Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

3.2.2  ABŞ və Birləşmiş Krallıq 

Amerika  Birləşmiş  Ştatları  və  Böyük  Britaniya  tarix,  dil,  mədəniyyət,  ticarət, 

demokratik dəyərlər və ümumi maraqlar baxımdan bir-birinə bağlıdır.  

Amerika Birləşmiş Ştatları ilə Birləşmiş Krallıq arasında oxşar tərəflər çoxdur. 

Məsələn,  onların  hər  ikisi  Şimali  Atlantika  Müqaviləsi  Təşkilatının  (NATO) 

üzvüdürlər.  Biznes  nöqtəyi  nəzərdən  onlar  güclü  ticarət  tərəfdaşıdırlar.  ABŞ 

Birləşmiş  Krallığın  2-ci  böyük  ticarət  tərəfdaşıdır.  Təxminən  Birləşmiş  Krallıq 

ticarətində  Avropa İttifaqından sonra  (44%)  təxminən 17%  yerə  sahibdir.  Birləşmiş 

Krallıq da ABŞ üçün Çin, Kanada, Meksika, Almaniya və Yaponiya ilə birlikdə əsas 

ticarət tərəfdaşlarından biridir. Hər iki ölkə dünyanın əsas maliyyə şəhərlərinə (Nyu 

York  və  London)  ev  sahibliyi  edirlər.  2016-cı  il  Dünya  Bankı  hesabatına  əsasən 

Amerika  Birləşmiş  Ştatları  18  trilyon  dollar  ilə  dünyanın  ən  böyük  iqtisadiyyatına 

malikdir. Birləşmiş Krallıq 2,9 trilyon dollar ilə 5-ci sıradadır. İki ölkə arasında azad 

ticarət müqaviləsi hər iki tərəf üçün faydalı olacağı güman edilir. 

2016-cı ildə hər iki ölkədə çox mühüm xalq səsverməsi baş tutdu. 23 iyun 2016-cı 

il tarixində Birləşmiş Krallıq referendumda 1972-ci ildə çətinliklə üzv olduğu və 46 

illik  sıx  əlaqələrə  malik  olduğu  Avropa  İttifaqından  çıxmağa  qərar  verdi.  8  noyabr 

2016-cı il tarixində isə ABŞ-da keçirilən prezident seçkilərində özünəməxsusluğu və 

fərqli siyasəti ilə seçilən Donald Trump xalq tərəfindən ölkə prezidenti keçirildi. Eyni 

ildə  2  ölkədə  baş  vermiş  mühüm  hadisələr  həmin  ölkələrin  daxili  və  xarici 

siyasətlərində köklü dəyişikliklər baş verəcəyinə dəlalət edir. 

Avropada mühüm  inteqrasiya  proseslərinə start verildiyi zaman Henry Kissinger 

öz  məşhur  sorğulamasını  etdi:  “Vacib  məsələlərdə  Vaşinqtonun  kiminlə  əlaqə 

saxlamalıdır?” 

NATO-nun əhəmiyyətini nəzərə alaraq  Brüssel Amerika diplomatiyası üçün əsas 

bir mərkəz halına gəldiyi halda və Avropa Müdafiə Agentliyinin inkişafı ilə yanaşı, 

Vaşinqton  həmişə  3  böyük  mərkəz  ilə,  London,  Paris  və  Berlin  ilə  birbaşa  əlaqədə 

olub. 



65 

 

Brexit Avropa müttəfiqləri ilə amerikan əməkdaşlığının əhəmiyyətini dəyişmir, ancaq 



qəti tədbirlər üçün həmişə 28 Aİ ölkəsinin həmrəyliyinə ehtiyac vardır. Birlikdən 1 

ölkənin ayrılması belə Avropanı daha qarışıq bir hala gətirə bilər. 

Brexitdən sonra Vaşinqton və Londonun yeni ticarət sazişləri də daxil olmaqla, 

bütün  sahələrdə  ikitərəfli  münasibətlərin  möhkəmlənəcəyinə  dair  bir  inam 

mövcuddur. [34] 

Birləşmiş  Krallığın  Avropa  İttifaqından  çıxması  qərarı  ölkənin  daha  çox 

Transatlantik əməkdaşlığına daha çox yaxınlaşır deməkdir. Bu isə ABŞ ilə Birləşmiş 

Krallıq arasında “yeni xüsusi əlaqə”nin yaradılmasına işarə edir.  

Ekspertlər  Brexiti  Britaniya  və  ABŞ-ı  eyni  bir  baxış  ətrafında  birləşdirən  və 

tərəflər arasındakı münasibətlər baxımından yeni başlanğıc kimi dəyərləndirirlər. 

ABŞ xarici siyasəti üzrə ekspert Henrik Choyun sözlərinə görə Trump və May 

cəmiyyətin daha çox millətçi və populist elementlərinə müraciət edərək, problemləri 

öz sələflərindən  fərqli yollarla həll etməyə meyillidirlər. 

Baş  nazir  Theresa  May  Vaşinqtona  Donald  Trumpın  prezident  seçilməsi 

münasibəti ilə Birləşmiş Ştatlara ilk rəsmi səfərini gerçəkləşdirdi. Səfərdə müzakirə 

olunan  əsas  məsələlərdən  biri  məhz  ölkələrarası  ticarət  idi.  Cənab  Trump,  ABŞ 

fermerlərinin Aİ  qaydalarına görə məhsullarını  Avropada satmağı çətinlik çəkdiyini 

iddia etdi. Halbuki, Avropalı məhsullar üçün ABŞ-da belə bir maneə yoxdur. [55] 

ABŞ  və  Birləşmiş  Krallıq  arasında  olan  əlaqələr  aşağıdakı  3  problemlə 

qarşılaşa bilər: 

-  ABŞ-ın  yeni  prezidentinin  şəxsi  keyfiyyətləri.  Neqativ  təsiri  ola  biləcəyi  kimi 

pozitiv nəticələri də mümkündür. Ancaq Donald Trumpın məsələlərə fərqli və 

özünəməxsus yanaşması olduğu üçün bunu əvvəlcədən təxmin etmək çətindir. 

-  Donald  Trump  proteksionizmə  olan  dəstəyi.  Bu  zamanla  dəyişə  bilər,  ancaq 

dəyişməsə  bu  yanaşma  Theresa  Mayın  Brexitdən  sonra  Britaniya  üçün 

düşündüyü uzun müddətli azad ticarət, kapitalın sərbəst hərəkəti və mülkiyyət 

hüquqlarını özündə birləşdirən "böyük strategiyası" ilə ziddiyət təşkil edir. 



66 

 

-  İki  dövlət  arasındakı  güc  balansı.  ABŞ  supergüc  kimi,  Birləşmiş  Krallıq  isə 



vacib, ancaq orta dərəcəli güc kimi xarakterizə edilə bilər. Tərəflər arasındakı 

əməkdaşlığın  yüksək  səviyyəsi  bəzən  asılılıq  arada  bilər.  Bu  anda  isə  daha 

kiçik  dövlət  tərəfindən  suverenliyin  itirilməsi  təhlükəsiz  yarana  bilər. 

Suverenliyini itirməmək üçün 46 illik Aİ üzvlüyünə son qoyan Britaniya üçün 

bu alternativ ola bilməz.

 [7]


 

ABŞ və Birləşmiş Krallıq rəsmiləri arasında əməkdaşlıqla bağlı danışıqlar olsa da 

danışıqların real nəticələri Brexitdən bir neçə il sonra görülə bilər. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin