Azərbaycan Texniki Universiteti Paşazadə Elvin Malik oğlu Qrup: 312a5 fb com/cinusoid add me; twitter com/cinusoid instagram com/cinusoid



Yüklə 63,08 Kb.
səhifə3/10
tarix27.11.2022
ölçüsü63,08 Kb.
#70873
1   2   3   4   5   6   7   8   9   10
referat 2754

Sərbəst iş №3
Hürufilik təlimi
Ədəbiyyat

  1. Azərbaycan tarixi. 7 cilddə, III cild, Bakı, 1999-cu il, səh.76-181.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989-cu il, səh.177-184.

3. Azərbaycan tarixi. Z.Bünyadov redaktorluğu ilə, Bakı, 1994-cü il, səh.398-391

XIV əsrin sosial-siyasi vəziyyətindən rişələnmiş hürufilik təlimi Azərbaycanın sosial-fəlsəfi fikir tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik və əxilik hərəkatı ilə üzvi surətdə bağlı idi. İlk dəfə Naxçıvanda, Astrabadda yayılmış, Fəzullahın qətlindən sonra şagirdi Əli ül-Əlanın başçılığı ilə hürufilər Türkiyə ərazisində fəaliyyət göstərmiş və türk dilində geniş ədəbiyyat yaratmışlar.


Hürufiliyə görə Allahın yaratdığı dünya daim dövr edir və bu görünən dəyişikliklərin səbəbidir. Allah 2 yolla təzahür edir. Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində – «Quran»da və şeylərin adında Allahın insanda təzahürü, insanın qurtuluş pillələrindən ibarət üç mərhələyə ayrılır: Peyğəmbərlik (Nübuvvət), İlahi himayədarlıq (vilayət), İlahilik (ulu Hiyyat). Peyğəmbərlik Məhəmmədlə başa çatmışdır. Ondan sonra İlahi himayədarlar şiə imamları gəlir. Nəimi isə axırıncı himayədar və həm də birinci canlı allahdır (Xuda), 3-cü mərhələnin banisidir. Bu təlimə görə insan öz varlığında olan İlahi ünsürü əxlaqi və mənəvi təkamül yolu ilə inkişaf etdirir və Allah dərəcəsinə yüksəlir. Onunla eyniyyət təşkil edir.
Hürufilər deyirdi ki, insanları ədalətə qovuşdurmaq üçün yeni tipli hökmdar, kamil insan lazımdır. Belə insan isə Fəzlullahdır. O, Allahın timsalı, onun naibi və əvəzidir. O, işğalçılığı, soyğunçuluğu aradan qaldıracaq, dini ehkamların mənasız qanun-qaydalarını: oruc, namaz, məscid xurafatını ləğv edəcəkdir. Bu cərəyan fəal fəlsəfi panteizmə əsaslanır və praktik sosial-siyasi məqsəd güdürdü.
Hürufilikdə Allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir. Sözlər isə hərflərlə ifadə olunur. Hərflər kamala çatmış insanın üzərində əks olunmuşdur. Son peyğəmbər Məhəmmədin nitqi 28 hərfdə öz əksini tapmışdır. Fəzlullah isə farsın 32 hərfini əsas götürmüşdür. İnsan sifətində anadangəlmə xətləri 4 ünsürə vurduqda 32 alınır. Hürufilər başqa rəqəmlərlə də hərflərdən ibarət rəmzlər yaradır, ərəb əlifbası hərflərinin müqəddəs olduğunu, onun vasitəsilə dünyanın sirlərini açmağın mümkünlüyünə inanırdılar. Əslində bu rəmzlər onlara islam dininə və şəriət ehkamlarına zidd olan panteist təlimlərini pərdələmək üçün lazım olmuşdur.
Nəiminin «Cavidannamə» əsəri 32 hərfdən bəhs edir. O, öz yaradıcılığının ilk dövrlərində mütərəqqi Sufilik mövqeyində durmuş, sonra isə hürufiliyin əsasını qoymuşdur.
Qeyd etməliyəm ki, hərf mistikası İsmaililikdə də vardır. Fəzlullaha görə qeyri-maddi Allah nitqinin səsi onun formasından yüksəkdədir və Alahın dünyanı yaratdığı yeganə yoldur. Hürufiliyin təsvirində gözəl insan «yalnız Allahın taxtı» deyil, həftta Allahın özüdür. Bu müddəa Fəzlullahın ilahiləşməsinə səbəb olurdu.
O, hürufiliyin nəzəri əsaslarını «Məhəbbətnamə», «Ərşnamə», «Novnamə» və «Divan»ında şərh etmişdir. Əl-Hürufi təxəllüslü Nəimi Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən Şirvanda tutularaq 1394-cü ildə Əlincə qalasında dəhşətli surətdə edam edilmişdir. Həbsdə olarkən yazdığı «Vəsiyyətnamə»cə məsləkdaşlarına tövsiyyələr vermişdir. Bu təlimin nəzəri əsaslarını Nəsimi, Əli ül-Əla, Türkiyədə Seyid İsaq və b. inkişaf etdirmişlər. Nəiminin «Məhəbbətnamə» əsərinin əlyazması İrəvanda (Eçmədçin), şeirləri isə Sankt-Peterburqda Asiya və Afrika xalqları institutunun kitabxanasında saxlanılır.
İmadəddin Nəsimi (1369-1417) Şamaxıda doğulub. Əsil adı Əlidir. Peyğəmbər Nəslindən olduğu üçün Seyid adlandırılmışdır. Hüseyni təxəllüsünü məşhur Sufi Şeyxi Həllac Hüseyn ibn Mənsurun (858-922), Nəsimi təxəllüsünü Nəiminin (Təbrizdə doğulub) şərəfinə götürmüşdür.
Nəimi öz ideyalarını təbliğ etmək üçün 1386-cı ildə Şirvana gəlir və burada Nəsimi ilə tanış olur. Hürufilik təbliğatında ərəb əlifbasının işləndiyi ölkələrdə geniş yayılmış Əbcəd hesabı köməyə gəlirdi. Bu hesaba görə əlifbada hər bir hərfin öz rəqəm qarşılığı vardır. Hürufilik də elə bundan istifadə edərək Qurandan aldıqları müxtəlif müqəddəs ayə və ifadələrin rəqəm qarşılığı ilə insan üzündə xəyalən gördükləri hərf və sözləri riyazi baxımdan müqayisə edir. Bunlar arasında bərabərlik tapır və bu vasitə ilə insanın ilahi mərtəbəyə layiq olduğu, zülm və zəlalət üçün yaradılmadığını əsaslandırırdılar.
Nəiminin ölümündən sonra Nəsimi də o zamana qədər Hürufilərin mərkəzi olan Bakını tərk edərək Ruma-Anadoluya gəlir. Ancaq osmanlı Sultanı I Murad da hürufilik ideyalarının tərəfdarlarını təqib etdiyindən şair İraqa və Suriyaya getməyə məcbur olur. Tarixi mənbələr onun 1417-ci ildə Hələb şəhərində tutulub diri-diri dərisi soyulur. Qəbri Hələm şəhərindədir. Tanrının nişanı məhz insandır.

Mən kövnü məkanü künfəkənam,


Bilgil ki, nişan, nişan mənəm, mən.

Nəsimiyə görə Tanrının özü də ol! Deyərkən insanı düşünmühş və onun mənafeyini nəzərdə tutmuşdur.


Teymurilər o dövrdə dərviş və Zəvvar kimi çıxış etmiş xalq hərəkatı başçılarına amansız divan tuturdular. Xalq arasında böyük nüfuza malik olan Baba Niki adlı bir dərvişin fəaliyyəti Teymuri hökmdarı Öməri vahiməyə salmış, Ömər hiylə ilə onu saraya çağırıb edam etmişdir.

Yüklə 63,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin