Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 Şəbəkə əməliyyat sistemləri. UNİX, Linux əməliyyat sistemləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   46   47   48   49   50   51   52   53   54
23. Şəbəkə əməliyyat sistemləri. UNİX, Linux əməliyyat sistemləri 
Şəbəkə əməliyyat sistemi - lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə 
əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. 
UNİX əməliyyat sistemi 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən , 
AT&T şirkətinin Bell Laboratoriyalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli 
quruluşu dəstəkləyən bir əməliyyat sistemidir. Lakin, AT&T şirkətinin planında bu 
əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik 
qiymətə verdi. Bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu 
əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə 
əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və 
onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu (1990- cı 
ildə). Bu versiyanın adı Unix System V Release 4 - SVR4 idi. Unix istifadəçi qruplarından 
biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin 
mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley 
Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi 
satıldı. Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var. 
Unix əməliyyat sistemlərinə GNU/Linux, FreeBsd, Solaris, AİX, HPUX və s. misal 
göstərmək olar. Bu sistemlər hansısa məsələlərdə bir-birindən müəyyən fərqə malik olsalar 
da, ümumi Unix standartlarına hamısı cavab verir. 
Unix sisteminin digər sistemlərdən fərqləndirən bir çox üstün və çatışmayan 
cəhətləri vardır. Belə bir anlayış mövcuddur ki, Unix proqramçılar üçün yaratdığı 
sistemdir, yəni Unix adi istifadəçilər üçün yox, proqramçılar üçün nəzərdə tutulmuş bir 
sistemdir. Unix sistemlərindən istifadənin çətinliyi və proqramçılara bu sistemlərin bir 
çoxunda nüvədən tutmuş (kernel), istifadəçi proqramları, kompiyatorlar, kitabxanalar və s. 
proqram kodlarında istənilən dəyişikliyi edə bilmə imkanının verilməsi bunu deməyə əsas 
verir. 
Unix sistemlərinin bir çoxu, o cümlədən, GNU/Linux, FreeBsd, OpenSolaris və s. 
tam açıq kodlu sistemlərdir. Yəni proqramçı istənilən qurğunun drayverində, nüvə 
kodunda, kompilyatorda və s. istənilən dəyişikliyi edib, yenidən kompilyasiya edib, 
sistemdəki öz yeni dəyişikliklərindən istiadə edə bilər. Bu səbəbdən Unix sistemlərini 
əsasən sistem proqramçıları işlədir. 
Unix sistemləri mövcud sistemlər arasında ən təhlükəsiz, etibarlı və sürətli olduqlarına 
görə, bir qayda olaraq, ancaq imkanlı şirkətlər Unixdən istifadə edir və bu sistemlər daha 
çox inkişaf etmiş ölkələrdə yayılıb. Səbəb Unix sistemlərinin texniki xidmətinin həddən 
artıq baha olmasıdır. Bizim ölkədə də tədricən bir çox banklar, internet provayderlər, 
mobil operatorlar təhlükəsizlik və s. məsələlərə görə Unix-ə keçirlər. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin