Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Brexit-in dövlətlərarası münasibətlərə təsiri



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

3.2 Brexit-in dövlətlərarası münasibətlərə təsiri 

3.2.1 Avropa İttifaqı üzvləri və Birləşmiş Krallıq 

Britaniyanın  Avropa  İttifaqından  çıxmasının  Britaniyalıların  həyatında  böyük  təsiri 

olacağı məlumdur. Bəs digər Fransa, Almaniya kimi Birləşmiş Krallıqla azad ticarət 

əlaqələrinə  malik  digər  Aİ  ölkələr  üçün  Brexitin  nəticələri  nə  olacaqdır?  Onlar 

arasındakı münasibətlər hansı istiqamətdə davam edəcəkdir? 

Birləşmiş  Krallıq  ilə  Fransa  arasındakı  münasibətlərə  baxdıqda  görünür  ki, 

Brexit  sadəcə  ticarət  əlaqələrinə  mənfi  təsir  etməyəcək.  Avropa  İttifaqının  əsas 

sütununu  təşkil  edən  insanların,  malların,  xidmətin  və  kapitalın  azad  hərəkəti  iki 

tərəfin də itirəcəyi əsas üstünlüklərdir. Çünki, əvvəllər qeyd olunan məqamlar  üçün 

heç bir sənəd, vergi, haqq tətbiq olunmurdu. Brexitin bu xərclərdə 30% artıma səbəb 

olacağı  ehtimal  olunur.  Birləşmiş  Krallıq  Fransa  mallarının  3-cü  ən  böyük  ixrac 

nöqtəsi idi. Fransa isə Birləşmiş Krallığın 3-cü ən böyük ticarət tərəfdaşıdır. Bundan 

başqa, loqistika xərclərini nəzərə aldıqda kiçik Fransız şirkətlərinin Birləşmiş Krallıq 

bazarında  rəqabət  apara  bilməsi  qeyri-mümkün  olacaqdır.  Bu  o  deməkdir  ki,  belə 




60 

 

olduqda şirkətlər artan xərcləri qarşılamaq  yerinə başqa  bazar axtarışına  çıxacaqlar. 



Bu  da  Fransa  və  Birləşmiş  Krallıq  arasındakı  ticarət  əlaqələrinə  böyük  zərər 

vuracaqdır. Yeni ticarət razılaşması üçün edilən ən optimistik ehtimal xərclərin 30%-

dan çox qalxmasıdır. [30] 

Birləşmiş  Krallıq  və  Fransa  arasında  müdafiə  sahəsində  əməkdaşlığı 

vurğulamaq  əhəmiyyət  kəsb  edir.  Birincisi,  hər  iki  ölkə  NATO-nun  əsasını  qoyan 

üzvlər  və  BMT  Təhlükəsizlik  Şurasının  daimi  üzvləridir.    İkincisi,  hər  iki  ölkə 

regional  və  qlobal  sülh  və  təhlükəsizlikdə  əsas  rol  oynayırlar.  Birləşmiş  Krallıq  və 

Fransa  P5+1  və  ya  E3+3  bir  hissəsi  olaraq  İranın  nüvə  razılaşmasında  əməkdaşlıq 

edir, Ukrayna və Suriya münaqişələrin sülh yolu ilə həll olunması yönündə Avropa 

və beynəlxalq səhnələrdə birlikdə çalışmağa davam edirlər. Üçüncüsü, hər iki dövlət 

beynəlxalq terrorizm və kiber təhlükələr də daxil olmaqla eyni təhdidlərlə üzləşirlər. 

Nəhayət, hər iki dövlət birlikdə Avropa silahlanlanma qabiliyyətinin böyük hissəsini 

təşkil edirlər. İki ölkənin müdafiə sənayələri birlikdə Avropanın müdafiə ixracatının 

təxminən 40% -ni təşkil edir. 2016-cı ildə Fransa Rusiyanı 3-cü sırada geridə qoyaraq 

ABŞ-dan sonra ən böyük qlobal müdafiə ixracatçısı olmuşdur. [22] 

Almaniya  Britaniyanın  Avropa  İttifaqından  çıxmasından  çox  təsirlənəcək 

ölkələrdən biridir. Birləşmiş Krallıq Almaniyanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. 

Almaniya  isə  Birləşmiş  Krallığın  2-ci  ən  böyük  ticarət  tərəfdaşıdır.  Cədvəldən 

göründüyü kimi, Brexit nəticəsində Almaniya Ümumi Milli Gəlirinin 5,48% faizini 

itirə bilər. Ancaq Almaniyanın qəti olaraq mövqeyi belədir ki, o öz siyasi maraqlarını 

iqtisadi  maraqlara  qurban  verməyəcəkdir.  Almaniya  Avropa  inteqrasiyasına  ən  çox 

önəm  verən  dövlətlərdən  biri,  bəlkə  də  birincisidir.  O,  Birləşmiş  Krallığa  Avropa 

İttifaqı institutlarının nüfuzunu sarsıtmağa icazə verməyəcəkdir. [40] Digər tərəfdən, 

Almaniya və Birləşmiş Krallıq Avropa İttifaqında, ümumilikdə Avropada dominant 

mövqeyə  sahib  3  dövlətdən  biridir.  Bu  dövlətlər  hər  bir  halda  uzlaşmağa  və 

Avropanın  müdafiəsi,  inkişafı  üçün  birlikdə  çalışmağa  məcburdurlar.  Bunu  2017-ci 

ilin  mart  ayında  Baş  nazir  Theresa  Mayın  Brexitdən  sonra  da  Avropanın 

təhlükəsizliyində vacib rol oynayacağı haqda verdiyi mesaj sübut edir. Belə ki, Brexit 




61 

 

prosesini  rəsmi  olaraq  başlatdıqdan  sonra  Almaniya  və  Birləşmiş  Krallıq  yeni 



müdafiə  anlaşması  ilə  bağlı  razılığa  gəldilər.  Razılığa  əsasən  dövlətlər  kiber 

təhlükəsizlik,  təlimləndirmə  və  dəniz  patrulları  sahəsində  əməkdaşlıq  edəcəklər. 

Alman-Böyük Britaniya müdafiə razılaşması da Almaniya üçün həssas bir dövrdə baş 

vermişdi. Çünki son zamanlar ABŞ prezidenti Donald Trump Almaniyanı NATO-ya 

kifayət qədər töhfə vermədiyi üçün tənqid edirdi. [16] 

Erasmus Rotterdam Universitetinin apardığı tədqiqata əsasən Brexitdən ən çox 

təsirlənən  dövlət  İrlandiya  olacaqdır.  Tədqiqatda  qeyd  olunan  analitik  ehtimallara 

əsasən  Birləşmiş  Krallığa  Belçika  və  Niderland  kimi  coğrafi  baxımdan  yaxın  olan, 

ölkələr,  eləcə  də  Almaniya  və  Fransa  kimi  böyük  ticarət  əlaqələrinə  malik  ölkələr 

Brexitin ən böyük iqtisadi təsirlərindən əziyyət çəkəcəklər. 

Cədvəl 3.1. 

Brexitin Avropa İttifaqı ölkələrinin Ümumi Milli Gəlirinə 

vuracağı ehtimal olunan ziyan 

1.   


Almaniya 

5,48% 


2.   

Fransa 


2,19% 

3.   


İtaliya 

0,55% 


4.   

İspaniya 

0,77% 

5.   


Polşa 

1,31% 


6.   

Rumıniya 

0,56% 

7.   


Niderland 

4,39% 


8.   

Yunanıstan 

0,75% 

9.   


Belçika 

3,50% 


10.  

Portuqaliya 

0,67% 

11.  


Çexiya 

2,14% 


12.  

Macarıstan 

1,71% 

13.  


İsveç 

1,68% 


14.  

Avstriya 

0,77% 



62 

 

15.  



Bolqarıstan 

0,44% 


16.  

Danimarka 

1,49% 

17.  


Slovakiya 

1,31% 


18.  

Finlandiya 

0,80% 

19.  


İrlandiya 

10,12% 


20.  

Litva 


1,02% 

21.  


Latviya 

0,86% 


22.  

Sloveniya 

0,42% 

23.  


Estoniya 

0,85% 


24.  

Xorvatiya 

0,44% 

25.  


Kipr 

0,52% 


26.  

Lüksemburq 

1,05% 

27.  


Malta 

5,08% 


 

İrlandiya Aİ ölkələri içərisində Brexitin ən ağır nəticələri ilə üzləşən ölkələrin 

siyahısında birincidir. Səbəb isə çox dərin və geniş iqtisadi əlaqələrdir. Bundan başqa 

Şimali  İrlandiya  məsələsində  ölkələr  arasında  siyasi  münasibətlər  xüsusi  ilə  yüksək 

səviyyədədir.  Brexitin  hüququ  tənzimlənməsi  paraqrafında  gözdən  keçirildiyi  kimi 

Brexit  İrlandiya  ilə  Şimali  İrlandiya  sərhəddi  boyunca  unudulmuş  münaqişələri 

yenidən  alovlandıra  bilər.  Ən  çox  təsirlənən  sahələr  arasında  dənizçilik,  kənd 

təsərrüfatı, enerji sahələri qeyd olunur. İrlandiya neft məhsullarının 89%-ini, qazın isə 

93%-ini  Birləşmiş  Krallıqdan  idxal  edir.  Qeyd  olunan  cədvəldə  də  göründüyü  kimi, 

Brexit İrlandiyanın Ümumi Milli Gəlirinin 10,12%-inə başa gələcək. [11] 

Niderland  Krallığının  Baş  naziri  Mark  Rutte  Britaniyanı  Avropa  İttifaqını  tərk 

etdikdən  sonra  əsas  ticarət  tərəfdaşları  ilə  əlaqələrinin  gələcəyini  aydınlaşdırmağa 

çağırmışdı.  Niderland  Britaniya  ilə  ən  sıx  əlaqələrə  malik  Aİ  ölkələrindən  biridir. 

Nəticə  etibari  ilə  Britaniyanın  əvvəlki  münasibətləri  yeni  ticarət  razılaşması  ilə 

əvəzləmədən    2019-cu  ilin  martında  ticarət  blokundan  çıxması  Niderlandın  Ümumi 



63 

 

Milli  Gəlirinin  bir  neçə  faiz  aşağı  düşməsi  ilə  özünü  göstərəcəkdir.  [23]  Niderland 



Krallığının  qanunverici  orqanı  olan  Təmsilçilər  Palatası  2  təmsilçi  təyin  edərək 

Niderland-Birləşmiş  Krallıq  əlaqələrinə  Brexitin  təsirini  araşdırmaq  tapşırığını 

vermişdi. 2017-ci ilin martında yayımlanan hesabatda Britaniyanın Niderlandın 2-ci 

ən  böyük  ticarət  tərəfdaşı  olduğu  və  ümumi  ixracatın  9%-ini  təşkil  etdiyi  qeyd 

olunmuşdur.  Brexit  ilə  əlaqədar  hesabatda  Birləşmiş  Krallıq  və  Niderland  arasında 

diqqətə alınmalı 5 təklif öz əksini tapmışdır: 

1.  Birləşmiş  Krallıqda  yaşayan  Niderland  vətəndaşlarının  hüquqlarının  zəmanət 

altına alınması; 

2.  Birləşmiş Krallıqla sıx ticarət əlaqələrinin qorunub saxlanılması; 

3.  Təmsilçilər palatasının Brexit müqaviləsində fəal iştirakının təmin olunması; 

4.  Aİ-nin uzunmüddətli büdcəsində Brexitin təsirlərinin qiymətləndirilməsi; 

5.  Birləşmiş  Krallığın  Avroatom  birliyindən  çıxması  ilə  bağlı  danışıqlar  Brexit 

danışıqlarından ayrı aparılmalıdır. [52] 

Ümumilikdə  Brexitin  daha  çox  iqtisadiyyata  təsir  edəcəyi  məlumdur.  Burada 

İrlandiya,  Malta,  Almaniya,  Niderland  kimi  ölkələrə  daha  çox,  Bolqarıstan, 

Xorvatiya,  İtaliya,  Rumıniya,  Sloveniya  kimi  ölkələrə  isə  daha  az  təsiri  olacaqdır. 

Brexitin siyasi münasibətlərə və müdafiə sahəsinə müəyyən təsirləri olsa da onların 

ticarət  əlaqələrində  görünən  rəqəmlər  kimi  böyük  olmayacağı  ehtimal  edilir.  Çünki 

iqtisadi  cəhətdən  zərər  görmüş  ölkələrin  siyasi  görüşlərdə  münasibətləri 

yaxşılaşdırmaq  üçün  cəhdlər  etməsi  ehtimal  olunur.  Həmçinin,  Birləşmiş  Krallıq 

Avropa  regionunda  siyasi  və  hərbi  cəhətdən  güclü  aktor  olduğu  üçün  ölkələrin 

ikitərəfli əlaqələrdə maraqlı olacağı gözlənilir. Bundan başqa, Birləşmiş Krallığın da 

Avropa  məsələlərindən  kənarda  qalmamaq  üçün  Aİ  ölkələri  ilə  ikitərəfli 

münasibətləri yaxşılaşdırmağa çalışması güman edilir. 

 

 



64 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin