına  gəlmiş  sonuncu  nümayəndəsi  ilə  kobud  rəftar 

etmiş,  onu  və  İrəvan  xanını  təhqir  edərək  bir  saat  ərzində  xanın  Üçkilsə 

monastırından apardığı xəzinəni və monastırın əsir götürülmüş yepiskopları David 

və  Danili  geri  qaytarmasını  tələb  etmişdi.  Xanın  nümayəndəsi  qalaya  qayıtdıqdan 

sonra Məhəmməd xan tərəfindən Sisianova heç bir cavab verilmədi [115,97-98]. 

Qalanın  müdafiəsinə  tam  arxayın  olan  və  getdikcə  havaların  soyumasını 

nəzərə  alan  Məhəmməd  xan  rus  qoşunlarının  ərzaq  və  sursatlarının  tükənəcəyinə, 

Tiflisdən sursat və ərzaq çatana qədər yolların keçilməz olacağına əmin idi. Ərzaq 

təminatı  ilə  bağlı  rus  komandanlığının  gördüyü  bütün  tədbirlər  nəticəsiz  qaldı. 

Əvvəlcə avqustun 22-26-da mayor Levitskinin başçılığı ilə Üçkilsəyə ərzaq dalınca 

gedən 100 nəfərlik dəstə geri dönmədiyinə görə polkovnik Maykovun başçılığı ilə 

250  nəfərlik  yeger  dəstəsi  ona  köməyə  göndərildi.  Lakin  müdafiəçilərlə  işğalçılar 

arasında  baş  verən  qanlı  döyüşdə  rus  qoşunlarından  20  nəfər  öldürüldü.  kapitan 



202 

 

Pirsov  başda  olmaqla  50  nəfər  yaralandı  [74,  274-275].  Avqustun  sonlarında 



P.Sisianov mayor Montrezoru

*

 350 nəfər əsgər və 3 topla Tiflisdən gətirilən ərzağı 



qəbul  etmək  məqsədilə  Qarakilsəyə  yolladı  [148,  339;  178,  153;  132,49].  Bundan 

əlavə, P.Sisianov aclıq çəkən rus əsgərlərinə bölgədə taxıl axtarmağı əmr etdi. Yerli 

əhali düşmənə  yardım etməmək üçün taxılı iri  küplərə doldurub  yerə  basdırmışdı. 

Sisianov  gizlədilmiş  taxılı  tapanlara  50  qəpik  gümüş  pul  verməyi  vəd  etsə  də, 

bunun  heç  bir  nəticəsi  olmadı.  Bu  zaman  işğalçılara  qoşulmuş  ermənilər  baş 

komandana  Üçkilsə  monastırının  ətrafında  azərbaycanlılara  məxsus  biçilməmiş 

taxıl  zəmilərinin  olduğunu  çatdırdılar.  Lakin  işğalçı  rus  qoşunu  gələnə  qədər 

irəvanlılar bütün taxıl zəmilərini yandırdıqları üçün bunun  da faydası olmadı [148, 

338-339; 74, 272; 115, 101-102]. 

Üçkilsə  monastırı  ətrafında  yaşayan  ermənilər  rusların  düşdüyü  çətin 

vəziyyətdən  istifadə  edərək  əldə  etdikləri  taxılı  çox  baha  qiymətə  gizlincə  rus 

zabitlərinə  satırdılar.  Ermənilər  bir  funt  unu  ruslara  bir  abbasıya,  ya  da  34  qəpiyə 

satırdılar ki, bu da o dövr üçün çox böyük məbləğ idi [74, 272-273]. 

Qacarlar  dövlətinin  müharibəyə  başlaması  ilə  işğalçılara  qarşı  mübarizə 

genişləndi  və  kütləvi  xarakter  almağa  başladı.  Car-Balakən  üsyanları, 

qarabağlıların  Rusiya  işğalı  altındakı  Yelizavetpol  (Gəncə  -  red.)  vilayətinə 

hücumu  [177,  372;  132,  50]  və  başqa  azadlıq  çıxışları

**

  Rusiyanın  Cənubi 



Qafqazdakı mövqeyini xeyli sarsıtdı. 

 Gürcüstan  valisi  Aleksandr  Mirzənin  başçılıq  etdiyi  qoşunlarla  birgə 

hərəkət edən üsyan etmiş yerli əhalinin Tiflis İrəvan yolunu bağlaması İrəvandakı 

rus  qoşunlarının  vəziyyətini  daha  da  ağırlaşdırdı.  Qarakilsə  kəndinin  12 

verstliyində  mühasirəyə  alınan  mayor  Montrezor,  demək  olar  ki,  bütün  dəstəsi  ilə 

məhv edildi

*

 [54, 241; 74, 275; 132, 50]. P.Sisianov  əsirlikdən azad etdiyi 20 nəfər 



İrəvan ermənisini qalaya göndərərək axırıncı dəfə Məhəmməd xandan qalanı təslim 

etməyi  tələb  etdi  [147,  275;  74,275;  132,  50].  Əvvəlki  hədə-qorxuları  mülayim 

müraciətlərlə əvəz edən və xana müxtəlif güzəştlər vəd edən Sisianov axırıncı ana 

qədər xanın qalanı təslim edəcəyinə ümid bəsləyirdi. Sisianovun "geridə qalmış" bir 

xalqın  nümayəndəsi  hesab  etdiyi  İrəvan  xanı  onu  çıxılmaz  vəziyyətə  salmışdı. 

Məhəmməd  xanın  yaxşı  hərbi  hazırlığı  və  özünü  doğrultmuş  uğurlu  taktiki 

                                                           

*

 Vaxtilə Qarabağ xanı İbrahimxəlilə xəyanət edərək ailəsi ilə birlikdə Qarabağdan Gürcüstana qaçmış 



xristian məliki Abovun oğlu Rüstəm Montrezora bələdçiliyi öz öhdəsinə götürdü [178, 150].

 

**



  General  Sisianov  aclıq  çəkən  rus  qoşunlarına  ərzaq  əldə  etmək  ücün  Semyon  Behbutovu  Qazax 

əyalətinə  göndərdi.  Bu  "gürcü  qəhrəman"  işğalçı  rus  qoşunlarına  qarşı  üsyan  qaldırmış  qazaxlılar 

tərəfindən ələ keçirilərək İran Qacarlar dövlətinə təhvil verilmişdi [bax: 74, 272]. İrəvan ətrafında olan 

general-mayor  Orbelianov  yanındakı gürcü knyazları  ilə birlikdə ərzaq  çatışmazlığı  səbəbindən  Tiflisə 

qayıtmaq  əmrini verdi. Yolda Pəmbək hakimi Nağı bəy onları  əsir götürdü. Əksəriyyatini öldürdü və 

Orbelian, knyaz Baqration-Muxranski başda olmaqla, digərlərini (onların içərisində Sisianovun "məşhur 

müşavir" rütbəsi verdiyi qılınc ustası Kaçaturi də vardı) Baba xana göndərdi [bax: 74, 273-274].

 

*



 Bu qanlı döyüşdən yalnız bir erməni xilas ola bildi. Onun Sisianova çatdırdığı məlumata görə, "topları 

ələ keçirdilər, yalnız 1 yaralı zabiti və 15 əsgəri əsir götürdülər, qalanlarını isə məhv etdilər". General 

Sisianov bu məlumatın gizli qalmasını tələb etdi [bax: 74, 275]. 

 


203 

 

manevrləri onun görkəmli siyasi və hərbi xadim olduğunu göstərirdi [bax: 26, sənəd 



1241,  s.618;  132,  50-51].  Xanın  əsas  gücünü  Sisianovun  həqarətlə  yanaşdığı 

vətənpərvərlər,  mübariz  azərbaycanlılar  təşkil  edirdi.  Onlar  yadelli  Rusiya 

işğalçılarına  və  onlarla  əlbir  olan  ermənilərə  qarşı  öz  doğma  vətənlərini  müdafiə 

edirdilər. 

1804-cü  il  avqustun  31-də  knyaz  Sisianov  general-mayorlar  Tuçkov, 

Leontyev,  Portnyagin,  polkovnik  Maykov,  podpolkovniklər  Simonoviç  və  baron 

Klot  fon  Yurgenzburqun  iştirakı  ilə  çağırdığı  hərbi  şurada

**

  İrəvan  qalasının 



mühasirəsinin  götürülməsini  və  qoşunların  geri  çəkilməsini  qərara  aldı.  Həmin  il 

sentyabrın  1-də  Sisianov  axırıncı  dəfə  Məhəmməd  xandan  İrəvan  qalasını  təhvil 

verməsini tələb etdi. Onun bu müraciətinə ertəsi gün Məhəmməd xan yenidən rədd 

cavabı verdi. Yalnız bundan sonra - sentyabrın 3-də rus qoşunlarının geri çəkilməsi 

barədə əmr verildi [26, sənəd 1242, s.619; 178, 154-155; 74, 275-276; 115, 104]. 

Cənubi  Qafqazın  işğalı  zamanı  Azərbaycana  xəyanət  edən  və  buna  görə 

də rus hərbçilərinin hər cür kömək göstərdiyi ermənilər yaşadıqları yerləri tərk edib 

Rusiyanın  işğalı  altında  olan  Azərbaycan  torpaqlarına  köçürdülər.  Belə  ki,  məlik 

Abraham  və  yüzbaşı  Qavril  200  ailə  ilə  birlikdə  Rusiyanın  nəzarəti  altında  olan 

Qarakilsəyə köçərək Sisianova "İrəvan qalası ətrafında yaşayan və qaçmaq imkanı 

olmayan 500 erməni ailəsinin də xilas edilməsi" üçün yalvarırdılar [26, sə-nəd 1256, 

s.626; 74, 283; 172, 22]. Bundan əlavə, İrəvan xanının ona xəyanət edən təbəələrini 

cəzalandırması təbii idi. 

Göründüyü  kimi,  general  Sisianov  bu  yürüşdə  öz  doğma  torpağını 

qoruyan  Azərbaycan  vətənpərvərlərinin  inadlı  müqavimətinə  rast  gəldi  və 

mühasirəyə  aldığı  İrəvan  qalasını  ələ  keçirə  bilmədi.  Mənbənin  məlumatına  görə, 

İrəvan  qalasının  birinci  mühasirəsi  zamanı  Rusiya  komandanlığı  2000-ə  yaxın 

hərbçi itirmişdi [26, sənəd 1682, s.815-816]. Beləliklə, rüsvayçı uğursuzluğa düçar 

olan çar qoşunları geri çəkilməyə məcbur oldu. Lakin bu, məcburiyyət nəticəsində 

atılan  müvəqqəti  addım  idi.  Rusiya  qoşunları  İrəvan  qalasının  mühasirəsindən  əl 

çəksələr  də,  strateji  əhəmiyyətə  malik  İrəvan  xanlığı  ərazisinin  işğal  olunması 

Rusiya  hərbi  dairələrinin  əsas  məqsədi  olaraq  qalırdı.  Məhz  bu  səbəbdən  İrəvan 

xanlığının  ərazisini  hissə-hissə  işğal  etmək  ön  plana  keçirildi.  1805-ci  il  martın 

sonlarında  İrəvan  xanlığına  tabe  olan,  strateji  və  iqtisadi  baxımdan  əlverişli  olan 

Şörəyel  sultanlığı  rus  qoşunları  tərəfindən  tamamilə  işğal  edildi

*

  [bax:  26,  sənəd 



                                                           

**

  Müzakirə  zamanı  podpolkovnik  baron  Klot  fon  Yurgenzburq  bildirdi:  "Qalada  —  qarşımızda 



dəfələrlə  güclü  olan  qarnizon,  arxamızda  isə  çoxsaylı  düşmən  ordusu  olduğu  üçün  qalaya  hücum 

mümkünsüzdür.  Ona  görə  də  mühasirəni  götürməyi  təklif  edirəm".  General  Portnyagin  isə  çoxlu 

yaralının  olması  və  atların  çatışmaması  ucbatından  geri  qayıtmağın  çətin  olacağını  bildirdi.  Nəhayət, 

gərgin  müzakirələrdən  sonra  digər  şura  üzvləri  də  geri  çəkilmək  təklifini  qəbul  eldilər  [bax-74,  275-

276].

 

*



  Şörəyelin  itirilməsi  ilə  barışmayan  İrəvan  xanı  Məhəmməd  xan  Qacar  öz  sərkərdələri  Qasım  bəy  və 

Məhəmmədəli bəyin başçılığı ilə oraya 3 minlik qüvvə göndərdi. İrəvan xanının qoşunları ilə general-

mayor Nesvetayevin başçılıq etdiyi işğalçı rus ordusu arasında Böyük Talın kəndində qanlı döyüş baş 


204 

 

1672, s.572-574]. 



Rusiyanın  işğalçılıq  niyyətindən  xəbərdar  olan  Abbas  Mirzə  1805-ci  ilin 

yayında  "xarici  siyasətdə  ardıcıl  olmayan"  Məhəmməd  Hüseyn  xan  Qacarı 

hakimiyyətdən  uzaqlaşdırıb  Mehdiqulu  xan  Qacarı  İrəvan  xanlığında  hakimiyyətə 

gətirdi [26, sənəd 1256, s.626; 200, 14-15; 188, 113]. 

1806-cı  ilin  əvvəllərində  Sisianov  yenidən  İrəvan  istiqamətində  hücuma 

keçmək qərarına gəldi. Lakin onun Bakı əməliyyatı zamanı öldürülməsi bu işğalçı 

yürüşün  həyata  keçirilməsinə  mane  oldu.  Həmin  ilin  iyununda  Sisianovun  yerinə 

İ.V.Qudoviç  Qafqazın  ali  baş  komandanı  təyin  edildi  və  ona  Azrbaycan 

xanlıqlarını  tamamilə  işğal  edib  Rusiya  imperiyasının  tərkibinə  qatmaq  tapşırığı 

verildi [8, 72-73; 39, 187-188]. 

Qeyd  olunan  dövrdə  İrəvan  xanlığının  daxilində  vəziyyət  sabit  deyildi. 

Mehdiqulu xanın vergiləri artırması və əhalini qarət etməsi nəticəsində irəvanlılar 

ona  qarşı  üsyan  qaldırdılar  [26,  sənəd  1256,  s.626-627].  1806-cı  ilin  yayında 

Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd xan əvəz etdi [82, 5; 74, 368-

370].  Marağalı  Əhməd  xan  əhalinin  Mehdiqulu  xan  tərəfindən  qarət  olunan 

əmlakını geri qaytardı, İrəvanda xeyli abadlıq işləri və müdafiə tədbirləri gördü. O, 

üç aylıq hakimiyyəti dövründə əhalinin rəğbətini qazansa da, İrəvanda baş qaldıran 

epidemiya  nəticəsində  1806-cı  il  oktyabrın  17-də  vəfat  etdi.  Bu  hadisə  şahzadə 

Abbas  Mirzəni  çox  məyus  etdi  [98,  285-286;  74,  380].  Əhməd  xan  Marağalının 

vəfatından sonra Fətəli şahın tələbi ilə xanlıqdan uzaqlaşdırılan Məhəmməd Hüseyn 

xan  Qacar  yenidən  İrəvan  xanlığına  geri  qayıtsa  da  [bax:  27,  sənəd  792,  s.421], 

hakimiyyətini  davam  etdirə  bilmədi.  Mənbələrdə  artıq  1806-cı  ilin  dekabrında 

İrəvan  xanlığında  hakimiyyətdə  Hüseynqulu  xan  Qacarın  olduğu  qeyd  edilir  [27, 

sənəd 129, s.69-70; 74,456; 95, 167; Bax: şəkil 1]. 

Bəhs  olunan  dövrdə  beynəlxalq  vəziyyət  Rusiyanın  xeyrinə  deyildi.  Çar 

Rusiyasının  Cənubi  Qafqaza  təcavüzü  təkcə  Qacarlar  İranı  və  Türkiyənin  deyil, 

Fransa və İngiltərənin də qəti etirazına səbəb oldu. 1806-cı ilin dekabrında Osmanlı 

dövləti Rusiyaya  müharibə elan etdi. Bu, Rusiyanın Cənubi Qafqazda vəziyyətini 

xeyli  ağırlaşdırdı.  Fransadan  Türkiyəyə  əsgərlərə  təlim  keçmək  üçün  zabitlər  və 

müdafiə  istehkamları  yaratmaq  üçün  mühəndislər  göndərildi.  Fransız 

mühəndislərinin  rəhbərliyi  ilə  Türkiyənin  sərhəd  bölgələrində  hərbi  istehkamlar  və 

qalalar  inşa  olundu  [115,  106].  İki  cəbhədə  müharibə  aparmağa  çətinlik  çəkən 

Rusiya  kapitan  Stepanovu  danışıqlar  aparmaq  üçün  İrana  göndərdi.  Qudoviçin 

təklifinə görə, Rusiya və İran arasında sərhəd İrəvan xanlığı da daxil olmaqla, Kür 

və  Araz  çaylarından  keçməli  idi.  Lakin  İranda  olan  Fransa  diplomatları  bu 

danışıqları poza bildilər [bax: 27, sənəd 831, s.456-460; 178, 268]. 

                                                                                                                                      

verdi.  Lakin  son  nəticədə  İrəvan  xanının  qoşunları  məğlub  olaraq  Üçkilsəyə  doğru  geri  çəkildi.  Rus 

qoşunları  onları  təqib  etsə  də,  Məhəmməd  xan  Qacarın  əlavə  qüvvə  toplayaraq  hücuma  hazırlaşması 

xəbərini  eşidən  general-mayor  Nesvetayev  rus  qoşunlarına  geri  çəkilmək  əmri  verir  [26,  sənəd  1672, 

s.573-574].

 


205 

 

1807-ci  ildə  bağlanmış  Fransa  -  İran  müqaviləsinə  görə,  Fransadan  İrana 



general Qardanın başçılığı ilə bir dəstə mühəndis gəldi. İrəvanın strateji əhəmiyyəti 

nəzərə  alınaraq,  onların  bir  hissəsi  şahın  xahişi  ilə  İrəvana  gələrək  qalanın 

müdafiəsini möhkəmləndirməyə  başladı. General  Qudoviç İrəvan qalasının fransız 

hərbi  mühəndisləri  tərəfindən  xeyli  möhkəmləndirilməsi  barədə  yazırdı:  "İrəvan 

qalasının  Avropa  hərbi  qaydaları  üzrə  möhkəmlənmiş  iki  divarı,  xəndəyi  və 

torpaqdan  düzəldilmiş  səddi  var.  Təpənin  üstünə  əvvəllər  burada  yerli  hərbçilər 

tərəfindən istifadə edilməyən karteçlə işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas 

bombalarından  istifadə  edirlər  ki,  bu  da  fransız  mühəndislərinin  fəaliyyətinin 

nəticəsidir"  [27,  sənəd  467,  s.254;  115,  107-108].  Yeri  gəlmişkən,  bu  zaman 

irəvanlılar  tərəfə  keçən  podpolkovnik  Koçnev  də  rusların  yürüşü  ərəfəsində  bu  işə 

cəlb edilmişdi [74, 462-463; 132, 90]. 

Qudoviçin  mərkəzə  göndərdiyi  məktublarından  məlum  olur  ki,  fransız 

mühəndisləri Üçkilsə monastırını da möhkəmləndirməklə məşğul olurdular. Hətta, 

fransızlar  Qudoviçdən  İrəvan  diyarından  çıxmasını  tələb  edirlər.  O  yazır:  "...Mən 

qoşunlarımla  Pəmbək  istiqamətində  hərəkət  edərək  İrəvan  sərhədlərinə 

yaxınlaşmazdan  əvvəl  fransızlar  öz  mühəndis  və  zabitlərini  ...İrəvan  qalası  və 

Üçkilsə monastırını möhkəmləndirmək üçün göndərmişlər" [79, iş 4265, v.17-18; 115, 

108].  Digər  bir  məktubunda  isə  Qudoviç  bildirir  ki,  "fransızlar  məndən  İrəvan 

vilayətini  tərk  etməyi  tələb  edirlər,  halbuki  bu  yerlərə  mən  silah  gücü  ilə  sahib 

olmuşam" [75, sənəd 168, v.60-72; 115, 108]. 

Cənubi  Qafqazı  güzəştə  getmək  istəməyən  Qacarlar  İranı  Rusiyanın  sülh 

təklifini qəbul etmədi. Rus qoşunları bundan bir bəhanə kimi istifadə edərək 1808-

ci  ilin  baharında  İrəvan  istiqamətində  yenidən  hücuma  keçdilər.  İrəvanı  ələ 

keçirmək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsıx 

tərəfdən  İran  və  Türkiyə  qoşunlarının  gözlənilməz  hücumlarının  qarşısını  almaq 

üçün  Pəmbəkdəki  Qarakilsə,  habelə  Dərəbaş,  Hamamlı,  Qacarabad,  Gümrü  kimi 

yerlərdə istehkamlar inşa etmişdilər. 1808-ci ilin sentyabrında Qudoviç Pəmbəkdən 

6 minlik qoşun və 12 topla İrəvan istiqamətində hərəkət etdi. Digər məlumatda isə, 

rus qoşunlarının tərkibi 240 zabit və 7506 süvari əsgərdən ibarət idi. 500 nəfərdən 

çox erməni süvarisi də işğalçı orduya qoşulmuşdu [151,209; 115, 109-110]. 

Təcavüzkar  Rusiya  ordusu  və  onlara  köməklik  göstərən  ermənilərin 

Azərbaycan torpaqlarında həyata keçirdikləri işğallarda hərəsinin öz marağı vardı. 

İrandan  və  Osmanlı  imperiyası  ərazisindən  İrəvan  xanlığı  ərazisinə  axışmağa 

başlayan  ermənilər  yaranmış  vəziyyətdən  istifadə  edərək  Azərbaycanın  qərb 

torpaqları  hesabına  "erməni  dövləti"  yaratmaq  məqsədlərinə  çatmağa  çalışırdılar. 

Məqsədlərinə  yetmək  üçün  dəridən-qabıqdan  çıxan  ermənilər  rus  komandanlığına 

müxtəlif cür məxfi xarakterli məlumatlar verir, Rusiya hakim dairələrinə müxtəlif 

məzmunlu  məktublar  göndərir,  onları  özlərinin  "xilaskarı"  hesab  edir,  rus 

qoşunlarını  İrəvanın  işğalına  şirnikləndirir  və  səbirsizliklə  onların  yolunu 

gözlədiklərini  qeyd  edirdilər  [26,  sənəd  1258,  s.627].  Rusiya  dövləti  isə,  öz 



206 

 

növbəsində,  Cənubi  Qafqazı  ələ  keçirdikdən  sonra  Azərbaycanın  qərb 



torpaqlarında yerli azərbaycanlılara və qonşu müsəlman dövlətlərinə qarşı "erməni 

bufer vilayəti" yaratmaq məqsədilə ermənilərin göstərdikləri bütün köməklərdən, o 

cümlədən maliyyə vəsaitlərindən lazımınca istifadə edirdi. 

Rus  zabitləri  onlara  kömək  edən  ermənilərin  "cəsurluğunu"  yüksək 

qiymətləndirir,  onlara  tez-tez  yazılı  təşəkkürlər  verməkdə  öz  səxavətlərini 

əsirgəmirdilər [bax: 180, 7-30, 56-62, 85-103]. 

Rusiya  dövlətinin  İrəvan  xanlığını  işğal  etmək  niyyətindən  əl 

çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiyyətə gələn kimi dərhal müdafiə 

tədbirlərinə  başladı.  O,  hələ  1806-cı  ilin  dekabrında  Zəngi  çayından  başlayaraq 

İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirdi və möhkəmlətdi, qalanı 

müdafiə  edən  qoşunların  sayını  artırdı  [27,  sənəd  424,  s.232;  74,  456].  Rus 

qoşunlarının  İrəvana  hücumu  ərəfəsində  xan  artıq  İrəvan  qalasını  fransız 

mühəndislərinin köməyi ilə  Avropa  üslubunda  yenidən  möhkəmləndirdi.  İrəvanın 

qalın  qala  divarlarının  çöl  tərəfində  səngərlər  qazıldı  və  bu  səngərlərə  toplar 

düzüldü.  Döyüşlərdə  fuqas  adlı  xüsusi  bombalardan  istifadə  olunurdu  [27,  sənəd 

467,  s.254].  Məhz  bu  səbəbdən  Rusiya  komandanlığı  xüsusi  casuslar  vasitəsilə 

İrəvan  xanının  qoşunlarının  sayı  haqda  məlumatlar  toplayırdı  [27,  sənəd  436, 

s.235]. 


Sentyabrın  26-da  artıq  rus  qoşunları  dağıdılmış  Abaran  kəndinə  gəlib 

çatdı. Hüseynqulu xan Qacar İrəvanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xanı 

2 min nəfər döyüşçü ilə qalada qoyaraq özü 4 min nəfər piyada ilə rus qoşunlarının 

qarşısına  çıxdı.  Lakin  Əştərəkdə  məğlub  olan  İrəvan  xanı  geri  çəkilməyə  məcbur 

oldu. 1808-ci il sentyabrın 30-da ermənilər Üçkilsəni rus qoşunlarına təslim etdilər. 

İşğalçılar burada sevinclə qarşılandılar [27, sənəd 453, s.243]. 

 


Yüklə 12,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin