Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Zərbəyədavamlı  polistirol  (ZDP)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   10   11   12   13   14   15   16   17   ...   61
S-f-rov-H-mid

Zərbəyədavamlı  polistirol  (ZDP).  Xalq  təsərrüfatında  və  məişətdə  işlədilən 

polistirolun  yüksək  dielektrik  xassələri,  şəffaflığı,  asan  rənglənməsi  və  s.  bu  kimi 

müsbət cəhətləri ilə yanaşı, mənfi xassələri vardır (aşağı temperaturda yumşalır, çox 

kövrəkdir,  zərbəyə  davamsızdır).  Bu  xassələri  modifikasiya  etmək  üçün  müxtəlif 

üsullardan: adi birgəpolimerləşmədən, kauçuklar ilə qarışdırılmadan və calaq birgə-

polimerlər  alınmasından  istifadə  edilir.  Akrilnitril  butadiyen  sterol  (ABS)  adi 

birgəpolimerlərə missal ola bilər. Bu plastik kütlə stirolun akrilnitril və butadiyen ilə 

emulsiyada  birgəpolimerləşməsi  nəticəsində  alınır.  ABS plastikinin zərbəyə  davam-

lılığı  50-70  kQ·sm/sm

2

-dır.  Stirolun  akrilnitril  ilə  birgəpolimerinin  (CH-20  birgə-



polimeri)  butadiyen-nitril  kauçukuna  qarışdırılması  nəticəsində  SNP  markalı  plastik 

kütlə  alınır.  Qarışdırma  prosesi  ekstruderlərdə  aparılır.  Plastik  kütlənin  tərkibinə 

sabitləşdiricilər, yağlayıcılar, rəngləyicilər və s. daxil edilir. 

Markadan  asılı  olaraq  SNP  plastik  kütləsinin  zərbəyə  davamlılığı  22-45 

kQ·sm/sm

2

-ə  bərabərdir.  Lakin  kauçukla  fiziki  qarışdırma  üsulu  ilə  alınmış  zərbə-



yədavamlı  polistirolun  emal  zamanı  mikro-  və  makrofazalı  laylanması  müşahidə 

olunur.  Bu  səbəblərə  görə  zərbəyədavamlı  polistiroldan  bəzi  məmulatların  hazır-

lanması qeyri-mümkündür. 

Stirolun  polubutadiyen  və  butadiyen-stirol  kauçukları  ilə  calaq  birgəpoli-

merlərinin  alınması  sənaye  miqyasında  geniş  yayılmış  üsuldur.  Sənaye  miqyasında 

zərbəyədavamlı  polistirol  fasiləsiz  blok  üsulu  ilə  alınır.  Texnoloji  sxem  blokda 

polistirol istehsal edən qurğunun sxemini xatırladır, lakin prosesdə bir neçə mərhələ 

artıqdır:  kauçukun  xırdalanması;  kauçukun  stirolda  məhlulunun  hazırlanması;  ilkin 

polimerləşmə; tam polimerləşmə; soyudulma və dənəvərləşmə. 



18 

 

Sterol  kauçuklarla  calaq  birgəpolimerinin  alınması  zəncirin  ötürülməsi 



reaksiyası  üzrə  sərbəst  radikal  mexanizmi  ilə  gedir.  Hər  bir  radikal  polimerləşmə 

prosesi kimi bu proses də üç mərhələdən ibarətdir. 

Fəal mərkəzlərin yaranması: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Zərbəyədavamlı polistirol aromatik və xlorlu karbohidrogenlərdə asan həll olur. 

Cədvəl 1.1 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin