Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/94
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#2727
1   ...   14   15   16   17   18   19   20   21   ...   94
III. 
 “JURNALİSTİKA VƏ MÜASİR 
DÖVRÜN QLOBAL PROBLEMLƏRİ” 
KURSUNUN PROQRAMI  
 
(bakalavr pilləsi üçün) 
 
Mövzu 1. Müasir dövrün qlobal problemləri və 
onların həlli sahəsində KİV-in vəzifələri: ümumi nəzər
 
 
Problemin qlobal xarakter almasının sosial-iqtisadi və 
elmi-texniki səbəbləri. Cəmiyyətin real proseslərinin inkişaf 
təcrübəsinin, onun ətraf aləmlə, təbiətlə münasibətlərinin 
təkcə  məhsuldar qüvvələrin texnoloji və  təşkilati 
münasibətləri ilə deyil, həmçinin sosial-iqtisadi münasibətləri 
ilə müəyyənləşdirilməsi. Qlobal problemlərin təsnifatı: 
iqtisadi və siyasi sahədə dövlətlərin qarşılıqlı  fəaliyyət 
problemləri; cəmiyyət və  təbiət arasında qarşılıqlı  fəaliyyət 
problemi; insanlar və  cəmiyyət arasında qarşılıqlı  əlaqə 
problemi. Sosial təbii proseslər və qlobal problemlər arasında 
ümumi və fərqli cəhətlər. 
Qlobal problemlərin kəskinləşməsi səbəblərinin 
öyrənilməsinin zəruriliyi. Qlobalistika qlobal problemləri 
öyrənən sahə kimi. Qlobalistikanın  əsas istiqamətləri və 
təşəkkül tapmasının əsas mərhələləri. Roma klubunun yaran-
ması, məqsədləri və  əsas ideyaları. Roma klubu üçün hazır-
lanan məruzələr. Qlobal problemlərin aradan qaldırılması 
imkanları  və yolları. Qlobal problemlərin kəskinləşməsinin 
dünya inkişafına təsiri. 
Kütləvi informasiya vasitələrində qlobal problemlərin 
mahiyyətinin açılmasında, izahında, mənimsənilməsində 
jurnalistlərin istifadə etdikləri təbliğatçılıq işinin forma və 
metodları. Bu mövzuda çıxışların tematik və janr 
rəngarəngliyi, sənatkarlıq xüsusiyyətləri. 


29 
 
 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin