Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə234/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   ...   244
 

GÖBƏLƏKLƏRİN ŞÖBƏLƏRİ ARASINDA 

FİLOGENETİK ƏLAQƏLƏR 

 

Göbələklər polifletik mənşəlidir. Göbələk  şöbələri 



müxtəlif rəngsiz qamçılılardan və yaxud qamçılarını itirmiş 

amöbvarı flagellatalardan əmələ  gəlmişlər. Lakin bəzi qrup 

göbələklərin yosunlardan mənşə alması  nəzəriyyəsi də bu gün 

hökm sürür. Göbələklərin qədim qazıntı qalıqlarının az olması 

onların mənşəyi məsələsini çətinləşdirir. 

Hal-hazırda flagellata adı altında qamçılı sadə 

orqanizmlər durur, bunlar (rəngli və ya rəngsiz ola bilirlər) 

heyvanlarla bitkilər arasında keçid təşkil edir. Bu qrupun böyük 

təkamül  əhəmiyyəti vardır, ona görə ki, bitki və heyvanlar öz 

mənşələrini bunlardan almışlar, güman olunur ki, onlardan 

göbələklər ayrılmışdır. Ancaq qrup böyük taksonomik 

 

  əhəmiyyət kəsb etmir. Lakin onun böyük filogenetik 



əhəmiyyətini nəzərə alıb, onun latın adını saxlayırıq. 

Müasir qamçılı monadlarla müqayisədə göbələklərin 

keyfiyyətcə inanılmış əlavə nişanələrindən biri qamçı aparatıdır. 

Qamçı aparatının quruluşu xitridiomisetlər  şöbəsi müasir 



Uniflagellataya yaxınlaşdırır.  İki müxtəlifqamçılı Oomisetes 

şöbəsi isə ikiqamçılı monat Biflogellataya yaxındır. Hypho-

chytridiomycetes sinfinin mənşəyi məsələsi oomisetlə sıx bağ-

lıdır, lakin təkamül prosesində bunların arxaya yaxın hamar 

qamçıları itmişdir. Odur ki, bunlara Oomisetdən ayrılmış kiçik 

bir budaq kimi baxılır. 

Hal-hazırda amöbvarı flagellatalar qrupu yaşayır ki, 

bunlar vegetativ inkişaf zamanı qamçılarını itirmişlər, 



Ziqomisetlər, Askomisetlər  Bazidiomisetlər şöbəsinin nüma-

yəndələrindən mənşə aldıqları güman olunur. 

 Göbələklərin hərəkətli mərhələsinin və müasir flagella-

tanın müqayisəli analizi göstərir ki, göbələklər flagellatadan 

mənşə almışlar və odur ki, onları  sərbəst filogenetik xətt olan 

göbələk aləminə aid etmək olar. 

Göbələklərin analitik biokimyəvi təhlilləri göstərir ki, 

onlar arasında iki təkamül xətti mövcuddur. Bir tərəfdə Oo-

misetes  şöbəsinin göbələkləri durur ki, bunlarda lizin sintezi 

bitkilərdə olduğu kimi diominopimelin turşusu vasitəsilə olur, 

hüceyrə divarında isə sellüloza müşahidə olunur. 

 Xitridiomisetlər, ziqomisetlər, askomisetlər, 

bazidiomisetlər və natamam göbələklərdə lizin sintezi 

bitkilərdə məlum olmayan özünəməxsus yolla aminoadipin tur-

şusu vasitəsilə gedir. Hüceyrə divarında xitin vardır. 

Bu nişanələrə görə təkqamçılı göbələklər qamçısızlarla bir 

sırada dururlar. İkiqamçılı göbələklər sinfi 

hifoxitridiomisetlərlə bir sırada dururlar. Beləliklə, göbələklərin 

morfoloji və biokimyəvi nişanələri göstərir ki, mənşələrinə görə 

iki təkamül xətti hökm sürür. Bir xətdə  Omycetes  və  Hypho-



chytridiomycetes şöbəsi durur ki, hansı ki bunlar öz mənşələrini 


 

  rəngsiz ikiqamçılı flagellatalardan və ya bəzi mikoloqların 

fikrinə görə qızılı yosunlardan almışlar. Bunların başqa göbələk 

qrupları ilə heç bir filogenetik əlaqəsi yoxdur. İkinci xətt isə 



Chytridiomycetes,  Zygomycetes, Ascomycetes, Basidiomycetes 

və  Deuteromycetes  şöbəsinin nümayəndələrini özündə 

birləşdirir. Xitridiomiset göbələklər bədənlərinin vegetativ qu-

ruluşlarına və qamçı aparatının quruluşuna görə  təkqamçılı 

flagellatalardan mənşə almışlar. 

İnkişaf tsikli dövründə  hərəkətli olmayan göbələklər 

haqqında nə demək olar? Bunların mənşəyi haqqında müxtəlif 

mülahizələr vardır. 

Hüceyrə divarının ximizmi və başqa biokimyəvi 

xüsusiyyətləri yuxarıdakı  şöbələri xitridiomisetlərə yaxınlaş-

dırır. İlk növbədə ziqomisetlər, askomisetlər və bazidiomisetlər 

arasında keçid qrup kimi baxılır. Lakin ziqomisetlərin hüceyrə 

divarının tərkibinə (xitinlə  bərabər xitozan da vardır) görə 

askomisetlər və bazidiomisetlər uyğun gəlməyib xüsusi yer tu-

tur. 

Hal-hazırda askomisetlər və bazidiomisetlər filigenetik 



cəhətcə bir-birinə birləşir. Bu qruplar öz  mənşələrini 

qamçılarını itirmiş  ən qədim xitridilərdən və yaxud 

ziqomisetlərdən almışlar. Bazidili göbələklər mənşələrinə görə 

kisəli göbələklərin ayrı-ayrı qrupları ilə  və yaxud kisəlilə- rin 

sadə quruluşlu nümayəndələri ilə sıx bağlıdır. 

Qeyri-müəyyən göbələklər mənşələrinə görə heterogen 

göbələklər qrupudur. Təkamül prosesində cinsi çoxalmalarını 

itirmiş askomisetlər və bazidiomisetlər göbələkləri ilə əlaqəsini 

itirmişdir. 

Quruya çıxmaqla  əlaqədar olaraq göbələklərin hər iki 

qrupunda hərəkətli mərhələ itmiş və bununla əlaqədar yeni uy-

ğunlaşmalar əmələ gəlmişdir. 

Uyğunlaşmaların başlıca səbəbi quruya çıxmaqla əlaqədar 

olaraq sporlarla çoxalmasıdır. Bu müxtəlif tipdə spor 

əmələgəlmə və yaxud bazidili göbələklərdə təkamül nəticəsində 

 

  müxtəlif meyvə  bədənlərinin yaranmasıdır. Odur ki, bu xətt 



göbələklərdə çox sayda növ müxtəlifliyinin yaranmasına səbəb 

olmuşdur. İkinci xətt isə qidalanma ilə bağlıdır (saprofit və pa-

razit). Bu da göbələklərdə möhkəm fermentativ aparatın inkiş-

afı ilə əlaqədar olaraq yaranan biokimyəvi təkamüldür. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin