Azərbaycan xalqının dahi oğlu, ümummilli lider


Ermənilərin Ġrandan Ġrəvan xanlığı ərazisinə



Yüklə 12,94 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix31.01.2017
ölçüsü12,94 Mb.
#7112
1   ...   10   11   12   13   14   15   16   17   18

 

Ermənilərin Ġrandan Ġrəvan xanlığı ərazisinə 

köçürülməsi 

 

Köçürməyə  hazırlıq.  Türkmənçay  müqaviləsinin  15-ci  maddəsinə  görə, 

şah hökuməti müharibə dövründə öz dövlətinə xəyanət edərək ruslara xidmət etmiş 

şəxslərin  (yəni  ermənilərin  -  red.)  Rusiya  tabeliyində  olan  ərazilərə  köçmələrinə 

mane  olmamalı  idi.  Bununla  da  İranda  yaşayan  ermənilərə  sərbəst  surətdə 

Rusiyanın  himayəsinə  keçmək  hüququ  verildi  [47,  339-341;  130,  85-86].  İranın 

hökumət  və  yerli  hakimiyyət  orqanlarının  heç  bir  maneçiliyi  olmadan,  onların 

satlıq  malına  və  ya  əmlakına,  əşyalarına  hər  hansı  gömrük  və  vergi  qoyulmadan 

daşınan  əmlakını  aparmaq  və  satmaq  üçün  bir  il,  daşınmaz  əmlaka  gəldikdə  isə, 

onun  satılması  və  ya  onun  haqqında  özxoşuna  sərəncam  (vəkalət)  üçün  5  illik 

müddət müəyyən edildi [76, 130; 75 221-222; 46, 44; 4, 283]. 

Ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsi  layihəsi  hələ 

1827-ci ildə A.S.Qriboyedovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik 

dəftərxanasında  hazırlanmışdı.  Rusiyanın  İrandakı  səfiri  A.S.Qriboyedov  İran 

ermənilərinin  yenicə  işğal  edilmiş  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsində 

fəal  iştirak  edirdi.  Ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsinin 

reallaşması ilə əlaqədar olaraq Rusiya hökumətinin İranla sərhədboyu ərazilərə 80 

min  kazakın  köçürülməsi  barədə  əvvəllər  hazırladığı  layihə  qüvvədən  salındı  [79, 

sənəd  923,  v.1-16;  153,  128,  129J.  İ.Yenikolopova  görə,  A.Qriboyedov  ermənilərin 

İrandan  Rusiya  sərhədlərinə,  yəni  Çuxursəd  çökəkliyinə  köçürülməsinə  xüsusi 

diqqətlə 

yanaşır 

və 


bu 

məsələyə 

Rusiyanın 

Şərqdəki 

mövqelərinin 

möhkəmlənməsinin təminatı kimi baxırdı [153,128]. 

Artıq  1827-ci  ilin  mayında  general  Paskeviçin  Peterburqdan  xüsusi 

tələbnamə  əsasında  ermənilər  arasında  nüfuza  malik  olan  polkovnik  Lazaryevi

*

 

                                                           



*

Rusiya  imperiyası  ermənilərin  İrandan  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsini  mütəşəkkil 

həyata  keçirmək  üçün  Peterburqda  yaşayan  polkovnik  Q.Lazaryevi  1827-ci  il  oktyabrın 

19-da  Təbrizə  komendant  təyin  etdi  [46,  40].  Hələ  XVIII  əsrdə  Rusiya  çarlarının  qılığına  girərək 

 

Peterburqda və Moskvada möhkəmlənən varlı erməni ailəsinin nümayəndəsi olan bu qaniçən polkovnik, 



1787-1791-cı  illərdə  baş  vermiş  Osmanlı  -  Rusiya  savaşında  türklərə  qarşı  qəddarlığı  ilə

 

seçilən  qardaşı  İvan  Lazaryev  [bax:  74,  649J  kimi,  nəinki  Azərbaycan  türklərinin,  bütövlükdə 



257 

 

(Qazaros  Lazaryan



**

)  öz  sərəncamına  götürməsi  ilə  köçürülmənin hazırlıq işlərinə 

başlandı  [153,  129].  Oktyabrın  əvvəlində  artıq  Lazaryev  Cənubi  Azərbaycan 

erməniləri  arasında  iş  aparmaq  üçün  ayrılan  dəstənin  tərkibində  idi.  Rus 

qoşunlarının  Təbrizə  hücumu  zamanı  (13  oktyabr  -  red.)  Lazaryevin  çağırışından 

"ruhlanan" ermənilər həmişə olduğu kimi, yenə də yaşadıqları dövlətə xəyanət edərək 

Təbrizin  darvazalarını  rus  qoşunlarının  üzünə  açdılar.  Oktyabrın  19-da  Lazaryevin 

Təbrizin  komendantı  təyin  edilməsi  xəbəri  ermənilər  tərəfindən  böyük  sevinclə 

qarşılandı [46, 38, 40]. 

Yeri 


gəlmişkən, 

Rusiya 


hakim 

dairələrinin 

ermənilərin 

Şimali 


Azərbaycana köçürülməsi siyasətinin hazırlanmasında "uzaqgörən" ermənilər az rol 

oynamamışdılar.  Bu  qanlı  siyasətin  həyata  keçirilməsi  məxfi  deyildi  və  açıq-aşkar 

surətdə  həyata  keçirilirdi.  Köçürmə  planının  həyata  keçirilməsində  bütün 

ermənilərin  katolikosu  yepiskop  Nerses  öz  köməkliyini  vəd  etmişdi  [153,  129]. 

Paskeviç, eyni zamanda, Tiflisin hərbi qubernatoru Sipyaginə dekabrda göndərdiyi 

məktubda bildirmişdi ki, Urmiya ətrafında yaşayan 15 min yunan [aysor - red.] və 

erməni Rusiyanın əyalətlərinə köçmək istəyir. Sipyagin isə cavabında onların İrəvan 

və  Naxçıvan  əyalətlərində  yerləşdirilməsi  təklifini  irəli  sürmüşdü  [153,  129-130]. 

Arxiv sənədləri sübut edir ki, İran ermənilərinin özləri də general Paskeviçin yanına 

gələrək  onların  Rusiya  tərəfindən  yeni  ələ  keçirilmiş  vilayətlərə  köçürülməsinə 

icazə  istəyirdilər  [79,  iş  978,  №  l;  153,  129-131].  Diqqəti  cəlb  edən  cəhət  budur  ki, 

İrəvan  və  Naxçıvan  vilayətlərinin  Azərbaycan  torpaqları  olduğunu  yaxşı  bilən 

ermənilər  Rusiya  işğallarından  sonra  məqsədyönlü  olaraq  mütəşəkkil  surətdə  və 

külləvi halda məhz bu ərazilərə köçürülmələrinə nail olmaq istəyirdilər. 

Türkmənçay  müqaviləsi  imzalandıqdan  dərhal  sonra  1828-ci  il  fevralın 

14-də  Lazaryev  elə  oradaca  Paskeviçə  göndərdiyi  raportunda  xatırladırdı  ki, 

ermənilər müharibə zamanı Rusiyanın qələbəsi üçün mümkün olan hər şeyi ediblər 

və indi evlərini qoyub Rusiya tərəfə (yəni İrandan Şimali Azərbaycana - red.) köçmək 

istəyirlər.  Ermənilərin  sürətlə  və  rahat  köçürülməsi  üçün  Lazaryev  aşağıdakı 

təklifləri  edirdi:  1)  Köçürmə  işlərinə  rəhbərlik  etmək  üçün  Paskeviç  ona  yazılı 

təlimat versin və həmin sənəddə köçənlərə verilən güzəştli göstərilsin; 2) koçürmə 

işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştabs və ober-zabitlər 

təyin  etmək  məsələsi  onun  ixtiyarına  verilsin  (bununla  Lazaryev  bu  işə  erməni 

zabitlərini  cəlb  etmək  istəyirdi  -  red.);  3)  iqlim  şəraitinə  görə  köçürmə  işlərinin 

ləngidəyəcəyi yerlərdə rus ordusu orada gözləsin və ordu köçənləri müşayiət etsin; 

4) kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın" [32, sənad 553, s.588; 32,sənəd 

561, s.603-604; 109, 26]. 

Paskeviç  bu təkliflərin  yerinə  yetirilməsi üçün fevralm 26-da  Lazaryevə, 

                                                                                                                                      

müsəlmanların düşməni idi.

 

**

  Q.Lazaryanın  1828-ci  il  martın  30-da  İran  ərazisində  yaşayan  və  Şimali  Azərbaycan  torpaqlarına 



köçürülməsi nəzərdə tutulan ermənilərə müraciətinin erməni dilində olan variantında qaniçən generalın 

adı tam şəkildə verilir [46, 11 lj.

 


258 

 

29-da isə İrəvan "Müvəqqəti idarə"sinə xüsusi təlimat göndərdi. 



Paskeviçin  Lazaryevə  verdiyi  19  maddəlik  təlimatda  göstərilirdi: 

"Köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, 

yenə ticarətlə məşğul olsunlar; kəndlilərə kifayət qədət münbit torpaq ayrılacaq və 

onlar 6 il müddətinə vergilərdən, 3 il müddətinə isə torpaq mükəlləfiyyətindən azad 

ediləcəklər; köçməyə hazır olan ailələrə veriləcək güzəştlər haqqında onlara xüsusi 

formada  vərəqələr  verilməlidir;  köçürülənlər  kəndlər  üzrə  dəstələrə  ayrılmalı,  hər 

dəstədə  150-dən  300-ə  qədər  aid  olmalıdır;  köçürülənləri  İrəvan  və  Naxçıvan 

əyalətlərinə  istiqamətləndirmək  lazımdır  ki,  həmin  ərazilərdə  xristian  əhali 

mümkün qədər artırılsın; hər dəstəni müşayiət etmək üçün ermənicə bilən bir zabit 

və 2-5 kazak ayrılsın; köçkün dəstələri yola düşən kimi, dərhal İrəvan "Müvəqqəti 

idarəsinə  ailələrin  sayı,  onların  yaşadıqları  ərazinin  iqlim  səraiti,  məşğuliyyətləri, 

malik  olduqları  sürülər  və  sərhədə  yetisəcəkləri  təxmini  vaxt  haqqında  xəbər 

götürmək  lazımdır.  Kasıb  ailələrə  10  gümüş  rublu  keçməmək  şərti  ilə  köməklik 

göstərmək üçün 25 min rubl gümüş pul ayrılsın"  [bax: 46,98-107; bax: bölmənin 

sonu, sənəd 3]. 

Paskeviçin  İrəvan  "Müvəqqəti  idarə"sinə  verdiyi  16  maddəlik  təlimatda 

isə göstərilirdi: "Komitə köçürülən ailələrin sayına uyğun torpaq sahəsi ayırmalı və 

onların  nəzərdə  tutulan  yerlərdə  məskunlasmasına  rəhbərlik  etməlidir.  Komitə 

çalışmalıdır  ki,  köçürülən  kəndlərin  sakinləri  əvvəlki  ərazlərindəki  kimi,  yığcam 

şəkildə  ayrıca  və  bir-birinə  qonşuluqda  yerləşdirilsinlər.  Dağlıq  şəraitində 

yasayanlar dağlıq yerdə, düzənlikdə yaşayanlar isə düzənlikdə yerləşdirilməlidir ki, 

onlar mümkün qədər xəstəlik və ölümdən xilas olsunlar, onların adət-ənənələrinin 

və  təsərrüfat  vərdişlərinin  saxlanılmasına  şərait  yaradılsın.

*

  Müsəlmanların 



yaşadıqları kəndlərdə xristianların yerləşdirilməsinə  yol verməməli, xristianlardan 

ibarət ayrıca dairə və mahallar yaratmaq lazımdır: Müsəlman (xristian) kəndlərinin 

əhatəsində  yaşayan  xristianları  (müsəlmanları)  öz  dindaşlarının  yanına  köçürmək 

lazımdır.  Köçürülənlər  mülkədar  torpaqlarında  deyil,  dövlət  torpaqlarında 

yerləşdirilməlidir. Yeni məhsul götürülənədək ilkin taxıl səpini üçün köçürülənlərə 

bərabər  miqdarda  borc  verilməli,  təsərrüfatın  dirçəldilməsi  üçün  götürülən  borc 

faizsiz  olaraq  dörd  il  müddətinə  verilməli,  bundan  sonra  altı  il  ərzində 

ödənilməlidir. Məskunlaşdırmaq üçün yer seçərkən sağlamlıq üçün şərait və yaxşı 

içməli  suyun  olması  nəzərə  alınmalıdır.  Hər  bir  ailənin  yerləşdirilməsi  haqqında 

xüsusi  formada  hesabat  verilməli  və  hesabatda  çəkilən  ümumi  xərclərin  miqdarı 

göstərilməlidir" [77,189-191; 109,27-28]. 

Qeyd etmək lazımdır ki, sonralar hər iki təlimatın köçürmədə könüllülük 

                                                           

*

  Rusiya  hökuməti  ermənilərə  belə  qayğı  göstərdiyi  halda,  1948-1953-cü  illərdə  azərbaycanlıların 



doğma      torpağı olan İrəvan bölgəsindən deportasiyası zamanı dağlıq və dağətəyi bölgədən köçürülən 

əhali Azərbaycan SSR-in isli iqlimi olan Kür-Araz ovalığında yerləşdirildi və bununla onların həyatına 

qəsd edildi. Bu ağır cinayət nəticəsində onlar kütləvi surətdə qırılıb məhv oldular. 

 


259 

 

prinsipinin  əsas  tutulması  barədə  tələbləri  tamamə  pozuldu.  Belə  ki,  Lazaryev  və 



onun yerlərə göndərdiyi erməni nümayəndələr Türkmənçay müqaviləsini və onlara 

verilən  təlimatı  pozaraq  erməniləri  Şimali  Azərbaycana  könüllü  deyil,  zorla 

köçürməyə başladılar. 

Rusiyanın  bufer  erməni  dövləti  yaratmaq  siyasətini  başa  düşən  Abbas 

Mirzə  Rusiya  ilə  İranın  yeni  sərhədləri  boyunca  ermənilərin  kütləvi  surətdə 

yerləşdirilməsindən  narahat  idi  [65,  60].  Buna  görə  də  o,  ermənilərin  İrandan 

kütləvi surətdə köçürülməsinə  mane olmağı çalışırdı. Bu prosesin qarşısını almaq 

üçün  onun  nümayəndələri  yerlərdə  olur,  ermənilərə  köçmədikləri  halda  6  il 

müddətinə vergilərdən azad ediləcəklərini vəd edirdilər [32, sənəd 586, s.619-620]. 

Bununla  bağlı  Abbas  Mirzə  iki  dəfə  polkovnik  Lazaryevə  müraciət  etmişdi  ki, 

ermənilərin zorla köçürülməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin 

şərtlərinə əməl etsin [bax: 46, 66-67, 76-78]. Abbas Mirzənin Lazaryevə göndərdiyi 

ikinci  məktubunda  erməni  polkovnikin  ikiüzlü  siyasəti  açıq-aydın  ifşa  olunurdu: 

"İndi  cənabınız  Səlmasda  qalır  və  qoşunlar  da  oradadır.  Köçməyən  kəndlərdən 

kazaklar və yasavullar vasitəsilə pul tələb edirsiniz, köçənlərə isə, eyni zamanda, pul 

verirsiniz" [46, 77-78]. 

Ermənilərin Şimali Azərbaycan torpaqlarına zorla köçürülməsi onların öz 

içərisində də ciddi etirazlara səbəb olurdu. Bununla bağlı Lazaryev öz hcsabatında 

general Paskeviçə yazırdı ki, İranda yaşayan saysız-hesabsız nestorianları [aysor - 

red.]  razı  salmaq  üçün  durmadan  səy  göstərməyimə  və  daha  çox  maddi  yardım 

təklif etməyimə baxmayaraq, böyük zəhmət bahasına yalnız yüzə yaxın ailə köçürə 

bilmişəm [46, 115]. Bundan əlavə, Səlmas monastırının yepiskopu İsrael ermənilərin 

zorla köçürülməsinə maneçilik törətdiyi üçün erməni arxiyepiskopu Nerses 1828-ci 

il martın 17-də general Paskeviçə yazdığı məktubunda generaldan xahiş etdirdi ki, 

İsraeli  bu  işdən  çəkindirmək  üçün  Xoydakı  yerli  komendanta  göstəriş  versin  və 

onu  rütbəsindən  məhrum  edərək  cəzalandırmaq  üçün  Üçkilsəyə  göndər-sin  [32, 

sənəd 568, s.607-608; 65, 72-73; 109, 28]. Həmin il marlm 19-da gcneral Paskeviçin 

Nersesə  cavab  məktubunda  bu  xahişin  yerinə  yetiriləcəyi  vəd  olunurdu  [32,  sənəd 

568, s.607-608]. 

Köçürmənin  həyata  keçirilməsi.  Şimali  Azərbaycana  köçürülən  kasıb 

erməni  ailələrinə  kömək  üçün  xəzinədən  25  min  rubl  gümüş  pul  ayrılmışdı. 

Lazaryevin  və  ona  təhkim  edilən  erməni  zabitlərin  vəzifəsi  köçürülənlərin  sərhədə 

çatdırılması  ilə  bitirdi.  Bundan  sonra  işlərə  rəhbərlik  İrəvan  "Müvəqqəti  idarə"si 

yanında  xüsusi  olaraq  köçürülən  ermənilərin  yerləşdirilməsi  üçün  yaradılan 

komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini sərhəddə qarşılamaq 

üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət 

etməli  idi.  Qarabağ  üzrə  bu  vəzifə  gömrük  hərbi  dairəsinin  rəisi  knyaz  Abxazova 

həvalə edildi [46,105-106]. 

Ermənilərin 

İran 

ərazisindən 



Şimali 

Azərbaycan 

torpaqlarına 

köçürülməsinin  həyata  keçirilməsi  haqqında  məlumatı  Lazaryevin  1829-cu  il 



260 

 

dekabrın 24-də qraf Paskeviçə yazdığı "Yekun hesabat"ında izləmək mümkündür. 



Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də 

başa  çatdırılmışdı.  Bu  qanlı  siyasətin  tezliklə  həyata  keçirilməsinə  çox  canfəşanlıq 

göstərən  erməni  general  Qazaros  Lazaryan  şəxsən  özü  rəhbərlik  etmişdi.  Digər 

erməni zabitləri - 41-ci yeger polkunun podpolkovniki knyaz  Melikov Üzümçü  və 

onun  ətrafındakı  kəndlərin,  gürcü  qrenadyor  polkunun  podpolkovniki  knyaz 

Arqutinski-Dolqoruki  Təbriz,  onun  ətrafındakı  kəndlərin  və  Səlmas  əyalətinin, 

kollec asessoru Qamazov Marağa və Urmiya xanlıqları kəndlərinin, knyaz Şalikov 

isə  Xoy  xanlığında  yaşayan  ermənilərin  köçürülməsində

*

  ona  yaxından  kömək 



etmişlər [bax: 46, 48, 55, 63, 69, 115-116]. 

Müqaviləyə  əsasən,  rus  qoşunlarının  geriçəkilmə  prosesinə  martın  8-dən 

etibarən  Marağadan  başlanıldığı  üçün  ilk  növbədə  orada  yaşayan  erməniləri 

köçürmək  nəzərdə  tutulurdu.  1828-ci  il  fevralın  axırlarında  Marağaya  gələn 

Lazaryev qar yağdığı üçün köçürməni dayandırıb erməni dəstələrini Marağa kollec 

asessoru  Qamazova  və  ştabs  -  kapitan  Voynikova  tapşırıb...  martın  7-də 

Marağadan çıxdı.  Artıq  martın 9-da  general  Paskeviç və  "Müvəqqəti  Azərbaycan 

İdarə  Heyəti"nin  üzvləri  Təbrizi  tərk  etdi.  Abbas  Mirzə  yenidən  Təbrizdə  öz 

hakimiyyətini bərpa etdi. Buna görə də Lazaryev Təbrizdən cəld keçərək Sufiyana 

-  (Təbrizin  şimalında  qəsəbə  -  red.)  rus  sərkərdəsinin  yanına  gəldi  və  köçürmə 

üçün  yeni  pul  vəsaiti  ayrılmasına  icazə  aldı  [46,  55-56].  Həmin  il  martın  9-da 

Lazaryev  Paskeviçə  yazdığı  raportunda  göstərirdi  ki,  artıq  4500  erməni  ailəsi 

köçürülərək  Araz  çayının  İran  tərəfindəki  sahilinə  gətirilmişdir  [32,  sənəd  592, 

s.624-625]. 

Türkmənçaya yaxın olan müxtəlif kəndlərin ermənilərini keçmiş Qarabağ 

xanlığının ərazisinə yola salan Lazaryev ermənilərin köçürülməsi prosesini davam 

etdirmək  üçün  podpolkovnik  Arqutinski-Dolqorukini  Təbrizdə  qoyaraq  özü 

yenidən  Marağaya  yola  düşdü  [46,48].  Səlmas  və  Qəzvin  xanlıqları  ərazisindən 

gələn  ailələr  də  Marağadan  köçürülən  dəstələrə  qoşuldular  [bax:  46,57-58]. 

Köçürmə  işlərinin  ləngidiyini  görən  Lazaryev  1828-ci  il  martın  30-da  ermənilərə 

müraciət etdi. Müraciətdə deyilirdi: "...orada (yəni Şimali Azərbaycanda - red.) siz 

xristianların  məskunlasdırıldığı  Yeni  Vətən  əldə  edəcəksiniz  ...  İranın  müxtəlif 

əyalətlərinə  səpələnmiş  xristianların  bir  yerə  cəmləşdiyini  görəcəksiniz.  Tələsin! 

                                                           

* Tədqiq olunan dövr üzrə mütəxəssis olmayan AMEA-nın müxbir üzvü, t.e.d. F.Məmmədova yazır ki,     

İrandan  Azərbaycan  torpaqlarına  köçürülən  ermənilər  guya  XVII  əsrin  əvvəllərində  Qarabağda  İrana 

sürgün edilmiş xristian albanlar idi [Maмедoва Ф. Дж. Kaвказcкая Албания и албаны. Баку, 2005, 

s.601-602  və  s.].  Bu  fikrin  heç  bir  elmi  əsası  yoxdur.  Çünki  həmin  dövrün  görkəmli  mütəxəssisi, 

tanınmış  şərqşünas  İ.P.Petruşevskinin  araşdırmalarına  görə,  Şah  I  Abbasa  qarşı  üsyan  edən  Qarabağ 

xristianları  -  albanlar  Mazandarana  sürgün  olunmuşdular.  Çar  Rusiyası  ısə  Mazandarandan    Şimali 

Azərbaycan    torpaqlarına    ümumiyyətlə    xristian  əhali  köçürməmişdir.  Digər  tərəfdən,  bu  qeyri-elmi 

iddianın kiçicik belə elmi əsası olsaydı, bunu qanlı köçürmə siyasətini həyata keçirən Rusiya işğalçıları 

hamıdan əvvəl və hamıdan daha yaxşı əsaslandırardılar. 

 


261 

 

Vaxt  qiymətlidir.  Tezliklə  rus  qoşunları  İranı  tərk  edəcək,  bundan  sonra  sizin 



köçməyiniz  çətinləşəcək  və  biz  sizin  təhlükəsiz  köçməyinizə  cavabdeh 

olmayacağıq.  Azca  itkiyə  məruz  qalsanız  da,  qısa  zamanda  hər  şeyə  nail 

olacaqsınız,  özü  də  həmişəlik"  [46,  107-111;  bax:  bölmənin  sonu,  sənəd  4]. 

Lazaryevin müraciətinin ermənicə  mətni İranda  yaşayan bütün ermənilər arasında 

yayıldı. 

1828-ci  ilin  aprel-may  aylarında  Lazaryev  Urmiya,  Xoy,  yenidən  Səlmas 

xanlıqlarında  və  İranın  Kürdüstan  ərazisində  yaşayan  ermənilərin  də  Şimali 

Azərbaycan  torpaqlarına  köçürülməsini  təmin  etdi  [bax:  46,  59-60,  61-62]. 

Lazaryev İrandan təkcə erməniləri deyil, kürdləri də Şimali Azərbaycan torpaqlarına 

köçürməyə çalışırdı. O. 1828-ci il mayın 27-də göndərdiyi raportda təxminən 500 

ailədən ibarət müsəlman kürdlərin də İran Kürdüstanından İrəvan əyalətinə köçmək 

niyyətində olduğunu bildirmişdi. Lakin erməni zabitinin bu planı baş tutmadı. Çünki 

hələ  fevralın  29-da  Lazaryevə  xüsusi  məktubla  tapşırılmışdı  ki,  müsəlmanların 

köçürülməsinə imkan verməsin [32, sənəd 598, s.629; 109,29]. 

Ermənilərin Şimali Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsini 

müxtəlif arxiv sənədləri də təsdiq edir. Məsələn, Gürcüstandakı baş qərargah rəisinə 

təqdim edilən 1828-cı il 26 may tarixli raportda bildirilirdi: "Rusiyaya məxsus olan 

vilayətlərə  xristianların  köçürülməsi  müvəffəqiyyətlə  aparılır.  Artıq  Qarabağda  279, 

İrəvan vilayətində  948 ailə  məskunlaşdırılmışdır; polkovnik Lazaryevin vədinə  görə, 

köçənlərin sayı 5 min ailəyə çatdırılmalıdır" [79, iş 978,v. 19]. 

İ.Şopenin  məlumatına  görə,  İrandan  köçürülən  ermənilərdən  təkcə  366 

ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində 

və  36  ailə  (182  nəfər) isə  Ordubad  şəhərində  yerləşdirildi  [95,636-638].  Köçürülən 

ermənilər  İrəvan  əyalətinin  119  kəndində,  Naxçıvan  əyalətinin  61  kəndində, 

Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıldı. Ümumiyyətlə, İrəvan əyalətində 

4559 13568 nəfər), Naxçıvan əyalətində 2137 (10652 nəfər), Ordubad dairəsində 250 

(1340 nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma "Erməni vilayəti"nə 35560 

nəfərdən ibarət 6949 erməni ailəsi köçürüldü [95, 635-642; 109, 31-32]. 

Lazaryevin özünün hesabatından isə  məlum olur ki,  üç  ay yarım  ərzində 

İran  ərazisindən  8249  xristian  -  erməni  ailəsi  İrəvan,  Naxçıvan  və  Qarabağ 

əyalətinə  köçürülmüşdü, bu da,  ən azı,  40 min nəfər demək idi; köçürmə  işlərinə 

xəzinədən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi; köçmək istəyən 

1500  erməni  ailəsi  İranda  qaldı.  Çünki  Lazaryev  köçürmə  üçün  ayrılan  vaxt  başa 

çatdığından  onları  köçürməyə  imkan  tapmamışdı  [bax:  46,  131;  109,  31].  Lakin 

nəzərə  almaq  lazımdır  ki,  Lazaryevin  hesabatında  İrandan  Şimali  Azərbaycan 

torpaqlarına  köçürülən  erməni  ailələrinin  miqdarı  tam  dolğunluğu  ilə  əks 

olunmamışdır.  Məsələn,  rus  tədqiqatçısı  N.A.Smirnov  İrandan  90  min  erməninin 

köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırıldığını yazır [bax: 183, 180]. 



Köçürülənlərin  yerləşdirilməsi.  Lazeryevin  tapşırığını  yerinə  yetirən 

Qamazov  öz  hesabatında  bildirirdi  ki,  İrəvan  əyalətinə  köçürülən  ermənilərin 



262 

 

əksəriyyəti  buranın  ən  yaxşı  mahallarında  -  Şərur,  Dəvəli,  Gərniçay,  Zəngi, 



Abaran, Qırxbulaq, Dərəçiçək və Araz çayının İran tərəfində yerləşən hissəsindəki 

Saat  Çuxurunda  (Çuxursəd  -  red.),  yəni Sürməli  mahalında  yerləşdirildi.  300-dən 

artıq  sənətkar  erməni  ailəsi  İrəvanda  yerli  şəhərlilərin  azərbaycanlıların  evlərində 

yerləşdirildi  [153,  135-136;  122,  94].  Solmas  və  Xoy  xanlıqlarından  köçürülən 

200-dək erməni ailəsi isə T.Arqutinskinin göstərişi ilə Sürməli mahalına göndərildi 

[153,  141;  122,  94].  Beləliklə,  İrandan  köçürülən  ermənilər  İrəvan,  Naxçıvan  və 

Ordubad  şəhərlərində  (Naxçıvanda  -  Dərələyəz,  Şərur,  Naxçıvan  və  Azadciran 

şəhərində;  İrəvanın  mərkəzi  mahallarında  -  Gərnibasar,  Zəngibasar,  Dərəçiçək, 

Qərbibasar,  Abaran  və  b.  yerlərdə)  məskunlaşdırıldılar  [45,  93;  bax:182,  118]. 

Köçürülənlərin  dövlət  torpaqlarında  yerləşdirilməsi  haqqında  Paskeviçin  verdiyi 

təlimata  baxmayaraq,  ermənilərin  əksəriyyəti  Azərbaycan  mülkədarlarına  məxsus 

torpaqlarda  yerləşdirildi  Özü  də  ermənilərə  bu  zaman  yaylaqlarda  olan 

azərbaycanlıların  evləri  paylandı.  Yaylaqlardan  qayıdan  azərbaycanlılar  isə  ev-

eşiksiz qaldı. Bunu rus müəllifi İ.K.Yenikolopov təsdiq edərək öz əsərində yazırdı: 

"Türkmənçay  müqaviləsi  imzalanandan  sonra  ayrı-ayrı  qrupların  köçürülməsi 

eybəcər formada həyata keçirilməyə başlandı: xüsusi torpaq fondu ayrılmadığından 

yerli  əhalinin  (yəni  ermənilərin  -  red.)  əksəriyyəti  yaylaqda  olan  kəndlilərin 

(Azərbaycan türklərinin - red.) evlərində yerləşdirildi" [153,135]. 

Bundan başqa, müəllifi A.Qriboyedov olduğu ehtimal edilən "Ermənilərin 

İrandan  bizim  vilayətlərə  köçürülməsi  haqqında  qeydlərdə  göstərilir  ki, 

"ermənilərin  mülkədar torpaqlarında  yerləşdirilməsi, onların  müsəlmanların  yerini 

dar  etməsi  bir  yana,  hələ  üstəlik  onlara  güzəştlər  də  verildi.  Halbuki  ziyan  çəkən 

tərəf  müsəlmanlar  idi.  Əslində,  erməniləri  deyil,  buranın  müsəlmanlarını  köçkün 

hesab  etmək  lazımdır.  Ermənilər  köçürülən  zaman  müsəlman  ailələrin  əksəriyyəti 

yaylaqda  idi  və  gəlmə  ermənilərin  onların  evlərində  yerləşdirilməsindən  xəbərləri 

yox  idi"   [32,  sənəd  618,  s.642-644;  65,  81-85;  153,  140;  bax:  bölmənin  sonu, 

sənəd 5]. 

İlk  mənbələrin  məlumatından  görünür  ki,  İrandan  köçürülən  ermənilərin 

əksəriyyəti,  bu  barədə  verilmiş  təlimatların  əksinə  olaraq,  nıüsəlman  kəndlərində 

yerləşdirilmişdi.  Bundan  əvvəl  köçürülmüş  ermənilərin  müsəlmanlarla  qarışıq 

yaşadıqları  kəndlərdə  isə, demək olar ki,  yeni  köçkünlər  yerləşdirilmədi.  Təbiidir 

ki,  torpaqlarının  və  evlərinin  əllərindən  alınması  azərbaycanlı  əhalinin  kəskin 

narazılığına  səbəb  olurdu.  Naxçıvan  kəndlərində  bu  cür  narazılıqlar  daha  tez-tez 

baş verirdi. Odur ki, Qriboyedov vəziyyətdən çıxış yolu kimi Naxçıvan əyalətində 

müsəlmanlar yaşayan kəndlərdə məskunlaşdırılmış 500 erməni ailəsini Dərələyəzə 

köçürməyi təklif etdi. Onun bu təklifi həyata keçirildi [32, sənəd 623, s.647-648; 109, 

30-31]. Təqribi hesablamalara görə, ermənilərin köçürülməsi İrana, əsasən Cənubi 

                                                           

  Rus  mənbələrindən  [32.  Sənəd    618,  s.642-644;  65,  81-85]  fərqli  olaraq,  İ.Yenikolopovun  əsərində 

Rusiya  hökumətinin  bu  qanlı  siyasətini  açıqlayan  həmin  yazıların  İ.Qriboyedova  deyil,  hərbçi 

D.Zubarevə məxsus olduğu göstərilir [bax: 153, 140].

 


263 

 

Azərbaycana  32  milyon  rubl  ziyan  vurmuşdu.  Köçümə  prosesinin  bütün  ağırlığı 



yerli  əhalinin  üzərinə  düşmüş,  onların  vəziyyətini  kəskin  şəkildə  pisləşdirmişdi. 

Köçürülmə  Şimali  Azərbaycanda  da  azərbaycanlıların  məhsuldar  torpaqlarının 

əllərindən  çıxması  ilə  nəticələnmişdi.  Köçürmənin  xərcləri,  demək  olar  ki,  Cənubi 

Azərbaycanın hesabına həyata keçirilmişdi [bax: 130, 94]. 

Beləliklə,  Rusiya  imperiyasının  erməniləri  İrandan  Şimali  Azərbaycanın  qərb 

bölgələrinə  və  Qarabağa  köçürməsi  siyasəti  azərbaycanlıların  öz  ata-baba 

torpaqlarından  sıxışdırıb  çıxarmaq  məqsədi  güdürdü  və  "erməni  dövləti"nin 

yaradılmasına  hazırlıq  idi.  Tarixi  hadisələrin  sonrakı  gedişi  bir  daha  sübut  etdi  ki, 

İran erməniləri Şimali Azərbaycana xüsusi məqsədlə - onlara burada "yeni vətən" 

yaratmaq məqsədilə köçürülmüşdü. 

İrandan  ermənilərin  Şimali  Azərbaycana  köçürülməsində  fəallıq  göstərən 

hərbçilər və din xadimləri Rusiya tərəfindən mükafatlandırıldılar. 



 

Yüklə 12,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin