Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


GÖBƏLƏKLƏRİN QİDALANMASI. SAPROTROF, PA-



Yüklə 1,94 Mb.
səhifə235/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   231   232   233   234   235   236   237   238   ...   244
GÖBƏLƏKLƏRİN QİDALANMASI. SAPROTROF, PA-

RAZİT VƏ MİKORİZA GÖBƏLƏKLƏRİ 

 

Göbələklərin xlorofili olmadığı üçün onlar, ancaq hazır 



üzvi maddələrlə qidalanırlar,  əsasən suda həll olan karbonlu 

qida, məsələn, qlükoza, saxaroza və s. istifadə edirlər. Bəzi 

göbələklər polisaxaridlərdən nişasta və sellülozadan istifadə 

etmək qabiliyyətinə malikdir. Lakin bu maddələr əvvəl göbələk 

tərəfindən ifraz olunan fermentlər sayəsində sadə  şəkərlərə 

parçalanır. Göbələklər azotlu qidalanmada, əsasən nitrat və 

ammonium duzlarından istifadə edirlər. Onlar eyni zamanda 

zülal və amin turşuları kimi üzvi azotlu birləşmələrdən də 

istifadə etmək qabiliyyətinə malikdirlər. Eyni zamanda 

göbələklər qidalanma zamanı, həmçinin  N, P, K, Na və s. 

elementlərdən istifadə edirlər 

Göbələklər özlərinə lazım olan üzvi maddələri saprotrof 

və ya parazit yaşayış  şəraitində alırlar. Saprotrof göbələklər 

çoxlu miqdarda bitki qalıqları, ağac, tökülən yarpaq, peyin, 

çürüntülü torpaq, bitki məhsulları (çörək, tərəvəz, kağız, 

mürəbbə  və i.a.) üzərində geniş yayılırlar. Heyvan məhsulları 

üzərində göbələklərə çox az təsadüf olunur. Misal üçün ət və 

yağ parçalanmasında bakteriyalar fəal iştirak edirlər, burada 

göbələklər də  nəzərə çarpır. Parazit göbələklər də, həmçinin 

başlıca olaraq bitkilərlə  əlaqədar həyat keçirirlər. 100000-ə 

kimi bitki paraziti olan göbələklər məlumdur, heyvanlar 

üzərində isə  cəmi bir neçə yüz göbələk tapmaq mümkündür. 

Göbələklərin bitkilər üzərində belə çox olması onların turş 

mühitə uyğunlaşması ilə izah edilir. 




 

 

Əksər bitkilərin toxuması turş reaksiya ilə xarakterizə 



olunur ki, belə şərait bakteriyaların inkişafı üçün əlverişli deyil, 

göbələklərin inkişafı üçün isə  əlverişli hesab olunur. Digər 

tərəfdən bitki toxumasında göbələklər üçün lazım olan 

miqdarda karbohidratlar də nəzərə çarpır. 

Heyvani toxuma tərkibində zülal maddənin miqdarı çox 

olduğu üçün burada parçalanma əsasən bakteriyalar tərəfindən 

aparılır, göbələklər üçün əlverişli olmayan qələvi mühit yaranır 

və belə  şəraitdə onlar bakteriyaların rəqabətinə davam 

gətirirlər. Yuxarıda ayrı-ayrı göbələk qrupları ilə tanış olduqda 

göründü ki, bir qisim göbələklərin yalnız parazit növləri vardır. 

Belə növlər həqiqi parazitlər adlanır (məsələn, sürmə, pas və 

külləmə göbələkləri). Bunların özlərinin də içərisində elələri 

olur ki, onlar süni şəraitdə yetişmirlər və yalnız parazit olaraq 

qalırlar. Bunlara obliqat parazitlər deyilir. Bəzi göbələklər nor-

mal  şəraitdə saprotrof həyat keçirirlər, lakin əlverişli  şəraitdə 

canlı bitkilər üzərində inkişaf edərək parazitlik edə bilirlər. 

Belələri fakultativ parazitlər adlanır. Bir qisim göbələklər də 

vardır ki, onlar əsasən parazit həyata uyğunlaşmışlar, lakin 

saprotrof  şəraitdə  də  təsadüf olunurlar, hətta bəziləri yaşayış 

dövrünün müəyyən hissəsini belə  şəraitdə keçirir. Məsələn, 

kisəli göbələklərin  əksər nümayəndələri konidi dövründə pa-

razit, kisə dövründə isə saprotrof orqanizmlərdir. Belələri isə 

fakultativ saprotroflar adlanır. Bu iki həyat tərzindən başqa 

təbiətdə simbioz həyat sürən göbələklər də  məlumdur. Adətən 

belə göbələklər digər yaşıl bitkilərlə müştərək həyat keçirməyə 

uyğunlaşmırlar. Simbioz göbələklərə misal olaraq mikorizaları 

və şibyələrə daxil olan nümayəndələri göstərmək olar. 

Göbələk hifləri və ali bitkilərin kök uclarının birləşməsinə 

mikoriza deyilir. Təbiətdə geniş yayılmış daxili  (endotrof) və 

xarici (ekzotrof) mikorizalar məlumdur. Endotrof mikorizalarda 

göbələk hiflərinə kökün daxilində hüceyrəarası məsamələrində 

və hüceyrə daxilində təsadüf olunur. Ekzotrof mikorizalarda isə 

göbələk hifləri kökü xaricdən  əhatə edir və  bəzi hissələrdən 

 

  onun daxili toxumasına keçir. 



Mikorizaların tərkibinə daxil olan göbələklər olduqca 

müxtəlifdir. Onların bəziləri, hətta təmiz kulturada becərildikdə 

belə, ancaq steril mitselilər verir və spor əmələ  gətirmirlər. 

Lakin bir çox ağac bitkiləri ilə mikoriza təşkil edən 

göbələklərin ali papaqlı göbələklərdən (Bazidiomisetlərdən) 

olduqları məlumdur. Göbələk bitkinin kökündən karbonlu qida 

alır. Digər tərəfdən onun sərbəst hifləri kökdən torpağa uzana-

raq, kökün əmici tellərini əvəz edir. Bunlar torpaqdan su, min-

eral duzlar və həmçinin üzvi, xüsusən azotlu maddələr alır. Kök 

isə göbələyin daxilə keçən hiflərini əridib onlardan istifadə edir

yəni həm azotlu üzvi maddələr və həm də duzlar alır. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin