AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 2,2 Mb.
səhifə5/5
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4079
1   2   3   4   5

Çebışev torunun təyini. Müstəvi üzərində bir-biri ilə kəsişən paralel xətlər sisteminə Çebışev toru deyilir. Qeyd etmək lazımdır ki, bu kəsişmə hökmən ortoqonal olmalıdır və bir ailəyə mənsub xətlər öz arasında paralelliyi saxlayır. Bu xətlər sisteminin kəsişməsi nəticəsində alınan damalar kvadratı şəklində olmalıdır. Çebışev bu tor vasitəsilə detalın səthini örtərkən aşağıdakı müddəalarda vacibliyini qeyd etmişdir:

1) Örtmə zamanı nəzərdə tutulmuşdur ki, perpendikulyar xətlər arasındakı tor bucağı dəyişdiyindən torun sapları deformasiya olunmur.

2) Torun sapları yalnız o zaman deformasiya oluna bilər ki, onu səth üzrə bürüyən qüvvə saplar istiqamətində yönəlmiş olsun. Bu qüvvənin təsiri sapların istiqamətindən kənara çıxsa, nəticədə tor bucağı dəyişəcəkdir.

3) Saplar o zaman deformasiya olunmaya bilər ki, qüvvənin onlar istiqamətində yönəlməsinə baxmayaraq həmin saplar səthin geodeziya xətləri ilə üst-üstə düşmüş olsun. Bildiyimiz kimi, parçalar ortoqonal saplar sistemidir. Buna görə də parçaya tor kimi baxmaq olar. Çebışev torunu qurmaq üçün ayrı səth üzərində ortoqonal geodeziya xətləri müəyyənləşdirilir və bu xətlər koordinat oxları kimi qəbul edilir. Müəyyən bölgü ilə həmin xətlərə paralel xətlər çəkilir. Bunun üçün koordinat oxlarının kəsişmə nöqtəsindən (0 nöqtəsindən) pərgarın iti ucu yeriyir və bərabər bölgü ilə 1 və a0 nöqtələri qeyd olunur. Sonra pərgarın iti ucu həmin nöqtələrdə yerləşdirilməklə bu nöqtələr ətrafında qövslər çəkilir. Həmin qövslərin kəsişmə nöqtəsi ordinat oxuna paralel 2-ci xətti üzərinə düşür. Torun bütün nöqtələri bu qayda ilə qurulur Şəkil 3.2

.



Şəkil 3.2

Bununla da material səthə hansı deformasiya uğramasını təyin etmək olur. Yuxarıda deyilənlərdən aydındır ki, sapların arasındakı bucaq dəyişdikdə elementar paralelloqramın tərəfləri dəyişir. Buradan belə bir nəticəyə gəlirik ki, səthdə ya dartılma, ya sıxılma nəticəsində saplar arasındakı bucaq 8-10° fərq etmişdir. Əgər diferensial həndəsədən məlum olduğu kimi, hər hansı parça nümunəsi götürüb onun dartılmaya qarşı uğratsaq, onda görərik ki, bucaq 90°-dən φ0 bucağına keçir, tərəflər isə nisbi deformasiyaya uğrayır.



Yuxarıdakı asılılıqdan istifadə edərək akademik Çebışev bəzi çətin açılışa malik olan detalın açılışını materialın köməyi ilə vermişdir. Məsələn, həndəsədən bilirik ki, şar, kürə və s. detalın açılışını apararkən 12 bərabər hissəyə bölürlər. Lakin Çebışev isə həmin detalların səthinə material geyindirməklə şarı 4 bərabər hissəyə bölərək açılışını vermişdir. Məsələn, şarın açılışını aşağıdakı kimi yerinə yetirir:



Şəkil 3.3
Şarın açılışının hesablanmasını aparmaq üçün aşağıdakı verilənlərdən istifadə etmək lazımdır:

r=0,65Rş OB=1,42 Rş

R=2,46 Rş Rş – şarın diametri

AB=BC


OA=OC=0,5πRş

3) Şərt ondan ibarətdir ki, maniken üzərinə geyindirilmiş nümunələrin daxili ölçüsü ilə manikenin xarici ölçüsü arasında uyğunluq olmalıdır. Ona görə də maniken üzərində əriş və arğac sapları istifadə etməklə koordinat oxları çəkilir və normal oxları vasitəsilə maniken üzərindəki nümunənin dəyişməsi nəzərə çarpır. Açılışı daha dəqiq yerinə yetirmək üçün kanva deyilən materialdan istifadə edilir. Həmin material manikenin və ya həmin nümunənin üzərinə sərilir və üzərində yoxlama nöqtələri qeyd olunur. Sonra kanva maniken üzərindən çıxarılır, millimetrovka kağız üzərinə sərilir və həmin yoxlama nöqtələri kağız üzərində qeyd edilir. Yenidən material bir manikenn və yaxud fiqur üzərinə geydirilir və yenə də yoxlama nöqtələri qeyd olunur. Yenidən çıxarıb kağız üzərinə sərilir. Əvvəlki sərilmə ilə sonrakı sərilmə arasında fərq alınır. Bununla da təyin olunur ki, səthə geydirilmiş parça nümunəsinin kontur xəttinin deformasiyası baş verir və eləcə də açılış yerinə yetirilən zaman əmələ gələn deformasiya qeyd olunur.



3.2. Açılış vaxtı parça deformasiyalarının təyini üsullarının analizi
Geyim detallarının açılışı riyazi nöqteyi-nəzərincə analitik üsulla yerinə yetirilir. Burada, məsələn, məmulatın ətək və kürək hissəsinin açılışını verdikdə müəyyən nöqtələr qeyd olunmaqla koordinat oxları keçirdilir və koordinat oxlarının üzərində yerləşən nöqtələrin köməyi ilə dairəvi hesablama yolu ilə ellipsvari şəkillərdən hesablayaraq qurulur və analitik üsulla açılışı yerinə yetirilir. Çebışevin göstərdiyinə görə səthdə material 2 cür deformasiyaya uğrayır: dartılma və sıxılma. Bu defor­masiyalardan istifadə edərək üz səthin tikiş xəttinin deformasiyasının hesablanmasını aparmışlar. Məmulatda dartılma deformasiyası “+” halı, sıxılma deformasiyası isə “-“ halı təşkil edir. onlara görə də həmin deformasiyaların təsirini araşdıraq.


Şəkil 3.4

Sxemlərdən görünür ki, a) sxemində <=90, b) sxemində >90-dən kiçik, v) sxemində <90-dən böyük fərq alınır.



Bu əyri xətli səthdə çəp bucaqlara görə və bunları düz bucaqlı kimi qəbul etsək, triqonometriyadan bildiyimiz kosinuslar teoremini tətbiq etsək, onda aşağıdakıları alarıq:


Bu ifadəni yuxarıdakı tənlikdə yerinə yazsaq,

Riyaziyyatdan belə bir ifadə bilirik ki, çəp bucaqlı üçbucaqlı φ0=90-φ olur. Düsturdakı kosinusu sinusla əvəz etsək, onda alarıq:


Bu ifadələri yerinə yazsaq, aşağıdakı ifadəni alarıq:




Çəp bucaqlı üçbucaqlardan və ali riyaziyyatın qızıl düsturundan istifadə edərək alırıq:

Bu ifadəni düsturda tətbiq etsək aşağıdakı nəticəni alarıq:





və ya 0,15%
Buradan belə bir nəticəyə gəlirik ki, deformasiyanın böyüklüyü 13-15%-dən artıq olmalıdır. Bu o deməkdir ki, əriş və arğac saplarının tikiş xəttindən olan əyintisi şkalada göstərildiyindən yuxarı olmamalıdır. Məmulatın biçilməsi zamanı əriş sapının tikiş xətlərindən olan əyintisi nəzərdə tutulur. Məmulatın hissələri biçilərkən əriş sapının istiqamətinə qiymət yetirilir.
3.3. Əsas konstruktiv nöqtələrin avtomatlaşdırmanın tətbiqi
Son vaxtlar EHM-dən (elektron hesablama maşınları) sənayelərdə geniş istifadə olunur. Hazırda EHM-in iştirakı olmadan müəyyən problemlərin həlli fikirsiz olaraq qalır. EHM-in geyimin konstruksiyasının qurulmasında da tətbiqinin böyük rolu vardır. EHM-in tətbiqinin geyim detallarının layihələndirilməsində avtomatlaş­dır­manın və mexanikləşdirmənin proseslərin hazırlanmasına imkan yaradır.

Konstruksiyanın hazırlanmasında EHM-in istifadəsi blok sxeminin hazırlanması ilə yerinə yetirilir.



“İskra-1256” maşında konstruktiv nöqtələrin və xətlərin hesablanması ardıcıl olaraq yerinə yetirmək olar. Bunun üçün 0 əhatə və uzunluq ölçülərini göstərir.
Cədvəl 3.1

TİMETİ-nin metodikasında əsas ölçülərin verilməsi

P

Op

Dp

Rp

Bp

0

00 20,3 Sş

6,2 Qt1

R0 1,5 Pşq.s

B0 0,6

1

01 52 SqP

3,7 QtP

R1 10,1 Pq

B1 1,5

2

02 44 St

8,1 Pk

R2 15,4 Pt

B2 0,3

3

03 51,6 Sb

20,4 Şs

R3 11,9 Pb

B3 3,4

4

04 18,2 Ozap

15,3 Şpr

R4 13 Pop

B4 4

5

05 32,2 Op

19 Şq

R5 5 Ppos

B5 5

6

06 44,5 Dts

21 Bpr.3

R6 1,22 Pdts

B6 2,5

7

07 49,2 Dts1

6,4 Bp

R7 0,6 Pb.qs

B7 3,5

8

08 44,2 Dt.p.

48,2 Bpk.p

R8 3,6 Pspt

B8 6,2

9

09 103 Dp

44,5 Bpk.p

R9 2,5 Pb.ok

B9 6,2

10

010 32,8 Drlok

12,8 br

R10 3,5 Ppl

B10 6,2

11

011 66 Druk

0

R11 2,0 Pd.t.s.

B11 0

Cədvəldəki işarələrin mənası aşağıdakılardan ibarətdir:

O - əhatə və uzunluğun əsas ölçüləri;

D – dərinliyin eninin və hündürlüyünün əlavə ölçüləri;

R – buraxılış payı;

B – şərti əmsalın böyüklüyü.


Geyim detallarının konstruktiv nöqtələrin hesablanmasının blok sxemi.

Misal üçün paltonun əsas sahələrinin hesablanması sxemi. Blok sxemində konturların layihələndirilməsi kişi paltosu əsası üçün göstərilir.







EHM-də hesablamaq üçün verilənləri aşağıdakı cədvəldə göstərək.

Cədvəl 3.2

Konstruktiv hissə

XA

YA

XS

YS

α

φ

f

i

a1

a2

a3

a4

a5

a6

a7

Kürək

0-1


1,6

45,7

10,1

47,6

-18

31

0,71

1-2

10,1

47,6

25,5

39,9

0

0

0

2-3

25,5

39,9

23,6

20,4

-13

26

0,43

3-4

23,6

20,4

23,1

-20,4

-7

4

0,49

4-5

23,1

20,4

25,3

-60

0

0

0

5-6

25,3

-60

1

-60

0

0

0

6-7

1

-60

1

0

0

0

0

7-0

1

0

1,6

45,7

5

5

0,62

Yuxarıda göstərilən cədvəldən və blok sxemlərdən istifadə etməklə EHM-dən konstruksiyanın qurulmasında istifadə etmək olar. EHM-in bütün sahələrdə istifadə edilməsinin böyük əhəmiyyəti vardır, eləcə də konstruksiyanın qurulmasında.

Aydındır ki, açılışı yerinə yetirərkən materialın qalınlığı nəzərə alınmalıdır. Lakin açılışı yerinə yetirərkən materialın qalınlığını nəzərə almamaq vacib şərtlərdən biridir. Çünki qalın materialdan olan nümunəni səthə geyindirdikdə saplar arasındakı bucağın nə dərəcədə dəyişdiyini yoxlamaq lazımdır. həmin dəyişməni ölçmək üçün kronpərgardan və ştangenpərgardan istifadə edilir. Bu və yaxud dəyişməni təyin etmək üçün torşəkilli parçadan və yaxud kanvadan (sıx torşəkilli parçadan, tənzifdən fərqli) istifadə edilir. Çünki torşəkilli parçanın sapları arasındakı bucağın dəyişməsi ilə bucağı təyin edirlər[12]. Materialın qalınlığına görə payı təyin etdikdə istifadə etdiyimiz sxemi yada salaq:


Şəkil 3.5
Sxemdəki Rs – daxili qatın ölçüsünün radiusudur;

α – mərkəzi bucaq radianla ölçülür;

a – orta qövsün nöqtələrini birləşdirən vətərdir;

x, y – xarici qatların uzunluğudur;



- daxili qatların uzunluğudur;

b – materialın qalınlığıdır.



(1)

Mərkəzi bucaqdan istifadə edərək, xarici qatın uzunluğunu aşağıdakı kimi yazırıq:





(2)

(2)-ni (1)-də yerinə yazsaq,





(3) alarıq.
(3) düsturunda sin -ni sıralara ayırsaq və cəmləşdirsək, aşağıdakını alarıq:

Bilirik ki, və α<1 olduqdaa (3) formulu şəkli alacaqdır.



Xarici qatın uzunluğunu aşağıdakı kimi yazırıq:



(4)
Yəni qatın uzunluğu, mərkəzi bucağın, daxili qatın uzunluğunun radiusu ilə materialın qalınlığının yarısının cəminin vurma hasilinə bərabərdir. Bilirik ki,

var və bu ifadəni (4)-də yazsaq,

alarıq. Bu ifadə xarici qatın uzunluğudur.

Daxili qatın uzunluğu isə aşağıdakıdır:



Yuxarıdakı saylardan istifadə edərək, daxili qatların uzunluğunu aşağıdakı kimi yazırıq:





(7)

δ-nin qarşısındakı mənfi işarəsi onu göstərir ki, qatlanma, ancaq üz səthə aparılarkən ölçülür. Müsbət işarə isə səthə geydirilmiş nümunənin qatlanmasında ölçülər ölçüsüdür. Bundan belə bir nəticəyə gəlirik ki, bütün açılışda materialın nəinki qalınlığı, hətta çoxqatlı məmulatların qatları nəzərə alınır. Çoxqatlı məmulatlarda qatların sayı çox olur. məsələn, üz, astar, araqatı və s.



Çoxqatlı geyimləri açılışda verdikdə (7) düsturundan istifadə edərək, daxili və xarici qatların uzunluq artımını aşağıdakı kimi yazırıq.



NƏTİCƏ VƏ TƏKLİFLƏR
1.Geyim tikiş sənayesinin erqonomikası, insanın daхili aləmini, onun zənginliyini açır. Onun geyimində müəyyən qədər milliliyin olması onu tariхinə, adət ənənələrinə bağlayır.

2.Erqonomika ictimai nəzarətin bir vasitəçisi olmaqla yanaşı, eyni zamanda təbəqələrarası münasibətləri də tənzimləyir. Geyimlər bizim bildiyimizdən də artıq dərin məna kəsb edir. Erqonomika əyləncə sənayesinin bir ünsürü olaraq, güclü istiqamətləndiricidir.

3. Aparılmış elmi axtarışlar nəticəsində keyfiyyətin analizi, idarə edilməsi yüngül sənaye sahələri üçün ən ümdə məsələlərdən biridir.

4.Əsas maraq keyfiyyət sisteminin layihələndirilməsi təşkilatı metodlardan biridir ki, o da dissertasiya işində geniş analiz edilmişdir.

5. Müasir dövrdə tikiş erqonomikanın iyerarxik şəkildə baxdıqda görürük ki, insanın öz ictimai mövqeyini müəyyən etmə, beləliklə də müəyyən bir ictimai sinfin üzvü oldu.




İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SIYAHISI
1. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin “Pambıqçılığın inkişafı”

barədə sərəncam.

2. “2020-ci ilə baxış” inkişaf proqramı.

3. Мамедова Л.Г. Цветовая гармония в создании костюма. Баку: Изд. Аз.ГЭУ, 2004.

4. Вашковьяк Л.Д. Разработка исходной информации для машинного проектирования деталей верхней мужской одежды. Автореферат дисс. к.т.н. М.: МТИЛП, 1983. 26 с.

5. Pаşаyеv B.S. Pаrçа və gеyim məmulаtlаrının bədii lаyihələndirilməsi. Bакı: Təhsil, 2004

6. Dünyamalıyeva S.S. Azərbaycan geyimlərinin bədii – dekorativ xüsusiyyətləri. Bакı: Elm, 2013.

7. Dünyamalıyeva S.S. Moda tarixi və dünya xalqlarının milli geyimləri. Bакı: Təfəkkür, 2013.

8. Агамалиева Е.Ч. Использование народного творчества в формировании современного костюма, Баку: Изд. Аз.ГЭУ, 2006.

9. Андреева И.А. Массовая мода и техническая эстетика. Жур. «Техническая эстетика», Москва, 1985.

10.Барташевич А.А. Основы художественного конструирования. Учебник для вузов. Минск: Высшая шк., 1984.

11. Блок М.И. Апология или ремесло историка. Москва: Изд. ГАВУ, 1986.

12. Богатырев П.Г. Вопросы теории народного искусства. Москва: Изд. «Легпром», 1981.
Tikiş sənayesində erqonomikanın xüsusiyyətlərinin tətbiqi

mövzusunda magistr dissertasiyasına

XÜLASƏ

Azərbaycanın sürətli inkişaf etdiyi və dünyaya açıldığı müasir dövrdə, hər ilməsində Azərbaycanın tariхi irsini yaşadan, milli ruhda yaradılan müasir geyimlərdən erqonomik təkcə müəyyən tədbirlərdə deyil gündəlik həyatda istifadə еtmək vacibdir. Azərbaycan erqonomik geyim sferasına cıxması ilə baglı aparılan tədqiqatın еlmi – nəzəri təhlili zamanı bir sıra məsəslələr araşdırılmışdır.

Magistr dissertasiyası işində aparılan elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanaraq azərbaycanda tikiş sənayesində erqonomikanın xüsusiyyətlərinin tətbiqi dizaynerlərin qarşısında bir növ məqsədə çevrilmiş - xalqımızın milli koloriti və estetik zövqünü əks etdirən və “milli etnik xüsusiyyətlər ilə müasir geyimi” birləşdirərək yeni kolleksiyalarin yaradılması məsələləri dünya tikiş sənayesində sferasına cıxaraq orada müəyyən yer tutmağa köməklik edə bilər. Cəmiyyətdə uzun müddət davam edən erqonomik xüsusiyyətlərinin tətbiqi isə kök salaraq ənənəvi xüsusiyyətə çevrilmişdir. Geyim tarixi və moda vasitəsilə millətlərin sivilizasiyası, əxlaq anlayışları, ənənələri, adətləri və iqtisadi vəziyyətləri uzun zaman ərzində öyrənilir.

“Nəticə və təkliflər” bölümündə günümüzədək çatmış arxeoloji materiallar, yazılı mənbələr və səkillərin, muzeylərdə qorunan milli geyimlərimizin erqonomik araşdırılması və öyrənilməsi sayəsində, modelyerlərimiz tərəfindən müasirliklə milli etnik motivlərin sintezi nəticəsində Azərbaycan erqonomik dünya səviyyəsinə çıxarılmasına dair təkliflər irəli sürülür.




РЕЗЮМЕ

В период быстрого развития Азербайджана и его выхода на мировой уровень, использование историческое наследия Азербайджана, а также созданной в национальном духе современной эргономической одежды не только в особых случаях, но и в повседневной жизни очень важно. В ходе научно- теоретического анализа выхода азербайджанской эргономической одежды в сферу одежды мирового уровня были рассмотрены основные вопросы.

В первой главе исследованы вопросы эргономической одежды, история развития одежды и тканей средневековья и раскрыты понятия эргономи и одежды в XVII веке.

Во второй главе расследованы вопросы развития форм одежды и предявляемые к ним качественные показатели, одежды Азербайджана его характеристика, и периода после Второй Мировой войны.

В третьей главе анализируются культура в повседневной жизни, факторы, влияющие на мир эргономичиской мода Азербайджана сегодня.

В разделе "Выводы и предложения" даны предложения по поводу выхода азербайджанской эргономики на мировой уровень в результате синтеза современности и этнических мотивов в работах современных модельеров, благодаря дошедшим до наших дней археологическим материалам, письменным источникам и изображениям по расследованиям национальной одежды, защищенных и сохраненных в национальных музеях.



SUMMARY

In the period of rapid development of Azerbaijan and its output on a global level, the use of the historical heritage of Azerbaijan, as well as set up in the national spirit of modern clothing, not only on special occasions, but also in daily life is very important. In the course of scientific and theoretical analysis exit Azerbaijan in the sphere of fashion clothing world – class addressed the following issues: Master's thesis on the basis of the results of scientific research in the garment industry has become the target of some sort of designer erqonomikanın application properties - reflecting the national character and aesthetic taste and the "modern dress with ethnic characteristics," Combining the creation of new collections of high global textile industry sector it can help to a certain place

In the III chapter of "fashion culture and its place in modern life," examines the culture of fashion in everyday life, the factors affecting the world of fashion and fashion in Azerbaijan today.

In the "Conclusions and Recommendations" are offer on the release of Azerbaijani fashion on a global level as a result of the synthesis of modern and ethnic motives in the works of modern designers, thanks to extant archaeological data, written sources and images on Investigations of clothing, protected and stored in national museums.





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin