146
üsuluna görə, çuxanın üç tipoloji növü zəmanəmizə gəlib çatmışdır.
Birinci qrup çuxaların qabaq «taxta»ları birbaşa bütöv biçilir, kürək və yanları «kəsmə»
ətəklə tamamlanırdı. Bu qəbildən olan çuxaların ətəyinin yan və arxa tayları bir neçə «kah»dan
biçilib sıx büzmələnirdi. Kahlı çuxanın yaxasının sağ və sol tayları bir-birinə çatmayıb aralı
qalırdı. Bu tip çuxaların qolu oyma formada gövdəyə birləşməklə, çox uzun, həm də altı yarıq
olurdu. Bu səbəbdən də, el arasında o, çox vaxt «atmaqol çuxa» adlanırdı.
İkinci tip çuxaların gövdəsi biçim etibarı ilə «atmaqol» çuxalardan seçilmirdi.
Qolunun
enli, düz və biləyə qədər uzanması və yarıqsız olması ilə fərqlənirdi. Bu tipdən olan çuxaların
bəzilərinin döşünün hər iki tayında vəznələr qoyulurdu. Ona görə də el arasında o, «vəznəli
çuxa» adlanırdı. Vəznəsiz çuxaların «düz» biçilmiş yaxası açıq qalırdı.
Üçüncü tip çuxalar əvvəlkilərdən kürək biçimi, qolunun aşağıya doğru genəlməsi və dik
boyunluğa malik olması ilə fərqlənirdi. Bu qəbildən olan çuxaların digər fərqli xüsusiyyəti qabaq
tərəfdə beldən çəkilib bağlanması idi. Çox vaxt bu çuxaların da sinəsinə vəznə tikilirdi.
Ənənəvi çuxa növlərinin müqayisəsi göstərir ki, biçim üsuluna görə onlar bir-birinə yaxın
olmuşlar
«Atmaqol» çuxaların hamısının gövdəsinin qabaq qanadları ətəklə birlikdə, boyvəboy
bütöv biçilirdi. Arxada və yanlarda ona xırda və sıx qırçınlanmış əlavə «ətək» birləşdirilirdi.
Bakı, Şuşa, Quba çuxalarında qolların forması eyni olub, əlavə «qolçaq» ilə bitirdi. «Qolçaqlı»
çuxaların qolağzı demək olar ki, əlin üstünü bütünlüklə örtürdü.
Qazax çuxalarının qol kəsiyi düz və ya oval formada olub biləyə doğru xeyli genişlənirdi.
Ön tərəfdə çuxa beş ədəd düymə ilə düymələnirdi. Bu çuxaların gövdəsinin
yaxa kəsiyi üçbucaq
şəkilli olub, sinəsi vəznə ilə bəzədilirdi.
Gəncə çuxası digər çuxalardan yaxa kəsiyinə görə fərqlənirdi. Onun boyun hissəsi 3 sm
hündürlüyündə dik boyunluqla əhatə olunurdu. Çuxanın bel kəsiyinə qədər yaxasının kənarına 2
sm enində əlavə «köbə» tikilirdi. Təzətoylu gənclərin «bəy çuxası», adətən, ağ rəngdə olurdu.
Qız evindən oğlan evinə göndərilən hədiyyələr arasında mütləq bu cür ağ çuxa olması ənənəyə
çevrilmişdi.
Ruhani şəxslər əyinlərinə çuxa əvəzinə «əba», «qəba», dərvişlər isə «xirqə» geyərdilər.
Orta əsrlərdə «bürmə» adlanan və monqol işğalları dövrünün xələtini xatırladan uzun ətəkli üst
geyimi də xeyli müddət dəbdə olmuşdur.
Kürk. Kişi üst geyimi sayılan kürk isti libas növü olub soyuq vaxtlarda geyilirdi. Aşılanmış
qoyun dərisindən tikilən kürk xüsusilə maldar elatların məişətində mühüm yer tutulmuşdur.
Biçim üsuluna görə, kürkün «kaval» və «geymə» olmaqla, iki tipoloji növünə təsadüf olunur.
9-10 qoyun dərisindən biçilib tikilən kaval kürkün dekorativ qolları topuğa qədər uzun
olub əməli məqsəd güdmürdü. Zəvvar və çarvadarlar səfər zamanı ondan həm də yatacaq kimi
istifadə edirdilər.
Kaval kurk, əsasən, çiyinə alınırdı. Keçmişdə Xorasan və Ərdəbildə hazırlanan kürklər
geniş şöhrət qazanmışdı.
75
Azərbaycanın qərb bölgələrində ona «sallama», yaxud «salma» kürk
də deyilirdi. Keçmişdə imkanlı ailələrdə kürk əvəzinə isti libas növü kimi bəzən
«xəz-əzəmi»
geyənlər də olurdu.
XIX əsrin sonunda təkcə Salyanda kürk istehsalı ilə 35 nəfər sənətkar məşğul olurdu.
76
Bəzəkli görünmək üçün imkanlı kişilərin kürkü müxtəlif tikmə növləri ilə bəzədilərmiş.
Keçmişdə kürk ən qiymətli hədiyyə kimi görkəmli şəxslərə bağışlanar, yaxud hədiyyə
göndərilərmiş.
Yapıncı peşə səciyyəli
geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş
yayılmışdı. Yapıncı
təpmə (basma) üsulu ilə «həllac» adlanan peşəkar sənətkarlar tərəfindən
hazırlanırdı. Yapıncının «saçaqlı» və «saçaqsız» olmaqla, iki tipoloji növü dəbdə olmuşdur.
Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən
həllaclara düzəltdirilərmiş.
Qədim dövrlərdən bəlli olan yapıncıya əvvəllər «kəpənək» də deyilirdi. Muğan bölgəsində
yapıncının geyilmə tərzi nəzərə alınaraq o, «bürünmə»
adlanırdı.
77
Yapıncının
qola geyilən növü
Naxçıvan və Dərələyəzdə «xıllıx» adlanırdı.
147
Çopoz. Azərbaycanın şimal-qərb bölgəsində geniş yayılmış və kürkü əvəz edən isti geyim
növü olmaq etibari ilə çopoz saya keçədən düzəldilirdi. Yarım qollu çopozu kasıblar qışda əyinə
geyirdilər. Çiyinə atılan yapıncıdan fərqli olaraq çopoz xıllıx sayağı əyinə geyilirdi.
Dostları ilə paylaş: