Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Strategiya ilə oxunun qiymətləndirilməsi qaydası



Yüklə 0,51 Mb.
səhifə19/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   15   16   17   18   19   20   21   22   ...   70
C.Nabat Monoqrafiya

Strategiya ilə oxunun qiymətləndirilməsi qaydası



Meyar

Mətnlə tanış olan şagird

Mətni dərk edən şagird

Mətni tətbiq edən şagird

Mətnə tənqidi yanaşan şagird

Oxudan əvvəl
Oxunun məqsədini müəyyən edir.
Mətnlə bağlı fərziyələr irəli sürür.
Mövzu, mətn haqqında bildiklərini yada salır.
İstiqamətverici suallar hazırlayır.

Oxudan əvvəlki fəaliyyəti qısaldlr, buna az vaxt sərf edir.

Oxudan əvvəlki fəaliyyəti qısaldlr, növbəti mərhələdə isə planlaşdırmanı zəif təşkil edir.

Oxudan əvvəlki fəaliyyəti uğurludur, oxuyacağı mətn haqqında məlumatlıdır.

Oxudan əvvəl fəaliyyəti təfərüatı ilə tətbiq edir. Oxu materialındakı məlumatların özünəməxsus tərzdə işləndiyi aşkar edilir. Oxu zamanı mətni dəgər mətnlərlə, həyat təcrübəsi və öz həyatı ilə əlaqələndirilir.

Oxu zamanı
Fikirlər müzakirə edilir.
Hekayəni yaradan zaman müəllifin istifadə etdiyi vasitələri müəyyən edir.
Suallar verir.
Mətnin dərk edilməsini yoxlayır və ehtiyac duyulduqda strategiyalardan istifadə edir.

Məsələni anladığını çatdırmaq üçün az iş aparır.
İzah etmək, müzakirə etmək, əlaqə yaratmaq üçün seçdiyi parçalar kiçik və az əhəmiyyətlidir.

Məsələlərə münasibət sütünunda apardığı fəaliyyətdən görünür ki, mətnə dayaz yanaşılıb. Çaşqınlıq törədən məsələləri müəyyən edir, amma çaşqınlıq törədən hallara qalib gəlmək üçün nə etdiyi haqqında məlumat vermir.
Bədii təsvir və ifadə vasitələrini müəyyən edir, onların əhəmiyyəti haqqında şərhlər vermir.
İzah etmək, müzakirə etmək, əlaqə yaratmaq üçün uyğun parçalar seçə çilir.

Məsələlərə münasibət sütünunda aparılan işdə mətnə münasibətini aydın nümayiş etdirir.
Bədii təsvir və ifadə vasitələrinin müəyyən edilməsi və onların əhəmiyyəti haqqında fikirlər söyləməyə cəhd göstərir. İzah etmək, müzakirə etmək, əlaqə yaratmaq üçün uyğun parçalar seçir.

Məsələlərə münasibət sütünunda iş apararkən mətnə münasibəti məharətlə nümayiş etdirir.
Çaşqınlığa sala bilən məsələləri müəyyən edir və çaşqınlığa düşməmək üçün nə etdiyi haqqında məlumat verir. Bədii təsvir və ifadə vasitələrini dəqiq müəyyən edir və onların əhəmiyyəti haqqında izahatlar verir.



Oxudan sonra
Mətni dərk etdiyini aydınlaşdırır.
Oxuduğu materialı ümumiləşdi-rir və nəticə çıxarır.

Oxuduğun
dan müəyyən qənaətlərə gəlir. Oxudan sonra fəaliyyət çox kiçik olduğundan anlama nümayiş etdirilmir.

Oxuduğuna dair
işi yerinə yetirir, lakin bu materialdan nə öyrəndiyi haqqında çox az təsəvvür yaranır.

Tapşırılan işi uğurla yerinə yetirir. Oxunan mətni və onun əhəmiyyətini kifayət qədər mənimsəyir.

Oxudan sonrakı
işini məharətlə və təfərüatı ilə yerinə yetirir.
Oxuduğu materiala özünəməxsus tərzdə yanaşır.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin