Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


Mövzu 5. Jurnalistika və qlobal ərzaq problemi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   18   19   20   21   22   23   24   25   ...   94
Mövzu 5. Jurnalistika və qlobal ərzaq problemi 
 
Dünya  əhalisinin  ərzaqla, xammalla təmin olunması 
qlobal problem və  KİV-in  əsas mövzularindan biri kimi. 
Qlobal  ərzaq probleminin əhali problemi ilə  sıx  əlaqəli 
şəkildə öyrənilməsi. Bu problemin həlli sahəsidə BMT, 
Ümumdünya  Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatı, 
 
Ümum-
dünya Ərzaq Proqramı, Beynəlxalq Bioloji Proqram Təşkilatı 
və s. beynəlxalq təşkilatların fəaliyyəti.  Ərzaq probleminin 
mahiyyətinin açılması,  əhalinin  ərzaqla təminatının onun 


34 
 
sayının artması ilə mütənasibliyi. Dünyada istehsal olunan 
ərzaq məhsullarının qeyri-bərabər bölünməsi. 
 Torpaq 
ehtiyatı probleminin qlobal xarakteri. Məh-
suldar və azməhsuldar sahələr. Dünyada məhsuldar sahələrin 
hər il itirilməsinin getdikcə artması. Hər adambaşına düşən 
sahənin azalması. 
 Elmi-texniki 
tərəqqinin nəticəsi olaraq quru sahənin 
xeyli hissəsinin çirklənməsi, yararsız hala düşməsi. Kənd tə-
sərrüfatı üçün nəzərdə tutulan sahələrin urbanizasiya, yeni 
şəhərlər, kəndlər salmağa verilməsinin artmaqda davam 
etməsi. Hər adamın orta təminatı üçün əkin sahəsi. 
 
İnsanın qida ilə,  ərzaqla təmin olunması üçün yararlı 
sahələrin azalması  səbəbləri. Dünya əhalisinin  ərzağa olan 
tələbatının ödənilməsi üçün mövcud olan imkanlar, onlardan 
istifadə 
səviyyəsi. 
Şumlanan sahələrin və onun 
məhsuldarlığının artırılması. İntensiv təsərrüfat üsulu, istehsal 
mədəniyyətinin yüksəldilməsi. Xəstəliklərə, ziyanvericələrə 
qarşı mübarizənin elmi əsaslarla təşkili.  Əkinçilikdə elmi 
nailiyyətlərdən səmərəli istifadə olunması. 
 
Ərzaq probleminin mahiyyətinin açıqlanmasında, 
qavranılmasında, qabaqcıl təcrübənin, nümunələrin 
ümumiləşdirib yayılmasında, qüsurların tənqidində və aradan 
qaldırılmasında, mövcud imkanların aşkara çıxarılmasında, 
onlardan səmərəli istifadə olunmasında jurnalistikanın rolu və 
əhəmiyyəti. 
 
Ərzaq probleminin işıqlandırılmasının mövzu istiqa-
mətləri:  ərzaqla təminatın  əhali artımının tənzimlənməsi ilə 
bağlılığı; ərzaq yardımı iqtisadi yardım növlərindən biri kimi
kənd təsərrüfatının iqtisadi yardımla birgə, paralel inkişaf 
etdirilməsi; kənd təsərrüfatına qoyulan xarici yardımın 
artırılması; “yaşıl inqilab”; kənd təsərrüfatı sahəsində
 
təhsil 
sisteminin inkişaf etdirilməsi, “fiziki texnologiyalara” 
bağlılıq. 


35 
 
 
Ərzaq və ehtiyat probleminin işıqlandırılmasında 
KİV-in qarşısında duran vəzifələr, istifadə etdiyi təbliğatçılıq 
işinin forma və metodları. Bu mövzuda çıxışların janr 
rəngarəngliyi. 
 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin