AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat


   M a d d ə   6 9 .  Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   2   3   4   5   6   7   8   9   ...   36

51
 
 M a d d ə   6 9 .  Cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması 
69.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
etmənin,  nəqliyyat  vasitəsini  idarəetmə  hüququndan  məhrum  etmənin,  hərbi  xidmət  üzrə 
məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi 

hissədə  saxlamanın,  azadlıqdan  məhrum  etmənin  müddətləri  aylarla  və  illərlə,  ictimai  işlərin 
müddəti isə saatlarla hesablanır.
52
 
69.2. Bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və 
ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. 
69.3.  Hökm  qanuni  qüvvəyə  minənədək  həbsdə  saxlamanın  müddəti  azadlıqdan  məhrum 
etmə  müddətinə,  intizam  xarakterli  hərbi  hissədə  saxlama  növündə  cəzanın  müddətinə  bir 
günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah 
işləri  və  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  növündə  cəzanın  müddətinə  bir  günə  üç  gün, 
ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
53
 
69.4. 
Həbsdə saxlanılan şəxsə
 cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə 
saxlama  müddətini  nəzərə  alaraq,  təyin  edilmiş  cəzanı  yüngülləşdirir  və  ya  şəxsi  bu  cəzadan 
tamamilə azad edir.
54
 
M a d d ə   7 0 .  Şərti məhkum etmə 
70.1.  İslah  işləri,  hərbi  xidmət  üzrə  məhdudlaşdırma,  intizam  xarakterli  hərbi  hissədə 
saxlama,  azadlığın  məhdudlaşdırılması  və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə 
növündə  cəza  təyin  edən  məhkəmə,  məhkumun  cəza  çəkmədən  islah  olunmasını  mümkün 
sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
55
 
70.2.  Məhkəmə  şərti  məhkum  etmə  təyin  edərkən  törədilmiş  cinayətin  xarakterini,  ictimai 
təhlükəlilik  dərəcəsini,  məhkumun  şəxsiyyətini,  habelə  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran 
halları nəzərə alır. 
70.3.  Şərti  məhkum  etmə  təyin  edilərkən  məhkəmə  tərəfindən  sınaq  müddəti  müəyyən 
olunur.  Bu  müddət  ərzində  məhkum  öz  davranışı  ilə  islah  olunmasını  sübut  etməlidir.  Sınaq 
müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 
70.4. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 
70.5.  Məhkəmə  şərti  məhkum  etmə  təyin  edərkən  məhkumun  üzərinə  aşağıdakı  vəzifələri 
qoya  bilər:  onun  davranışı  üzərində  nəzarəti  həyata  keçirən  orqanlara  məlumat  vermədən 
daimi  yaşayış  yerini,  təhsil  yerini,  iş  yerini  dəyişməmək,  müəyyən  yerlərə  getməmək, 
alkoqolizmdən,  narkomaniyadan,  toksikomaniyadan  və  ya  zöhrəvi  xəstəliklərdən  müalicə 
kursu  keçmək,  ailəsinə  maddi  yardım  göstərmək.  Məhkəmə,  məhkumun  üzərinə  onun  islah 
olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 
70.6.  Şərti  məhkum  edilmiş  şəxs  üzərində  nəzarəti  müvafiq  dövlət  orqanları,  hərbi 
qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. 
70.7. Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən 
dövlət  orqanının  təqdimatı  əsasında  məhkəmə,  məhkumun  üzərinə  əvvəllər  qoyulmuş 
vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. 
 M a d d ə   7 1 .  Şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması 
71.1. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı 
ilə  islah  olunduğunu  sübut  edərsə,  məhkəmə  məhkumun  üzərində  nəzarəti  həyata  keçirən 
dövlət  orqanının  təqdimatı  əsasında  şərti  məhkum  etmənin  ləğv  edilməsi  və  məhkumluğun 
götürülməsi barədə qərar qəbul edə bilər. 
71.2.  Şərti  məhkum  edilmiş  şəxs  məhkəmə  tərəfindən  onun  üzərinə  qoyulmuş  vəzifələri 
yerinə  yetirməkdən  boyun  qaçırdığına  və  ya  ictimai  qaydanı  pozduğuna  görə  barəsində 

inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət 
orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. 
71.3.  Şərti  məhkum  edilmiş  şəxs  sınaq  müddətində  məhkəmə  tərəfindən  onun  üzərinə 
qoyulmuş  vəzifələri  mütəmadi  və  ya  qərəzli  olaraq  yerinə  yetirməkdən  boyun  qaçırdıqda,  bu 
Məcəllənin  71.1-ci  maddəsində  göstərilən  dövlət  orqanının  təqdimatı  əsasında  məhkəmə  şərti 
məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar 
çıxara bilər. 
71.4. Şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya 
qəsdən  böyük  ictimai  təhlükə  törətməyən  cinayət  törətdikdə,  şərti  məhkum  etmənin  ləğv 
edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 
71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır 
cinayət  törətdikdə,  məhkəmə  şərti  məhkum  etməni  ləğv  edir  və  ona  bu  Məcəllənin  67-ci 
maddəsində  nəzərdə  tutulmuş  qaydalar  üzrə  cəza  təyin  edir.  Bu  Məcəllənin  71.4-cü 
maddəsində göstərilən hallarda da cəza bu qaydada təyin edilir. 
 
DÖRDÜNCÜ BÖLMƏ 
CİNAYƏT MƏSULİYYƏTİNDƏN VƏ CƏZADAN AZAD ETMƏ 
11-ci fəsil 
CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD ETMƏ
 
 M a d d ə   7 2 .  Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə 
KMQ
 
72.1. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini 
boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş 
ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən 
azad edilə bilər. 
72.2. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş 
şərtlər  mövcud  olduqda,  yalnız  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində 
bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. 
 M a d d ə   7 3 .  Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə 
İlk  dəfə  böyük  ictimai  təhlükə  törətməyən  cinayət  törətmiş  şəxs  zərərçəkmiş  şəxslə 
barışdıqda  və  ona  dəymiş  ziyanı  ödədikdə  və  ya  vurulmuş  zərəri  aradan  qaldırdıqda  cinayət 
məsuliyyətindən azad edilə bilər. 
 M a d d ə   7 4 .  Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə 
Şəraitin  dəyişməsi  nəticəsində  törədilmiş  əməlin  və  ya  bu  əməli  törətmiş  şəxsin  ictimai 
təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya 
az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
 M a d d ə   7 5 .  Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə 
KM1
 
75.1.  Cinayət  törətdiyi  gündən  aşağıda  müəyyən  edilən  müddətlər  keçdikdə,  şəxs  cinayət 
məsuliyyətinə cəlb edilə bilməz: 
75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 

75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 
56
 
75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 
57
 
75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 
75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi 
anadək  hesablanır.  Şəxs  yeni  cinayət  törətdikdə,  hər  bir  cinayətə  görə  müddət  müstəqil 
hesablanır. 
75.3.  Cinayət  törətmiş  şəxs  istintaqdan  və  ya  məhkəmədən  gizlənərsə,  müddətin  axımı 
dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna 
aldığı vaxtdan bərpa olunur. 
75.4.  Ömürlük  azadlıqdan  məhrum  etmə  növündə  cəza  nəzərdə  tutulan  cinayəti  törətmiş 
şəxs  barəsində  müddətin  tətbiq  olunması  məsələsi  məhkəmə  tərəfindən  həll  edilir.  Məhkəmə, 
müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab 
etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. 
75.5.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş  sülh  və 
insanlıq  əleyhinə,  terrorçuluq,  terrorçuluğu  maliyyələşdirmə  və  müharibə  cinayətləri  törətmiş 
şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. 
58
  
12-ci fəsil 
CƏZADAN AZAD ETMƏ 
 M a d d ə   7 6 .  Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə 
76.1.  Məhkəmə  islah  işləri,  azadlığın  məhdudlaşdırılması,  intizam  xarakterli  hərbi  hissədə 
saxlama,  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  müəyyən  müddətə  azadlıqdan  məhrum 
etmə  növündə  cəza  çəkən  şəxsin  islah  olunmaq  üçün  cəzanı  tam  çəkməsinə  lüzum  olmadığı 
qənaətinə  gələrsə,  onu  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  edə  bilər.  Bu  halda,  şəxs 
tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
59
 
76.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun 
üzərinə,  bu  Məcəllənin  70.5-ci  maddəsində  nəzərdə  tutulmuş  və  cəzanın  çəkilməmiş  müddəti 
ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. 
76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 
76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş 
cəza müddətinin ən azı yarısını; 
76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
60
 
76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı 
dörddə  üç  hissəsini,  habelə  əvvəllər  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  edilmiş  şəxs, 
əgər  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  bu  Məcəllənin  76.6-cı  maddəsində  nəzərdə 
tutulmuş  əsaslara  görə  ləğv  edilmişdirsə,  yaxud  əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə 
cəza  çəkmiş  şəxs  cinayətlərin  residivinə  görə  yenidən  azadlıqdan  məhrum  etmə  növündə 
cəzaya  məhkum  edilmişdirsə,  təyin  edilmiş  cəza  müddətinin  ən  azı  dörddə  üç  hissəsini 
həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
61
 
76.4. Azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti 
altı aydan az ola bilməz. 
76.5. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq 
dövlət  orqanları,  hərbi  qulluqçular  üzərində  nəzarəti  isə  hərbi  hissələrin  və  müəssisələrin 
komandanlığı həyata keçirir. 

76.6. Cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: 
76.6.1.  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmə  tətbiq  olunarkən  məhkəmə 
tərəfindən  onun  üzərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirməkdən  mütəmadi,  yaxud  qərəzli 
olaraq boyun qaçırdıqda və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq 
edildikdə,  bu  Məcəllənin  76.5-ci  maddəsində  göstərilən  orqanların  təqdimatı  əsasında 
məhkəmə  şərti  olaraq  vaxtından  əvvəl  azad  etmənin  ləğv  edilməsi  və  cəzanın  çəkilməmiş 
hissəsinin icra olunması haqqında qərar çıxara bilər;
62
 
76.6.2.  ehtiyatsızlıqdan  cinayət  törətdikdə,  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad 
etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir; 
76.6.3.  qəsdən  cinayət  törətdikdə,  məhkəmə  ona  bu  Məcəllənin  67-ci  maddəsində  nəzərdə 
tutulmuş  qaydalar  üzrə  cəza  təyin  edir.  Ehtiyatsızlıqdan  cinayət  törədildiyi  və  məhkəmə 
tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edildiyi halda da cəza həmin 
qaydalar üzrə təyin olunur. 
 M a d d ə   7 7 .  Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə 
77.1.  Böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  törətməyə  görə  müəyyən 
müddətə  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkən  şəxsin  cəzasını  çəkdiyi  dövrdə 
davranışını  nəzərə  alaraq,  məhkəmə  cəzanın  çəkilməmiş  hissəsini  daha  yüngül  cəza  növü  ilə 
əvəz edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. 
77.2.  Cəzanın  çəkilməmiş  hissəsinin  daha  yüngül  cəza  növü  ilə  əvəz  edilməsi,  cəza 
müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. 
77.3.  Cəzanın  çəkilməmiş  hissəsinin  əvəz  edilməsi  zamanı  məhkəmə  bu  Məcəllənin  42-ci 
maddəsində  nəzərdə  tutulmuş  istənilən  daha  yüngül  cəza  növünü,  hər  cəza  növü  üçün  bu 
Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər. 
 M a d d ə   7 8 .  Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə 
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin 
(hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya 
həmin  əməli  idarə  etmək  imkanından  məhrum  olmuş  şəxs 
qanuni  qüvvəyə  minmiş  hökmlə 
təyin  edilmiş
  cəzadan  və  ya  cəzanın  qalan  hissəsini  çəkməkdən  azad  olunur.  Belə  şəxs 
barəsində  məhkəmə  tərəfindən  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  tibbi  xarakterli  məcburi 
tədbirlər tətbiq edilə bilər.
63
 
78.2.  Cinayət  törətdikdən  sonra  cəzanın  çəkilməsinə  mane  olan  sair  ağır  xəstəliyə  düçar 
olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. 
78.3.  İntizam  xarakterli  hərbi  hissədə  saxlama  növündə  cəza  çəkən  hərbi  qulluqçular, 
onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın 
qalan  hissəsini  çəkməkdən  azad  edilirlər.  Belə  hallarda  məhkəmə  həmin  şəxslərə  (onkoloji 
xəstəliyin  terminal  mərhələsində  olan  şəxslər  istisna  olmaqla)  cəzanın  çəkilməmiş  hissəsini 
daha yüngül cəza növü ilə əvəz edə bilər.
64
 
78.4.  Bu  Məcəllənin  78.1  və  78.2-ci  maddələrində  göstərilən  şəxslər  sağaldıqları  halda,  bu 
Məcəllənin  75  və  80-ci  maddələrində  müəyyən  edilmiş  müddətlər  keçməmişdirsə,  cinayət 
məsuliyyətinə və cəzaya məruz qala bilərlər. 
 M a d d ə   7 9 .   Hamilə  qadınlar  və  azyaşlı  uşaqları  olan 
şəxslər  tərəfindən
  cəzanın 
çəkilməsinin təxirə salınması
65
 

79.1.  Şəxsiyyət  əleyhinə  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməyə  görə  beş  ildən  çox 
müddətə  azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş  şəxslər  istisna  olmaqla,  məhkəmə 
məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz 
yaşına  çatmamış  uşağını  təkbaşına  böyüdən  kişilər  tərəfindən  uşaq  səkkiz  yaşına  çatanadək 
cəzanın çəkilməsini təxirə sala bilər.
66
 
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər 
üzərində  nəzarəti  həyata  keçirən  müvafiq  dövlət  orqanının  xəbərdarlığından  sonra  uşaqdan 
imtina  etdiyi  və  ya  uşağı  tərbiyə  etməkdən  boyun  qaçırmaqda  davam  etdiyi  halda,  məhkəmə 
həmin  orqanın  təqdimatı  əsasında  cəzaçəkmənin  təxirə  salınmasını  ləğv  edə  və  məhkumu 
cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
67
 
79.3.  Uşaq  səkkiz  yaşına  çatdıqda,  məhkəmə  məhkum  edilmiş  şəxsi  cəzanın  çəkilməmiş 
hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, 
yaxud  məhkum  edilmiş  şəxsi  cəzanın  qalan  hissəsini  çəkmək  üçün  müvafiq  müəssisəyə 
göndərir.
68
 
79.4.  Cəzaçəkmənin  təxirə  salındığı  müddətdə  məhkum  edilmiş  şəxs  yeni  cinayət 
törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə cəza 
təyin edir.
69
 
 M a d d ə   8 0 .   İttiham  hökmünün  icrası  müddəti  ilə  əlaqədar  cəza  çəkməkdən  azad 
etmə 
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə 
icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: 
80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə; 
80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; 
70
 
80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; 
71
 
80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə. 
80.2.  Məhkum  edilmiş  şəxs  cəzanı  çəkməkdən  boyun  qaçırdıqda,  icra  müddətinin  axımı 
dayanır.  Bu  halda  icra  müddətinin  axımı  həmin  şəxs  tutulduğu  və  ya  könüllü  gəlib  təqsirini 
boynuna aldığı vaxtdan bərpa olunur. 
80.3.  Ömürlük  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmiş  şəxs  barəsində  icra 
müddətinin  tətbiq  olunması  məsələsini  məhkəmə  həll  edir.  Məhkəmə  icra  müddətini  tətbiq 
etməyi  mümkün  saymadıqda,  həmin  cəza  növü  müəyyən  müddətə  azadlıqdan məhrum  etmə 
cəzası ilə əvəz edilir. 
80.4.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş  sülh  və 
insanlıq  əleyhinə,  terrorçuluq,  terrorçuluğu  maliyyələşdirmə  və  müharibə  cinayətləri  törətmiş 
şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. 
72
  
13-cü fəsil 
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ
 
 M a d d ə   8 1 .  Amnistiya 
81.1.  Amnistiya  aktı  fərdi  qaydada  müəyyən  edilməyən  şəxslər  barəsində  Azərbaycan 
Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. 
Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara 

təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi 
daha  yüngül  cəza  növü  ilə  əvəz  edilə  bilər  və  yaxud  belə  şəxslər  əlavə  cəzadan  azad  edilə 
bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. 
 M a d d ə   8 2 .  Əfvetmə 
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının 
Prezidenti tərəfindən həyata keçirilir. 
82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini 
çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə 
şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 
82.3.  Ömürlük  azadlıqdan  məhrum  etmə  cəzası  əfv  qaydasında  iyirmi  beş  ildən  çox 
olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. 
82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. 
 M a d d ə   8 3 .  Məhkumluq 
83.1.  Cinayət  törətməyə  görə  məhkum  edilmiş  şəxs  məhkəmənin  ittiham  hökmü  qanuni 
qüvvəyə  mindiyi  gündən  məhkumluğun  götürüldüyü  və  ya  ödənildiyi  günə  qədər  məhkum 
olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun 
olaraq məhkumluq nəzərə alınır. 
83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. 
KM
 
83.3. Aşağıdakı hallarda: 
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda; 
83.3.2.  azadlıqdan  məhrum  etməyə  nisbətən  daha  yüngül  cəzaya  məhkum  edilmiş  şəxslər 
barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 
83.3.3.  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  törətməyə  görə  azadlıqdan 
məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 
üç il keçdikdə; 
83.3.4.  ağır  cinayət  törətməyə  görə  azadlıqdan  məhrum  etməyə  məhkum  edilmiş  şəxslər 
barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; 
83.3.5.  xüsusilə  ağır  cinayət  törətməyə  görə  məhkum  edilmiş  şəxslər  barəsində  —  onlar 
cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 
83.4.  Məhkum  edilmiş  şəxs  qanunla  müəyyən  edilmiş  qaydada  vaxtından  əvvəl  cəza 
çəkməkdən  azad  edildikdə  və  yaxud  cəzanın  çəkilməmiş  hissəsi  daha  yüngül  cəza  növü  ilə 
əvəz  edildikdə,  məhkumluğun  ödənilməsi  müddəti  əsas  və  əlavə  cəzanı  çəkməkdən  azad 
edildiyi vaxtdan hesablanır. 
KM3
 
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut 
edərsə,  məhkəmə  həmin  şəxsin  vəsatəti  əsasında  məhkumluğu  vaxtından  əvvəl  onun 
üzərindən götürə bilər. 
83.6.  Məhkumluğun  ödənilməsi  və  ya  götürülməsi  məhkumluqla  bağlı  olan  bütün  hüquqi 
nəticələri ləğv edir. 
 
BEŞINCI BÖLMƏ 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ 

14-cü fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT 
MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ
 
 M a d d ə   8 4 .  Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti 
84.1.  Cinayət  törədərkən  on  dörd  yaşı  tamam  olmuş,  lakin  on  səkkiz  yaşına  çatmayan 
şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 
84.2.  Yetkinlik  yaşına  çatmayanlar  cinayət  törətdikdə,  onlara  cəza  təyin  edilə  bilər  və  ya 
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 
 M a d d ə   8 5 .  Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri 
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 
85.1.1. cərimə; 
85.1.2. ictimai işlər; 
85.1.3. islah işləri; 
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. 
85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı 
olan  yetkinlik  yaşına  çatmayan  məhkuma  təyin  edilir.  Cərimə  altı  yüz  manatadək  miqdarda 
təyin edilir.
73
 
85.3. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik 
yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə 
yetirdiyi  işlərdən  ibarətdir.  Bu  cəza  növünün  icra  müddəti  on  beş  yaşınadək  şəxslər  üçün 
gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola 
bilməz.
74
 
85.4. Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin 
edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, 
beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. 
85.5.  Azadlıqdan  məhrum  etmə  yetkinlik  yaşına  çatmayan  məhkumlara  on  ildən  çox 
olmayan  müddətə  təyin  edilir.  Yetkinlik  yaşına  çatmayan  məhkumlar  cəzalarını  aşağıdakı 
tərbiyə müəssisələrində çəkirlər: 
85.5.1.  yetkinlik  yaşına  çatmayan  qızlar,  habelə  ilk  dəfə  azadlıqdan  məhrum  etməyə 
məhkum  olunmuş  yetkinlik  yaşına  çatmayan  oğlanlar  —  ümumi  rejimli  tərbiyə 
müəssisələrində; 
85.5.2.  əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmiş  yetkinlik  yaşına  çatmayan 
oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. 
 M a d d ə   8 6 .  Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi 
86.1.  Yetkinlik  yaşına  çatmayana  cəza  təyin  edərkən  məhkəmə  bu  Məcəllənin  58-ci 
maddəsində  müəyyən  edilmiş  hallardan  başqa,  həmçinin  həmin  şəxsin  həyat  və  tərbiyə 
şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin 
ona təsirini nəzərə alır. 
86.2.  Cəza  təyin  edilərkən  yetkinlik  yaşına  çatmama  yüngülləşdirici  hal  kimi,  cəzanı 
yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 

 M a d d ə   8 7 .  Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu 
87.1.  Xəbərdarlıq  yetkinlik  yaşına  çatmayana  onun  əməli  nəticəsində  vurulmuş  ziyanın  və 
bu  Məcəllədə  nəzərdə  tutulmuş  cinayətləri  təkrar  törətməyin  nəticələrinin  izah  edilməsindən 
ibarətdir. 
87.2. Nəzarətə götürmə  valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud 
müvafiq icra 
hakimiyyəti  orqanının
  üzərinə  yetkinlik  yaşına  çatmayana  tərbiyəvi  təsir  göstərmək  və  onun 
davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. 
87.3.  Vurulmuş  ziyanı  aradan  qaldırmaq  vəzifəsi  yetkinlik  yaşına  çatmayanın  əmlak 
vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur. 
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi 
tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən 
formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən 
vaxtlarından  sonra  evdən  kənarda  olmamasını,  müvafiq  dövlət  orqanının  icazəsi  olmadan 
başqa ərazilərə getməməsini nəzərdə tuta bilər.  Yetkinlik yaşına çatmayana həmçinin təhsilini 
davam etdirmək və ya 
müvafiq icra hakimiyyəti orqanının
 köməyi ilə işə düzəlmək vəzifəsi də 
müəyyən  edilə  bilər.  Bu  tədbirlərdən  başqa  asudə  vaxtın  məhdudlaşdırılması  və  yetkinlik 
yaşına  çatmayanın  davranışına  xüsusi  tələblərin  qoyulması  digər  tədbirləri  də  nəzərdə  tuta 
bilər. 
 M a d d ə   8 8 .  Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə 
88.1.  Yetkinlik  yaşına  çatmayan  ilk  dəfə  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır 
cinayət  etdikdə,  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq  etməklə  onun  islah  olunması 
mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
88.2.  Yetkinlik  yaşına  çatmayanlara  aşağıdakı  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq 
edilə bilər: 
88.2.1. xəbərdarlıq; 
88.2.2.  valideynlərin  və  ya  onları  əvəz  edən  şəxslərin  və  yaxud  müvafiq  dövlət  orqanının 
nəzarətinə vermək; 
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 
88.2.4.  yetkinlik  yaşına  çatmayanın  asudə  vaxtını  məhdudlaşdırmaq  və  onun  davranışı  ilə 
bağlı xüsusi tələblər müəyyən etmək. 
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər 
tətbiq  edilə  bilər.  Bu  Məcəllənin  88.2.2  və  88.2.4-cü  maddələrində  nəzərdə  tutulmuş  tərbiyəvi 
xarakterli  məcburi  tədbirlərin  tətbiqi  müddəti  bu  tədbirləri  təyin  etmiş müvafiq  dövlət  orqanı 
tərəfindən müəyyən olunur. 
88.4.  Yetkinlik  yaşına  çatmayan  tərbiyəvi  xarakterli  məcburi  tədbirləri  mütəmadi  olaraq 
yerinə  yetirmədikdə,  müvafiq  dövlət  orqanının  təqdimatı  əsasında  həmin  tədbirlər  ləğv  edilir 
və  materiallar  yetkinlik  yaşına  çatmayanın  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün 
məhkəməyə göndərilir. 
 M a d d ə   8 9 .  Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi 
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş 
yetkinlik  yaşına  çatmayan  bu  Məcəllənin  87.2-ci  maddəsində  nəzərdə  tutulmuş  tərbiyəvi 
xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. 

89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı 
yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və ya 
tibbi-tərbiyə  müəssisəsində  yerləşdirməklə  cəzanın  məqsədinə  nail  olmağı  mümkün  hesab 
edərsə,  həmin  şəxsi  cəzadan  azad  edə  bilər.  Bu  halda  yetkinlik  yaşına  çatmayan  göstərilən 
müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır. 
75
 
89.3.  Yetkinlik  yaşına  çatmayan  islah  olunduqda  və  bununla  bağlı  qeyd  edilən  tədbirin 
tətbiqinə  zərurət  aradan  qalxdıqda,  qapalı  tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinin  və  ya  tibbi-
tərbiyə  müəssisəsinin  müdiriyyətinin  və  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının 
müdafiəsi  üzrə  komissiyanın  birgə  təqdimatına  əsasən  məhkəmə  yetkinlik  yaşına  çatmayanın 
vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər. 
76
 
 M a d d ə   9 0 .   Yetkinlik  yaşına  çatmayanların  şərti  olaraq  vaxtından  əvvəl  cəzadan 
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin