AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

 160
 
Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər 
161
 
144-3.1.  İnsan  alveri  məqsədi  ilə  şəxsin  şəxsiyyət  vəsiqəsinin,  pasportunun  və  ya 
şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması - 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144-3.2.  İnsan  alveri  məqsədi  ilə  insan  alverçisini  və  ya  insan  alveri  qurbanını  saxta 
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) 
sənədləri ilə təmin etmə - 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144-3.3.  İnsan  alveri  məqsədi  ilə  insan  alverçisini  və  ya  insan  alveri  qurbanını  saxta 
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) 
sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə - 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya 
şəxsiyyətini  təsdiq  edən  digər  sənədini,  yaxud  yol  (sərhədkeçmə)  sənədini  götürmə,  saxlama, 
gizlətmə, zədələmə və ya məhvetmə - 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 M a d d ə   1 4 5 .  Qanunsuz azadlıqdan məhrum etmə 
145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
145.2. Eyni əməllər: 
145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 

145.2.2.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadına  qarşı 
törədildikdə; 
145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
145.2.4.  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 
145.2.5.  zərərçəkmiş  şəxsin  həyatı  və  ya  sağlamlığı  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə 
törədildikdə; 
145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
145.3.  Bu  Məcəllənin  145.1  və  ya  145.2-ci  maddələrində  göstərilən  əməllər  ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 4 6 .  Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə 
146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
146.2.  Eyni  əməllər  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
146.3.  Bu  Məcəllənin  146.1  və  ya  146.2-ci  maddələrində  göstərilən  əməllər  ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 4 7 .  Böhtan 
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və 
ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi 
informasiya  vasitəsində  və  ya  kütləvi  nümayiş  etdirildiyi  halda  internet  informasiya 
ehtiyatında yayma—
162
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz 
səksən  saatadək  müddətə  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
163
 
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 4 8 .  Təhqir 
Təhqir,  yəni  kütləvi  çıxışlarda,  kütləvi  nümayiş  etdirilən  əsərdə,  kütləvi  informasiya 
vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin 
şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —
164
 

üç  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  dörd  yüz 
səksən  saatadək  müddətə  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
165
 
20-ci fəsil 
ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ 
OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   1 4 9 .  Zorlama 
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya 
belə  zor  tətbiq  etmə  hədəsi  ilə  və  ya  zərərçəkmiş  şəxsin  köməksiz  vəziyyətindən  istifadə 
etməklə onunla cinsi əlaqədə olma— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.2. Eyni əməllər: 
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 
149.2.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  yetkinlik  yaşına  çatmayan  şəxsə  qarşı 
törədildikdə; 
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və  ya sağlamlığa ağır zərər vurma 
hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə; 
149.2.5. təkrar törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.3. Eyni əməllər: 
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
149.3.2.  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda; 
149.3.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 166
 
M a d d ə   1 5 0 .  Seksual xarakterli zorakılıq hərəkətləri 
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə 
hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya 
seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.2. Eyni əməllər: 
150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 
150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
150.2.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə; 
150.2.5. təkrar törədildikdə; 

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.3. Eyni əməllər: 
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
150.3.2.  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  insan  immunçatışmazlığı  virusu  ilə 
yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda; 
150.3.3.  təqsirkar  şəxs  üçün  aşkar  surətdə  on  dörd  yaşına  çatmayan  şəxs  barəsində 
törədildikdə— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   1 5 1 .  Seksual xarakterli hərəkətlərə məcbur etmə 
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş 
şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və 
ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— 
bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
167
 
 
 M a d d ə   1 5 2 .   On  altı  yaşına  çatmayan  şəxslə  cinsi  əlaqədə  olma  və  ya  seksual 
xarakterli digər hərəkətlər etmə
168
 
152.1.  On  altı  yaşına  çatmayan  şəxslə  cinsi  əlaqədə  olma  və  ya  seksual  xarakterli  digər 
hərəkətlər etmə — 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına 
çatmayanı  tərbiyə  etmək  vəzifəsi  daşıyan  şəxslər  və  ya  yetkinlik  yaşına  çatmayana  nəzarəti 
həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya 
digər iºçisi tərəfindən törədildikdə — 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və ya  edilməməklə  dörd  ildən  yeddi  ilədək  müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  Məcəllənin  152  və  ya  153-cü  maddələrində  nəzərdə  tutulmuş  cinayətlərə  görə 
məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki 
ildən çox olduqda yaranır.
 
 M a d d ə   1 5 3 .  Əxlaqsız hərəkətlər
169
 
 
153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə — 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — 
bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına 
çatmayanı  tərbiyə  etmək  vəzifəsi  daşıyan  şəxslər  və  ya  yetkinlik  yaşına  çatmayana  nəzarəti 

həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya 
digər işçisi tərəfindən törədildikdə — 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  dörd  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 
21-ci fəsil 
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   1 5 4 .  Bərabərlik hüququnu pozma 
154.1.  İrqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmlak 
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və 
digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olaraq  şəxsin  hüquq  və  qanuni  mənafelərinə 
zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
170
 
154.2.  Eyni  əməllər  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
171
  
 M a d d ə   1 5 5 .   Yazışma,  telefon  danışıqları,  poçt,  teleqraf  və  digər  məlumatların 
sirrini pozma 
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
172
  
 M a d d ə   1 5 6 .  Şəxsi həyatın toxunulmazlığını pozma 
156.1.  Şəxsi  və  ailə  həyatının  sirri  olan  məlumatların,  belə  məlumatları  əks  etdirən 
sənədlərin,  video  və  foto  çəkilişi  materiallarının,  səs  yazılarının  yayılması,  habelə  satılması  və 
ya başqasına verilməsi qanunsuz toplanılması
173
— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  dörd  yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
174
 
156.2.  Eyni  əməllər  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 5 7 .  Mənzil toxunulmazlığını pozma 

157.1.  Azərbaycan  Respublikasının  qanunları  ilə  müəyyən  edilmiş  əsaslar  olmadan, 
mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  dörd  yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
175
 
157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
157.3.  Bu  Məcəllənin  157.1  və  ya  157.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  vəzifəli 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   1 5 8 .  Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma 
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi 
şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
176
 
158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
158.3.  Bu  Məcəllənin  158.1  və  ya  158.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  vəzifəli 
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
M a d d ə   1 5 9 .   Seçki  (referendumda  iştirak)  hüquqlarının  həyata  keçirilməsinə 
maneolma 
177
 
159.1.  Vətəndaşın  seçki  (referendumda  iştirak)  hüquqlarının  həyata  keçirilməsinə 
maneolma-  
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən 
saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
178
  
159.2.  Vətəndaşı  namizədin  lehinə  imza  atmağa  məcburetmə  və  ya  namizədin  müdafiəsi 
üçün imza yığılmasına maneolma -  
iki  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda  cərimə  və  ya  dörd  yüz  saatdan  dörd  yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
179
 
159.3.  Vətəndaşı  öz  iradəsinə  zidd  səs  verməyə  məcburetmə  və  ya  onun  səs  verməsinə 
maneolma -  
üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
180
  
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;  
159.4.1.  ələalma,  aldatma,  hədələmə,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiqetmə  hədəsi  ilə 
törədildikdə;  

159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;  
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -  
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən 
vəzifətutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğulolma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
181
 
M a d d ə   1 5 9 - 1 .  Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma 
182
 
159-1.1.  Namizədlərin,  partiyaların,  siyası  partiyalar  bloklarının  seçki  (referendum) 
kampaniyalarına müdaxilə etmə və ya onu pozma -  
iki  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda  cərimə  və  ya  dörd  yüz  saatdan  dörd  yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
183
  
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -  
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  dörd  yüz  saatdan  dörd  yüz 
səksən  saatadək  ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
184
  
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -  
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
185
 
 M a d d ə   1 6 0 .   Seçki  (referendum)  komissiyalarının  işinə  müdaxilə  etmə  və  ya  təsir 
göstərmə 
186
 
 
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya 
seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə 
– 
187
 
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
188
 
160.2. Eyni hərəkətlər: 
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə; 
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya  üç  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  iki  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
189
 
 M a d d ə   1 6 1 .   Seçki  (referendumda  iştirak)  sənədlərini  saxtalaşdırma,  bilə-bilə 
səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma  
161.1.  Seçki  komissiyasının  üzvü  tərəfindən  seçki  (referendumda  iştirak)  sənədlərinin 
saxtalaşdırılması  və  ya  saxta  sənədlərin  təqdim  edilməsi,  bilə-bilə  səslərin  düzgün 
hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin 
gizliliyinin pozulması - 
190
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
191
 

161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim 
edilməsi,  başqa  şəxslərin  yerinə  səs  verilməsi,  bir  şəxs  tərəfindən  seçki  qutusuna  birdən  artıq 
seçki bülletenlərinin qoyulması üçün zərfin açılması – 
192
 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
193 
 
M a d d ə   1 6 2 .  Əmək mühafizəsi qaydalarını pozma 
162.1.  Texniki  təhlükəsizlik  və  ya  əmək  mühafizəsinin  başqa  qaydalarına  riayət  edilməsi 
vəzifəsi  həvalə  edilmiş  şəxs  tərəfindən  bu  qaydaların  pozulması  nəticəsində  ehtiyatsızlıqdan 
insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə 
və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
194
 
162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  beş  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
 
M a d d ə   162-1.  Əmək  müqaviləsi  (kontraktı)  hüquqi  qüvvəyə  minmədən  işçilərin  hər 
hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
195
 
 
162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək 
müqaviləsi  (kontraktı)  hüquqi  qüvvəyə  minmədən  xeyli  sayda  işçilərin  hər  hansı  işlərin 
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi — 
yeddi  min  manatdan  on  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
162-1.2. Eyni əməllər təkrar törədildikdə — 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə 
tutulur.
 
M a d d ə   1 6 3 .  Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma 
163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə 
zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar 
etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
196
 
163.2.  Eyni  əməllər  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
 M a d d ə   1 6 4 .   Hamilə  qadının  və  ya  himayəsində  üç  yaşınadək  uşağı  olan  qadının

üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin