AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”


Morfoloji əlamətin ölçü göstəriciləri



Yüklə 2,2 Mb.
səhifə3/5
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4079
1   2   3   4   5

2.1. Morfoloji əlamətin ölçü göstəriciləri

Bu göstəriciyə perimetr göstəricisindən olan növ çevrəsi aiddir. Döş çevrəsinin yarısı döş yarımçevrəsi adlanır. Bu çevrəvi ölçünün əsas mənası geyimin ölçüsünü xarakterizə etməkdir. Təzə doğulmuş uşaqların həyatının birinci ilində bu ölşü 49 sm-ə, qızlarda isə 48 sm-ə bərabər olur. Bu ölşü illər keçdikcə qeyri-bərabər artır. Döş çevrəsinin maksimum artması oğlanlarda 5-6 sm, 13-14 yaşına kimi, qızlarda isə 11-12 yaşına kimi olur. Aparılmış tədqiqatlar göstərmişdir ki, döş qəfəsinin perimetri oğlanlarda qızlara nisbətən böyükdür. Döş çevrəsinin addımı qızlarda 16-17 yaşına kimi, oğlanlarda isə 17-20 yaşına kimi davam edir. Böyük yaşlı adamlarda bu addım hiss olunmur. Bu vaxt yaşlı nəsildə dərialtı piy qatlarının çoxalması ilə nəzərə çarpa bilər. Bədənin çəkisi yeni doğulmuş oğlanlarda normal bədənin çəkisi 3,5 kq, qızlarda 3,4 kq-a çatır. Bu çəki inkişafda olan, yəni sağlam bədən quruluşuna malik olan uşaqlarda fasiləli olaraq artır, qadınlarda 20 yaşına qədər, kişilərdə isə 25 yaşına qədər davam edir. Qeyri-qanuni artım isə 40 yaşından sonra tez nəzərə çarpır. İllər üzrə bu artım 1-1,5 kq-a çatır. Bu da piylənmə nəticəsində baş verir. Belə qərara gəlinmişdir ki, qadınlar üçün normal orta çəki 64 kq, kişilər üçün 71,5 kq-dır. Dünya miqyasında isə kişilər üçün 64 kq, qadınlar üçün 56 kq götürülür.



Bədənin mütənasibliyi (proporsiyaları). Bədənin mütənasibliyi onun ayrı-ayrı hissələrinin ölçü əlaqələndirilməsinə deyilir.

Mütənasiblik yaşdan-cinsdən asılı olaraq dəyişir; onlar hətta insanlarda I yarım yaş qrupunda müxtəlif olur.

Alim Bunak insan bədəninin mütənasibliyini 3 əsas tipə ayırır, hansı ki, qadınlar və kişilər arasında belə mütənasibliyə tez-tez rast gəlmək olur:

- dolixomorf – bu tipdə insanlar aşağı ətraflardan uzun, bədəndən isə qısa olurlar;

- broximorf – bu tipdə insanlar aşağı ətraflardan qısa, bədəndən uzun olurlar;

- mezomorf - orta.

Dolixomorf və broximorflu bədən mütənasibliyinin əsasında mövqe tutur. Belə insanların bədən quruluşları normal bədən quruluşlarına aiddir. Onlarda bel xəttindən aşağı və bel xəttinin yuxarı ölçüləri bərabərdir. İnsanların boyu arasında fərq aşağı qurtaracağın uzunluğundan asılıdır. Ona görə də dolixomorflu tipə daha çox hündür boylu insanlarda rast gəlinir. Broximorflu isə alçaq boylu insanlarda rast gəlinir.

Qamət. Qamət altında fərdi şəkildə insanın bədəninin şaquli istiqamətdə konfiqurasiyası kimi başa düşülür. Həyatda müxtəlif fərdi bədən konfiqurasiyalı insanlara rast gəlmək olur.

Hər bir qamət insan bədəninin onurğası və bədənin digər sümüklərinin quruluşu ilə xarakterizə edilir. Bundan başqa qamət insan bədəninin başının və aşağı ətraflarının vəziyyəti ilə də başa düşülür. Qamətin tipinin əsas göstəriciləri bədənin forması, ilk növbədə, onurğanın formasından asılıdır. Buradan belə çıxır ki, qamət əsasən onun sanittalının əyilməsi ilə müəyyənləşdirilir (sanittal – bədənin artmasında onurğa sümüyünü uzununa, sağa və sola bölən xətlərdir).

Cədvəl 2.3

Kişi və qadın bədən fiqurunun qamətinin tipləri, orta ölçüdə, uzunluqda, II köklük

Fiqurların qamətinin tipi

Qamətin əlamətinin mənası

kişi

qadın

Görünüşün vəziyyətinə görə bel sümükləri:







normal

9,1±1

6,2±1

əyilmiş

6,1±1

4,2±1

bükülmüş

10,1±1

8,2±1

Çiynin hündürlüyü







alçaq çiyinli

7,9±0,75

7,4±0,75

normal çiyinli

6,4±0,75

5,9±0,75

hündür çiyinli

4,9±0,75

4,4±0,75

Aşağıdakı şəkil 2.1-də korpusun vəziyyətindən asılı olaraq qamətin fiqurun, çiynin hündürlüyü və I çiyin hündürlüyü göstərilmişdir:





Şəkil 2.1. (a) qamətin quruluşu: Q – qabarıq kürəkli, N – normal kürəkli, D – donqarlıq əlamətini göstərir;

(b,v) - çiyin hündürlüyünə görə qamətin dəyişməsi.
Buradan belə nəticəyə gəlmək olur ki, qamət 2 ölçü əlaməti ilə xarakterizə olunur: üst kəsiyin əyilməsi korpusun vəziyyəti ilə Vk, çiyin hündürlüyü ilə Hç aydınlaşdırılır. Çiyin hündürlüyünə görə fiqur 3 yerə ayrılır:

1. Qısa çiyinli;

2. Normal çiyinli;

3. Ensiz çiyinli.

Aparılan tədqiqatlar göstərmişdir ki, çiyin hündürlüyü ölçü əlaməti boğaz nöqtəsinin və çiyin nöqtəsinin müxtəlif səviyyəsindən asılıdır. Bu nöqtələr də çiyin mailliyini xarakterizə edir. Bu ölçü əlamətindən asılı olaraq, çiyinin I hündürlüyünə ölçü əlamətini daha dəqiq təyin etmək olur Hç.

Qamətdə dəyişiklik baş verdikdə bu və ya digər insanlarda müxtəlif faktorlar yaranır: yaşı, əsəb sisteminin vəziyyəti, əzələ sisteminin səviyyəsi və xarakteri, piy qatının paylanması, əmək fəaliyyəti, iş vaxtı eyni zamanda istifadə etdiyi ayaqqabının görkəmi. Bu aşağıdakı kimi izah olunur: səhər tezdən insanın qaməti axşama nisbətən şax olur. Tələbələrin və şagirdlərin daimi oturuşundan asılı olaraq təkləbellilik (donqarlıq) yaranır.


2.1.1 Keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri
Başlıca, ümumi və ümumi sistemli prinsiplərlə yanaşı Kİ xüsusi prinsiplərini də nəzərə almaq lazımdır. İSO 9000 seriyalı standart ilə uyğunluqda, belə istehsal sistemlərini əvvəl göstərildiyi kimi, ancaq müqavilələrə dair çatdırılan istehsal üçün yaratmaq lazımdır. Müqavilənin hansısa bir şərtlərinə uyğun olmayan müəs­si­sənin istehsal etdiyi məhsul üçün ümunıi Kİ yarımsistemləri çərçivəsində həyata keçirmək kifayətdir.

Qeyd etmək lazımdır ki, müəssisənin idarə olunmasını aparan orqanı yüksək əsası olan ümumi Kİ yarımsistemlərini bütün başqa yarımsistemləri ilə birgə və qarşılıqlı əlaqədə müzakirə etmək lazımdır. Bazarın müasir tələblərini nəzərə alaraq, çatdırılma şəraitindən asılı olmayaraq, bütün növ məhsullardan hər biri üçün Kİ-nı təkmilləşmiş istehsal sistemində icra etmək məqsədə uyğundur.

Ümumi Kİ yarımsistemlərini 4 idarəetmə dərəcəsinə ayırmaq olar:


  • sıfır – yüksək sahibkarlıq yönlü təşkilati-məqsədli;

  • birinci – yüksək təşkilati-məqsədli icraedici (yüksək idarəetmə hissəsi);

  • ikinci – koordinasiya nəzarətli icraedici (orta idarəetmə hissəsi);

  • üçüncü – texniki əməliyyat icraedici (idarəetmənin aşağı icra hissəsi).

Kİ-nı məhsulun həyat dövriyyəsinin bütün mərhələlərində, hər konkret növ məhsul üçün fərdi ola bilər. Bununla belə həyat dövriyyəsinin son mərhələsində dayanmaq lazımdır. Kİ məqsədi bazar şəraitində istifadə və ya ləğvetmə mərhə­lə­sin­də ətraf mühitə zərərli təsiri minimuma endirmək və ya kənar etməkdir.

Prinsiplərdən hər hansı birinin reallaşdırılması, keyfıyyətin yüksəlməsinə və tə­min edilməsinə dair idarəetmədə kifayət qədər bilik və peşəkar bacarıq olmadan müm­kün deyil. Bu, öyrədilmənin kütləvi, arasıkəsilməz və sistematik hazırlığını, ey­ni zamanda istehsalçıların, eləcə də istehlakçıların ixtisasının yüksəlməsini tələb edir.

Sistemli Kİ prinsiplərinin reallaşdırılması keyfıyyət sahəsində fəallığın müəs­sisədə yüksəlməsinə zəmin yaradır və məhsulun istehsalatda iş fəaliyyəti ilə bağlı sıx qarşılıqlı hərəkət və qarşılıqlı əlaqə ehtimal edən, daha yüksək rəqabətaparma ba­carığını təmin edir. Keyfıyyətin yüksəlməsində fəallıq dövrəsi istehsalatda iş fəallığını müntəzəm surətdə qabaqcadan müəyyən edir və qabaqlayır. Keyfiyyətin yüksəlməsinin fəallıq dövrələrini idarəetmənin bütün mərhələlərində müəyyən məqsədə yönəlmiş qaydaya salmaq lazımdır.

Bununla bağlı obyektiv olaraq tək müəssisənin yox, idarəetmənin bütün iye­rar­xiya strukturlarında göstərilən dərəcələrdə yüksək dərəcəli Kİ-na ehtiyac əmələ gəlir:



  • sahələrarasi federal (sahələrarası federal Kİ sistemində);

  • müəyyən sahəyə aid olan federal (müəyyən sahəyə aid olan federal Kİ sistemlərində);

  • sahələrarasi federasiya subyektlərində (Kİ sistemlərində federasiya subyekt­lərində);

  • müəyyən sahəyə aid olan federasiya subyektlərində (Kİ müəyyən sahəyə aid olan federal subyektlərində);

  • ərazi (Kİ şəhər və rayon sistemlərində);

  • müəssisələrin birliklərində (birliklərin Kİ sistemlərində);

  • müəssisələrdə (müəssisələrin Kİ sistemlərində);

  • sexlərdə və şöbələrdə (sexlərin, şöbələrin Kİ sistemlərində).

Qeyd etmək lazımdır ki, idarəetmə ancaq sənaye məhsullarına aid olunmur, onu hər yerdə, milli təsərrüfatın bütün strukturlarında və cəmiyyətdə bütövlükdə, o cümlədən Dövlət idarəetmə strukturlarında tədris etmək lazımdır. Bununla belə, dövlətin icra strukturlarının idarəetmə orqanları idarəetmə sisteminə müvafiq tələb olunan xidmətlərini (məlumat, təhsil, hüquq, səhiyyə və s.) həvalə edərək, idarə­etməyə yox, icra etməyə cəhd göstərməlidirlər. Belə yanaşmaya misal kimi 1994-cü ildə ABŞ prezidenti B.Klintonun Kİ müasir üsüllarını hökümətin icra fəaliy­yə­tinə yeridilməsi lahiyəsinin tətbiqi haqda qərarı ola bilər.

2.2. İnsan bədəninin erqonomikölçülərinin tədqiqi üsulları və müasir ölçü əlamətlərinin xarakteristikası
Kütləvi istehsalatda hər bir istehlakçı üçün geyim hazırlamaq mümkün deyil. Buna görə də tikiş fabriki müəyyən olunmuş qaydada ölçülər və standart fiqurlar üzrə məhsul istehsal edir. Belə bir mürəkkəb məsələ ortaya çıxır ki, necə etmək lazımdır ki, müəyyən sayda ölçü və ölçü standartlar sistemi yaratmaq mümkün olsun və əha­linin geyimə olan tələbatı maksimum ödənilsin. Bunun üçün insan bədəninin quru­luşunu və morfoloji mahiyyətini öyrənmək kifayət etmir. Onun ölçü xarakteristikasını adətən ayrı-ayrı ölçülər görünüşündə öyrənilir və bunlar ölçü əlaməti adlanır. Ölçü əlamətləri 2 yerə ayrılır:

1. Əsas aparıcı ölçü əlamətləri.

2. Köməkçi ölçü əlamətləri.

Ölçü əlamətlərini təyin etmək üçün kütləvi şəkildə əhalinin arasında xüsusi proqramla antropoloji tədqiqat aparılır. Antropometrik tədqiqatın aparılmasının əsas şərti dəqiq metodiki və texniki ölçməyə nail olmaq deməkdir. Antropometrik təd­qiqatların əsas müasirliyi maksimum unifikasiya proqramının və ölçmənin aparıl­masının ardıcıllığı şərti və ölçmənin fəndləri ilə aydınlaşdırılır.

Geyim bütünlükdə konstruksiyalaşdırılan zaman antropometrik ölçü proqramı tərtib edir. Bunun üçün 60-70-dən çox sayda ölçülərdən və eləcə də total morfoloji əlamətlərin (boy uzunluğu, döş çevrəsi, bədənin çəkisi) öyrənilməsi əsas şərtdir. İnsan bədəninin ölçülməsinin sinifləşməsi aşağıdakı struktur sxemində verilmişdir şəkil 2.2):



Şəkil 2.2. Ölçülərin sinifləşməsinin struktur quruluşu
Bədənin üst hissəsinin ölçülməsində ölçü əlamətləri qövsvari adlanır. Bu ölçülərə uzununa və eninə ölçülər də aiddir. Uzunluq qövslərarası məsafə bədənin ayrı-ayrı hissələrinin uzunluğunu təyin edir və həmin ölçülər hündürlük adlanır. Köndələn və ya eninə - çevrəvi, qövsvari və bədənin müxtəlif sahələrinin enini təyin edən ölçülər. Bədənin ölçü əlamətləri 2 nöqtə arasındakı məsafənin ancaq dəqiq üst səthinin ölçülməsindən istifadə edilən ölçüyə xətti ölçü əlaməti deyilir. Xətti ölçü əlamətləri proyeksiyalı və düz ölçülərə bölünür. Proyeksiyalı ölçü əlamətləri 2 nöqtə arasındakı məsafə kimi təyin edilir. Bədənin proyeksiyalı ölçüləri (hündürlük) və üfqi (proyeksiyalı, diametrik), müstəvi şəkilli olurlar. Proyeksiyalı diametrik ölçülər boğaz və bədənin ön arxa və eninə istiqamətdə ölçülməsi götürülür. Ölçülərdə dəyişiklik onurğanın əyilməsi və bədənin kürək konturunun ölçülməsi üçün götürülür. Düz ölçülü əlaməti insan bədəninin 2 yaxın nöqtəsi arası məsafəni təyin edir. Geyimin konstruksiya edilməsi zamanı bu ölçü əlamətindən az istifadə edilir.

Ölçü alətləri. Kütləvi antropometrik ölçülərin aparılması üçün hazırda aşağıdakı ölçü alətlərindən istifadə edilir. Metalın antropometrik Marşin sistemindən(hündür antropometrik nöqtələrin ölçülməsində istifadə edilir) antropometrik yuxarı ştallı eninə ölçülərin və onlarla əlaqədar olan proyeksiyalı diametrik ölçülərin çıxarılması üçün istifadə olunur. Ölçü aləti kimi böyük köklük pərgarından istifadə olunur (düz ölçü əlamətinin təyini üçün). Bundan əlavə, polotnodan olan sm lentindən (çevrəvi, qövsvari və uzununa ölçü əlamətinin təyini üçün) xüsusi xətkeşlər dəstindən (proyeksiyalı ölçü əlamətini təyin etmək üçün), yığcam tibb tərəzisindən (bədənin kütləsinin təyini üçün) istifadə edilir.

Bütün ölçülər ciddi şərtlərlə müəyyənləşdirilir. Bu ölçülərin çıxarılması üçün şərait yaranmışdır.

Bütün ölçü əlamətləri ardıcıl nömrə ilə nömrələnmişdir. Bir neçə ölçü əlamətləri hansı ki, dövlət standartına daxil edilmişdir, ancaq ərazi standartına daxil deyil (2,6,8). Bu nömrələr geyimin konstruksiyalaşmasında tətbiq edilir. Bundan başqa, bəzi konstruktiv işarələr və ya ölçü əlamətləri ərazi standartlarında sözlərin baş hərfləri ilə işarə edilir: hündürlük – H, uzunluq – U, enlilik – E, yarımçevrə - Y, tam çevrə - T, M – döş gilələriarası mərkəzi məsafə, lapatkalar arası mərkəzi məsafə - Ml. Bu göstərilən ölçülər özləri də bir neçə ölçü kimi fəaliyyət göstərir. Məsələn: çevrəvi ölçülərdən:

Çbaş – baş çevrəsi

Çç – çiyin çevrəsi

ÇdöşI, ÇdöşII, ÇdöşIII, ÇdöşIV - 1-ci, 2-ci, 3-cü 4-cü döş çevrələri (14), 3-cü döş çevrəsi (16), 4-cü döş çevrəsi (18).

Eninə ölçülər özləri də bir neçə ölçü kimi fəaliyyət göstərir:

Ed – döşün eni (45)

Ek – kürəyin eni (47)

Eqd – qol dibinin eni (49)

Bundan başqa, uzunluq ölçüsü kimi Mbs – 7-ci boyun fəqərə sümüyündən diz xəttinə qədər olan məsafə (70).

Geyimi layihələndirən zaman vahid metodikaya əsaslanaraq qarşılıqlı yardım şurasının üzvləri ilə birgə ölçü əlamətlərinin unifikasiya edilmiş müəyyən işarələri qəbul edilmişdir. Hər hansı ölçü əlaməti latın əlifbasının hərfləri ilə işarə olunur və onların indeksləri yazılır. Məsələn, əgər biz yuxarıda göstərdiyimiz ölçü əlamətlərinin hamısını T ilə işarə etsək və onların nömrələrini indeks kimi i ilə işarə etsək, onda hər ölçü əlaməti üçün Ti aşağıdakı kimi yazırıq: T48, T28, T14, T16, T48, T45, T47, T70.

Bir neçə eninə ölçü əlamətləri ərazi standartlarına daxil edilir və onlar hər bir ərazinin xüsusiyyətindən asılı olaraq müxtəlif qiymətlərə malik olurlar.

Bütün ölçü əlamətləri, o cümlədən də eninə ölçülər (çevrəvi, enlilik) ərazi standartlarından və geyimin konstruksiyasının vahid metodikasından istifadə edərək tam şəkildə verilməlidir. ƏST-17-325-86 və 17-326-81 standartına əsasən 60 ölçü əlaməti aydınlaşdırılır. Bu ölçü əlamətləri yaşlı nəsil üçün şəkil 2.3-də verilmişdir. Burada bütün ölçü əlamətləri rəqəmlərlə verilmişdir. Burada döş çevrəsi, çiynin ən yüksək nöqtəsi və digər ölçü əlamətləri şəkildə göstərilməyib. Bu onunla əlaqədardır ki, bu sxemdə insan bədən quruluşu üzrə uzununa istiqamətdə olan ölçü əlamətləri göstərilmişdir. Şəkil 2.4-da bədən quruluşu üzərində çapşəkilli və digər uzunluq ölçü əlamətləri göstərilmişdir.

Şəkil 2.5-də qövsvari eninə ölçü əlamətləri göstərilmişdir (bədənin çevrəvi ölçüləri). Şəkil 2.6-da eninə qövsvari ölçülər və bir neçə eninə ölçü əlamətləri göstərilmişdir.


Şəkil 2.3. Ölçü əlamətləri



Şəkil 2.4. Bədən quruluşu üzərində çapşəkilli və digər uzunluq ölçü əlamətləri

Şəkil 2.5. Qövsvari eninə çevrəvi ölçü əlamətləri





Şəkil 2.6. Eninə qövsvari ölçülər

2.3. Bədənin ölçü əlamətlərini erqonomik təyin edən qanuna uyğunluqlar
I qanunauyğunluq. Adətən həyatda orta boylu insanlara daha çox rast gəlmək olur. Çox böyük və ən kiçik uzunluqlu insanlara isə orta boyludan fərqli olaraq az rast gəlmək olur. Bu növ dəyişmələri insan bədəninin digər hissələrində də görmək mümkündür. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlinir ki, ölçü nəticələri xüsusi qanunauyğunluqlara tabedirlər. Ölçü göstəriciləri bölünərkən onların normal bala yaxın olmaları daha məqsədəuyğun bir şərtdir. Normal bölüşdürmə dedikdə göstəricilərin böyüklüyü və təsadüfi tezliyi başa düşülür (cədvəl 2.2). Bu göstəricilər qrafiki və analitik üsullarla ifadə edilə bilər.

Cədvəl 2.4



Normal göstəricilər

Sinfin mənası, sm-lə

Siniflərin mərkəzi mənası, sm-lə

1000 adama görə siniflərin mənası

144,5-147,5

146

1

147,5-150,5

149

2

150,5-153,5

152

8

153,5-156,5

156

26

156,5-159,5

158

84

159,5-162,5

161

123

162,5-165,5

164

176

165,5-168,5

167

206

168,5-171,5

170

176

171,5-174,5

173

183

174,5-177,5

176

64

177,5-180,5

179

26

180,5-183,5

182

8

183,5-186,5

185

2

186,5-189,5

188

1

Cədvəldə normal bölüşdürməyə görə insan bədəninin uzunluğunun statistik parametrləri verilmişdir. Burada uzunluğun orta hesabi artımı və orta kvadratik əyintisi verilmişdir.

M=167 sm (orta hesabi artım)

δ=6 sm (orta kvadratik əyinti).

Bu göstəricilər İqnatyevin məqalələrindən götürülmüşdür. Normal bölüşdür­mənin qrafikini tərtib etməkdən ötrü koordinat oxundan istifadə edilir.


Şəkil 2.7. Normal bölüşdürmə əyrisi

X-də əlamətin böyüklüyü və Y – təsadüfün tezliyini nöqtələr şəklində qeyd edildikdən sonra qurulur və Qauss-Lyapunova əyrisi adlanır.

Normal bölüşdürmə əyrisindən geyim məmulatları üçün ölçü uzunluq çevrələri tərtib edərkən istifadə edirlər. Əyrinin düsturu aşağıdakı kimidir:

y – tez-tez qabaqlaşan və yaxud rast gəlinən ölçü əlamətidir.

δ – orta kvadratik əyridir;

e – natural loqarifmanın əsası;

M – orta hesabi əlamətin miqdarı, sm-lə;

x - əlamətin keyfiyyətinin dəyişməsidir.

Ölçü əlamətinin normal bölüşdürməyə görə aparılması antropometrik stan­dart­laşma prosesini sadələşdirir. Normal bölüşdürməyə görə hesabat aparılarkən ölçü­lərdən asılı olmayaraq əsasən insanların sayı təyin edilir. Bütün bu əməliyyatları xüsusi cədvəllərə əsaslanaraq yerinə yetirirlər (İqnatyevin ctatiki riyaziyyat cədvə­lindən istifadə etməklə təyin edirlər, haradakı φ(t) cədvəldəki funksiyanın qiy­mə­tidir). Bu cədvəllərdən istifadə edilərkən əvvəlcə əlamətin böyüklüyünün orta hesabi qiymətinin, onun orta kvadratik əyrisinin qiymətinə bölmək lazımdır. Məsələnin belə həllinə normallaşdırma deyilir və aşağıdakı düsturla təyin edilir:



Məsələn, boyun uzunluğu 163-169 sm olan insanların sayını tapmaq lazımdır. Bu vaxt əvvəlcə interval daxili normallaşmanın orta vəziyyətindən əyinti tapılır.

M=167 sm

δ=6 sm


Cədvəldən əvvəlcə φ(t) üçün boyun qiyməti tapılır, yəni t2=0,33 təyin edirik, sonra isə azı, yəni t1=-0,67 tapırıq.

(0,33)=0,6293

(0,67)=0,2514

0,6293-0,2514=0,3779.

Beləliklə, 163-169 sm – kişi boyunun uzunluğu olan insanların sayı 37,79% təşkil edir. Deməli, normal bölüşdürmənin sayını bilərək İqnatyevin normoqrafiyası üzrə təyin etmək olar.

Yuxarıda deyilən tiplər dəqiq seçilərsə, məmulatın konstruksiyası qurularkən, bütün tiplər nəzərə alınmalıdır. Ona görə də məmulatın növündən asılı olaraq, müxtəlif məmulatlar üçün ölçü intervalları meydana çıxır. Yəni materialın növündən asılı olaraq əvvəlcədən təyin edilir ki, hansı məmulatda nə qədər ölçülər arasında məsafə verilməlidir. Bundan başqa, məmulatın konstruksiyası qurularkən, bədən fiqurunun köklükləri nəzərə alınır. Məlum olmuşdur ki, 4 köklük vardır və bu köklüklər aşağıdakı kimi işarə olunur:

K – I kiçik köklük

O – II orta köklük

B – III böyük köklük

LB – IV lap böyük köklük.

Buradan belə nəticəyə gəlirik ki, funksiyanın qiyməti Φ/t-nin t1 və t2-dən asılı olaraq aşağıdakı kimi təyin edilir:

Φ/(0,33)=0,6293

164-170 boy uzunluğunda olan insanların sayı 37,79% təşkil edir.

Normal bölüşdürmənin sayını bilərək bu qiyməti M.V.İqnatyevin normaqramma vasitəsilə təyin etmək olar.

t1 və t2-nin qiymətləri aşağıdakı kimi təyin edilir:





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin