Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə13/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   173
Ar2019-47-1

Azıx mağarası və Azıx adamı. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 2,1 - 2,4 milyon il əvvəl köçmüşlər. Bunu çay daşı mədəniyyəti sübut etmişdir. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır.
Mağaranın ən qədim dövrə aid təbəqələrində İbtidai insanların işlətdikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər.
Min illər keçdikcə İbtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanlar çox işlərə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazırlamışlar. Belə müxtəlif növ alətlər Azıx mağarasının alt təbəqələrindən tapılmışdır. Azıx mağarası – Dağlıq Qarabağda, Füzuli şəhərindən 17 km Şimal-Şərqdə, Quruçay dərəsinin sol yamacında yerləşir. Mağara 1960-cı ildə prof. arxeoloq Məmmədəli Hüseynov tərəfindən qeydə alınmışdır. Azıx mağarası dəniz səthindən 1000 m yüksəkdə yerləşir. Qafqazın ən iri karst mağaralarından olub, içinin uzunluğu 230 m-dir. Mağara altı böyük salondan ibarətdir. Eyni zamanda mağaranın giriş və çıxışı vardır. Mağaradan əmək alətləri ilə yanaşı, nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Bu sümüklərə əsasən, qədim insanların ovladığı vəhşi heyvanların növləri müəyyənləşdirilmişdir. Ov ilk vaxtlar sadə üsullarla edilirdi. İbtidai insanlar, əsasən, xırda heyvanları və iri heyvanların balalarını ovlayırdılar. Onlar ovçuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.
İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər İbtidai insan «sürüsü» və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma İbtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdi.
Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var.
Qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu.
Azıx mağarasında 1968-ci ildə arxeoloq M. Hüseynov tərəfindən İbtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür. Antropoloqlar həmin İbtidai insanı Azıxantrop, yəni
«Azıx adamı» adlandırmışdır. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.
Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti
vərdişlərinə də yiyələnməsini göstərir. Zaman keçdikcə Azıx adamları tədricən ətraf mühiti dərk etmiş, İbtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə bağlıdır.
Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşədəvəgüzü) hazırlanırdı. Çünki insanlar onları asanlıqla qəlpələyir və ucu iti, dişlikəzli, oymalı kəsici alətlər hazırlayırdılar.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin