Azərbaycan Texniki Universiteti Paşazadə Elvin Malik oğlu Qrup: 312a5 fb com/cinusoid add me; twitter com/cinusoid instagram com/cinusoid



Yüklə 63,08 Kb.
səhifə6/10
tarix27.11.2022
ölçüsü63,08 Kb.
#70873
1   2   3   4   5   6   7   8   9   10
referat 2754

Sərbəst iş №6
Türkmənçay müqaviləsi
Ədəbiyyat

1. Azərbaycan tarixi: VII-cilddə, IV-cild, Bakı, 2000, səh. 14-54.


2. Azərbaycan tarixi: Bakı,1994,səh.465-523.
3. Azərbaycan tarixi üzrə qaynaqlar Bakı 1989.
4. Banixanov.A.Gülüstani-İrəm. Bakı,1991.
5. Mustafayev.T XVIII-əsrin birinci yarısında Azərbaycanda Rusiya meylinin
güclənməsi. Bakı,1986.
6. Balayev. A Rusiyaya qovuşmaq ərəfəsində Bakı, 1988,səh.157-167.
Müqavilə 1828-ci ilin fevralın 10-da bağlandı. Türkmənçay sülh müqaviləsinə görə İran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiyanın hakimiyyətini tanıyırdı. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Cənubi Azərbaycan Şah istibdadının, Şimali Azərbaycan isə Çar Rusiyanın müstəmləkəsinə çevrildi. Həmin vaxtdan bu ərazilərin və xalqın tarixi inkişafı müxtəlif yollarla getdi.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi:
4-cü maddəyə görə İran və Rusiya arasında sərhəd xətti müəyyən edilir və bu xətt Araz çayından ibarət idi. 5-ci maddədə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya güzəştə gedilirdi. 8-ci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verilirdi. Bu maddə İngiltərənin mənafeyinə güclü zərbə vurdu.10-cu maddəyə görə İran Rusiyaya 20 milyon manat həcmində təzminat ödəməli, rus tacirlərinə İran ərazisində azad ticarət etmək hüququ verirdi. Həmçinin Türkmənçay müqaviləsinə əsasən əhalinin Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etmələrinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqları ərazisinə köçdülər. Həm birinci, həm ikinci İran –Rusiya müharibələrinin gedişində və sonralar İran və Türkiyədən Cənubi Qafqaza köçürülməsi nəticəsində ermənilərin sayı bu yerlərdə ilbəil artırdı.
1826-1828-ci illərdə təkcə Qarabağ ərazisinə 18 mindən çox erməni ailəsi köçürül­müşdü. Onların ilk məskunlaşdığı ərazi Maragaşen adlandırıldı.
Tarixçi K.M.Şavrov “Zaqafqaziyada rus işinə yeni təhlükə” əsərində yazırdı: ”1828-ci ildən 1830-cu ilə qədər Zaqafqaziyaya 40 mindən çox İran, 84000-dən çox Türkiyə ermənisi köçürüldü. Onları İrəvan, Yelizavetpol quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdilər. Onlara 200 min desyatindən çox torpaq sahəsi verildi”:
Yararlı torpaqların erməni köçkünlərinə verilməsi yerli azərbaycanlı kəndliləri narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular.
Bu hadisələrin şahidi olan Rusiyanın İrandakı səfiri, yazıçı A.S.Qriboyedov yazırdı ki, bu köçürülmə gələcəkdə böyük təhlükə törədə bilər.
O, dövrün statistikasına görə 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbay-canlılar, 8,4%-ni ermənilər təşkil edirdilər. Köçürmə siyasəti davam etdirilərək XIX əsrin 30-cu illərində bu nisbət-azərbaycanlılar 64,8%-ə ermənilər isə 34,8%-ə çatdırıldı.
İkinci İran –Rusiya müharibəsinin başa çatdırıldığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. Çar Rusiyası Xəzərdən sonra Qara dənizi, Bosfor və Dardanel boğazlarını ələ keçirməyə çalışırdı.
1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus qoşunlarının əsas məqsədi Anadoluya daxil olaraq Ərzurumu, Trapezundu ələ keçirərək daha sonra Istanbul üçün təhlükə yaratmaq idi. İlk hücum Rus qoşunları tərəfindən Qars üzərinə oldu. Iyunun 19-da Qars yaxınlığında döyüş baş verdi. Ruslar Qarsı ələ keçirdilər.Avqustda Ahalsıx, Ahalkələk tutuldu.
1829-cu il hərbi əməliyyatlarında Ərzurum və Trapezund da işğal olundu. Ruslar Balkan yarımadasında da bir sıra əhəmiyyətli qələbələr qazandılar. Türkiyə sultanı II Mahmud sülh bağlanması haqqında xahiş etdi. Beləliklə 1829-cu il sentiyabrın 2-də Ədirnə səhərində bağlanan sülh müqaviləsinə görə Türkiyə şimalda Anapadan başlayaraq, Qara dənizin şərq sahillərini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları Rusiyaya ticarət gəmiləri üçün açıq saxlanılırdı. Ədirnə sülhünə görə Türkiyə eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğal siyasəti ilə barışırdı.
Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi.
Azərbaycanın Çar Rusiyası tərəfindən işğalının nə kimi acı nəticələr gətirməsi Gəncədən deputat seçilmiş İsmayıl xan Ziyadxanovun I Dövlət Dumasında 1906-cı ildə söylədiyi nitqində öz əksini tapmışdır: “Zaqafqaziya torpaqları 100 il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu yüz il içərisində biz müsəlmanlar həmişə əsir müamiləsi görmüş, bu sifətlə hər təqibata məruz qalaraq hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə endirilmişik. Siyasi, sosial və iqtisadi sahənin hər birində bizim haqqımızda haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız. Ölkəmiz istila edilər-edilməz dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqəddəslərimizə müdaxilə edildi”.
Ölkə Rusiya tərəfindən işğal edildikdən sonra xanlıqlarda mövcud olan pul sistemləri ləğv edilərək vahd rus pul sistemi ilə əvəz edildi. Bu əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəmləkə xarakteri alsa da, ölkə Rusiyanın iqtisadi inkişaf axınına qoşuldu. Bu isə gələcəkdə kapitalist istehsal münasibətlərinin yaranmasına təkan verdi.

Yüklə 63,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin