Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Yeni və ən yeni dövrün qaynaqları



Yüklə 3,15 Mb.
səhifə10/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   173
Ar2019-47-1

Yeni və ən yeni dövrün qaynaqları. XIX əsr Azərbaycan tarixinin öyrənilməsində “Qarabağnamələr”in böyük əhəmiyyəti vardır. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarixi” (1847), Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mirzə yusif Qarabağinin “Tarixi – Safi”, Mirmehdi Xəzaninin “Kitabi – tarixi Qarabağ”, Mirzə Rəhim Fənanın “Tarixi-cədidi Qarabağ”, Məhəmməd Baharlının “Əhvalati – Qarabağ”, Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” əsərləri Qarabağ və ümumən Azərbaycan tarixinin öyrənilməsində çox qiymətli mənbələrdir.
Kərim ağa Fateh və Hacı Seyid Əbdul Həmid Şəki xanlığının tarixinə dair əsərlər yaratmışlar. A.A.Bakıxanov “Gülistani-İrəm” əsərində Azərbaycan və Dağıstanın qədim zamanlardan öz dövrünə kimi baş vermiş tarixi hadisələrini şərh etmişdir. 1866-1917-ci illərdə Tiflisdə çap olunan 12 cildlik “Qafqaz Arxeoqrafiya komissiyasının sənədləri” adlı topluda yer alan əhəmiyyətli materiallardan Azərbaycan tarixinin müxtəlif məsələlərinin tədqiqində istifadə olunur.
Azərbaycan tarixinin işıqlandırılması üçün o dövrün qəzet və jurnal materiallarının böyük əhəmiyyəti var. «Закавказскиe вести», «Каспий», «Кавказ», «Неделя», «Кавказское сельское хозяйство», “Kəşkül”, “Əkinçi”, “Açıq söz” və sair mətbu orqanlarda da Azərbaycan tarixinin yeni dövrünə dair qiymətli məlumatlar çap olunmuşdur.
Azərbaycan tarixinin ən yeni dövrü 1918-ci ildən bu günümüzə qədərki dövrü əhatə edir. Bu dövrün öyrənilməsində ən qiymətli mənbələr arxiv sənədləridir. Azərbaycanın yeni tarixinə aid ən əhəmiyyətli sənədlər Azərbaycanda və qonşu ölkələrin – Türkiyənin, Rusiyanın, Gürcüstanın, İranın, Ermənistanın və sair ölkələrin arxivlərində saxlanılır. Azərbaycanın ən yeni tarixinin öyrənilməsində, həmçinin müxtəlif siyasi partiyaların arxivlərində saxlanılan sənədlərdən, statistik toplulardan, qəzet və jurnal materiallarından, epistolyar materiallardan və sair nəşr olunmuş mənbələrdən istifadə olunmuşdur.
Azərbaycan tarixinin öyrənilməsində yardımçı elmlərin rolu. Azərbaycan tarixinin öyrənilməsində bir sıra yardımçı elmlər böyük əhəmiyyət kəsb edir. Onlar aşağıdakılardır:

  • Arxeologiya (yunanca “arxoyos” – qədim, “loqos” elm) qədim dövr haqqında elm deməkdir. Bəşər tarixi arxeoloji qazıntılar zamanı tapılan maddi mənbələr (bina qalıqları, qab-qacaq qırıqları, əşyalar, insan və heyvan sümükləri və sairə) əsasında öyrənilir;

  • Antropologiya (yunanca “artropos”- insan, “loqos” elm) insan haqqında elm deməkdir. Ən qədim insan skeletləri əsasında insanların fiziki quruluşunu, onların qadın və ya kişi olduğunu və yaxud hansı irqə, etnosa mənsub olduğunu öyrənir;


  • Yüklə 3,15 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin