AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi


Fəsil 7. Beynəlxalq münasibətlər mədəniyyəti -



Yüklə 6 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix16.02.2017
ölçüsü6 Mb.
#8938
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

Fəsil 7. Beynəlxalq münasibətlər mədəniyyəti -  

beynəlxalq idarəçiliyin əsası kimi. Beynəlxalq hüquq, 

sülh mədəniyyəti və münaqişələrin həlli 

 

Beynəlxalq münasibətlər mədəniyyəti anlayışı. Beynəlxalq hüquq. 

Əsas məqsədlər. Beynəlxalq hüququn əsas prinsipləri. Beynəlxalq 

hüquq formaları  və normaları. Beynəlxalq  ənənələr və beynəlxalq 

nəzakət. Beynəlxalq hüquq funksiyaları və anlayışları. Mədəniyyətin 

və mədəni irsin qorunması və inkişaf etdirilməsi hüququ. Sülh mədə-

niyyəti. Münaqişələrin həlli.  

 

Müasir dünya sivilizasiyası inkişaf proseslərinin tənzimlənməsi və bey-

nəlxalq idarəçilik sisteminin təkmilləşdirilməsində beynəlxalq münasibətlər 

mədəniyyətinin xüsusi yeri vardır. Beynəlxalq münasibətlər mədəniyyəti – 

müxtəlif xalqların maraqlarının tənzimlənməsinə, uyğunlaşdırılmasına və 

mədəniyyətlərinin ahəngdarlığına istiqamətlənən müəyyən peşəkar biliklər, 

dəyərlər, etik və hüquqi normalar, üsullar, texnologiyalar və proseslərdə tə-

cəssüm olunan beynəlxalq fəaliyyətdir. O, sosial-mədəni, o cümlədən elmi, 

maarifləndirici, texnoloji, hüquqi, tibbi, ekoloji, siyasi, iqtisadi–ticarət, dini, 

idman, bədii, diplomatik və digər münasibətlərin geniş spektrini daxil edir.  



Beynəlxalq münasibətlər mədəniyyəti - mədəniyyətlərin dialoqunun, 

Qərb və Şərq sivilizasiyalarının əməkdaşlığı üçün əlverişli  şəraitin forma-

laşdırılmasının zəruri  şərtidir. O, yüksək etik və hüquqi mədəniyyəti, 

ümumbəşəri mədəni dəyərlər prioritetini, universal mənəvi prinsipləri, xoş 



İdarəetmə mədəniyyəti 

 

311



məramı, insan hüquqlarının müdafiəsini, iştirakçıların qarşılıqlı iqtisadi, si-

yasi və elmi maraqlarının hesaba alınmasını  nəzərdə tutur. O, müxtəlif 

xalqların mədəniyyətlərinin harmonizasiyası  və maraqlarının uyğunluğu, 

sülh mədəniyyətinin bərqərar edilməsi, universal həyat tərzi, xalqların və 

dövlətlərin qarşılıqlı anlaşma, həmrəylik və  əməkdaşlığının  əsası olan hu-

manizmin təsdiqi üçün zəruri qlobal mədəni eyniliyin formalaşdırılmasının 

əsasını təşkil edir.  

Beynəlxalq münasibətlər mədəniyyətinin mühüm hissəsi beynəlxalq hü-

quqdur. Beynəlxalq hüquq – sülh və əməkdaşlığın təmin edilməsi məqsədi 

ilə dövlətlərarası münasibətləri tənzimləyən hüquqi normalar sistemidir. 

Dövlətlərarası münasibətlər dedikdə, dövlətlərin, dövlətlərarası təşkilatların 

və öz dövlətinin, azad şəhərinin yaradılması uğrunda mübarizə aparan, mə-

sələn, millət kimi dövlətəbənzər qurumlar başa düşülür.  

İnsanın və cəmiyyətin həyati maraqlarının müdafiəsində beynəlxalq hü-

ququn əhəmiyyətinin artması getdikcə daha geniş əhali təbəqələrinin diqqə-

tini ona cəlb edir. Bütün insan hüquqlarının əsasının təhlükəsiz dünyada ya-

şama hüququnun təşkil etdiyi və bir çox digərləri kimi, bu hüququn da yal-

nız etibarlı beynəlxalq hüquq qaydaları şəraitində təmin edilə biləcəyi dərk 

edilir. Beynəlxalq hüququn pozitiv imkanlarının reallaşdırılmasında ictima-

iyyətin rolu artır. Ətraf mühit hüququ, təhlükəsizlik hüququ, hunamitar hü-

quq, iqtisadi hüquq kimi sahələrdə də ictimaiyyət özünü fəal surətdə göstə-

rir. Beynəlxalq hüquqa təsir göstərən xalq diplomatiyasının da gücü artır.  

Yeni siyasi təfəkkürün əks olunduğu müasir beynəlxalq hüququn özülü 

BMT Nizamnaməsi tərəfindən qoyulmuşdur. Beynəlxalq hüququn əsasını 

uzun əsrlər boyu üstünlük təşkil edən güc hakimliyi konsepsiyasından imti-

naya və onun hüquq hakimliyi konsepsiyası ilə  əvəzlənməsinə  sərəncam 

verən əməkdaşlıq prinsipi təşkil edir. Müasir beynəlxalq hüququn xarakte-

rik cəhəti, onda insan hüquqlarının təsdiq edilməsidir. Nizamnamə başlıca 

sistemyaradıcı amillər olan, beynəlxalq hüququn ümumi məqsədləri və 

prinsiplərini müəyyən etmişdir. Hüquq, normalar məcmusundan vahid 

məqsədlər və prinsiplər basazı  əsasında yaradılmış sistemə çevrilmişdir. 

Beynəlxalq hüququn fəaliyyət mexanizmi əhəmiyyətli dərəcədə dəyişilmiş-

dir. Beynəlxalq təşkilatların inkişaf etmiş sisteminin yaradılması qanunya-

radıcı və qanunicraedici prosesin institutlaşdırılması ilə nəticələndi.  

Müasir beynəlxalq hüquq üçün hüquqa xas metodla beynəlxalq əlaqələri 

nizamlayan, beynəlxalq hüququn mühüm keyfiyyəti – hüquqi zəruri qüvvə 

xarakterikdir. Dövlətlərin razılığı yalnız ayrı-ayrı müqaviləyə, ayrı-ayrı 

normaya deyil, həm də bütövlükdə beynəlxalq hüquqa hüquq cəhətdən zə-

ruri qüvvə verir. Bu, beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə 

yetirilməsi prinsipində öz ifadəsini tapır. Beynəlxalq hüquqi zəruri qüvvə 



Fuad Məmmədov

 

 

312



problemi bu hüququn təbiəti ilə bağlı olanlar sırasına daxildir. Buna görə 

bu sahədə başlıca konsepsiyalar beynəlxalq hüquqi doktrinanın  əsas mək-

təbləri ilə uyğundur. Təbii hüquq məktəbinin tərəfdarları beynəlxalq hüqu-

qun zəruri qüvvə  mənbəyini təbiət qanunlarında, insan dərrakəsində  və s. 

görürlər. Pozitiv məktəbin nümayəndələri belə keyfiyyət qismində dövlətlə-

rin sazişini, razılaşmasını göstərirlər. Doktrinada beynəlxalq hüququn zəru-

ri qüvvəsinə aid üçüncü başlıca istiqaməti nihilistik adlandırmaq olar, belə 

ki, ona aid olan konsepsiyalar, beynəlxalq hüququn hüquq nöqteyi-nəzərin-

dən qüvvəsini, bu və ya digər tərzdə, inkar edir.  

BMT Nzamnaməsi ilə müəyyən edilmiş beynəlxalq hüququn əsas məq-



sədləri bunlardır:  

  sülhün və təhlükəsizliyin mühafizəsi; 

  dostluq münasibətlərinin inkişafı; 

  iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq prob-

lemlərin həllində  və insan hüquqları  və azadlıqlarına hörmətin təşviqi 

və inkişafında əməkdaşlığın həyata keçirilməsi

  beynəlxalq hüququn müqavilələr və digər mənbələrindən irəli gə-

lən, öhdəliklərə qarşı  ədalətin və hörmətin gözlənilməsi mümkün ola 

bilən şəraitin yaradılması.  

Müqavilənin məqsədləri onun reallaşdırılması üzrə qanuniliyin ölçü me-

yarıdır.  Beynəlxalq hüququn əsas prinsipləri – xarakterik xüsusiyyətləri, 

həmçinin beynəlxalq hüququn əsas məzmununu əks etdirən və yüksək hü-

quqi qüvvəyə malik ümumiləşdirilmiş normalardır.  Diplomatik praktikada 

onları adətən,  beynəlxalq münasibətlər prinsipi adlandırırlar. Beynəlxalq 

hüquq çərçivəsində prinsiplərin müxtəlif növləri mövcuddur. Onların ara-

sında prinsip-ideyalar mühüm yer tutur. Onlara: sülh və əməkdaşlıq, huma-

nizm, demokratiya və s. ideyaları aiddir. Bu prinsiplər BMT Nizamnamə-

sində təsbit edilmişdir. Onların məzmunu, 1970-ci ildə Baş Assambleya tə-

rəfindən, həmçinin 1975-ci ildə keçirilmiş Avropada Təhlükəsizlik və 

Əməkdaşlıq üzrə Müşavirənin Yekun aktında qəbul edilmiş, BMT Nizam-

naməsinə uyğun dostluq münasibətləri və həmrəyliyə aid beynəlxalq hüquq 

prinsipləri haqqında Bəyannamədə aşkar edilir. Müasir beynəlxalq münasi-

bətlər mədəniyyətinin əsaslandığı etik-hüquqi prinsiplər, Helsinski razılaş-

malarında da öz əksini tapmışdır.  

Müasir beynəlxalq münasibətlər və beynəlxalq idarəetmə mədəniyyətini 

müəyyən edən başlıca prinsiplər bunlardır:  

1.  Güc tətbiq etməmə prinsipi. 

2.  Münaqişələrin sülh yolu ilə həlli prinsipi. 

3.  İnsan hüquqlarına hörmət prinsipi. 

4.  Suveren bərabərlik prinsipi. 



İdarəetmə mədəniyyəti 

 

313



5.  Başqa dövlətlərin daxili işlərinə qarışmama prinsipi. 

6.  Ərazi bütövlüyü prinsipi. 

7.  Sərhədlərin toxunulmazlığı prinsipi. 

8.  Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi. 

9.  Əməkdaşlıq prinsipi. 

10. Beynəlxalq hüquq üzrə öhdəliklərin vicdanla yerinə yetirilməsi 



prinsipi. 

Güc tətbiq etməmə prinsipi, müharibənin bəlalarından gələcək nəsillərin 

xilasını silahlı qüvvələrin başqa cür deyil, yalnız ümumi məqsədlərdə tətbi-

qinə uyğun praktikanın qəbulunu əsas məqsəd kimi müəyyənləşdirən BMT 

Nizamnaməsində təsis edilmişdir. Nizamnamə yalnız silahlı qüvvələrin tət-

biqini deyil, ümumiyyətlə, güc tətbiqini qadağan etmişdir. Bundan əlavə, 

BMT məqsədlərinə uyğun olmayan hər hansı bir tərzdə  hətta güc təhdidi 

belə qadağan edilmişdir.  

Nizamnamə güc və ya hədə  tətbiqinin mümkünlüyünü yalnız iki halda 

nəzərdə tutur. Birincisi, sülh təhlükəsi, sülhün istənilən pozulması və ya tə-

cavüz aktı zamanı - Təhlükəsizlik Şurasının qərarı ilə.  İkincisi,  silahlı hü-

cum zamanı  -  Təhlükəsizlik  Şurası beynəlxalq sülhün və  təhlükəsizliyin 

saxlanması üçün zəruri tədbirlər qəbul edənədək, özünümüdafiə hüququnun 

həyata keçirilməsi qaydasında.  

 Münaqişələrin sülh yolu ilə  həlli prinsipi tələb edir ki, hər bir dövlət 

başqa dövlətlərlə beynəlxalq münaqişələrini sülh vasitələri ilə elə həll etsin 

ki, beynəlxalq sülh, təhlükəsizlik və ədalət təhlükəyə uğramasın. Bu prinsip 

BMT Nizamnaməsinə uyğun 1970-ci il beynəlxalq hüquq prinsipləri haq-

qında Bəyannamədə ifadə edilmişdir. Prinsip BMT Nizamnaməsində  və 

beynəlxalq hüquq prinsiplərini  şərh edən bütün beynəlxalq aktlarda təsbit 

edilmişdir. Ona Baş Assambleyanın bir sıra qətnamələri həsr olunmuşdur 

ki, onların arasında beynəlxalq munaqişələrin sülh yolu ilə  həlli haqqında 

1982-ci il Manil bəyannaməsini fərqləndirmək olar. Bu prinsipi müəyyən 

edən ilk çoxtərəfli akt Millətlər Cəmiyyətinin Statutu olmuşdur.  

İnsan hüquqlarına hörmət prinsipi bir sıra beynəlxalq sənədlərdə - BMT 

Nizamnaməsi, insan haqlarının 1948-ci il Ümumi bəyannaməsində  və 

1966-cı ilin: “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və 

mədəni hüquqlar haqqında” iki paktında möhkəmləndirilmişdir. Konkret 

aspektlər üzrə də bir sıra konvensiyalar imzalanmışdır: “Soyqırım cinayəti 

və ona görə cəza tədbirləri xəbərdarlığı haqqında” (1948), “İrqi ayrı-seçki-

liyin bütün formalarının ləğv edilməsi haqqında” (1966), “Qadınlara qarşı 

ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” (1979), “Uşaq 

hüquqları haqqında” (1989) və s.  


Fuad Məmmədov

 

 

314



Suveren bərabərlik prinsipi bütün dövlətlər üçün bərabər olan əsas hü-

quq və vəzifələri, o cümlədən öz siyasi, sosial, iqtisadi və mədəni sistemini 

azad seçmək və inkişaf etdirmək, öz qanunları və inzibati qaydalarını tətbiq 

etmək kimi suveren hüququ nəzərdə tutur. Bu prinsipə görə, bütün dövlətlər 

bir-birinin suveren bərabərliyinə  və özünəməxsusluğuna, beynəlxalq hü-

quqla uyğunluqda başqa dövlətlərlə münasibətlərini öz nöqteyi-nəzərinə 

görə müəyyən etmək və həyata keçirmək hüququna hörmət etməlidirlər.  

Başqa dövlətlərin daxili işlərinə qarışmama  prinsipi BMT-yə, mahiy-

yətcə  hər hansı bir dövlətin daxili səlahiyyətlərinə aid olan işlərə qarışma 

hüququ vermir və Nizamnamə qaydasında həlli üçün belə işləri təqdim et-

məyi üzv-dövlətlərdən tələb etmir. BMT Nizamnaməsi, əhəmiyyətli məsə-

lələr dairəsi üzrə, məsələn, həyat səviyyəsinin yüksəldilməsinə,  əhalinin 

tam məşğulluğuna, insan hüquqlarına ümumi hörmətə yardım kimi sırf da-

xili xarakterli əməkdaşlığın inkişafını nəzərdə tutur.  

Ərazi bütövlüyü prinsipi, dövlətlərin  ərazi toxunulmazlığına qarşı güc 

təhdidi və ya onun tətbiqi təhlükəsindən çəkinmək öhdəsini qoyan BMT 

Nizamnaməsi ilə  şərtlənmişdir.  Ərazi dövlətin maddi əsasıdır, onun möv-

cudluğunun zəruri  şərtidir. Buna görə  də dövlətlər onun bütövlüyünün tə-

min edilməsinə xüsusi diqqət ayırırlar. Millətlər Cəmiyyəti Statutu üzv- 

dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsinə və hər cür xarici hücuma 

qarşı onu qorumağa məcbur edir.  

Sərhədlərin toxunulmamazlığı prinsipi beynəlxalq hüquq prinsipləri 

haqqında Bəyannamədə ifadə olunmuşdur ki, burada güc tətbiq etməmə 

prinsipi haqqında bölmədə yazılıb: “Hər bir dövlət digər dövlətin mövcud 

beynəlxalq sərhədlərinin pozulması məqsədi ilə güc təhdidindən və ya bey-

nəlxalq münaqişələr, o cümlədən dövlətlərin sərhədlərinə aid olan ərazi 

mübahisələri və məsələlərinin həlli vasitəsi qismində onun tətbiqindən çə-

kinməlidir”.  

Xalqların hüquq bərabərliyi və öz müqəddəratını  təyin etmə prinsipi 

BMT Nizamnaməsində ifadə olunmuşdur ki, burada Təşkilatın məqsədlə-

rindən biri kimi göstərilib: “Xalqların hüquq bərabərliyi və öz müqəddəratı-

nı təyin etmə prinsipinə hörmət əsasında millətlər arasında dostluq münasi-

bətlərini inkişaf etdirmək, habelə ümumdünya sülhünün möhkəmləndiril-

məsi üçün digər müvafiq tədbirlər görmək”.  Prinsipin məzmunu ilk dəfə 

beynəlxalq hüquq prinsipləri haqqında Bəyannamədə açıqlanmışdır: “Bü-

tün xalqlar, xaricdən müdaxilə olmadan, öz siyasi statusunu sərbəst surətdə 

təyin etmək, öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək hüqu-

quna malikdir və BMT Nizamnaməsinə uyğun olaraq hər bir dövlət bu hü-

quqa hörmət etməlidir”.  


İdarəetmə mədəniyyəti 

 

315



BMT Nizamnaməsində təcəssüm olunmuş hərtərəfli əməkdaşlıq ideyası-

nı  əks etdirən  əməkdaşlıq prinsipi, beynəlxalq hüquq prinsipləri haqqında 

Bəyannamədə ifadə olunmuşdur. Bu prinsip siyasi, iqtisadi və sosial sis-

temlərin fərqindən asılı olmayaraq bir-biri ilə əməkdaşlıq etməyi dövlətlə-

rin öhdəsinə qoyur. Həmçinin,  əməkdaşlığın  əsas istiqamətləri müəyyən 

edilmişdir: sülhün və təhlükəsizliyin qorunması; insan hüquqlarına ümumi 

hörmət; suveren bərabərlik və bir-birinin daxili işlərinə qarışmama prinsipi-

nə uyğun olaraq, iqtisadi, sosial, mədəni, texniki və ticarət sahələrində bey-

nəlxalq münasibətlərin həyata keçirilməsi; BMT ilə  əməkdaşlıq və onun 

Nizamnaməsi tərəfindən nəzərdə tutulan tədbirlərin görülməsi; bütün dün-

yada, xüsusən inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa yardım etmə.  

Beynəlxalq hüquq normalarının hüquqi qüvvəsinin tanınması haqqında 

dövlətlərin razılığını möhkəmlədən beynəlxalq hüquq üzrə öhdəliklərin vic-

danla yerinə yetirilməsi prinsipi zəruri hüquq kateqoriyasına aiddir. Suve-

ren dövlətlər üçün hüquqi zəruri normalar yaradılmasının yeganə üsulunun 

onların razılaşması olması haqqında ümumi müddəa bu prinsip üçün öz 

əhəmiyyətini saxlayır. Bu prinsipsiz beynəlxalq hüquq - hüquq olmazdı və 

beynəlxalq hüququn hüquqi qüvvəsi məhz ondadır.  

Beynəlxalq hüquq normalar formasında mövcuddur. Normaların hüquqi 

məzmunu  davranış qaydasıdır.  Əgər normalar beynəlxalq hüququn möv-

cudluğunun zəruri daxili formasını təmsil edirsə, onda onun xarici forması

yəni ifadə tərzi - adət, müqavilə və beynəlxalq təşkilatların hüquqyaradıcı 

qərarlarıdır. Beynəlxalq-hüquqi normaların bu rəsmi-hüquqi mövcudluq 

forması beynəlxalq hüquq mənbələri adlanır. Müqavilə və adət hüquqi qüv-

vəsi ümumi beynəlxalq hüquqdan irəli gələn universal mənbələrdir. Təşki-

latların hüquqyaradıcı qərarları hüquqi qüvvəsi müvafiq təşkilatların təsi-

sedici aktı ilə müəyyən edilən xüsusi mənbədir.  

Beynəlxalq hüquq siyasi normalara zidd olmamalıdır. Təbiətinə görə siyasi 

normalar dövlətlərin razılaşdırılmış iradəsini ifadə edir və bu mənada beynəl-

xalq hüquq normaları ilə eyni xassəyə malikdir. Onlar beynəlxalq hüquq nor-

malarından onunla fərqlənirlər ki, qanunların məzmununu razılaşdırılaraq, döv-

lətlər ona hüquqi deyil, siyasi məcburi qüvvə vermişlər. Siyasi normalar aydın 

ifadə olunmuş, məsələn, bəyannamələrdə, birgə bəyanatlarda, rəsmi məlumat-

larda, həmçinin yazılmamış normalar, siyasi adətlər və “oyun qaydaları” for-

masında mövcud olurlar. Siyasi normaların pozulması zamanı sanksiyalar - 

dövlətlərin, beynəlxalq təşkilatların bu normaların pozulmasına qarşı mənfi re-

aksiyasında özünü göstərir. Normaları pozan dövlət mövcud siyasi sistemdən 

irəli gələn faydalardan istifadə etmək imkanından məhrum edilə bilər.  

Sayzız-hesabsız beynəlxalq orqan və təşkilatların meydana çıxması, on-

ların qərarlarında ifadə olunan və onların fəaliyyətini nizamlamağa qadir 


Fuad Məmmədov

 

 

316



olan çoxlu sayda təşkilati və ya inzibati normaları yaratdı. Bu qəbildən olan 

normaları qətnamələrdə ifadə olunan və dövlətlərin iştirakı ilə münasibətlə-

ri nizamlamaq iqtidarında olan normalardan fərqləndirmək lazımdır. So-

nuncular tövsiyə xarakteri daşıyır. Təşkilati normalar - beynəlxalq təşkilat-

ların daxili hüquqi normalarıdır. 

Dövlətlərin beynəlxalq münasibətlər praktikası prosesində hüquqi qüv-

vəsi olmayan beynəlxalq normalar - adətlər və ya ənənələr yaranır. Müəy-

yən bir qayda uzun müddət gözlənilirsə, onda o, adətə və ya ənənəyə çevri-

lir və onda onu gözləmək düzgün, ondan kənara çıxmaq isə səhv hesab edi-

lir. Qədim əxlaq qaydası: hamının riayət etdiyi qaydalardan kənara çıxmaq 

lazım deyil (non recedendum a communi odservanti). Hüquqi qüvvə kimi 

qəbul edilən adət, beynəlxalq hüququn adi normasına çevrilir.  

Beynəlxalq hüquqla yanaşı beynəlxalq nəzakət də mövcuddur. Bu - bey-

nəlxalq ünsiyyət iştirakçılarının hüquqi qüvvəyə malik olmayan xeyirxah-

lıq, ədəb, təmkinlilik, diqqət və qarşılıqlı hörmət qaydalarıdır. Nəzakət nor-

malarının gözlənilməməsi etiraz formasında cavab reaksiyasına səbəb ola 

bilər, lakin digər cavab tədbirləri də  tətbiq edilir. Məlumdur ki, retorsiya 

(cavab reaksiyası), hüquqi çərçivədən kənara çıxmamış olsa da, qərəzkar 

hərəkətlərə cavab tədbirini ifadə edir.  

Beynəlxalq hüququn bir sıra funksiyaları vardır  ki, bu funksuyalarda 

onun ictimai rolu ilə müəyyən olunan sosial mühitə təsirinin əsas istiqamət-

ləri  əks olunmuşdur. Beynəlxalq hüququn başlıca sosial funksiyası - bey-

nəlxalq münasibətlərin mövcud sisteminin möhkəmləndirilməsidir. Başlıca 



hüquqi funksiya - dövlətlərarası münasibətlərin hüquqi tənzimlənməsində-

dir. Sistemdə müəyyən nizamın saxlanmasına yönəldildiyi üçün hər iki 

funksiya sabitləşdirici və qoruyucu xarakter daşıyır. Beynəlxalq hüquq, 

həmçinin onun məqsədləri və prinsiplərinə zidd olan yeni münasibətlərin və 



institutların mövcud olması və meydana çıxmasına müqavimət funksiyasını 

yerinə yetirir. Xalqlar və dövlətlər arasında qarşılıqlı  əlaqəni genişləndir-

mək və dərinləşdirməkdən ibarət olan beynəlmiləlləşdirici funksiya əhəmiy-

yətlidir. İnformasiya-tərbiyəvi funksiya, dövlətlərin toplanmış rasional dav-

ranış  təcrübəsinin ötürülməsindən, hüququn imkanlarından istifadəyə dair 

maariflənmədən, hüquqa və onunla qorunan maraqlara və dəyərlərə hörmət 

ruhunda tərbiyəsindən ibarətdir.  

Beynəlxalq hüquq arsenalında,  beynəlxalq hüquq intizamı, beynəlxalq 

qanunçuluq, beynəlxalq-hüquqi məsuliyyət, beynəlxalq-hüquqi tənzimləmə 

kimi anlayışlardan da istifadə edilir.  



 Beynəlxalq hüquq intizamı – beynəlxalq hüququn məqsədləri və prin-

sipləri əsasında dövlətlər birliyinə struktur sabitlik vermək iqtidarlı beynəl-

xalq-hüquqi münasibətlər sistemidir.  


İdarəetmə mədəniyyəti 

 

317



 Beynəlxalq qanunçuluq - beynəlxalq hüquq üzrə  vəzifələrin vicdanla 

yerinə yetirilməsinə  əsaslanan və bu prinsipin həyata keçirilməsini təmin 

edən beynəlxalq münasibətlərin fəaliyyət rejimi sistemidir.  

 Beynəlxalq-hüquqi məsuliyyət - beynəlxalq hüquqa zidd əməlin doğur- 

duğu məsuliyyətdir ki, onun elementləri bunlardır: subyektiv element - ve-

rilmiş subyektin özlüyündə (bu və ya digər şəxsin deyil, bütövlükdə məhz 

dövlətin) təqsirin olması; obyektiv element – subyekt tərəfindən özünün 

beynəlxalq-hüquqi öhdəliklərinin pozulmasıdır.  

 Beynəlxalq-hüquqi tənzimləmə - beynəlxalq hüququn köməyi ilə dövlət-

lərin öz qarşılıqlı münasibətlərinə səlahiyyətli təsiridir. Bu tənzimləmə sosi-



al idarəetmənin növ müxtəlifliyindən ibarətdir. Beynəlxalq-hüquqi tənzim-

ləmə sistemi iki altsistemdən ibarətdir: tənzimlənən və tənzimləyən. Birinci, 

tənzimləmə  obyekti  olan dövlətlərarası münasibətlər sistemidir. Tənzimlə-

yən - beynəlxalq-hüquq təsirli vasitələr sistemidir. Beynəlxalq-hüquqi tən-

zimləmə, sosial idarəetmə növü olaraq, beynəlxalq hüququn subyekti və ob-

yektinin təmsil olunduğu ictimai münasibətlərin idarə edilməsini ifadə edir. 

Beynəlxalq hüququn subyekti – öz imkanları və yuridik xüsusiyyətləri sayə-

sində beynəlxalq hüquq üzrə hüquqlara və vəzifələrə malik olmağa, bu nor-

maların yaradılmasında və tətbiqində iştirak etməyə qabil müstəqil qurum-

dur. Bu gün ümumi qəbul edilmiş subyektlər – dövlətlər və dövlətlərarası 

təşkilatlardır. Müstəqil dövlət yaradılması uğrunda mübarizə aparan xalqla-

rın, millətlərin hüquqi subyektliyi o qədər də etibarlı  qəbul edilmiş deyil. 

Əsas beynəlxalq hüquq subyekti - dövlətdir.  Beynəlxalq hüquq obyekti - 

onun fəaliyyətinin nəyə yönəldiyi, nəyi tənzimləmək iqtidarında olmasıdır. 

Beynəlxalq hüquqda belə  obyekt  – beynəlxalq, daha dəqiq, dövlətlərarası 

münasibətlərdir. Tərəflərin hansı səbəbdən hüquqi münasibətlərə daxil ol-

ma səbəblərinin hamısının nəzərdə tutulduğu obyektdən, beynəlxalq-hüquqi 

münasibətlər predmetini fərqləndirmək lazımdır. Fəaliyyət və ya fəaliyyət-

dən uzaqlaşmaq, ərazi və s. belə predmet ola bilər. Ərazi haqqında müqavi-

lə ona heç bir təsir göstərmir. O, verilmiş əraziyə görə dövlətlərin münasi-

bətini müəyyən edir.  

Beynəlxalq münasibətlərin tənzimlənməsinin və nizama salınmasının 

başlıca vasitəsi - beynəlxalq normativ sistemdir. Müasir zamanın xarakterik 

xüsusiyyəti – BMT Nizamnaməsinin məqsədləri və prinsipləri əsasında ya-

ranmış qlobal normativ sistemin mövcudluğudur. Altsistem qismində bura-

ya – siyasi, hüquqi, əxlaqi və digər beynəlxalq normalar daxildir. Belə nor-

mativ sistemlərin olması beynəlxalq birliyin olduqca yüksək inkişaf səviy-

yəsinin əlamətidir.  

Beynəlxalq münasibətlər mədəniyyətinin ayrılmaz hissəsi və cəmiyyətin 

ruhi mədəniyyətinin mühüm indikatoru hüquq mədəniyyəti yaxud mədəniy-



Fuad Məmmədov

 

 

318



yətin və mədəni irsin qorunması və inkişaf etdirilməsi hüququdur.

34 


Mədə-

niyyət hüquqları insan ləyaqətinə hörmətə, ruhi və maddi mədəniyyətin qo-

runmasına və inkişafına, süni və təbii dağıdıcı proseslərdən onun dövlət və 

beynəlxalq mühafizəsinə istiqamətlənmişdir. Onlar vətəndaşların bərabər 

mədəni inkişaf imkanları və səviyyəsi şərtlərinin, bəşəriyyət tərəfindən ya-

radılmış mədəni sərvətlərin bütün insanlar üçün əlçatan olmasının, milli və 

dünya mədəniyyəti sahəsində təhsilin və maarifin, həmçinin mədəni yaradı-

cılığın və əməkdaşlığın, mədəni dəyərlərin istehsalının və yayılmasının tə-

min edilməsini nəzərdə tutur.  

Müasir sivilizasiyanın dağıdıcı prosesləri, xalqlar və dövlətlər arasında 

tolerantlığın və qarşılıqlı anlaşmanın əldə edilməsinə yardım edən, xalqla-

rın və bütün bəşəriyyətin mədəni hüquqlarının müdafiəsi, beynəlxalq müna-

sibətlərin hüquqi və etik nizamlanması, mədəniyyətlərin sistemli dialoqu-

nun və qarşılıqlı zənginləşdirilməsinin zəruriliyini şərtləndirir. Mədəniyyə-

tin və maarifin ədalət, azadlıq və sülh prinsipləri əsasında hüquqi mühafizə-

si və planetin bütün insanları arasında geniş yayılması, insanın ləyaqəti, ri-

fahı və həyat keyfiyyətinin qorunub saxlanması üçün zəruridir.  

Bəşəriyyətin mədəni sərvəti bir çox xalqlar, millətlər və etnosların əmə-

yi ilə yaradılır, xalqların mədəni müxtəlifliyinin və mədəni özünəməxsuslu-

ğunun saxlanması, mühafizəsi və inkişafı isə beynəlxalq birliyin qayğı 

predmetidir.  

Mədəniyyətin harmonik inkişafı və mühafizəsi maraqları beynəlxalq sənəd-

lərdə geniş əksini tapmışdır. BMT-nin və YUNESKO-nun sənədlərinə və bə-

yannamələrinə uyğun olaraq, hər bir insan, etnos və xalq, öz mədəniyyəti və 

mədəni irsini qoruma və inkişaf etdirmə, mədəni nemətlərdən istifadə etmə, 

mədəni həyatda iştirak etmə və yaradıcı fəaliyyət hüququna malikdir.  

Mədəniyyət hüquqları insan hüquqlarına dair aşağıdakı beynəlxalq sə-

nədlərdə müəyyən edilmişdir: 

  İnsan hüquqlarının ümumi bəyannaməsində. 

  İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda. 

  Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda. 

  Bütün irqi ayrı-seçkilik formalarının aradan qaldırılmasında. 

  Beynəlxalq mədəni əməkdaşlıq prinsipləri bəyannaməsində. 

Bu sənədlərə uyğun olaraq, hər bir insan və xalq aşağıdakı hüquqlara 

malikdir: 

                                                            

34

 Mədəniyyət hüquqları konsepsiyasının işlənib hazırlanmasında, mədəniyyət hüquqlarının 



qorunmasını və mümkünlüyünü insanlar üçün ayırd edən, və bu ayrılmaz hüquqların təmin 

edilməsinə görə dövlətin xüsusi rolunu və məsuliyyətini müəyyənləşdirən akademik 

D.S.Lixaçovun xidməti böyükdür.  


İdarəetmə mədəniyyəti 

 

319



  Cəmiyyətin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən 

zövq almaq; 

  Elmi tərəqqinin nəticələri və onların əməli tətbiqindən istifadə etmək; 

  Müəllifi olduğu istənilən elmi, ədəbi və bədii əsərlərlə əlaqədar ya-

ranan mənəvi və maddi maraqların müdafiəsindən istifadə etmək; 

  Mədəni fəaliyyətdə bərabər iştirak etmək; 

  Öz mədəniyyətini azad inkişaf etdirmək, öz dilindən istifadə etmək 

və öz dininə etiqad etmək.  

Beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm yer sülh mədəniy-

yətinə məxsusdur. Sülh mədəniyyəti – başqa xarakterlər, başqa mədəniyyət-

lər, dillər, milliyyətlər, əqidələr, mənşələr, doğulduğu yerlər, dinlər, dərisi-

nin rəngi, yaş və cinsdən olan insanlarla dinc həyat və ya dinc yanaşı yaşa-

ma qabiliyyətidir. Bu, eqoizm və etnosentrizmə əks olan altruizm və sosial 

ədalət etik prinsipləri  əsasında, insanları sevmək qabiliyyəti və başqaları 

üçün yaşamaq bacarığı, fundamental insani keyfiyyətlər və insanların ümu-

mi bərabərliyinin tanınmasıdır. O, cəmiyyətdə mütərəqqi sosial-mədəni də-

yişikliklərə istiqamətlənən qeyri-zorakı fəaliyyət proqramının həyata keçi-

rilməsini nəzərdə tutur. Sülh mədəniyyəti insanlar arasında insanın ruhi və-

ziyyəti, mənəvi sağlamlığı və həyat keyfiyyətində əlverişli şəkildə əks olu-

nan qarşılıqlı ilıq münasibətlərə səbəb olur.  



Bütün dünyada sülh mədəniyyətinin yaradılmasının əsas şərtləri bunlardır: 

  Beynəlxalq kulturoloji təhsil və maarifin inkişafı. 

  Yüksək etik mədəniyyət. Düzgün humanist tərbiyə. Bütün bəşəriy-

yətin maraqlarına cavab verən ümumbəşəri mədəni dəyərlər prioriteti. 

  Yüksək hüquq və idarəetmə mədəniyyəti. İnsanın ümumi hüquqla-

rının gözlənilməsi.  

  İnsanın ümumi hüquqları, azadlıqları və ləyaqətinin əsası olan uni-

versal insani dəyərlərə; bir qisim insanların digərlərinin dərdinə və iztirab-

larına səbəb olmasına yol verilməməsini nəzərdə tutan insan hüquqları  və 

azadlıqlarına; bəşəriyyətin sosial inkişafının təbii qanunu olan xalqların 

mədəni müxtəlifliyinə hörmət. 

  Sosial ədalət. 

  Şəxsi və sosial məsuliyyət. 

  Siyasi, gender və irqi hüquq bərabərliyi. 

  Tolerantlıq, empatiya və qeyri-zorakılıq. 

  Millətləraarası və dinlərarası həmrəylik. 

  Qlobal qarşılıqlı asılılığın dərk edilməsi. 

  Yoxsulluğun azaldılması və rifahın artırılması. 

  Ekoloji təhlükəsizlik. 


Fuad Məmmədov

 

 

320



  Şəxsiyyət, ailə, kollektiv, cəmiyyət və bütövlükdə, bəşəriyyətin 

yüksək ruhi mədəniyyətinin inkişafına yardım edən sosial mühitin forma-

laşdırılması. 

  Düzgün dövlət və beynəlxalq mədəni siyasətin həyata keçirilməsi. 

Sülh mədəniyyəti münaqişələrin effektiv həll edilmə vasitəsidir. Mürək-

kəb inkişaf dinamikası ilə xarakterizə edilən müasir dünyada, müxtəlif icti-

mai-siyasi quruluşlar və idarəetmə sistemləri, həyat fəaliyyəti texnologiya-

ları, mədəni dəyərlər sistemi, xalqların və  fərdlərin xarakteri ilə  şərtlənən 

çoxlu sayda dinamik ziddiyyətlər və münaqişələr müşahidə edilir. Mahiyyət 

etibarı ilə insanlara xas bütün münaqişələr mədəniyyətlərin və maraqların 

toqquşmasına gətirib çıxarır.  

Münaqişə  - qarşılıqlı münasibətlərin pozulmasına gətirən, insana xas 

ziddiyyət formasıdır. Münaqişələr sülhü və, beləliklə, bəşəriyyətin normal 

həyat fəaliyyəti və inkişafı üçün lazım olan təbii şəraiti pozur.  

Münaqişələr etnik, əmək, ailə, dini, mədəni, siyasi, hərbi, iqtisadi, sosial 

və s. ola bilər.  

Münaqişələrin gərginləşməsi və  həlli mərhələlərini aşağıdakı kimi tə-

səvvür etmək olar: 

  Maraqlarda ziddiyyətlər. 

  Mövqelərdə ziddiyyətlər. 

  Vasitələrdə ziddiyyətlər. 

  Pozulmuş münasibətlər. 

  Neqativ emosiyalar. 

  Düşmənçilik hərəkətləri.  

Münasibətlər böhranının aradan qaldırılmasına danışıqları, müzakirələ-

ri və qarşılıqlı faydalı nəticəni eyni vaxtda əldə etməklə, qarşılıqlı fəaliyyət 

yolu ilə nail olmaq olar. Münaqişələrin aradan qaldırılmasına və ya sosial 

terapiyasına yönəldilən danışıqlar prosesinin uğuru əsasən münaqişə tərəf-

lərinin - şəxsiyyətə hörmət, digər mədəniyyətə, dinə, insan hüquqlarına hör-

mət, məsuliyyət mədəniyyəti, düzgünlük, təmkinlilik kimi universal mədəni 

prinsiplərə qarşılıqlı riayət etməsindən asılıdır.  

Münaqişələrin aradan qaldırılması və həll edilməsinin metodoloji əsası - 

insanların, etnosların, millətlərin və dövlətlərin mədəniyyət və maraqlarının 

harmonizasiyasına düşünülmüş kulturoloji yanaşmadır. Dünya sivilizasiya-

sının çoxəsrlik inkişaf təcrübəsi müxtəlif xalqların mədəniyyətlərinin hu-

manizmə, Kantın “xoş məramı”na, sülh mədəniyyətinə, tolerantlığa və in-

sanların əməkdaşlıq prinsiplərinə əsaslanan beynəlxalq sosial-mədəni siya-

sətin yardımı ilə harmonizasiyasının zəruriliyini təsdiqləyir.  


Yüklə 6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin