168
halda, azərbaycanlılar arasında belə fakta təsadüf olunmur. Yaxud, Azərbaycanın əksər bölgələrində
dəvə əti yeyilmədiyi halda, vaxtilə Abşeron əhalisi arasında o, ən ləziz yemək növü sayılırdı. Bu
bölgədə ən əziz qonağa məzə yeməyi kimi dəvə ətinin qutabını təklif etmək böyük şərəf sayılırdı.
Göründüyü kimi, qida mühafizəkarlığı məsələsində tarixi ənənələr də mühüm rol oynamışdır.
Qida məhsullarının bəzi növlərindən psixoloji imtina etmə məsələsində tarixi ənənələrin
həlledici rol oynadığını vaxtilə Talış-Lənkəran bölgəsində yemək süfrəsinə çörək əvəzinə daha çox
düyü xörəklərinin verilməsi faktından da aydın görmək olur. Bu bölgənin təsərrüfat məişətində
tarixən çəltikçiliyin üstün yer tutması üzündən yerli əhalinin gündəlik və mərasim süfrələrində
düyüdən hazırlanan bişmişlər mühüm yer tutmuşdur.
2
Başqa sözlə, psixoloji qida əngəli fizioloji
imtinaetməni şərtləndirmişdir. Bu ənənə bölgədə çəltikçiliyin ləğv olunmasına qədər davam
etmişdir.
Beləliklə, ölkənin ekoloji və təsərrüfat xüsusiyyətlərini dolğun şəkildə əks etdirən ənənəvi
yeməklər tərkib etibarı ilə iki qismə bölünür:
bitki mənşəli (nəbati) yeməklər və
heyvan mənşəli (ətli
və südlü) qida məhsulları. Bunların hər biri zəngin tipoloji növə malik olub tədarük qaydalarına,
emal üsuluna və süfrəyə verilmə tərzinə görə bir-birindən fərqlənmişdir.
Bundan fərqli olaraq
yeməklərin böyük əksəriyyəti
qatışıq tərkibli olub həm nəbati, həm də heyvanat məhsullarından
hazırlanmışdır.
Yeməklərin etnoqrafik təsnifatında, hər şeydən öncə, onların səciyyəsi başlıca yer tutur. Bu
cəhətdən ənənəvi yeməklər
gündəlik (öynəlik), ziyafət və
mərasim süfrəsi olmaqla üç qismə
bölünür.
Nəbati qida məhsulları tədarük üsuluna görə,
becərmə və
yabanı olmaqla, iki qrupa ayrılır.
Hər iki qəbildən olan qida növləri yalnız tədarük edilib emal olunandan sonra
ərzaq məhsuluna
çevrilirdi.
Ərzaq tədarükü tarix boyu insanların başlıca, əzəli qayğılarından olmuşdur. Xüsusilə
keçmişdə ictimai iaşə, o cümlədən
çörəkxana müəssisələrinin, zəif inkişaf etməsi üzündən hər bir
ailənin uzun müddətli ərzaq tədarükü qayğısına qalmasını həyati zərurətə çevrilmişdir. Ötən
əsrlərdə ərzaq tədarükünün başlıca səbəblərindən biri də natural
təsərrüfatın uzun müddət hakim rol
oynaması ilə bağlı olmuşdur. Natural təsərrüfat şəraitində əmtəə-pul münasibətlərinin zəif inkişafı
üzündən hər bir ailə qida (ərzaq) ehtiyaclarını ödəmək üçün başlıca istehlak məhsullarını özü
istehsal etməyə məcbur idi. Bundan əlavə, onlar istehsal etmədikləri bir sıra ərzaq məhsullarını
natural mübadilə yolu ilə əldə edirdilər. Bazar əlaqələrinin zəif inkişaf etdiyi belə şərait hər bir
ailənin növbəti məhsul yetişənədək illik və ya yarımillik azuqə ehtiyatını əvvəlcədən tədarük
etməsini tələb edirdi. Xüsusilə kənd yerlərində satış bazarının çatışmaması uzun müddət üçün ərzaq
tədarükünü zəruri etmişdir.
Ərzaq ehtiyatının əvvəlcədən tədarük edilməsinin digər səbəblərindən biri də qida
məhsullarının yetişmə müddətinin müxtəlif olması və onların
tədarükünün mövsümi səciyyə
daşıması ilə bağlı olmuşdur. Ölkənin bu və ya digər bölgəsində həmin məhsulların bir qisminin
çatışmaması, ilin isti fəsillərində onların bol ehtiyata malik olması, soyuq qış aylarında isə bu
ehtiyatın tükənməsi adamları vaxtında
azuqə tədarükü qayğısına qalmağa vadar etmişdir. Yaylaq
mövsümü zamanı qidalı alp çəmənliklərində bəslənmiş ev heyvanlarının payıza dönəndə hədsiz
dərəcədə kök olması və qışda yem çatışmamazlığı üzündən onların «ətini töküb» arıqlaması, yaxud
döl mövsümü dövründə arıqlamış heyvanların kəsilməsinin sərfəli olmaması, qışlaqdan yaylaqı və
köçü dövründə mübadilənin qızğın şəkil alması ilə bağlı yaranan ucuzlaşma və s. amillər də uzun
müddət üçün əvvəlcədən azuqə tədarükünü labüd etmişdir.
Hələ mənimsəmə təsərrüfatı dövründə ibtidai insanların qida öynəsində yeməli
yabanı
bitkilər, mühüm yer tutmuşdur. Lakin qış mövsümü yaxınlaşanda qida əhəmiyyəti kəsb edən yabanı
bitkilərin ehtiyatı azalıb, tükənir və nəticədə insanlar aclıq, qida çatışmazlığı qarşısında qalırdı. Belə
şərait ibtidai insanları soyuq qış ayları üçün yetişmiş bitki və meyvələri yığıb qurutmaq qayğısına
qalmağa vadar etmişdir. Beləliklə, ərzaq tədarükü barədə ilk bəsit anlayışlar təşəkkül tapmışdır.
Zaman keçdikcə tədarük olunmuş qida məhsullarını korlanıb xarab olmaqdan qorumaq üçün bir sıra
səmərəli üsul və vasitələr axtarılıb tapılmışdır.
İstehsal təsərrüfatının meydana gəlməsindən sonra da yığıcılıq, yeməli yabanı bitkilərin
toplanıb saxlanması təcrübəsi özünün əməli əhəmiyyətini itirməmişdir. Bu əməli səylərlə bağlı
169
ənənələrin bir qismi nəinki müasir dövrədək gəlib çatmış, hətta indi də davam etdirilməkdədir.
Əvəlik, ələyəz, yarpız, nanə, kəkotu, çayotu, itburnu, göbələk, qazayağı, unnuca, tərə, sozu,
pərpətöyün, unnuca, şomu, turşəng, qazayağı, kığ, cacıx, şalğam, ələyəz, quzuqulağı, göbələk,
qulançar, tərə, yarpız, sözü,
dağ keşnişi, əvənkömənci (balva), cincilim, yolotu və s. yeməli yabanı
bitkilərin tədarükü buna əyani misal ola bilər.
Dostları ilə paylaş: