4
GİRİŞ
Mövzunun aktuallığı: Avropa İttifaqı iqtisadi əməkdaşlığın yüksək səviyyəsi
üçün göstəriləcək yaxşı nümunədir. İqtisadi maraqlar səbəbindən birləşən dövlətlər
hazırda dünyada qlobal güc olmaq yolunda addımlar atmaqdadır. Bəzi ölkələrə
cəlbedici bir qurum kimi görünsə də birliyin üzvü olan dövlətlərdə ayrılma yolunda
səslər yüksəlməkdədir. Bildiyimiz kimi, Avropa İttifaqının dominant ölkələrindən
biri olan Böyük Britaniya birlikdən ayrılmaq yolundadır. Böyük Britaniyada
avroskeptiklərin fəallaşması və ölkənin birlikdən çıxmaq istəməsi ilə beynəlxalq
münasibətlərdə yeni bir anlayış -“Brexit” meydana gəldi. Qısa zamanda Brexit dünya
mediasının gündəmini tuta bildi.
Avropa İttifaqı tarixində ilk dəfə bir dövlət birlikdən ayrılmaq istəyir. Birlikdə
belə bir təcrübənin olmaması hər kəsin bu prosesin necə həyata keçiriləcəyinə dair
marağını artırıb. Həmçinin, prosesin son dövrlərdə baş verməsi, hadisənin
yaşadığımız dövrə böyük təsirlərinin olması, həmçinin, bu mövzuda Azərbaycanda
sistemli araşdırma işi olmaması səbəbindən tədqiqat işinin mövzusu aktualdır.
Dostları ilə paylaş: